Архив | 10.03.2026

ARTYÜR REMBO. BOHEMA

Gedirdim, cırıq-sökük ciblərimdə əllərim
İdeal görkəm aldı sanki birdən palto da.

İlham pərim, tək sənin vassalındım dünyada,

Necə qızğın sevgilər arzulayırdı qəlbim!

 

Yeganə şalvarımda yekə deşik var idi.

Şeir qoşur, səpirdim yola qafiyələri.
Böyük Ayıda tapdım gecələməyə yeri,

Ulduzlarımdan şirin bir xışıltı gəlirdi

 

Oturub dinləyiridim bunu yol qırağında,
Xoş sentyabr axşamı alnımda, yanağımda,

Duyurdum düşən şehi, sanki şərabdı gerçək.

 

Fantastil gölgələrin içində ayağımı

Ürəyimə sıxaraq çəkdim ayaqqabımın

Şnurunu– liranın simləri çəkilən tək.

 

 

1870

fransızcadan tərcümə

 

  1. 03. 2026, Samara

++++++++++++++++++

Arthur Rimbaud

Ma bohème

 

Je m’en allais, les poings dans mes poches crevées ;

Mon paletot soudain devenait idéal ;

J’allais sous le ciel, Muse, et j’étais ton féal ;

Oh ! là là ! que d’amours splendides j’ai rêvées ! Читать далее

BİZ TÜRK OLDUĞUMUZ QƏDƏR DƏ İRANLIYIQ, ƏRƏBİK. BƏLKƏ DAHA ARTIQ…

Bir dəfə qazax rəqslərinə həsr olunmuş verilişə baxırdım. Qazax mütəxəssisi mərd-mərdana dedi ki, qazaxlarda rəqs olmayıb, sovet dövründə etnoqrafların, musiqiçilərin, baletmeysterlərin səyi ilə yaradılıb.

Yakutlarda rəqs varmı? Bəs tıvalılarda? Şorlarda?

Tatarların rəqsinə baxanda görürsən ki, bu rəqslərdə tatarlıq bir şey yoxdur, slavyan rəqsləridir, hərəkətlərə bir az, necə deyim… qıyıqlıq əlavə olunub…

Osmanlı türklərinin rəqsləri əslində yunan və Balkan xalqlarının rəqsləridir – musiqi də, hərəkətlər də, bir az ərəb muqisi eləmentlərinin qarışığı ilə.

Yəni türk xalqlarında rəqs olmayıb. Ona görə də Azərbaycan rəqsləri də türk rəqsləri deyil, Qafqaz rəqsləridir.Qafqazı isə, xüsusən onun cənubunu, İrandan ayırmaq mümkün deyil.

Azərbaycanlıların həyatında hər ilin az qala iki ayı Novruza həsr olunur. Azərbaycanlının uşağı-böyüyü bu bayramla yaşayır. Əgər Azərbaycanlı ruhu deyilən şey varsa, onu Novruzsuz təsəvvür etmək mümkün deyil. Nonruzun isə türklərə aidliyi yoxdur, ümumiran bayramıdır.

Bəs sünnət? Sünnət mərasimləri? Bu, islamdır.

Ailə-nikah münasibətləri? Bu da İslamdır.

Dəfn mərasimləri – İslamdır.

Yakutlar, şorlar, qaqauzlar, karaimlər, altaylılar muğamat oxuyurlar? Oxumurlar! Osmanlı türkləri muğama “uzun hava” deyirlər. Muğamı ərəblər gətirib, İranda transformasiya olub, muğamların bütövünün də, hissələrinin də adı farscadır.

Mətbəximiz ermənilərə, gürcülərə yaxındır…

İndi deyin, bizim haramız və nəyimiz türkdür?

Deyirsiniz Səfəvi İranı Azərbaycan dövləti olub. Bu, mübahisəli məsələdir. Deyək ki, olub. Bəs səfəvilər həmişə osmanlı türkləriylə vuruşmayıblar?

Biz haçan və nə qədər türk omuşuq və bizdə nə qədər türklük qalıb?

Bizi türk ailəsinə üzv edən yalnız dildir. Onun da üçdən iki hissəsindən çoxu ərəb sözləridir, fars sözləridir, Avropa mənşəli sözlərdir. Ona görə də yalnız mənşıəyinə görə və şərti olaraq dilimizi türk dillərindən saymaq olar.

Biz azərbaycanlıyıq. Biz türk olduğumuz qədər iranlıyıq, ərəbik.

Bəlkə daha artıq…

 

20. 01. 2019, Samara