Архив по авторам | Xeyrulla Xəyal

VLADİMİ KORNİLOV. ZAMAN

(1928-2002)

Güclümü, zəifmi – olmur anlamaq,

Bilmirsən gözəldir, eybəcər ya da.

Bu mənim dövranım deyildir ancaq,

Mənimki deyildir ölkə də hətta.

 +

Canı yox elə bil ikisinin də,

Məzarlıq durumu canlıdır daha.

Ona görə qalmaq istəmirəm mən,

Bu başqa ölkədə, bu yad zamanda

2001

ruscadan tərcümə

10. 03. 2025, Samara

++++++++++++++

ВЛАДИМИР КОРНИЛОВ

 Эпоха

 

Не различу, прекрасна ли, убога,

Не разберу, слаба или сильна,

Да только это не моя эпоха

И это вовсе не моя страна. Читать далее

VLADİMİR KORNİLOV. SUVOROV

(1928-2002)

Söz-söhbət kəsilmir iki əsrdir —
Kitablar, kinolar və abidələr…

Suvorov! Suvorov! Kimdir o, nədir?

Maxno özü ondan əfəl deyildi…

 +

Bəxti gətirirdi, elə onunçun,

Fəxri, təkəbbürü həddini aşdı.

Edama apardı  o, Puqaçovu,

Kəsdi Türkiyədə, Polşada asdı.

 +

Ordu qarət edir – tatar yalandır,

Hərçənd qayda vardı – təbil çalınır,

Qoşun təpik döyür, bayraqlar öndə,

Və feldmarşalların ekipajları.

 +

Şeypur inandırır: qorxma güllədən,

Süngünün önündə düşmənin aciz.

Başını toyuqlar kimi yellədən,
Bədbəxt mujiklərsə gedir əlacsız.

 +

Gedir Feofanlar, Karplar, Zaxarlar,

Var ayaqyalını, ayaqqabılı.

Bu hərb xoruzunun dalınca qalxar,

Karpatı aşarlar, keçərlər Alpı.

 +

İsveçrənin qarı, küləyi döyən,
Binəvalar bilmir hələ vaxt olar,

Əvəzi kimi bu qələbələrin,

Moskva verilər və yandırılar.

 

ruscadan tərcümə

05-06. 03. 2025, Samara

QEYD:

“Hərb xoruzu” (orijinalda – «очаковский петух») – hərbi yürüşlər zamanı feldmarşal Suvorov xoruz kimi banlayaraq döyüşçüləri oyadırmış

++++++++++++++++++++
Два столетия разговоров –
Книги, памятники, кино…
Всё – Суворов! А что – Суворов?
Полководец-то был с Махно…
Читать далее

«Ə» HƏRFİ HAQQINDA ŞEİR

Əsrlərin səyi, əməyi ilə,

Yetişən meyvədə qurda da bənzər.

Safdan, elə bil ki, dadmırıq məzə,
Qurdlunu, xarabı seçirik  elə.

 +

Bənzədilə bilər gözə də bu hərf.

Çağırılmadığı bir yerə gəlib,

Əvvəl qıpıq olub, indi bərəlib,

Bütün Qərbə tərəf, latına tərəf.

 +

O bizə mirasdır sovetdən qalan,

Yeri onillərlə olub kirildə.

Var oxşarlığı da onun kilidə,
Sərhəddən, ağızdan, dildən asılan.

 +

Qərb əlifbasına bəlkə də elə,

Casus hoqqası tək tıxanıbdır o.

Güdür yazanı da, oxuyanı da,

Sonra da çatdırır lazımi yerə.

 +

07-08.03. 2025, Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: ALLAH KQB-YƏ LƏNƏT ELƏSİN…

İndi Londona Azərbaycanın oliqarxları və başqa boynuyoğunları və belinazikləri gedirlər. Sovet vaxtı Böyük Britaniyanın paytaxrtına sovet şair və yazıçıları səyahət edirdilər. Ordenli, mükafatlı Azərbaycan şairlərindən də bir neçəsi Londonda olub və hər dəfə yəqin KQB-nin tapşırığını yerinə yetirərərk Britaniya imperilaizmini damğalayan şeirlər yazırdılar. Səməd Vurğun şəxsən babası Şaumyanın intiqamını alaraq Çörçillə ziyafətdə əlbəyaxa olmuşdu. Əliağa Kürçaylı Kiplinqin qəbrinin üstünə getmiş, mərhumu çağırıb demişdi ki, “kişisən, çıx, danışaq…”

Bəxtiyar Vahabzadə Londona 1978-ci ildə gəlib. Londanda Vahabzadəni ən çox sarsıdan demokratiyanın çatışmazlığı olub. Bizim azərbaycanlıya da çörək vermə, su vermə, havasını al, ancaq demokratiyası olsun. Həm də 1978-ci ildə Sovet Azərbaycanında o qədər demokratiya vardı ki, insan Bakıdan Londona gedən kimi demokratiya azlığından təngnəfəs olurdu. Şəxsən özüm o demokratiyanı görmüşəm, yalan deyən…

Hə, Bəxtiyar Vahabzadə Londona gələn kimi restorana getmir, başqa pozğun şairlərimiz kimi striptiz kluba getmir, üz qoyur Hayd Parka. Görür ki, kefi istəyən çıxır kürsüyə, ürəyi nə istəyir, danışır, kimi istəyir, tənqid edir. Ancaq Bəxtiyar Vahabzadə hərif deyil, arifdir! Bəxtiyar Vahabzadə Leninlə bir kitablıq söhbət edib, onu aldatmaq olmaz!

“Bu parkdan kənarda, bağdan uzaqda

Dolaşır ölkəni müdhiş yalanlar.

Ancaq həqiqəti yalnız bu bağda

Deməyə iznin var, ixtiyarın var…”

Yəni Böyük Britaniyanı yalan bürüyüb! Doğrunu danışmağa millət, yəni Britaniya milləti qorxur!

Ah, demokratik Azərbaycan! Vaqif Bayatlı (Crakanlı) demiışkən, Xəzərbaycan!

Birdən ustadı Səməd Vurğunu yadına salır və Şaumyanın intiqamı yadına düşür:

“Ölkələr dağıdıb qana batmısan…”

 Bəxtiyar  Vahabzadənin gözündən heç nə yayınmır:

“Parkın dövrəsində dəmir çəpər var,

 Haqq sözün önünü kəsir hasarlar…”

Ah, Şaumyanın qanını tökən ingilislər! Parka hasar çəkiblər! Azərbaycanda hasar görməyən şair buna necə dözər?!

Şair bu əzəmətli şeirinin sonunda ümid edir ki, Azərbaycanda olan demokratiya haçansa Britaniyaya da gəlib çıxar…

O qədər gülmüşəm ki, gözümdən yaş sel kimi axıb. Soğan soymaq yalandır…

Allah bu KQB-yə lənət eləsin. Bəxtiyar Vajhabzadəyə  səfərdən qabaq təlimat verəndə ondan Britaniyada ən qədim parlamentin olduğunu gizlədiblər! Ondan gozlədiblər ki, Britaniyada minlərlə qəzet çıxır, televiziya, radio dövlət nəzarətində deyil… Dövlətin heç televiziyası yoxdur!

KQB Bəxtiyar Vahabzadəyə başa salmayıb ki, Britaniyanın müstələkəsi olmuş Hindistanda dünyanın ən böyük demokratiyası yaranıb, hakimiyyət vaxtaşırı dəyişir, anqlo-sakson məhkəəsi işləyir…

KQB bunları bilə-bilə Bəxtiyar Vahabzadədən gizlədib…

Dağılasan, ay KQB, necə ki, dağılmışdın, Putin yenə səni bərpa elədi…

Ancaq Bəxtiyar Vahbzadənin şeiri çox gülməlidir. Hərçənd Hayd Parka yox, strip kluba getsəydi, bundan yaxışı şeir yazardı. Rəsul Rza kimi: “Məmələrin yerpənək…”

Oyununuz olsun, ay Azərbaycan sovet şairləri…

04. 01. 2019

Samara

VLADİMİR KORNİLOV. UZUNÖMÜRLÜLÜK

(1928 — 2002)

Öləsi deyiləm mən bu əsrdə —

Hər hoqqadan çıxar, üzümə salar,

Sürünüb gedərəm, qoymaram hərçənd,

Bu əsrdə mənim meyidim qala.

 +

İyirmi birinci – tam mənə yaddır,

Krematoriyaya bənzəri də var.

Hərçənd ürəyimə o heç də yatmır,

Məndən dəri, sümük hədiyyə alar.

 +

Bu sısqa qismətdən qurd tək ularsan,

Yaşamaq istəyi var ancaq  hələ.

Sürünə-sürünə olsa da, imkan

Ver çatım iki min birinci ilə.

+

Deyil ölümsüzlük mən kimilərçin,

Pıçıltıyla deyim ona görə də:

Ümid bağlamıram rəhminə sənin,

Ölmək istəmirəm iyirmincidə.

+

Qanımı təzələ, qüvvə də ver sən,

Uzunömürlülük, Donor, ver indi!

Onsuz da hər şeyi buraxdım əldən,

 Axı mən onsuz da cavan ölmədim.

1973

ruscadan tərcümə

05. 03. 2025, Samara

++++++++++++++++++++++++

ВЛАДИМИР КОРНИЛОВ

ДОЛГОЛЕТИЕ

 

В этом веке я не помру.

Так ли, этак – упрямо, тупо

Дотащусь, но зато ему

Своего не подсуну трупа. Читать далее

YAZIÇI ANARIN ÖLÜMÜNƏ

Başımı ağrıtdı qara xəbərin,

Qalan beş ya altı dişim ağrıdı.

Sinəmdə ürəyim döyündü gərgin,
Ah, ölüm xəbərin necə ağırdı!

 +

Sədrlik elədin əlli il yəqin,

Hətta əlli ildən bəlkə çox olar.

Bütün rekordları sən təzələdin,

Stalin və Mao dalda qaldılar.

 +

Analoqsuz insan, sən niyə öldün?!

Çoxdur ölməlilər, biri elə mən!

Sənə nə dərd gəldi? Əzildi ödün?

Sidikdən kəsildin? Yoxsa yeməkdən?

 +

Şirəli Müslümov kimi niyə sən,
Yüz altmış doqquz il yaşamadın?

Nədəndi qıtlığın, korluğun nədən?

Nəyin əskik idi talış babadan?

 +

Var öz çətinliyi çox yaşamağın da,

Üz verir oğul, qız itkisi bəzən.

Sənin itkilərin ağırdır daha,
İtirdin ağlını, əqidəni sən.

 +

Öldün… yerin çətin görünər ancaq,
Çünki tutulacaq sabahdan elə —

Neçə min oğraşdan biri tutacaq.
Şanlı ənənənsə çox yaşar hələ.

 +

Düzdür ölməmisən, hələ dirisən,

Qucaqda gəlsən də, iş başındasan.
Yəqin səndən əvvəl gedəsiyəm mən,

Yazdım ona görə mən bəri başdan.

 

Mirzə TƏBİL

06. 03. 2025, Samara

VLADİMİR KORNİLOV. HEMİNQUEYİN ÖLÜMÜ

(1928-2002)

Yazıçının haqqıdır bu,
Çaxa alnına güllə.

Hökmən deyil ki, tabutu,

Rəylərlə bəzədilə.

 +

Haqqı var ki, yerini də,

Müddətini də bilə.

Qanun kimi qəbul edin,
Ya da borc sayın elə.

 +

Yoxdur burda tamah, xeyir,
Cəzalıq da yox heç nə.

Rolu yarıda aktyor,
Kəssə, haqlıdır yenə.

 +

Yoxsa məqsəd hərəkətdə,
Və rejissor isə pox.

Artist səhnəni tərk edər –

Bu, hünərdir, ayıb yox.

 

ruscadan tərcümə

04. 03.2025, Samara

QEYD:

Məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminquey 2 iyul 1961-ci ildə ov tüfəngi ilə özünü öldürüb.

+++++++++++

Владимир Корнилов

Смерть Хемингуэя

Это право писателя
Подставлять пуле лоб.
Так что необязательно
Сыпать мненья на гроб.
Читать далее

VAR HƏR BİRİMİZİN İÇİNDƏ DƏRYA…

Var hər birimizin içində dərya,

Tükənməz, nə qədər axa, işlənə,

Yer yana, göy yana qurumaz yenə,
Azalmaz, nə qədər insan ağlaya.

 +

Körpəyə, cavana gülüş yaraşır,

Ağlamağın vaxtı yaş ötəndədir,

Adamsız bir küncə çəkil, tində dur,
Ağla, axıb getsin gözünün yaşı…

 +

Bacın yada düşür, gah da qardaşın,
Gözlərin önünə gəlir anan da,

Hönkür, kimsə əgər yoxsa yanında,

Sıxılma, saxlama, qoy axsın yaşın.

 +

Nə gözəl nemətdir bu saf gilələr!

Tükənmir, ürəyin boşalır ancaq.

Hələ ki, gözlərin yaş axıdacaq,
Nə ölər, nə solar qədim sevgilər.

 +

Qəbrinin üstündə indiyə qədər,
Anam, nə ağladım, nə gül gətirdim.

Yığılsa, bəlkə də bağ bitirərdim,

Burda axıtdığım göz yaşı əgər…

03.03. 2025, Samara

 

PREZİDENTİN ORUCLUQ MAHNISI

İrəmazan yenə gəldi
Yenə oruc tutmuşam.

Yeməyim iki dəfədir –

Bir obaşdan, bir axşam.

 +

İftar açır xalqım sayaq,
Yeyirəm az və sadə:

Ceyran əti, baş və ayaq,

Üstündən də quş südü.

 +

Oruc tutur Mehriban da,
Leyla, Arzu həmçinin.

İndi əsl müsəlmandır,
Həm Heydər, həm də gəlin.

 +

Gözüm xalqın üstündədir,
Çox da orucdur ağzım.

Xəbərim var kim nə dedi,
Bilirəm kim nə yazıb.

 +

Keşiyində asayişin,
Durmuşam yorulmadan.

Bu ölkədə tək kişiyəm,

Çoxsa da insan, adam.

 +

Bağlamışam sərhədləri

Cibimdədir açarlar.

Maşın nədir, qatar nədir –

Qanad salıb uçarlar!

 +

Bir ingilis yazan vardı,
Dediyi görün nədir:

Deyib türmə azadlıqdır,
Azadlıqsa türmədir.

 +

Yenə gəldi İrəmazan,
Yenə oruc tutmuşam.
Xalqımın həm yanndayam,

Başının üstündə həm.

 

Mirzə Təbil

02. 03. 2025, Samara

CORC BAYRON. ZAMANA

Zaman! Sənin ötkəm qanadlarında

Saatlar ləngiyir ya uçub gedir.

Yazın tez ötüşəndir, qış yubanandır,

Qəbrə qovur bizi ancaq hər biri.

 +

Salam! Bu dünyaya gəldiyim andan,
Nemətlər vermisən hər kəsə bəlli.

Yaxşıdır tablaşam yükünə hərçənd,
Təkcə daşıyıram onu mən elə.

 +

Bircə sevən qəlb də, istəmərəm mən,

Sən törədən acı anlara dözə.

Bağışlaram səni, qıymadınsa sən,

Sevdiyim, əzizim olan hər kəsə.

 +

Əbəsdir sıxasan sonra nə qədər,

Sevinc ver onlara, mənə rahatlıq.

Mənim sənə borcum – yaşanan illər,
Borcum ağrılarla ödənib artıq.

+

Hərçənd rahatlıq da vardı ağrıda,

Unutdururdu o, əsarətin yəqin.

Əzab saatları yavaşıdırdı,

Ancaq hesablamır sayını yəqin.

 +

Ümid oyanırdı içimdə hərdən,

Get-gedə azala bəlkə sürətin,

Buludun işığı örtə bilsə də,

Qatar qara günə zülməti çətin.

 +

Müdhiş və qaranlıq olsa da necə,

Ruhumun məskəni göylərin idi.

Təkcə bir ulduzdan yandı qığılcım,
Əbədiyyət deyil ordakı, səndin.

 +

Və o şölə söndü. İndi günlərin
Hər an lənətlənən sayısan ancaq.
Hərə öz rolunu oynayıb gedir,

Nə qədər bezdirə, təkrarlanacaq.

 +

Dəyişə bilməzsən bir səhnə sən –

Sənin sürətinin axı həddi var,

Sonrakılar biz tək incidilərkən,
Eşitmərik, dərin yuxu aparar.

 +

Sənin səylərinə yəüin baxaraq,
Gülərəm onların zəifliyinə.

Adsız baş daşına dəyəcək ancaq

Qisas zərbələrin nə qədər enə.

ingiliscədən tərcümə

01.03. 2025, Samara

+++++++++++++++++++++

GEORGE BYRON

To Time

Time! on whose arbitrary wing

The varying hours must flag or fly,

Whose tardy winter, fleeting spring,

But drag or drive us on to die— Читать далее