Kiyevdə Leninin heykəli uçurulandan sonra Vitali Kliçko jurnalistlərə deyib:
— Biz neçə ildir Yanukovoçdən tələb edirdik ki, burda Leninin əvəzinə milli öndər Heydər Əliyvin heykəli qoyulsun. Nəhayət, indi biz Ukrayna xalqının arzusunu yerinə yetirə bilərik.
Архивы
KÜRÜ KÜRƏ TÖKÜLÜB…
BİZİM MİLLƏT ALLAHI DA BEZDİRİB…
Allah saxlasın!
Allah işini avand eləsin!
Allah pul yetirsin!
Allah toy qismət eləsin!
Allah başına daş salsın!
Allah anasını ağlar qoysin!
Allah yaxşı müştəri salsın!
Allah baisin evini yıxsın!
Allah istəməyəni kor qoysin! Və bu qəbildən saysız cəfəngiyyat…
Ay millət, özünə qoyul! Allah nə edəcəyini səndən yaxşı bilir!
01.12.2013
AZƏRBAYCAN SAMMİTDƏ
PREZİDENTİN JURNALİSTLƏRLƏ DOSTLUQ DÜSTURU
— Oğlum, baban Heydər jurnalistlərin dostu olub, mən jurlalistlərin dostuyam, sən də prezident olanda gərək jurnalistlərlə dostluq edəsən.
— Ata, onların hamısına ev verməliyəm?
— Yox, bala, hamısına ev versən səni dost yox”, “hərif” sayarlar. Beşinə ev verəndə, üçünü gərək dama salasan, bəzilərinin qəzetini gərək ləğv edəsən, bəzilərinin özünü…
ИКРЫ НА ВСЮ ЕВРОПЕЙСКУЮ ДЕМОКРАТИЮ НЕ ХВАТАЕТ
Азербайджан отказался от ассоциации с Евросоюзом. «Нашей икры на эту ассоциацию не хватит», — заявил заместитель главы администрации президента страны Новруз Мамедов.
DOSTCASINA…
ŞƏRƏF VƏ ABİDƏLƏR
İlham Əliyevin sərəncamında deyilir ki, 1914-cü ildə Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi şərəfinə Azərbaycanda milli öndər Heydər Əliyevə yeni abidələr ucaldılacaq.
DÜŞMƏNİN BAŞINI AĞARTMIŞIQ…
İlham Əliyev Vyanada çəkdirdiyi şəkilləri arvadına göstərir. Mehriban xanım deyir:
— Serj yaman qocalıb, İlham, başı ağappaq olub…
— Mehriban, hərifin ürəyini üzmüşəm, bir şey qalmayıb…
BARAKLA İLHAMIN DEYİŞMƏSİ
Nizamiyə bənzətmə
Obama soruşdu: hardansan, oğlan?
İlham cavab verdi: Azərbaycandan.
Dedi: O diyarda hansı sənət var?
Dedi: Nefti satır, rüşvət alırlar.
Dedi: Rüşvət almaq heç ədəb deyil!
Dedi: Bu bizlərdə təzə dəb deyil.
Dedi: Hara gedir neftin qazancı?
Dedi: Xalqa çatır son manatacan.
Dedi: Xalqın kasıb görünür amma.
Dedi: Gördüyünə çox da inanma.
Dedi: Boğursunuz jurnalistləri.
Dedi: Başdan böyük var qələtləri.
Dedi: Neçə cavan niyə tutulub?
Dedi: Ciblərində qara, ağ olub…
Dedi: Qızlarının sərvəti hardan?
Dedi: İrs alıblar babalarından.
Dedi: Bəs xanımın varlanıb nədən?
Dedi: Kim deyibsə bunu, onun mən…
19.11 2013