Архив тегов | uşaqlar haqqında şeirlər

RADYARD KIPLINQ. CEYN SMIT

RADYARD KİPLİNQ

Səfərə çıxmışdım qış günündə mən,
Kimsəsiz bir düzdən yolum keçirdi,

Quş səsi gəlmirdi həndəvərimdən,

Və həmin gün hava çox soyuq idi.

 +

Fayton atlarının sayı dörd idi,
Ağdılar (birisə qaraydı hərçənd)

Dayanmadan onlar çapıb gedirdi,

Sürət də, deyim ki, kefin istəyən.

 +

Yanda xırdaca qız göründü birdən,
Yaman üzgün idi, arıq idi həm.

“Ser, lütfən faytona məni mindirin,

Anama bu cini gərək çatdıram.”

+

Dedim: “Min faytona, sevimli bala,
Əlbəttə, mənimlə gedə bilərsən.

Qorxma, çatdırarsan, gedib mənimlə,

Anana bu həyat suyunu hökmən.

 +

Amma meyxanaçı soyuq və sərtdi,

Dedi anasının hesabı çoxdan,

Yazılıb qapıya vurulub, indi,

Özün də görərsən, yaxşıca baxsan.

 +

Gözümün yaşıyla hesabı sildim,
Borcunu ödədim meyxananın mən,

On üç yaşlı qızsa faytona mindi,

Apardım anası olan yerəcən.

 +

Ayırır bizi xoş xatirələrdən,

Keçmiş hərçənd çılğın dalğalarıyla.,
Heç vaxt o səfəri unutmaram mən,

Ruhumu tərk ütməz o xoşbəxt bala.

1884

ingiliscədən tərcümə

20-21. 11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

Jane Smith

I journeyed, on a winter’s day,

   Across the lonely wold;

No bird did sing upon the spray,

   And it was very cold. Читать далее →

NƏ DEYİRSİNİZ, DEYİN…

ŞƏMS

             Ş, S. üçün

Bu qız hər gün, hər saat,

Gözəlləşir, dəyişir.

Hər gün artır ikiqat,

Dünənki yaraşığı.

 +

Saçı yumşaq ipəkdən,
Dalğalanar, qıvrılar,

Özü incə çiçəkdən,
Çiçəkdən xoş ətri var.

 +

Şirmayıdır əl, ayaq,

Şirmayıdır  özü də.

Gözəl olur hər uşaq,
Bu qız ayrı gözəldir.

 +

Yerişinə bax bunun,
Bunun duruşuna bax!

Nə deyirsiniz, deyin,
Adi deyil bu uşaq!

 +

Asta-asta dil açır,

Danışır şirin-şirin,
Nə gözəl zaman keçir! –

Məni ora yetirin!..

 

20.11. 2024, Samara