Архив по авторам | Xeyrulla Xəyal

RADYARD KİPLİNG. QALİBLƏR

RADYARD KİPLİNQ

Əxlaq nədir? Oxusun, kim at üstdəsə əgər.

Qaranlıq gecədirsə, yollar itibsə gözdən,
Əsl dostu tanıdır ən çətin dəqiqələr;

Dalda qalanı ancaq ağılsızdır gözləyən

İstər cəhənnəmə en, göylərə ucal ya da –

Tək gedirsə kim əgər, birinci gedər o da.

 +

Möhkəm tutur ağ əllər tarımlanan yüyəni,

Sürüşdürür mahmızı çəkmənin dabanından,
İncə səslər qışqırır: “Hərlənərək dön yenə”,

Dodaqlar daha parlaq qılıncın poladından

Ümidlər ərimədə ocaq başında odda,
Tək gedirsə kim əgər, birinci gedər o da.

 +

İnsan yıxıla bilər, özü yıxılır ancaq,

Özü yıxıldığından o özüdür günahkar,

Qənimət isə bəxti gətirənə çatacaq,

Şəhərin xəzinəsi, şöhrət və fəxri adlar.

Çatacaq ona yerin bütün sərvəti hətta,
Tək gedirsə kim əgər, birinci gedir o da.

 +

Sənin ağır çağında dostun yanındadırsa.

Əgər yardım və dəstək görürsən ondan hər vaxt,
Yaxşı olar mənim bu nəğməmə qulaq assan:

Yardımıyla zəfər çal, yardımı boynundan at.

Zəhməti qoy o çəksin, sənsə qazan həyatda,
Tək gedirsə kim əgər, birinci gedir o da.

1888

ingiliscədən tərcümə

03-04. 12. 2024, Samara

QEYD:

Kiplinq yaradıcılığının tədqiqatçısı İtil Asmon  qeyd edir ki, bu şeirdə insanların hamısına xas oman, lakin çox az adamın etiraf etdiyi sərhədsiz eqoizm ifadə edilib. Lakin bu fəlsəfənin Kiplinqin özünə aid etmək doğru deyil.

++++++++++++++

RUDYARD KİLLİNG

The Winners

  Envoi to The Story of the Gadsbys

 

What is the moral ? Who rides may read.

  When the night is thick and the tracks are blind,

A friend at a pinch is a friend indeed;

  But a fool to wait for the laggard behind

Down to Gehenna, or up to the Throne,

He travels the fastest who travels alone. Читать далее

RADYARD KİPLİNG. QƏRAR

RADYARD KİPLİNQ

Öz-özümə dedim: “Xəyala gərək

Dalam yay günləri ötüb keçincə”.

Taleyi istədim yuxuda görmək –

Uzandım, yuxuya getdim eləcə,

Və birdən ayıldım qıyya çəkərək

 +

Və qorxuya düşüb dedim gedərəm

Qızılgül qönçəsi qızaranacan

Mən öz çörəyimi qazanacağam” –

Ancaq bilmirdim ki, mən hara gedəm,

Yayın günləri də keçdi bu zaman.

 +

Və dedim özümə: “Gərək duram mən,

Yarpaqlar qəhvəyi rəng alanadək,

Adımı dünyaya tanıdam gərək,

Payız buludları üşütməmişdən,

Budaqlar yüklənib qırılanadək”.

 +

Səslənərək dedim Qışsa gələndə,

Altında islanmış ağacların mən:

 “Dincəlmək vaxtıdır, nəhayət, indi”

Və doldu ürəyim qürurla birdən.

 

ingiliscədən tərcümə

30.11-01.12. 2024, Samara

+++++++++++++

RUDYARD KİPLİNG

Resolve

 

I said to myself— ‘I will dream

   As the summer days go by,

   What  is my  Destiny—’

And I lay and dreamt my dream

   And I woke from it with a cry— Читать далее

KÜRÜNÜ QAŞIQLA YEYİRDİLƏR? BƏLKƏ O, BADIMCAN KÜRÜSÜ OLUB?

Universitetdə mənim Əkrəm Əliyev adlı qrup yoldaşım var idi, yuxarı kursdan qalıb bizə qoşulmuşdu. Xaçamazlı idi, ancaq o vaxtlar, yəni yetmişinci illərin sonlarında, Bakıda yaşayır, Televiziya və radio verilişləri komitəsində rejissor köməkçisi işləyirdi. Kəndimizin adını eşıdındə Baratəlini tanıyıb-tanımadığımı soruşdu. Dedim Baratəli Kürün Salyan tayındakı Ərəbqardaşbəylidəndir, özünü tanımıram, ancaq qardaşı İmaməlini tanıyıram.

Baratəli studiyada mühəndis işləyirdi. O zaman, yəni yetmişinci illərin sonlarında, təzə toyu olmuşdu. Bakıda yaşasa da, toyu kənddə eləmişdilər. Baratəlinin qardaşı Qulaməli vəifəli şəxs idi və qardaşının qoyunun gurultusu Kürün biz tərəfinə də gəlirdi. Hətta eşitmişdik ki, bəyin sağdışı televiziyanın tanınmış aparıcısı Sabir Ələkbərov olub…

Əkrəm Əliyev deyirdi ki, toydan sonra Baratəli studiyada toyunun necə dəbdəbəli keçdiyindən çox danışırmış. Bir dəfə deyib ki, “qonaqlaq kürünü qaşıqla yeyirdilər”. Toyda özü olmamış yoldaşlardan biri deyib: “Barat, o yeyilən yəqin badımcan kürüsü imiş…”.

Mən YouTube-da Bankə balıq kombinatı haqqında bir neç videoya baxdım. Deməliyəm ki, uşaq vaxtı istəkli bacım Sübü ilə Bankədə olmuşam və Bankənin adı da, xatirəsi də mənim üçün şirindir. Əsasən ruslar yaşayan, hasarlarını qıpqırmızı çiçəklər açan sarmaşıqlar bürümüş səliqəli fin evləri indiyəcən gözümün qabağındadır. Kombinatı sonralar, bacımgil Oriada köçəndəb sonra tanıdım. Əslində iyini bildim. Çünki bankə balıq kombinatında kilkədən, səhv etmirəmsə, toyuq yemi hazırlayırdılar və bu da çox pix qoxulu istehsalat idi. Külək kombinat tərəfdən əsəndə bu qoxu Kürü keçir, Oriyadın da yarısını bürüyürdü.

Və mərc gələrəm ki, bankəlilərin də, oriyadlıların da böyül əksəriyyəti öömürləri boyu tərifli qara kürüdən dadmamışdı. Onlara qalan kilkə ununun baş gicəlləndirən qoxusu idi.

Kürünü leqal alıb yemək mümkün deyildi. Kürü satışda yox idi. Kürü 36 və 56 qramlıq bankələrə qablaşdırılır və rəhbər orqanların qapalı bufetlərinə, qapalı mağazalarına və xaricə gedirdi. Kim kürü yeyirdisə, oğurluq kürü yeyirdi. Mənim baxdığım videoların birində Hilal Cəfərov bankə balıq kombinatı

adlı bir cənab deyir ki, 1965-68-ci illərdə kürünü kilosu 2 manat əlli qəpiyə — üç manata olub. Mən bilmirən Hilal Cəfərov niyə yalan danışır. Bəlkə də dənizin ağzında ova çıxan böyük brakonyerlər kürünü alverçilərə o qiymətə veriblər. Ancaq alverçi bazarda onu Cəfərov deyən illərdə Salyanın balıq bazarında 9 ya 10 manata satrdı. Ağ balığın kilosu Cəfərov deyən illərdə əlli qəpik yox, bir manat idi. Cəfərov danışdıqca Nozdryov kimi qızışır və deyir ki, kürünü “qaşıqla yeyirdik”. Bu, ağ yalandır. Mən o illərdə tanıdığım adamlardan heç kimin süfrəsində kürü görməmişəm. Hətta brakonyerlərin çoxu da tutduğu balıqların kürüsünü ailəsinə yedirtmir, bazara çıxarırdı. Salyana gürcülər balıq, kürü almağa gəlirdilər. Kilosu on manata olan kürünü kim yeyə bilərdi? Mağaza müdiri, prokuror, raykom katibi, səhiyyə idarəsinin müdiri, milis rəisi, kolxoz sədri… Kürünü Salaynın balıq bazarından alıb rüşvət kimi Bakıya aparırdılar – rektorlara, dekanlara, cərrahlara, prokurorlara, hakimləər… Sıravi adamlar kilosu iki manata olan əti ala bimirdilər. Müəllimlərimiz kənddə dana alıb kəsirdilər. Hərəsi iki-üç kilo götürəndən sonra qalanını satmaq üçün şagirdləri qapı-qapı salırdılar. Ətin kilosu düşürdü bir manat səksən qəpiyə, ancaq yenə ətin bir hissəsi satılmırdı…

Kərə yağının kilosu üç manatt əlli qəpik idi. Mağazada qalıb göyərirdi, kənd adamları ala bilmirdilər, çox adamın mağazaya borcu olurdu. Ay Hilal Cəfərov, deyirsən bu adamlar kürü yeyiblər? Niyə yalan danışırsan, a kişi? Bəlkə sən böyük brakonyer olmusan, qırmısan balıqları, oğurluq kürünü qaşıqla yemisən, ancaq sənin qonşuların, kəndçilərin, millətinin əksəriyyəti heç şoru da qaşıqla yeməyib, barmağını batırıb yeyib…

Guya o vaxtlar hamının balıq tutmağı da yalandır. Kürün sahilləri o vaxtlar böyük brakonyerlər tərəfindən zəbt olunmuşdu. Hər adam tor qura bilməzdi. Və tor da, qarmaq da, hörmətli cənab Hilal Cəfərov, qanunsuz idi! Balıq ovuna nəzarıtçilər var idi, üstlərində də beşaçılan. Həvəskarları tuturdular, böyük brakonyerləri, Kürü kilometrlərlə zəbt edib tor, qəti qadağan edilmiş qarmaq quranları yox.. Balıqları Kürdə elə siz nəzarətsiz, qaydasız ovunuzla məhv elədiniz. Bizim millətinki balıq ovu deyildi, balığın kökünü kəsmək idi. Kürə zəhəri siz “balıqçılar” atmırdinızmı? Beş kilo balıqdan ötrü dinamit partladıb minlərlə balığı məhv edən siz deyildinizmi? Vurçatlasın idi. Kürün bütün sərvətini elə bu saat, elə bu gün çıxarıb sataraq, qəsr tikmək, daşqaş almaq, rüşvətlə uşaq oxutdurmaq, sonra vəzifə almaq arzusuyla gecə-gündüz vurnuxdunuz. İndi də Puşkinin nağılındakı qarı kimi oturmusunuz sınlq ləyənin önündə, başınıza döyürsünüz..

Qayıdaq kürünü qaşıqla yeyənlərə.

70-ci illərin sonlarında qardaşım Adıgözəl Oriyadda, yəni Bankə ilə üzbəüz kənddə yeznəmiz Böyükağa Axundovla  balıq almaq üçün bir alverçinin həyəytinə getməyindən danışırdı. Deyirdi ki, nərdivanda 9-10 yaşlı qız oturmuşdu, qabağında kütü dolu kasa. Ancaq yemirdi, fikri ayrı yerdəydi. Anası qızı göstərərək qardaşımgilə deyir: “Kül olub bunun başına, qabağına nə qoyursan, yemir…”

X.X.

06. 12. 2024, Samara

P.S. O ki qaldı kombinatın binasının dağılmağına, qəsəbə əhalisi özü fond yaradıç çoxdan onu bərpa edə bilərdi. Bir toya nə qədər xərcləyirsiniz?

P.SS. İndi çox adam heç badımcan kürüsünü də qaşıqla yeyə bilmir, elə barmağını batırır…

RADYARD KİPLİNG. PİRATLAR İNGİLTƏRƏDƏ

RADYARD KİPLİNQ

Sakson müdaxiləsi, 400-600-cü illər

Roma tənəzzül edib dağılmaqda olanda,

Hakimiyyət, səltnət əlindən çıxan zaman,

Piktlər azar kimi divardan hoppandılar,
İngilis torpağını soyub qoyalar viran.

 +

Anbaan yaş axıdır, gülürdülər anbaan,

Dağdan və düzdən gələn xırda qara adamlar,

Nəhləyirdilər onlar tələsməkdən, acıqdan,

Bilərək beş yüz ilin burda qəniməti var.

 +

Tacirlər öldürüldü, bütün dükanlar talan,
Dağıdıblar şəhəri, dağıdıblar məbədi.

Sanki canavardılar, sürü üstə atılan,
Roma, qışqırırdılar, viran qalar əbədi.

 +

Onlar məhv edirdilər əllərinə nə keçsə,

Nəyin varsa qüdrəti, gözəlliyi, dəyəri.

Məhv edə bilməzdilər Vikinq Küləyinisə,

O küləkdir gətirən Şimaldan gəmiləri .

 +

Qarşısında Şimal-Şərq fırtınalarının da,

Onlar aciz idilər, yelkəni tarımlanan,

Pirat gəmilərini fırtına qaldıranda,
Dənizlərdən dənizə onları atan zaman.

 +

Sipərlənən gövdəni onlar unutmuşdular,
Şölələnir necə də üzüb yaxın gələrkən.

Nəcə birdən dərinə qağayı tək baş vurar,

Elə qağayı kimi çıxar üzə yenidən.

 +

Rənglənmiş gözlər necə parlar, qaşqabaq tökər,

Gəminin hündür, ilan şəkilli qabağında,

Baxar hara yan alsın, yelkən endirilərkən –

Onlar unutmuşdular yəqin ki, bunları da!

 +

“Sakson sahillərinin qrafı” orda yoxdu,
Əlbəyaxa döyüşdə onlar qarşılanalar.

Hay-harayla elə ki, dəstə sahilə çıxdı,

Ada içinə doğru piratlar baş aldılar.

 

ingiliscədən tərcümə

28-29. 11. 2024, Samara

 +++++++++++++

RUDYARD KIPLING

The Pirates in England

Saxon invasion, A.D. 400-600

When Rome was rotten-ripe to her fall,

 And the sceptre passed from her hand,

    The pestilent Picts leaped over the wall

To harry the English land.

 

    The little dark men of the mountain and waste,

So quick to laughter and tears,

    They came panting with hate and haste

  For the loot of five hundred years.

 

    They killed the trader, they sacked the shops,

 They ruined temple and town–

    They swept like wolves through the standing crops

 Crying that Rome was down.

 

 

    They wiped out all that they could find

Of beauty and strength and worth,

    But they could not wipe out the Viking’s Win

 That brings the ships from the North.

 

    They could not wipe out the North-East gales

 Nor what those gales set free–

    The pirate ships with their close-reefed sails,

 Leaping from sea to sea.

 

    They had forgotten the shield-hung hull

Seen nearer and more plain,

    Dipping into the troughs like a gull,

And gull-like rising again–

 

    The painted eyes that glare and frown

 In the high snake-headed stem,

    Searching the beach while her sail comes down,

 They had forgotten them!

 

    There was no Count of the Saxon Shore

To meet her hand to hand,

    As she took the beach with a grind and a roar,

 And the pirates rushed inland!

RADYARD KİPLİNG. ALİ ŞÖHRƏT

RADYARD KİPLİNQ

Ümidlə işləsək, çəkəcək onda
Oyuna çəkən tək hökmən o bizi.

O davam edəcək biz olmayanda,
O da yaşadacaq adlarımızı,
Qəbirdaşlarınmız əyiləndə də,
Və yazı üstündən pozulan zaman,
Bol məhsul gətirər hər il, yenidən.

Sürü də, ilxı da, əməkçi insan!

ilk dəfə 1908-ci ildə nəşr edilib

ingiliscədən tərcümə

27.11. 2024, Samara

+++++++++++++++++

RUDYARD KİPLİNQ

Gloria

 

Work with the hope that lures us on
Headlong to the game;
This shall last when we are gone,
This shall bear our name.
When the tombstone tilts awry.
When the date is blurred.
This shall bear abundantly
Mower, flock, and herd.

«ALA-BULA» YA «ALA, BULA?» BƏLKƏ «BOZ KEÇİ, BOMBOZ KEÇİ?»

salyan stansiya

Yüz il də olmasa, yüz ilə yaxın bundan əvvəl ibtidai sinif müəllimi işlədiyim vaxtlar yadıma düşür, Samaranın qədim küçələrini gəzərkən memarlıq abidəsi kimi qorunan abidələrə baxıb estetik zövq almaq əvəzinə gözümün qabağına sinif otağını gətirirəm, “Xoruz” ya “Keçi” şeirini deyən uşaqların səslərini eşidirəm…

“Ala-bula boz keçi…”

Əlbəttə, bu, Azərbaycan poeziyasının qənirsiz şedevridir…

Bu şeiri dil açan kimi öyrənmiş, həyət-bacada min dəfə təkrar eləmiş uşaqlar onu sinif yoldaşlarının qabağında ifa eləyəndə dərin həyəcan keçirir, qızarır, tərləyirdilər. Elə bil ki, hərbi and içib döyüşə yollanacaqdılar…

Mən də həyəcanlanırdım, elə bil ki, məni də bu körpə əsgərlərə qoşub basacaqdılar müharibəyə…

Bir qız şeirin bir yerində ustad müəllifə düzəliş verirdi.

Bir qurd çıxsa qarşına,
Sən nə gedərsən ona?

Qız çox inadkar uşaq idi, nə qədər çalışrdımsa, elə “edərsən” əvəzinə “gedərsən” deyirdi. Elə bil ki, keçi canavarla qumar oynayacaq, əlində də bir sanballı kart yoxdur..

Sən nə gedərsən ona…

Bıçaq sümüyə dayanırdı. Ya mən, ya da o!

Qız qaldı birinci sinifdə…

Bu günlərdə mən elə bil ki, nağıllarda deyilən kimi, qəflət yuxusundan ayıldım. Mənə bir əsrdən sonra çatdı ki, şeiri mən özüm də yaxşı başa düşmürmüşəm. Gərək müəllimliyi elə birinci ilin sonunda bitirəydim.

Necə yəni “ala-bula, boz”?

Keçi ala-buladır ya bozdur?

“Ala-bula” nədir?

Lüğətin birində oxuyuruq: “Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır.”

Başqa bir klüğətdə: “Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli”.

Deməli, keçi ala-buladırsa, boz deyil, bozdursa, ala-bula deyil…

Bu, bir yana. “Ala-bula” defislə yazılsa da, bir vurğu ilə deyilməlidir, çünki “bula”nın təklikdə mənası yoxdur. İndi diqqətli olun: “ala-bula” bir vurğu ilə deyiləndə ritm pozulur, hecanın biri itir, ona görə misra axsayır. Ona görə bu şeir dərsliklərə salınandan, dilə-ağıza düşəndən, “ala” ilə “bula” arasında pauza edirik, yəni “ala” ilə “bula” arasında, kobud şəkildə desək, vergül qoyuruq. Yəni “ala” və “bula” olur iki müxtəlif rəng. Və biz müəllimlər, sözün mənasına fikir vermədən, özümüz uşaqlardan tələb edirdik ki, “ala” ilə “bula” arasında nəfəs alsınlar.

Ala, bula boz keçi…

Yəni nəsil-nəsil uşaqları azdırmışıq. Azərbaycan millətinə vurulan zehniyyət ziyanı ölçüyə gəlməz…

Bəlkə də millətimizin bütün problemlərinin kökü elə bu “Keçi” şeirindədir…

Niyə ölkə türməyə çevrilib?

“Sən nə gedərsən ona…”

Millət elə bil üzü üzlər görmüş şulerlə qumar oynayır…

“Sən nə gedərsən…”

Şeirin birinci misrası qüsurludur, ancaq bu qüsur onun şedevrliyinə az xələl gətirir. “Keçi” şeiri Hüseyn Cavidin “İblis”i ilə bir səviyyədə dura biləcək sənət incisidir.

“Keçi” şeirinin dərin simvolizmində heç Şekspirdə olmayan dinamizm var. Diqqətlə fikir versəniz, görərsiniz ki, bu günün ictima-siyasi kontekstində, xüsusən Azərbaycan reallığında çoban və canavar iki müxtəlif personaj deyil, bir personajın iki təzahürüdür. Yəni canavar eyni zamanda çobandır. Və ya çoban eyni zamanda canavardır…

Vəziyyətdən çıxış yolu varmı?

Bəlkə “ala-bula”nı tamam ataq? Məsələn, belə başlayaq:

“Boz keçi, bomboz keçi,

Ay qoşa buynuz keçi!”

Necədir? Hər şey düzəlmirmi? Axı Azərbaycan həyatında əlvanlıq, alabulalıq, müxtəliflik çoxdan itib gedib. Bir boz rəng qalıb…

Füzulu demişkən, “candan usandıran”, gözləri yoran, ürəyi ağrıdan bozluq…

X.X.

03. 12. 2024, Samara

RADYARD KİPLİNQ. XATIRLARAM KİMƏM MƏN…

eleph_wild4

Xatırlaram kiməm mən. Kəndirdən və ciyədən daha yorulmuşam mən,

Yada düşər qabaqkı gücüm və meşələrdə gördüyüm bütün işlər.

Daha satan deyiləm belimi bir neçə dərz şəkər qamışına mən,

Gohum-qardaş yanına üz tutaram, mənə də məskən olar meşələr.

 +

Gedərəm bütün günü, hava qaralanacan, açılanacan səhər,

Dadaram küləklərin məsum öpüşlərini, saf sular çəkər sığal.

Sındıraram dirəyi, düşməz heç yadıma ki, topuğumda həlqə var,

Sevimli yoldaşlara qoşulub oynayaram, bilmədən nədir ağa.

ingiliscədən tərcümə

26.11. 2024, Samara

+++++++++++++

RUDYARD KIPLING

I will remember what I was

 

I will remember what I was.  I am sick of rope and chain—

    I will remember my old strength and all my forest-affairs.

I will not sell my back to man for a bundle of sugar-cane.

    I will go out to my own kind, and the wood-folk in their lairs.

 

 

I will go out until the day, until the morning break,

    Out to the winds’ untainted kiss, the waters’ clean caress.

I will forget my ankle-ring and snap my picket-stake.

    I will revisit my lost loves, and playmates masterless!

RADYARD KIPLINQ. TƏLXƏK

RADYARD KİPLİNQ

Üç dərəcəsi var bəxtəvərliyin,

Ayaqaltısında Tanrı taxtının

Sahibi olacaq ən uca yerin,
Kim oda atılır, ölümə yaxın
Gedir qardaşını xilas naminə,
Tanrının qüdrəti belə bilinər!

 +

Üç dərəcəsi var bəxtəvərliyin,

Cənnət bağlarında, budur həqiqət.

O kəs sahibidir ikinci yerin,

Verib qardaşına gözəl məsləhət,

Məhvdən ruhunu onun qurtarar,
Tanrının Cəlalı çünki orda var!

 +

Bəxtəvərliyin üç dərəcəsi var,

Üç kəsə sakindir bəxtəvər məkan,

O kəs ən aşağı pilləni tutar,

Ruha xilas gəlib zarafatından.

Qardaşının ruhu indi məzədə,

Ordadır mələklər ancaq özü də!

 

1911

ingiliscədən tərcümə

24-25. 2024, Samara

++++++++++++++++++

RUFYARD KİLİNG

The Jester

 

There are three degrees of bliss

At the foot of Allah’s Throne

And the highest place is his

Who saves a brother’s soul

At peril of his own.

There is the Power made known! Читать далее

MƏN UŞAQ OLANDA ELƏ GƏLİRDİ…

20230721_135628

Mən uşaq olanda, yadıma gəlir,
Adamlar ayrı cür qocalırdılar

Ayrı cür olurdu əyində paltar,

Tamam dəyişirdi səs də elə bil.

 +

Qocalar ayrı cür danışardılar,
Sözlər işlədərək biz anlamayan,

Baxaraq ətrafa oğrun anbaan —

Elə bil vaxt qoyan, ya da güdən var.

 +

Yaşın az da olsa, başa düşürdün,
Bunların hər biri müvəqqətidir.

Tez ya gec harasa hər biri gedir,

İtir gözlərindən hərəsi bir gün.

 +

Onlar da elə bil tələsirdilər,
Acıqlı olan da, üzügülər də.

Səfeh uşaq idik, elə gəlirdi,

Məzədir onları gözləyən səfər.

 +

Yox, o qocalara bənzəmirik biz,

Biz də geyinirik cavan geyəni.

Sözümüz gənclərin sözüylə eyni,
Şuxuq, əyilməyib çox da qəddimiz.

 +

Hərçənd ya sübh çağı, ya axşam olcaq,

Ürək təlaşlanır – bilmirik niyə.

Elə bil alıblar səfərbərliyə,

Haçan apararlar – bilinmir ancaq…

 

30.11. 2024, Samara

RADYARD KIPLINQ. CEYN SMIT

RADYARD KİPLİNQ

Səfərə çıxmışdım qış günündə mən,
Kimsəsiz bir düzdən yolum keçirdi,

Quş səsi gəlmirdi həndəvərimdən,

Və həmin gün hava çox soyuq idi.

 +

Fayton atlarının sayı dörd idi,
Ağdılar (birisə qaraydı hərçənd)

Dayanmadan onlar çapıb gedirdi,

Sürət də, deyim ki, kefin istəyən.

 +

Yanda xırdaca qız göründü birdən,
Yaman üzgün idi, arıq idi həm.

“Ser, lütfən faytona məni mindirin,

Anama bu cini gərək çatdıram.”

+

Dedim: “Min faytona, sevimli bala,
Əlbəttə, mənimlə gedə bilərsən.

Qorxma, çatdırarsan, gedib mənimlə,

Anana bu həyat suyunu hökmən.

 +

Amma meyxanaçı soyuq və sərtdi,

Dedi anasının hesabı çoxdan,

Yazılıb qapıya vurulub, indi,

Özün də görərsən, yaxşıca baxsan.

 +

Gözümün yaşıyla hesabı sildim,
Borcunu ödədim meyxananın mən,

On üç yaşlı qızsa faytona mindi,

Apardım anası olan yerəcən.

 +

Ayırır bizi xoş xatirələrdən,

Keçmiş hərçənd çılğın dalğalarıyla.,
Heç vaxt o səfəri unutmaram mən,

Ruhumu tərk ütməz o xoşbəxt bala.

1884

ingiliscədən tərcümə

20-21. 11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

Jane Smith

I journeyed, on a winter’s day,

   Across the lonely wold;

No bird did sing upon the spray,

   And it was very cold. Читать далее