Архив по авторам | Xeyrulla Xəyal

ROBERT BERNS. QAB DİBİ YALAYANA

Robert Burns

Gah özünü öyürsən lordla tanışlığınla,

Gah deyirsən hersoqla dünən elədin nahar.

Cücü kraliçanın saçlarında gəzə lap,

Necə cücü idisə, cücü olaraq qalar.

1791

ingiliscədən tərcümə

21.08. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

The Toadeater

Of Lordly acquaintance you boast,

And the Dukes that you dined wi’ yestreen,

Yet an insect’s an insect at most,

Tho’ it crawl on the curl of a Queen!


1791

ROBERT BERNS. ROBERT FERQYUSONUN PORTRETİ ALTINDA YAZILMIŞ MİSRALAR


1787-ci ilin 19 martında Edinburqda Ferqyusonun kitabının gənc xanıma bağışlanan nüsxəsində


Lənət nankor o kəsə ki, həzz alır nəğmədən,
Nəğməni yaradanı ancaq ac qoya bilir!

Kiçik bir qardaşın say bədbəxtlikdə məni sən,

Böyük qardaş sayıram səni sənətdə də, bil.

Taleyini anınca göz yaşım axır yenə,

Belə qəddarlıq görürü dünyadan niyə Şair,

O, həssaskən dünyanın bütün nəşələrinə?

1787

ingiliscədən tərcümə

16. 08. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

Verses Written under the Portrait of Fergusson

 

The poet, in a copy of that author’s works presented

to a young lady in Edinburgh, March 19, 1787.

 

CURSE on ungrateful man, that can be pleas’d,

And yet can starve the author of the pleasure!

O thou, my elder brother in misfortune,

By far my elder brother in the Muses,

With tears I pity thy unhappy fate!

Why is the Bard unpitied by the world,

Yet has so keen a relish of its pleasures?

 

NAMİZƏD VƏFA NAĞI İLƏ GÖRÜŞ YA QOQOLUN «EVLƏNMƏ» KOMEDİYASI?

Son vaxtlar dünyada çox mühüm hadisələr baş verir: ABŞ-da prezident seçkiləri, Ukraynanın Rusiya ərazisinə girməyi və s. Ancaq məni ən çox maraqlandıran Neftçalada Vəfa Nağı adlı xanımın seçki kampaniyasıdır. Hər səhər yuxudan ayılan kimi Rusiyada qadağan edilmiş Faysbuku oğurluqca açıb bu xanımın səhifəsinə baxır, baxdıqca həyəcanlanır, təəccüblənir, heyrətlənirəm.

Şəkillərin birində Bankəni görüb çox kövrəldim. Səkkiz ya doqquz yaşım olanda mərhum bacım məni Bankəyə aparmışdı. Kiçik kənddən başqa ayrı yer görmədiyimdən Bankə mənə böyük şəhər kimi görünmüşdü. Orda kitab mağazası vardı, bacım pul verdi, üç kitab aldım, biri Puşkinin nağılları idi…

Allah sənə rəhmət eləsin, ay bacı…

Vəfa xanım Neftçalanın ayrı yerlərini də gəzir və çəkdirdiyi şəkilləri qoyur Rusiyada qadağan edilmiş Feysbuka. Mən də oğurluqca baxıram.

Füzuli demişdi: Heyrət ey büt! Halımın surətini görən elə bilər ki, bütəm. Yəni heyrətdən heykələ dönürəm..

Mən də Vəfa Nağının kampaniya şəkillərinə baxdıqca çox heyrətlənirəm. Heykələ dönüb-dönmədiyimi deyə bilmirəm, bunu məni bu halda görən adam deyə bilər. Görənim, baxanım isə yoxdur…

Allah heç bəndəsini tək qoymasın…

Bəlkə bu yazdığımı oxuyan ola və soruşa ki, Mirzə, soruşmaq ayıb olmasın, niyə heyrətlənirsən? Mən də cavab verərdim ki, ay bala, necə heyrətlənməyim? Özün bu şəkillərə bax. Vəfa Naği ilə görüşə gələnlərin içində bir arvad da yoxdur, hamısı kişidir. Bu, deputalığa namizədin seçicilərlə görüşünə qətiyyən bənzəmir. Vəfa Nağı ilə görüşə gələnlər elə bil ki, subay ya dul kişilərdir, arvad bəyənməyə gəliblər…

Məzahir Pənahovun başına and olsun!

Vəfa Nağının şəkilləri mənə Qoqolun “Evlənmə” komediyasını xatırladır. Aqafya İvanovnaya elçiliyə gələn kişiləri xatırlayırsınız?

Əlbəttə, xatrlayırsınız! Dünya ədəbuyyatını gözəl bildiyinizə şübhəm yoxdur…

Çox qəribədir… Yəni kəndlərdəki kişilərin hamısının arvadl ölüb? Hamısı birdən? Seçki ərəfəsində? Heç sağ qalanı yoxdur? Bəs niyə yaylığını başına atıb Vəfa bacıları ilə görüşə gəlmir?

Bəlkə bu kişilərin arvadları ölməyiblər? Namizədlə görüşə ərlərinin qeyrəti yol vermir?

Hə?

Arvadları qırx dərəcədə alaq vurdurmağa, pambıq yığdırmağa, bostanda, dirrikdə torpaqda eşələtdirməyə, bazarda alverə göndərməyə qeyrət yol verir, qadın namizədlə görüşə yol vermir? Bu necə qeyrətdir?

Belə qeyrətlə demokratiya bir araya sığmaz. Belə qeyrətin yiyələrinə Vafa Nağı kimi əqidə mücahidi yox, minüzlü harın ərinin kölgəsində yeyib-içib harınlamış, enlənmiş, yağlanmış Tənzilə Rüstəmxanlı lazımdır. Əlbəttə, Tənzilə Rüstəmxanlının deputatlığa təyinatı onların səsindən asılı deyil, ancaq asılı olsaydı da, ona səs verərdilər. Özlərinə deputat yox, arvad da seçsəydilər, ona səs verərdilər, çünki, “Qayınana”da deyilən kimi, camış kimi arvaddır, hərçənd yaşı keçib…

Yadınıza salıram ki, aprel döyüşləri zamanı, meyitlər döyüş meydanından yığılmamış Sabir Rüstəmxanlı və arvadı qızlaırna toy çaldırıb selfi yayırdılar. Şəhid anaları, ataları, bacıları qardaşları! Əzizlərinizin ruhunu təhqir etmiş arvadı qapınızdan qovun!

tünzalə rüstəmxanlı

Mən seçkilərin nəticəsinin xalqın səsindən asılı olmadığını deyib mürtəce rejimi daha da ürəkləndirmək istəmirəm. Asılıdır! Ancaq biz xalqıqmı? Qəhrəman xanım Vəfa Nağı ilə görüşə anasız, bacısız, arvadsız, özü də üst-başları nimdaş, üzləri tüklü, gözləri yuxulu gələn bu kişilər xalqdırmı? Yox! Xalq olan yerdə seçkilərin nəticəsi seçicilərdən asılıdır. Təkcə Avropada yox, hətta Banqladeşdə, Nigeriyada, Qanada seçkilər bunu sübut edir. Qeyrəti ananın, bacının, arvadın yerinə bülleten atmaqla yox, Tənzilə kimi …ləri it kimi qovmaqla göstərmək lazımdır…

Rusiyada qadağan edilmiş Feysbuka and olsun!

Mirzə ƏLİL

24. 08. 2024, Samara

VLADİMİR NABOKOV. DOSTOYEVSKİNİN ÖLÜMÜNÜN İLDÖNÜMÜNƏ

nabokov

İsa şagirdlərlə bağda gedirdi…

Kollar arasında, tovuz gözündən

Toxunmuş qumluqda bir it cəsədi

Onların önündə göründü birdən.

 +

Ağarırdı qara qırışlar altdan

Dişləri, ölümün üfunət dolu
Zəfərinə təslim həndəvər tamam.
Nə şirin, xoş ətir varsa, qovulub.

 +

Şişib, çatlayaraq, cəsədi itin,
Selikli qurdlarla üstü doludur.

İoann, qız kimi, arxa çevirdi,

Matfeysə turşudub üzünü durdu.

 +

Deyir həvariyə həvari belə:

“Bəd itdi, iyrəncdir leşi də indi…”

Xristossa dedi sadəcə dillə:

“Dişləri mirvari dənələridir…”

1921

ruscadan tərcümə

23.08. 2024, Samara

++++++++++++++++++

ВЛАДИМИР НАБОКОВ

На годовщину смерти Достоевского

 

     Садом шел Христос с учениками…

     Меж кустов, на солнечном песке,

     вытканном павлиньими глазками,

     песий труп лежал невдалеке. Читать далее

GETSEMANİ BAĞINDA, YADINIZDASA ƏGƏR…

Getsemani bağında, yadınızdasa əgər,

Deyirdi şagirdlərə, fəlakəti duyaraq:

Ürəyimi bürüyüb öldürücü bir kədər,

Məndən aralanmayın, qalın mənimlə oyaq.

 +

Dua da eləyirdi  üzüstə qapanarq:

“Mümkünsə əgər Atam, yan ötür camı məndən.

 Bilirəm mən istəyən önəmli deyil ancaq

Qoy olsun nəyədirsə sənin ali iradən”.

 +

Gözlərini qapayır mürgü şagirdlərinsə,
Müəllimin sözündən daha güclüdür yuxu.

Onları yatmış görüb kədərlə deyir İsa:

“Mənimlə oyaqlığa bir saat nədir axı!”

 +

Səma səltənətinə gedəcəkdisə əgər,

Yaxın ölüm İsanı belə qorxudur niyə?

Qorxardımı ölümdən, xardalın tumu qədər,

Olsaydı inam onda özünün dediyinə?

 +

Bəlkə lap çarmıxda da, əlli il, hətta yüz il,
Razı olardı qala, yaşaya bilə ancaq.

Torpaqdan üzülsə də, torpağın altda deyil,
Yenə dan söküləcək, yenə günəş doğacaq…

 +

Peyğəmbərlər doğulur, peyğəmbərlər ölürlər,
Yatağında  ölən də, öldürülənlər də var.

Axirətdən hər biri danışsa da nə qədər,
Elə hər birimiz tək qorxub ölümdən onlar.

 +

Hardadır milyon illər bizdən əvvəl gedənlər?

Birindən indiyəcən xəbər, soraq varmıdır?

Özünün dediyinə xardalın tumu qədər

İnamı var idisə, İsa yalvarardımı?

 

22. 08. 2024, Samara

ROBERT BERNS. BİR DƏFƏ YAY AXŞAMI

Bir dəfə yay axşamı çıxdım çöldə gəzim mən,

Zurnalar çalınırdı, gənclər əylənirdilər.

Vəfasız yarımı da gördüm orda şənlənən,

Qəlbimin yarasından qan açıldı yenidən.

2.

Sevincim də gedəcək, o, tərk edirsə məni,

Şikayət eləmərəm, üzülsəm də nə qədər.

Arzulayaram tapım mən də bir özgəsini,

Azara sala bilməz məni heç vaxt bir nəfər.

3.

Ağlamaqdan yatmaran dan sökülənə qədər,

Göz yaşım tökülərdi yağış tək, dolu sayaq.

Partlayard ürəyim ağlamasaydım əgər,

Ah, dözülməz ağırdır sevərkən aldanılmaq!

4.

O məni tamahından pula görə atsa da,

Onun qazandığına həsəd aparmıram mən.

Kədərim ürəyimi nə qədər ağrıtsa da,

O edən xəyanəti eləmərəm heç zaman.

ingiliscədən tərcümə

13-14. 04. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

As I was a wand’ring

1.
As I was wand’ring ae midsummer e’enin
The pipers and youngsters were makin their game,
Amang them I spyed my faithless fause luver,
Which bled a’ the wounds o’ my dolour again.
Читать далее

FERQYUSSONUN XATIRƏSİNƏ BERNSİN QOYDUĞU QƏBİRDAŞI ÜSTÜNDƏ YAZI

Robert Burns

Nə mərmər abidə, nə təmtəraqlı yazı var,

Nə canlı tək görünən büst, bəzəkli vaz nə də.

Zavallı Şotlanda bu sadəcə daş anladar,
Burda böyük şairi onun yatır qəbirdə.

 +

Acı taleyinə yas tutur duyğulu gənclik:
İlhamından yaranan nəğmə hərçənd möhtəşəm,

Nə dəbdəbə, nə Sərvət, fəqət, deyildi sənlik,

Eyni şəxs aclıq çəkir, pərəstiş edilir həm.

 

ingiliscədən tərcümə

15. 08. 2024, Samara

QEYD:

Robert Fergusson (sent. 5, 1750, Edinburgh, Scot. —okt. 16, 1774, Edinburgh)  — 18-ci əsrin görkəmli şotland şairi

+++++++++++++++

ROBERT BURNS

Inscription on the Tombstone Erected By Burns To The Memory Of Gergusson

 

No sculptur’d marble here, nor pompous lay,

  ‘No storied urn nor animated bust;’

This simple stone directs pale Scotia’s way

  To pour her sorrows o’er her Poet’s dust. Читать далее

ROBERT BERNS. BİTƏN 1788-Cİ İLƏ ELEGİYA

Lord ya kral ölə — saxlamıram yas,

Qoy ölsün — ölməyə doğulur hər kəs;

Fəqət düşünürsən —  fikir sarsıdır:

Ağalar, il bitib heçliyə vardı!

Kiçik ərazində, ah, səksən səkkiz,

Müdhiş hadisələr yer aldı saysız!
Nə qədər kef aldın sən əlimizdən,

Bizi saldın ağır vəziyyətə sən!

Təzə kralıyla çaş qalıb İspan,

Qoca dişsiz itim köçdü dünyadan;

Çəkişir Pitt ilə Foks durmadan,
Beçələri kimi bizim arvadın.

Biri lap oyundur, bəladır başa

Mədəni yanaşır ancaq anaşa;

O biri dikbaşdır, çox nəcib deyil,
Hərçənd eşələmir o, peyinliyi.

Kürsülərə qalxan moizəçilər,

Qışıqrın, səsiniz batana qədər.

Yaxşı yola salın səksən səkkizi

Yaxşı qazanc verib yedirtdi sizi:

Həm pul almısınız, həm yemək-içmək,

Sizdən əvəzində az oldu dəstək!

Sizsə göz yaşını silin, a qızlar,
İçinizdə çoxlu dost itirən var,

Gəldi əlinizə xeyli ötən il,

O qazanclı günlər qayıdan deyil.

Baxın, bu mal-qara, bu da qoyunlar,
Necə küt və həqir sürünür onlar!

Torpağın özü də ağlaylr indi,

Embro çeşmələri çünki tükəndi!
Səksən doqquz, sənsə hələ körpəsən,
Çox şey öyrənərsən, ümidliyəm mən.

Davran ehtiyatla, saqqalsız oğlan,

Ata kürsüsünü indi tutmusan:

Qandal-buruntaqlı Regent nə gərək?

Azad, müstəqil ol sən də atan tək.

O çəkən planla işini qur sən,

Onunku tək yaxşı ola nəticən!

Alınar, -zünü əsirgəməsən.

01 yanvar 1789

ingiliscədən tərcümə

11-12. 08. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

Elegy On The Departed Year, 1788.

 

 

For lords or kings I dinna mourn;
E’en let them die — for that they’re born;
But O, prodigious to reflect,
A towmont, sirs, is gane to wreck!
O Eighty-Eight, in thy sma’ space
What dire events hae taken place!
Of what enjoyments thou hast reft us!
In what a pickle thou hast left us!

The Spanish empire’s tint a head,
An’ my auld teethless Bawtie’s dead;
The tulye’s teugh ‘tween Pitt and Fox,
An’ our guidwife’s wee birdie cocks:

The tane is game, a bluidie devil;
But to the hen-birds unco civil;

The tither’s something dour o’ treadin,

But better stuff ne’er claw’d a midden.

  Ye ministers, come mount the poupit,

An’ cry till ye be hearse an’ roupet,
For Eighty-Eight, he wished you weel,
An’ gied ye a’ baith gear an’ meal:
E’en monie a plack and monie a peck,
Ye ken yoursels, for little feck!

 Ye bonie lasses, dight your een,
For some o’ you hae tint a frien’,
In Eighty-Eight, ye ken, was taen
What ye’ll ne’er hae to gie again.

Observe the vera nowte an’ sheep,
How dowff an’ dowilie the creep!
Nay, even the yirth itsel does cry,
For Embro’ wells are grutten dry

O Eighty-Nine, thou’s but a bairn,
An’ no owre auld, I hope, to learn!
Thou beardless boy, I pray tak care,
Thou now has got thy Daddie’s chair:

 

O Eighty-Nine, you are but a child,
And not too old, I hope, to learn!
You beardless boy, I pray take care,
You now have got your Daddy’s chair:

 

Nae hand-cuff’d, mizzl’d, half-shackl’d Regent,
But, like himsel, a full free agent,
Be sure ye follow out the plan
Nae waur than he did, honest man!
As muckle better as ye can.


January 1, 1789

VLADİMİR NABOKOV. İSTANBUL

Robert Burns

Üzüb üzə çıxır sübh çağı sahil,

Havanı xoş iylə külək doldurur,

Gəmimiz dayanıb yuxulu durur,

Nəhəng kəhrəba tək suda elə bil,

 +

Suda çevrə-çevrə açır şırımlar,

Sıçrayır mürgülü balıq qatarı.

Və nəsə bu ani titrəyişdə var,

Su belə görünür yağanda narın.

 +

 İstambul oyanır, yarılır toran:

Elə ki, ipəyi suyun  nurlanır,
Minarə yüksəlir iki tünd qara,

Əsmər qızılında yer alır danın.

6 aprel 1919, Zolotoy Roq

ruscadan tərcümə

16-17. 08. 2024, Samara

++++++++++++

ВЛАДИМИР НАБОКОВ

СТАМБУЛ

Всплывает берег на заре,
летает ветер благовонный.
Как бы стоит корабль наш сонный
в огромном, круглом янтаре.
Читать далее

ROBERT BERNS. QRAF SELKİRKİN EVİNDƏ ŞÜKRANLIQ DUASI

Kiminsə yeməyi var, yeyə bilmir o hərçənd,

Yeməyi yuxusunda yeyə bilənsə görür.

Bizim yeməyimiz var, diş və iştahımız həm,
Buna görə də sənə, ulu Tanrı, min şükr!

ingiliscədən tərcümə

13.08. 2024, Samara

+++++++++++++=

Robert Burns
The Selkirk Grace

Some hae meat, and canna eat,

          And some wad eat that want it,

But we hae meat and we can eat,

          And sae the Lord be thankit.