Deyirlər ki, şeir belə yaranır:
Qınını dəyişir elə bil ilan.
Daşa ya ağaca özünü heyvan
Sürtərək çıxarır köhnə dərini.
Şeir zərurət tək gəlirsə əgər,
Əlbəttə, yazıla o gərək hökmən.
İlan qını kimi çıxır bədəndən,
Dağa, daşa çırpsan özünü əvvəl.
Yazırsan… bir saat keçməmiş ancaq,
Birdən elə gəlir quru qabıqsan.
Ölmüsən elə bil yazdığında sən,
Atılıb qalmısan köhnə qın sayaq…
30.03. 2026, Samara
