KÜRÜ KÜRƏ TÖKÜLÜB…

nar

Amerikalılarla həmrəylik əlaməti kimi İlham Əliyev də ailəsiylə birgə Şükranlıq gününü qeyd edib. Əliyevlər ailəsi həmin gün yeyəcəkləri bir kilo kürünü yeməyiblər, aparıb töküblər Kürə…

AZƏRBAYCAN SAMMİTDƏ

nar

Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə Litva prezidenti ilə danışıq aparıb. İlham Əliyev Dalya Qribauskayteyə deyib: “Kürünü hara qoyaq?”

PREZİDENTİN SƏHƏRİ

nar

Səhər çağı. İlham Əliyevin evi. Prezident səhər yeməyinə girişmək istəyəndə birdən duruxur və nökərə deyir:
-Mən stolun üstündə “Azadlıq” qəzetini görmürəm! Bəs bilmrsiniz mən “Azadlığı” oxumayanda çörək boğazıma getmir?
Nökər üçqat əyilərək deyir:
— Zat-aliləri, “Azadlq” bu gün çıxmayıb…
— Onda “Yeni müsavat”ı gətirin, birtəhər çörəyimi yeyim.
Nökər yarıuzanılı vəziyyət alır:
— Zat-aliləri, “Müsavat” da çıxmayıb, deyəsən pulları yoxdur…
Zat-aliləri, Elşad Abdullayevin təzə videosu var, bəlkə qoşum?
— Qoş, yoxsa kürü boğzımdan keçmir. Avropalılar düz deyirlər ki, kürünkü demokratiyadır…

 

KÜRÜMÜZ ACI ÇIXAYDI…

          

 70-ci illərin söhbətidir. Bakıda tələbə olan bir yaaxın yoldaş imtahandan qabaq müəllimin evinə kürü aparır. İmtahanda müəllim minnətlə ona “3” yazır və üzünü turşuda-turşuda deyir:

— O gətirdiyin kürü də acı çıxdı, yeyə bilmədik, atdıq çölə…

İndi fikirləşirəm ki, birdən BMT, Avropa birliyi, ATƏT  başlayalar Azərbaycan hökumətini siyasi həbslərə görə qınamağa. Azərbaycan hökuməti buna təəccüblənəndə beynəlxalq diplomatlar deyələr:

— Son vaxtlar verdiyiniz kürü acı çıxır, yeyə bilmirik, tökürük itə-pişıyə…