Архив по авторам | Xeyrulla Xəyal

«ƏVƏZ ZEYNALLININSA EVİNDƏ TOY-DÜYÜNDÜR…»

20230721_135628

Kimlərsə batıb yasa,
Kimlərsə qara gündür.

Əvəz Zeynallınınsa,

Evində toy-düyündür.

+

Elə bil mağardır ev,

Şənlənir hər bir insan.

Cənab İlham Əliyev,
Həmişə var olasan!

+

Düz ikicə ay çıxıb,
Müddətindən Əvəzin

Qalan da nədir axı –

İndi hesabla özün!

+

Səkkizcə il on aydır,
Cəmi-cümüsü qalan.

İllər güllə tək gedir,
Papağını fırlasan.

+

Nəzir gedir seyidə,
Dustağın anasından.

Cənab prezidentə,
Dua eləyir hər an.

+

Verir gözaydınlığı

Xoşbəxt anaya hər kəs:

Səkkiz il nədir axı,

Çatacaq başa gec-tez!

+

Başı arvadınınsa,
Qarışıqdır, işdədir,
Bu mühüm hadisəni,
İctimailəşdirir.

+

Blinkin zəng eləyib,

Cənab prezidentə.

Bayden heyrandır, deyib,

Səndəki mərhəmətə…

Mirzə TƏBİL

18. 12. 2024, Samara

RADYARD KİPLİNQ. MESOPOTOMİYA

RADYARD KİPLİNQ

Gənc və qətiyyətllilər, geriyə dönməz onlar

Səmimi, çılğndılar, verdik onları qurban:

Onlar öz nəcisinə bələnib can verəndə qaçmağa üz qoyanlar,
Doğrudanmı şərəflə dəfn edilər bir zaman?

 +

Onlar dönməyəcəklər, soyuqqanlı və rahat qətlə yetirilənlər,

Hər gün kömək istəyib rədd edildilər ancaq:

Müqəssirlər üstəlik son nəfəslərində də qınayırdılar hələ,

Elə gücləri var ki, olmaz onları qovmaq?

 +

Dönməz ölülərimiz Gündüzlər nə qəqər ki, Gecələrdən ayrıdır,

Qürubun zolaqları nə qədər ki, həmindir.

Başıboş yekələr ki, onlar can verən zaman naqqallıq eləyirdi,
Yüksək vəzifələri tutacaqlar yenə də?

 +

Ya bir saatlıq qızıb soyuyar qəzəbimiz:

Bir də baxıb görərik yatan kimi qasırğa,

Onlar hakimiyyətə yenidən qayıdıbıar necə rahat, necə tez,

Əl ataraq adəti hiylə və bacarığa?

 +

Bizi sakitləşdirir, bizə gen-bol ödənc də vəd eləyirlər onlar,

Göstərə də bilirlər özlərini qorxan tək.
Dostları, borcluları məşvərətə çağırır və məsləhət alırlar,

Söz verirlər hər kəsin işi düzəldiləcək.

 +

Bütün həyatlarıyla günahları yuyulmaz və silməz ölümləri,
Millətimizə onlar vuran qara ləkəni.

Fəqət baş alıb gedən ətaləti, faciə yaradan təkəbbürü,

Qoymalıyıqmı qalsın həminki kimi yenə?

1916

ingiliscədən tərcümə

16. 12. 2024, Samara

QEYD:

Bu şeirin mövzusu 1-ci Dünya Müharibəsinin Mesopotomiya kampaniyası, xüsusən 1916-cı ilin aprelində general Taunsəndin Kutu təslim etməsinə gətirib çıxaran adminstrativ hərcməlikdir. Bir tarixçi bunu Britaniyanın hərbi tarixində ən alçaldıcı məğlubiyyət adlandırıb.

++++++++++++++

RUDYARD KİPLİNG

Mesopotamia

 

They shall not return to us, the resolute, the young,

  The eager and whole-hearted whom we gave:

But the men who left them thriftily to die in their own dung,

  Shall they come with years and honour to the grave? Читать далее

RADYARD KİPLİNQ. BÖYÜK PAROXODLAR

RADYARD KİPLİNQ

Ah, böyük paraxodlar, hayana gedirsiniz, deyin, yığışıb belə? —

“Dənizlər aşırsınız ingilis kömürüylə harəkətə gələrək”

“Bu yolu gedirik ki, sənə çörək gətirək, yağ da gətirək hələ,

Mal əti, qoyun əti, donuz əti, yumurta, pendir gətirək gərək.”

 +

“Paroxodlar, eləsə, bəs gətirəcksiniz, deyin, onaları hardan,

Hara yaza bilərəm siz uzaqda olanda sizə məktubumu mən?”

  “Gətirərik bunları Kvebek, Vankuverdən, həmçinin Melbrundan.

Məktubuları Hobarta, Honq Konqa və Bombeyə gərək göndərəsən sən.”

 +

“Ancaq Böyük Gəmilər, bəs sizə üz verərsə əgər nə isə birdən?

Məsələn, ola bilər batasınız dənizdə, qəzaya  uğrayaraq.”

“O halda, əlbəttə, sən, səhərini kofesiz, bekonsuz yeyəcəksən,

Bəlkə çay işəcəksən, nə şirin qoğal, nə də fəsəli olar ancaq.”

 +

“Onda dua elərəm ki, Böyük Paroxodlar, gözəl keçsin havalar,

Mavi sular xəfifcə ləpələnsin və yumşaq küləklər ancaq əssin.”

“Böyük Paroxodlara təhlükəli deyildir nə briz, nə dalğalar,

Dəmirdir aşağıdan, düzəldiblər poladdan yuxarı hissəsini.”

 +

“Onda, Böyük Gəmilər, sizəin hamınıza quraram yeni mayak,

Cəlb edərəm ağıllı çoxlu losmanı da mən, sizi keçirsin onlar.”

“Ah, indi artıq La-Manş çox gözəl işıqlanır ziyafət zalı sayaq,

Losmanlarınsa sayı Ludakı sardinanın sayından da çox olar.”

6.

“Bəs Böyük Paroxodlar, nə eləyə bilərəm sizin üçün onda mən,

Nə eləyim halınız xoş olsun,  durumunuz rahat və qaydasında?”

Keşik çəkməyə göndər onda böyük sularda hərb gəmilərini sən,

Yemək gətirən zaman biz sənə önümüzü kəsməsin bir adam da.”

7.

Çörək ki, yeyirsiniz, dadlı peçenyelər ki, xırtıldadırsınız siz,
Sorduğunuz şirnilər, ya kəsilib-doğranıb qazana girən ətlər,

Bir daha görməzsiniz bunları evinizdə Biz Böyük Gəmilərsiz

Siz aclıq çəkərsiniz bizim qabağımızı kəsən olarsa əgər”.

1911

ingiliscədən tərcümə

13-15. 12. 2024, Samara

++++++++++++++

RUDYARD KİPLİNG

Big Steamers

«Oh, where are you going to, all you Big Steamers,

With England’s own coal, up and down the salt seas?»

«We are going to fetch you your bread and your butter,

Your beef, pork, and mutton, eggs, apples, and cheese.»

2

«And where will you fetch it from, all you Big Steamers,

And where shall I write you when you are away?»

«We fetch it from Melbourne, Quebec, and Vancouver.

Address us at Hobart, Hong Kong, and Bombay.»“

3

«But if anything happened to all you Big Steamers,

And suppose you were wrecked up and down the salt sea?»

«Why, you’d have no coffee or bacon for breakfast,

And you’d have no muffins or toast for your tea.»

 

4

«Then I’ll pray for fine weather for all you Big Steamers,

For little blue billows and breezes so soft.»

«Oh, billows and breezes don’t bother Big Steamers:

We’re iron below and steel-rigging aloft.» 

 

5

«Then I’ll build a new lighthouse for all you Big Steamers,

With plenty wise pilots to pilot you through.»

«Oh, the Channel’s as bright as a ball-room already,

And pilots are thicker than pilchards at Looe.»

6

«Then what can I do for you, all you Big Steamers,

Oh, what can I do for your comfort and good?»

«Send out your big warships to watch your big waters,

That no one may stop us from bringing you food.»

7

For the bread that you eat and the biscuits you nibble,

The sweets that you suck and the joints that you carve,

They are brought to you daily by All Us Big Steamers

And if any one hinders our coming you’ll starve!»

RADYARD KİPLİNQ. «BATAQLIĞIN QARA UŞAQLARININ…»

buffaloes2

Bataqlağın qara uşaqlarının,

Şoranlıq çöllərin və çəmənliyin,

Kəndə girməyə yox ixtiyarları,

Aşağı dərəcə adamlar kimi.

 +

Otlar otlaqlardan onlar kənarda,

Onların yeminə gülər  mal-heyvan .

Palçıqda dincələr, arzuları da,

Meşədə ot-ələf, ya da ki, tikan.

 +

Ancaq vay halına, onları kimsə,

Yuxudan oyada, çaşıb bir insan,

Sürüdən ayıra başçı camışı,

Qabanı qaldıra mağarasından.

1891

ingiliscədən tərcümə

15.11. 2024, Samara

+++++++++++++++

RAUDYARD KIPLING

Dark children of the mere…

 

Dark children of the mere and marsh,

Wallow and waste and lea,

Outcaste they wait at the village gate

With folk of low degree. Читать далее

İNTİHAR HAQQINDA…

09. 10. 23

Mənə xəbər verdilər ki, Mərhum Məmmədhəsənin nəvəsi, qızı Dürnisənin Yusif adlı oğlu özünü öldürüb. Çox məyus oldum…

Mənim yaşım çoxdur, ona görə Məmmədhəsənin gənc vaxtlarını xatırlayıram. Məmmədhəsən yaxşı feldşer idi, Ərəbqardaşbəyli ilə Bala Surra arasında hər cür havada əvvəllər piyada, sonralar motosikllə çapır, evləri qapı-qapı gəzir, gecə də dalınca gələndə dinməzcə durub xəstə üstünə gedirdi. Orta təhsilli feldşer olan Məmmədhəsənə kənddə “doxdur” deyirdilər, o vaxtlar o, “doxdur” adına layiq idi.

Sonralar, təəssüf ki, Məmmədhəsəni mağaza xarab elədi…

Dürnisəni – Dürnisə müəllimi — yəqin ki, şagird olduğu vaxtlar görənəm. Mərifətli qız idi, çalışqan idi.

Hər dəfə hər hansı gəncin intihar etdiyini eşidəndə, onun ata-anasını düşünürəm. Balasını itirmiş ata-ana üçün həyat kökündən dəyişir, yeyib-içdiyi zəhrmara dönür. Mənim kiçik qardaşım Salman səkkiz yaşına çatmamış qəfil xəstəlikdən öləndən sonra məməm yasdan çıxmırdı, xasiyyəti də çox dəyişdi…

Təbiətən intihara meylli insanlar var. Nəzarətsiz qalanda özlərinə çox hallarda ölümlə nəticələnən ağır xəsarət yetirirlər. Bu, patologiyadır, psixikanın pozulmasıdır. Bəs sağlam adamlar özlərini niyə öldürürlər?

Mütəxəssislər yaşla əlaqəli böhranların yeniyetmələrdə 12-14 yaş arasında, kişilərdə 20-30 yaş arasında olduğunu qeyd edirlər. 60 yaşdan sonra belə böhranlar hər iki cinsin nümayəndələrində ola bilər.

İntihar sövq edən əsas səbəblərdən biri depressiya sayılır. Depressiya halında nə  ümid var, nə istək. Yaşamaq mənasız görünür.

Narkotik keflənmə halında intihar edənlər çoxdur. Doza qəbul etmiş narkoman üçün varlıqla yoxluq arasında fərq itir, ölüm narkotik keflənmə halında olan insan üçün heçlik deyil, nirvananın daha bir qatıdır…

Bəs sağlam, ağlı başında olan adam özünü niyə öldürür?

Mən Dürnisə müəlimin əziz balasının ölümü ilə bağlı heç bir spekulyasiya eləmək fikrində deyiləm, çünki hadisənin təfərrüatı barədə heç bir məlumatım yoxdur. Mən, yeri gəlmişkən, Azərbaycanda epidemiyaya çevrilmiş intihar halları haqqında öz fikrimi demək istəyirəm.

Məlum olduğu kimi, cinayət məcəlləsində “intihar həddinə çatdırma” kimi maddə var. Yəni insana o qədər fiziki və mənəvi işgəncə verilir ki, çıxış yolu görməyib özünə qəsd edir. İnsanı intihar həddinə öz ailəsində də çatdıra bilərlər – qayınana gəlini, gəlin qayınananı, ər – arvadı, valideynlər övladı. Belə cinayətlərin çoxu ört-basdır edilir, guya ailə şərəfini qorumaq üçün intiharın əsl səbəbi gizlədilir.

Çoxumuza məlumdur ki, hər ailə mehribanlıq hökm sürən isti ocaq deyil, əksinə zülm ocağıdır. Hər ailəyə isə nəzarətçi qoymaq olmaz ki, ata-ana uşaqlarıyla insan kimi rəftar eləsin. Ancaq intiharın profilaktikası vacibdir. Daim, intensiv, ardıcıl şəkildə uşaqlara aşılanmalıdır ki, həyat möcüzə sayıla biləcək nemətdir və biz bu nemətin üstündə elə əsməliyik ki, sanki qıraqlarına qədər dolu camı daşlı-çınqıllı yolla aparırıq. İntihar isə insanın ata biləcəyi ən uğursuz, ən mənasız addımdır.

Ailə zülm ocağıdırsa, onu tərk eləmək lazımdır.

Ordudan tez-tez əsgərlərin intihar xəbərləri gəlir. Əgər komandir, gizir, əsgərə işgəncə verir, alçaldırsa, əlində avtomat olan əsgər niyə o zalımı yox, özünü öldürsün?

Azərbaycanda depressiyaya uğramamq üçün polad sinirlər lazımdır. Bu kiçik ölkə böyük bir türməni ya da, dəbdəbəli toyların çalındığına baxmayaraq, böyük bir yasxananı xatırladır. İndi sərhədlər də bağlıyıblar ki, insanlar klaustrofobiya azarına tutulsunlar…

Futbol həvəskarları yaxşı bilirlər: həftənin dörd-beş günü Avropa ölkələrində milli çempionatların yarışları keçirilir. 50, 60, 70 hətta 90 minlik stadionlar dolu olur. İrili-xırdalı bütün şəhərlərdə opera tapmaşaları gedir, simfonik orkestlər çıxış edən filarmoniyalarda anşlaqdır. İndi bütün Avropa şəhərlərinin geniş küçələrində, meydanlarında milad yarmarkaları keçirilir. Adamlar keyfiyyətli, səmərəli işləyir, keyfiyyətli dincəlirlər. Qocalıb pensiyaya çıxanlar qollarını-qıçlarını uzadıb ölümü gözləmirlər, səyahət edirlər, cavanlıqda arzusunda olduqlaırı yerləri gəzirlər. Adamların söz demək, fikir ifadə etmək, siyasi fəaliyyət göstərmək azadlıqları, özlərini müstəqil məhkəmələrdə müdafiə etmək imkanları var. Azərbaycanda söz danışanı, söz yazanı şərləyib dama basır, türmədə çürüdürlər, kütləvi qorxu psixozu yaratmaq üçün  millətin fəxri sayıla biləcək gənc jurnalist qızları zindana atan, əhalini dilsiz-ağızsız mal-heyvana çevirmək istəyən Əliyev Amerikaya, Fransaya hərbə-zorba gəlir. Sosial vəziyyətindən asılı olmayaraq  hər hansı bir insan özünü Azərbaycanda azad hiss edə bilərmi? Yox, edə bilməz. Əgər edirsə, deməli o, narkotik keflənmə halındadır, reallıqla illüzor olanı bir-birindən ayıra bilmir…

Əgər intiharın əsas səbəblərindən biri depressiya sayılırsa, bu depressiyanı yaradıb bütün əhalini ona düçar edən Əliyev rejimidir. Ancaq bu rejimdən də qəddar rejimlər olub və adamlar çıxış yolunu intiharda yox, rejimlə mübarizədə görüblər. Zülm ailədən gəlirsə, o zülmə ailədə qarşı durmaq lazımdır, sənin intiharın zənin zülmkarına hədiyyədir.

Sirr deyil ki, bəzi gəncləri intihara aparan depressiyanın özünə uğursuz sevgi səbəb olur. Yeniyetmə, gənc sevgi uğursuzluğunu ağır yaşayır. Ancaq həyatın özündən yüksək olan heç bir duyğu yoxdur. Sevgi də, dərd də, ən müxtəlif başqa yaşantılar da həyatın təzahürüdür. Həyat varsa – yeni sevgilər, yeni münasibətlər yaranacaq. Valideynlər, hazırlıqlı psixoloqlar uşaqları rədd edilmə, cavabsızlıq nəticəsində yaran bilən böhrana hazırlamalıdırlar. Yəni hər hansı qız (oğlan) tərəfindən rədd edilmək, hətta atılmaq nə qədər ağrılı olsa da, faciə deyil, insan təbiəti dəyişkəndir, dəyişməyə, reabilitasiyaya qabildir və bu qabiliyyət bizim ən ağır yaralarımızı sağaldır, yeni münasibətlərə, sevgilərə qovuşdurur.

Bu yaxınlarda mənim 71 yaşım tamam oldu. Ölmək istyirəmmi? Yox. Bilirəm ki, yaşadığım hər gün ən sonuncu ola bilər. Ancaq təbii olacaq hadisəni özüm icra eləmək istəmirəm. Çünki həyatın əksi – heçlikdir. Axirətə inanmıran, cənnəti, cəhənnəmi heç bir sübutu olmayan fantaziya sayıram. İndi küçədə yumşaq qar yağır, şaxta üç-dörd dərəcədir, yəni çox xoş hava var, mən də qardaşoğlu Yusifin Bakıdan hədiyyə göndərdiyi noutbukda intihar əleyhinə fikirlərimi yazıram və hamını həyatı sevməyə çağırıram.

İyunun 5-dən 6-na keçən gecə mənim yaşadığım ev yandı. Nəyim vardısa odda və yanğınsöndürələrin vurduğu suda məhv oldu. Mən hər şeyimi itirib indi tamam dəyərdən düşmüş pensiya ilə qaldım. Binanın qarşı tərəfndəki səkidə durub üç-dörd saat ərzində yanğını müşahidə edərkən intihar barədə düşünürdümmü? Konkret intihar barədə düşünmürdüm, ancaq bundan sonra necə yaşayacağımı təsəvvür edə bilmirdim…

Səhərə yaxın zəngilanlı Şirvan Kərimov daha iki soydaşla yanğın yerinə gəldi, iki-üç saatdan sonra mənartıq hamamlanıb təzə paltar geymişdim…İndi bir neçə aydır ki, ev, o cümlədən mənim mənzilim Şirvan Kərimovun nəzarəti altında və dövlətin ciddi köməyi ilə yenidən yaradılır. Mənə yaxşı ev tutublar, mərkəzdə sakit həyəti olan qədim binadır. Altı ay ərzində iki kitablıq tərcümə eləmişəm və yazmışam…

Özünüzdən muğayat olun, bir-birinizi qoruyun, yəni qıraqlarına qədər dolu cam aparan adamın titrədiyini görəndə ona dəstək olun ki, camdakı cövhəri dağıtmasın…

Dürnisə müəllimə, faciə üz vermiş ailənin bütün üzvlərinə səbr diləyirəm.

X.X.

  1. 12. 2024, Samara

RADYARD KİPLİNQ. CƏZA

RADYARD KİPLİNQ

Parladı bir Ulduz göydə bir dəfə,

“Çəkilsin gözümdən!” dedim mən ancaq,
“Elələri var ki, gözəldir daha,

Onlardır sevimli göylərə çıraq.”

Əlbəttə, bu sözüm mənim yalandı,

Bunun cəzasını gərək alaydım.

 +

Qitələr dolaşdım aşıb dənizlər,

Gördüm Planetlər necə nur saçır-

Mənim itirdiyim ulduza bənzər

Ecazkar deyildi ancaq heç biri

Mən yalan demişdim, güman etmədən,
Bunun cəzasını çəkərəm hökmən.

 +

Göylərim al qana boyanan zaman,

Zülmət gecə kimi günüm qaralcaq,

Mən qovan Ulduzdu təkcə parlayan

Məndən uzaqlarda, vəfalı ancaq.

Özümü sevirdim yalnız və indi,

Nə yaşayırdım, nə də ölə bilirdim.

 

ilk dəfə 1931-ci ildə nəşr edilib

ingiliscədən tərcümə

10-12.12. 2024, Samara

+++++++++++++

RUDYARD KİPLİNG

The Penalty

 

Once in life I watched a Star;

   But I whistled, «Let her go!

There are others, fairer far,

  Which my favouring skies shall show.»

Here I lied, and herein I

Stood to pay the penalty. Читать далее

RADYARD KİPLİNG. ÖKÜZLƏR

RADYARD KİPLİNQ

Dalğalanan otunun içiylə cəngəlliyin,
Toran sıxlaşan zaman bir az çaydan yuxarı,

Keçərək gedir onlar toz bürümüş düzəni,

Kənd divarına sarı.

 +

Əzəmətlidir qılınc və möhtəşəmdir qələm,

Kotançının tiyəsi üstündür ancaq daha.

Onun öküzlərindən, işlək əllərindən həm,
Güc alır İmperiya.

 

ingiliscədən tərcümə

08-09. 12. 2024, Samara

++++++++++++++

RUDYARD KİPLİNG

The Oxen

 

Between the waving tufts of jungle-grass,

   Up from the river as the twilight falls,

Across the dust-beclouded plain they pass

   On to the village walls. Читать далее

HƏQİQƏTDƏN XATİRƏ

İYUL 2023

Hərdən-hərdən yuxuda görürəm ki, Azərbaycandayam, Salyanda məni dostum Cəfər söhbətə tutub, günün gedən vaxtı taksi ilə gəlib qalmışam Kürün qırağında – İdris kolazı çoxdan qıfıllayyıb gedib evinə. Kolaz bağlanan qayalıqdakı suvuran maşının damdaşının yanında durub gah mənə, gah qarşı sahilə baxan kişini tanıyıram. Toranda üzünü yaxşı görməsəm də, mənə məzəmmətlə baxdığına şübhəm yoxdur. Hamının Hağiyət dediyi Həqiqət kişinin Salyandan kəndə taksi ilə gələnlərdən zəhləsi gedir, belə adamları qudurğan sayır. Salyandan vaxtsız qayıdıb Kürün qırağında əsir-yesir olanlar da Həqiqət kişinin gözünün düşmənidir, çünki ağlı başında olan adam vaxtında gələr ki, sonra gedib kolazçı İdrisin qapısında durub ağlaşma qurmasın… Bu dayanış çox çəksəydi, mən yəqin yuxuda xəcalətdən ölərdim. Ancaq birdən Həqiqət kişinin səsini eşidirdim: “Məllim, darıxma, Yolçu yarım saata gələcək tora baxmağa, səni də atar o taya…”

Kolazçı Abbasın oğlu kolazçı İdrisi uşaqlıqdan Yolçu çağırırlar…

Fövqəladə boyu, iriliyi, gücü, səsi ilə məşhir olan Heydəralı kişinin oğlu Həqiqət bizim kəndçimizdi, yəni Salyan rayonunun Şirvan Əərəbqardaşbəyli kəndindən idi. Cavanlıqdan Kürün sağ sahilinə, o vaxtlar Komsomol adlanan Ərəbqardaşbəyliyə köçmüşdü. Uzun müddət Bala Surra kəndindəki su maşınının mexaniki olmuşdu. Sonralar, bəlkə yetmişinci illlərdə Komsomolda (Ərəbqardaşbəylidə) təzə su maşını qurulanda Həqiqəti təcrübəli işçisi kimi Bala Surradan götürüb təzə maşına mexanik qoymuşdular. Təzə maşın isə iki Ərəbqardaşbəylinin arasında keçələt olan yerdə, qayann üstündə qurulmuşdu. Mexanik təzə olduğu kimi, qurğunun üstündəki tikili də, içindəki avadanlıq da təzə idi. Köhnə olan əvvəlki maşından irs qalan fəhlələr idilər ki, onların hər biri haqqında ayrıca danışmağa dəyər. Yay-qış, su maşını işləməyən vaxtlarda da maşında növbə çəkən, əsas işləri hansı hissələri isə yağlamaq olan bu kişilərin hər biri son dərəcə koloritli idi. “Kişilər” demək düz çıxmır, çünki, məsələn, Həqiqət kişi arvadını da fəhlə yazdırmışdı, yerinə özü növbə çəkirdi…

Təzə su maşını qurulandan bizim kəndimizin, xüsusən hər gün ya tez-tez Salyana gedib-gəlməli olan adamların həyatı radikal şəkildə dəyişdi. Kolaz qarşı sahilə yaxınlaşdıqca kolazdakı adamlar ağappaq əhənglənmiş tikilinin yanında düppədüz durub onlara baxan, irilikdə atası Heydəralı kişidən az geri qalan Həqiqəti görürdülər. Və hər biri təxminən bilirdi ki, indi Həqiqət kişi onların haqqında nə fikirləşir. Və hamıya məlum idi ki, Həqiqət kişi öz keçmiş kəndçiləri haqqında yaxşı fikirdə deyil. Həqəqət kişi gəlib-gedənləri qayada qazılmş pilləkənləri düşəndə ya qalxanda, kolaza minəndə ya kolazdan çıxanda zəhmli baxışları ilə süzürdü və onun gözlərinə baxan hər kəs bilərdi ki, ya işə, ya alverə, toya ya da yasa gedən bu adamların qiyməti bu gözlərdə çox aşağıdır. Mən Həqiqət kişinin gözlərinə baxmışdım və öz qiymətimi də çox aşağı görmüşdüm, hərçənd o mənə “məllim” deyirdi və lələmdən hörmətlə danışırdı… Mənə elə gəlir ki, Həqiqət kişi təkcə kolazla o taydan bu taya, bu taydan otaya keçənlərə yox, hərəkətdə olan bütün insanlara baxır, onların niyə yaşadığını başa düşə bilmirdi. Hətta ağlıma gəlir ki, Həqiqət kişiyə hökumət tərəfindən bir az dəstək olsaydı, yəni səlahiyyət veriılsəydi, kolaz hələ Kürün ortasında olanda onu topa tutar, adamları cəhənnəmə vasil edərdi…

Həqiqət kişi çox işlək adam idi, həm də özünün xarici görkəmiylə uyuşmayan çox incə estetik duyğuya malik idi. Fəza estetikası elə bil onun qanında idi. Rəhbərliyi altında təzə maşın işə başlayan kimi tikilinin ətrafını şumlaylb yonca əkdi, söyüd, qovaq qələmələri sancdı və tezliklə bu qələmələr böyüyüb kölgəliyə çevrildilər. Səhv etmirəmsə, Həqiqət kişi yeməli olan şeylər də əkmişdi. Ancaq kolaz gözləyən kəndçilərinin ona gördüyü abadlıq işləri ilə bağlı verdiyi ikibaşlı suallar, özlırini cavan söyüdlərin kölgəsinə verənlərin naqqallığı Həqiqət kişini cinləndirirdi və günlərin bir günü əkdiklərinin hamısını kökündən çıxarıb Kürə tökmüşdü…

Adətən bizim adamlar naxır qabağına çıxanda ya da Kür qırağında kolaz gözləyəndə siyasətdən danışırlar. Həqiqət kişi heç vaxt siyasətdən danışmırdı. Mənə elə gəlirdi ki, su maşınını fəhlələri ilə, avadanlığı ilə birlikdə Həqiqət kişi kiçik bir dövlət, özünü isə dövlət başçısı sayır və tamamilə məntiqi olaraq başqa dövlətin ya dövlətlərin işinə qarışmrdı. Siyasətdən danışan naqqallara zəhmlə baxır, hərdən özünü saxlaya bilməyib deyirdi: “Ağıllı olun, kümətin işinə qarışmayın, həzrət Abbas haqqı, qulaqlarna çatar, əlli-ayaqlı gedərsiniz!…”

Həqiqət kişi öz dövlətini dəmir yumruqla idarə edirdi. Su maşını qış aylarında dayanırdı. Ancaq fəhlələr növbələrini çəkirdilər. Və Həqiqət kişi vaxtaşırı gecə reydləri keçiirdi ki, növbədə olan fəhlə gecə birdən yatmasın. Bəzən saatlarla fəhlənin yanında,hətta üzbəüz otururdu ki, yatmadığına arxayın olsun. Qocaman əməkdar fəhlələrdən olan çolaq İsmayıl mənim dostum İlhama danışırmış ki, bir dəfə qışda mexaniklə bir neçə saat üzbəüz oturub. Birdən mürgüləyib gözlərini yumanda Həqiqət qışqırıb: “Elə niyə elədin?!”…

Azərbaycanda olarkən vaxtsız gəlib kolaz gözləyəndə Həqiqət kişi hərdən özü yaxın gəlib mənimlə söhbət eləyərdi. Nə gizlədim, mən bundan çox böyük qürür duyurdum. Bu mənim üçün Kaliqula da olmasa, ən azı Neronla danışmaq kimi bir şey idi. Bir dəfə Həqiqət kişi mənə ibrətli bir söhbət elədi. “Məllim, bizdə çox sarsaq adam var ki, özünü bilən kimi göstərir. Mən Surra maşınnı təhvil verəndə fəhləni aldım yanıma, başladım nə varsa göstərməyə ki, bu belədir, bu elədir. Başa salırdım ki, işlədə bilsinlər. Birdən bu qurumsaq qayıdıb mənə nə desə yaxşıdır? “Özümüz bilirk də…” Dedim, çox yaxşı, bilirsinizsə, mənim sözüm yoxdur. Məllim, o maşında bir şey var idi, onu yaxşıca burub çıxdım. Məllim, Həzrət Abbas haqqı, mən öyə gəlib çıxmamış Surra maşınında elə gurultu qopdu ki, elə bil bomba atdılar. Məllim, onu doqquz aya düzəltdilər, doqquz aya… Qurumsaq deyir özümüz bilirik, sən nə bilirsən, qoduq…”

Həqiqət kişi “doqquz ay”ı elə şiddətli təəffüz edirdi ki, elə bil doqquz işıq ili keçmişdi. Ancaq suvarma vaxtı xarab olan su maşını üçün doqquz ay elə doqquz işıq ilidir…

Həqiqət kişi dindar adama oxşamırdı, yəqin heç heç Həzrət Abbasın kim olduğunu bilmirdi, ancaq bu hərəkəti ilə əsl müsəlman olduğunu sübut eləmişdi. Müsəlmana, bildiyiniz ki, qisas buurulub…

Həqiqət kişi haqqında çox danışmaq olar. Ziddiyyətli, çox ziddiyyətli adam idi. Yəni şəxsiyyət idi. Maşını, etiraf etmək lazımdır, yaxşı işləyirdi… Ancaq bu xatirəni Həqiqət kişinin mənə elədiyi başqa bir söhbətlə bitirmək istəyirəm. Bir dəfə o mənə qız qaçlrmağından danışdı. Yənı gələcək arvadını öz razılığı ilə aparmışdı, ancaq kasıblıqdan toy eləməyə imkan olmadığına görə gərək qaçıraymış.

“Məllim, qızı sənin dədənin kolazında Kürlə keçirdim. Rəhmətlik Cahangir kişi kolazın açarını verdi qardaşın Seyfullaya, qızı qoyduq kolaza apardıq…”

Bunu danışanda Həqiqət kişin zeytun rəngli tüklü üzü işqılandı, hətta gözlərinin yaşardığını da desəm, yalan olmaz…

Ah, məhəbbət, nə gözəl şeysən, qəlbinə girdiyin hər kəsi mum kimi yumşaldırsan…

X.X.

11.12.2024, Samara

RADYARD KİPLİNQ. DƏRS

(məktəbli lirikası)

Dərslə məşğul idik haçansa birgə,

Bu dərs ən qədimdi; mənə o hərçənd,

Çox təzə gəlirdi, bilmirəm, bəlkə

Təzə kimiydi o sənin üçün də?

 +

Sanki hər səhifə sənə tanışdı,

Vardı məlumatın şəkillərindən,

Bəs bu dərsləri kim sənə demişdi

Ki, qadın sayağı müdrik idn sən?

 +

Qəribə olardı toranda əgər,

Əlimi qoysaydım çiyninə sənin”.

Bəlkə düşünərdin: “Yaşı bir qədər
Çox olsa, belimi belimi qucardı yəqin”.
+

Gözəl müəllimə, qoy olsun,  indi

Müdrikəm, önündə otururam mən

Oxunun işığı gözlərindədir,

Əks var çöhrəndə hər səhidən.

 +

Görüşdük, sonudur görüşün artıq,

Gərək biz ayrılaq, ayrılaq indi.

Oyun başa çatdı — ­­­ mən uşaq-aşiq,

Əzizim, sən necə? Doğrusunu de…

1881

ingiliscədən tərcümə

06-07. 12. 2024, Samara

++++++++++++++++++++++

RUDYARD KİPLİNG

The Lesson

(Schoolboy Lyrics)

 

We two learned the lesson together,

    The oldest of all, yet so new

To myself, and I’m wondering whether

    It was utterly novel to you? Читать далее

RADYARD KİPLİNG. CARET

RADYARD KİPLİNQ

Deyəsən, çatışmır nəsə dünyada
Nədir bu? Hər kəsin və hamının var,

Müxtəlif arzusu, istəyi ya da,

Onlar gah çəkilir, gah qabarırlar.

 +

Ümidlər həyata keçməmiş qalır,

Boş qalan kürsü var nə qədər evdə.

Dəf eləmək çətin uçurumları,
Çatışmır hər yerdə nəsə yenə də.

 +

Boşluğu eşq ilə bəlkə dolduraq,

Çatmayan həlqəni yapaq qızıldan?

Hansı guşəsisə boşsa, soyuqsa,

Duyulmaz istisi qəlbin heç zaman.

 +

Pozulmuş akkordlar taleyimizdir,
Dissonans qarışır harmoniyaya.

Ən kobud parçadır tale nə hörsə,

Nəfis tikələrlə fəqət yamanan.

 

ingiliscədən tərcümə

02-03. 12. 2024, Samara

QEYD:

CARET — əlyazmada nəyinsə çatışmadığını göstərən naşir, redaktor işarəsidir.

+++++++++++++++++

RUDYARD KİPLİNG

Caret

 

Something wanting in this world—

    What is it? To each and all

Different desires come,

    Tides of longing rise and fall. Читать далее