Архивы

JURNALİSTLƏR KOMPÜTERLƏ YEMLƏNƏCƏKLƏR

Azərbaycan prezidenti 150 jurnalistə mənzil verib. İlham Əliyev deyib ki, dünyanın heç bir ölkəsində belə şey yoxdur. Jurnalistlərə verilmiş mənzillər avtomatlaşdırılmış axurla və Prezident administrasiyasından kompütürlə idarə olunan yemləmə sistemiylə təchiz olunub.

 

BİZ İNTERNET MÜZAKİRƏLƏRİNİ DƏ SÜNNƏT TOYUNA ÇEVİRİRİK…

«Azadlıq» radiosunun saytı üçün şərh

Biz azərbaycanlıların çoxunda hətta faciə səbəbiylə qurulmuş yığıncağı lağlağıya çevirmək xüsusuyyəti var, bəzən yas məzhəkəyə dönür, molla çevrilir təlxəyə. Bu, azsavadlı və ya tamam savadsız adamlar üçün çox əlverişlidir, çünki məzhəkə, lağlağı, qapazvurdu iştirakçıların hamısını ən azı zahirən bir səviyyəyə endirir.

Mən hələ qırx il qabaq “Azadlıq” radiosuna qulaq asdığım vaxtları xatırlayıram, radioya müxtəlif antenna əlavələri eləməklə, antennanı ovuca alıb sıxmaqla verilişləri qırıq-qırıq da olsa, eşitməyə çalışardıq. İndi Azərbaycan oxucusu və dinləyicisi üçün ən mühüm resurs olaa biləcək radionun saytındakı lağlağıçılıq, ən ciddi mövzunun müzakirəsini qapazvurduya, balıncatdıya çevirmək səylərini görmək məyusluq doğurur. Əlbəttə, bilik zəif olanda ya heç olmayanda arqument əvəzinə rişxənd, dişağartma, meymunluq üzə çıxarılır. “Oxucu”, “Dilçi” və s. Mən heç kimi təhqir etmək fikrində deyiləm, ancaq niyə bu adamlar öz adlarını yazmırlar yaxud daha neytral mənalı təxəllüsdən istifadə etmirlər? Burda biri mənim ağzımı əyir və yaşadığı yer kimi Samaranı göstərir. Bu nə deməkdir?

Əkrəm Əylisli, səhv etmirəmsə, “Kür qırağının meşələrində” müəllif adından yazırdı ki, bu kənd nəinki elektrikləşsə, hətta hər evdə yüz lampalıq çilçırraq yansa da, adamlar həminki olacaqlar…(Mən yaddaşda qalan kimi yazıram və təhrif etdiyimə görə üzr istəyirəm). İndi də bu Azərbaycan İnterneti…Amerika Konqresinin (səhv etmirəmsə) maliyyələşdidiyi və dünyada insanın ruh və fikir azadlıqlarının qorunmasına və inkişafına yönəlmiş “Azadlıq” radiosunda gedən müzakirələrin sünnət toyları səviyyəsinə endirilməsi təəssüf doğurur. Bundan artıq təəssüf doğuran özünü müxalifət fəalları sayan adamların bu radioya biganəliyidir, bu radio onlar üçün yalnız özləri çıxış edəndə maraqlı oliur və bu, müxalifətin xalq içində zəif dayağı olmağının səbəblərindən biridir…

O ki qaldı cənab Əylislinin romanına, mənə elə gəlir ki, Əkrəm müəllim bir vacib şeyi ya unudur ya özünü unudan kimi göstərir: Əkrəm Əylisli müharibədə basılmış, oğulları qırılmış, qadınları, uşaqları əsir getmiş xalqın nümayəndəsidir və düşmən tərəfə, özünün dediyi kimi, sülh məsajları göndərməklə özünü cəbhə xəttinin o tərəfinə qoyur. Və yaxşı olardı ki, Əkrəm müəllim özünü Tolstoyla mümkün qədər az müqayisə edəydi, qraf Tolstoy, nəhəngliyindən başqa, imperiya ordusunun zabiti olub, dağlılarla döyüşüb və dağlılardan üzr istəməyə mənəvi haqqı da vardı…

 

BİZİM KİMSƏSİZLƏRƏ ALLAH VERƏR…

Heydər Əliyev Fondu Pakistandakı «Edhi Homes» kimsəsizlər evində məskunlaşan uşaq və ahıllar üçün iftar süfrəsi təşkil edib. Pakistanlı kimsəsizlər yeyib doyandan sonra “Allah Azərbaycandakı kimsəsizlər üçün də yetirsin” deyiblər.

ƏLDƏ TAPANÇA…

Xəbər verirlər ki, Türkiyə bir ildə Azərbaycana 1500 tapança satıb. İndi Azərbaycanda 1500 qoçu axtarırlar ki, bu tapançaları paylasınlar…

GƏLİRSƏN? SEÇKİLƏRƏ GEDİRSƏN?

 
nar

Bir Azərbaycan futbolçusu vardı, Vəlli Qasımov, Rusiyada da oynamışdı, sonra bir müddət, deyəsən, Portuqaliyada. Onu telefonla milli yığmaya çağıranda demişdi: “Ваша сборная у меня в печенках сидит».Yəni sizin yığmanız mənim qara ciyərimə vurub…”
Mənə elə gəlir ki, hərdən-hərdən Rüstəm İbrahimbəyova Bakıdan zəng vurub deyirlər: “Rüstəm müəllim, seçkilər yaxınlaşır, gəlirsiz?” İbrahimbəyov da deyir: “Ваши выборы у меня в печенках сидят!» Yəni sizin seçkilərininz mənim qara ciyərimə vurub…

 

ONA OFŞOR SÜPÜRGƏSİ VERİN…

Xədicə İsmyılova Bakını süpürmək istəmir, haqqında yazdığı ofşorları süpürmək istəyir…

SNOUDENİN AZƏRBAYCAN ARZUSU

nar

Edvard Snouden sığınacağı əvvəlcə dünyanın ən azad ölkəsi olan Azərbaycandan istəyib. Ancaq Elmar Məmmədyarov ona deyib ki, saysız-hesabsız insan Azərbaycandan sığınacaq istədiyinə görə sən gərək on il növbə gözləyəsən. Buna görə Snouden məcbur olub sığınacağı ruslardan istəyib…

Метки:

AZƏRBAYCAN TƏQVİMİNDƏ 14 İYUL

Bu gün Heydər Əliyevin həkimiyyətə gəldiyi gündür. 14 iyulda fransızlar Basiliya qala türməsini hücumla alıblar. 14 iyulda azərbaycanlılar qala türməsinə salınıblar…

İdealist millətlərin Adəm və Həvvadan, materialist millətlərin meymundan törədikəri güman olunur. Nizami Cəfərov və Ramiz Mehdiyev kimi alimlər Azərbaycan millətinin Heydər Əliyevdən törədiyini iddia edirlər…

36-LAR POEMASI

Bakının dərdi var, Bakı xəstədir,

İt kimi nəhləyir şəhər istidən.

Sərinə, küləyə qalmayıb inam,

Üçüncü müddətə can atır İlham.

Guya ailədə ədavət olmuş,

Mehriban xanım da namizəf olmuş…

Debatlar qızışır Milli Şurada,

Vahid namizədsə bilinmir harda,

Bəlkə də bürküdən polis qudurmuş,

Bir ağac altında yuzer oturmuş.

Gözünü ayfona zilləyib yazıq,

O da kayflanmaq istər azacıq.

Bəlkə müsavatçı, bəlkə cəbhəçi —

Ona məhəl qoymur yanından keçən.

Gedir dayanmadan, gedir adamlar,

Gedir uşaq-böyük, gedir qadınlar,

Bəkə ayaqları indi əsir də,

Ancaq dayanmırlar, tövşəsələr də,

Aksiya sayılar, dursalar əgər.

Yığılıb-tökülər dəyənəklilər..

Bakınin dərdi var, Bakı xəstədir,

Ürəyi qurdludur, başı xəstədir…

 

 

11.07.2013

НОВЫЙ ФИЛЬМ РУСТАМА ИБРАГИМБЕКОВА

Известный кинематограф Рустам Ибрагимбеков приступает к съемкам нового фильма под рабочим названием «Президентские выборы в Азербайджане». Роль главного героя исполняет Ильхам Алиев.