Архивы

VUR — ÇATLASIN!

nar

Müsəlman ölkələrinin çoxunda, əlbəttə, opera yoxdur, balet yoxdur, sirk yoxdur. Ancaq bundan da yaxşı keflər var. Məsələn, arvadların daşaqalaq edilməyi. Arvadı qurşağacan basdırırlar torpağa, sonra tamaşaya yığılmış kişilərin hər biri ovuclarını çınqıl daşla doldurub başlayırlar arvadı daşlamağa… “Vur-çatlasın” dədə-babamız buna deyib…
Azərbaycan əhaləsi bu kefdən mərhumdur, ancaq millətdə baleti, sirki bu keflə əvəz etmək istəyənlər çoxdur. Hələlik isə daşaqalaqla Azərbaycanın ən böyük müsəlmanı məşğuldur – Allahşükür Paşazadə, deyilənlərə görə, ölkəni daşla basdırıb…

AZƏRBAYCANDA ARVAD YOXDUR!

nar

Bəzən deyirlər Azərbaycanda kişi yoxdur (bunu deyənlər, əlbəttə, başlarından yekə qələt eləyirlər), ancaq əslində Azərbaycanda arvad yoxdur, inanmayan Azərbaycanın yeni hökumətinin tərkibinə baxsın,elə bil qey klub üzvlərinin siyahısıdır…

ÜMİDİMİZ ERMƏNİSTANADIR

nar

İlham Əliyev tarixi fərmanıyla bir də sübut etdi ki, Artur Rəsizadə əvəzolunmaz bir insandır, yəni ki, Azərbaycanda ikinci Artiur yoxdur. İndi, Allah eləməsin, birdən Artur Rəsizadə düşə ölə, baş nazir yeri ya gərək boş qala, ya da gərək Ermənistandan bir Artur gəlib Azərbaycan hökumətinə yiyə dura, çünki Ermənistanda Arturlar çoxdur…

«HALAL DAŞ» ŞİRKƏTİ

nar

Allahşükür Paşazadə Mina vadisində şeytandaşlama zamanı atılan daşlara baxır və öz-özünə deyir: “Burda yaxşı daş şirkəti yaratmaq olardı…”

ALLAHŞÜKÜR PAŞAZADƏ ŞEYTANLA NECƏ ƏLBƏYAXA OLDU

Hacı Allahşükür Paşazadə Məkkədə səs verib. Deyilənlərə görə, səs verərkən Allahşükür Şeytan ər rəcimlə əlbəyaxa olub, Allahın lənətinə gəlmiş Hacıdan tələb edirmiş ki, Hafiz Hacıyevə səs versin, Hacı nə qədər çalışıb Şeytanı başa salsın ki, Hafiz elə İlhamın adamıdır, Şeytan özünə qoyulmayıb. Allahşükür özünü itirməyib, Məkkəyə gedəndə Qaradağ karxanasından xeyli daş götürüb əbasının cibini doldurubmuş, çıxarıb bu daşları çırpıb Şeytana, lənətə gəlmiş qıçlarınını arasını tuta-tuta qaçıb, Hacı da rahatca səsini verib İlham Əliyevə… 

ÜRƏYİNİ BUZ KİMİ ELƏ!

İlham Əliyev: Allahşükür, Mehriban məsləhət görür ki, mən “Bir gəncin manifesti”nə and içim, deyir babası yazıb, yaxşı kitabdır. Deyir Qurana and içərəm, sonra problem-zad çıxar.

Allahşükür Paşazadə: İlham müəllim, heç problem-zad yoxdur. Mən gündə yalan olmasın əlli dəfə and içirəm, indi baxın mənə, kəl kimiyəm…

QƏRİB CANIMIZA AND OLSUN

Azərbaycandan xəbər verirlər ki, İlham Əliyev Qurana əl basıb and içib. Ömürlük prezident həmçinin  Ətağanın cəddinə və üç milyon mühacir azərbaycanlının qərib canına and içib.

BU TACİKLƏR BİZDƏN NƏ İSTƏYİRLƏR?

Tezliklə Tacikistanda prezident seçkiləri olacaq, Bakıda qorxurlar ki, taciklər bizsən də şəffaf, bizdən də ədalətli seçki keçirib Azərbaycanı hörmətdən salalar. Bu taciklər bir dəfə onsuz da Əliyev bayrağından da uca bayraq dikəltməklə azərbaycanlıların qeyrəinə toxunublar…

BƏY TƏRİFİ

Dəryada oynayır Nuhun gəmisi,

Buyursun, səs versin Cəlal əmisi.

Yoxdur analoqun, Azərbaycanım!

Səs versin İlhama Mehriban xanm.

Üzümüz ağarır qara kürüylə,

Bir səs də Paşayev Havizdən gələ.

Salyan ad çıxarıb qoçularıyla,

Əziz atasına səs versin Leyla.

Baobab bəzəyir bulvarımızı,

İndi də səs versin Nərgiz baldızı.

Gözəl Gədəbəyin daşı qızıldan,

Bir səs gözləyirik Arzu qızından.

Ucaldı Bakımız qul əməyindən,

Arif qayınatası səs verər indi.

Kor qoyur buldozer ev tikənləri,

İndi də səs versin kürəkənləri.

Minir Əliyevlər xalqı əlli il,

İndi də səs versin bacısı Sevil.

Yağı məskənidir  Şuşa qalası,

Gün olsun, seçilsin Heydər balası.

ƏHSƏN BELƏ ARVADLARA!

Sabirabadda bir sürü arvad hücum çəkib prezidentliyə namizəd Cəmil Həsənlinin mitinqini pozub. Sabirabadlı arvadlar deyiblər ki, “biz yol vermərik İlham Əliyevi bizim üstümüzdən götürsüblər”.