10 mart 2013. Kosmos
Amerika peyki Azərbaycan peykinə deyir ki, deyəsən adamlara güllə atırlar. Azərbaycan peyki deyir ki, yox, güllə deyil, qoz-fındıqdır, noğul-nobatdır…
10 mart 2013. Kosmos
Amerika peyki Azərbaycan peykinə deyir ki, deyəsən adamlara güllə atırlar. Azərbaycan peyki deyir ki, yox, güllə deyil, qoz-fındıqdır, noğul-nobatdır…
10 mart 2013. Kosmos. Amerika peyki Azərbaycan peyki söhbət edir.
— Sizin Bakıda nəsə qovhaqovdur. Adamlar bir-birinin üstünə su calayırlar, — Amerika peyki deyir.
— Bu, Novruz şənliklərinin başlanğıcıdır. Qabaqlar bizim millət od üstündən hoppanırdı, indi su üstündən hoppanır, hökumətiniz adamların təlükəsizliyini nəzərə alıb odu su ilə əvəz edib, — deyə Azərbaycan peyki izah edir.
12 mart 2013. Kosmos. Amerika peyki Azərbaycan peyki söhbət edir.
— Sizin Bakıda nəsə qovhaqovdur. Adamlar bir-birinin üstünə su calayırlar, — Amerika peyki deyir.
— Bu, Novruz şənliklərinin başlanğıcıdır. Qabaqlar bizim millət od üstündən hoppanırdı, indi su üstündən hoppanır, hökumətiniz adamların təlükəsizliyini nəzərə alıb odu su ilə əvəz edib, — deyə Azərbaycan peyki izah edir.
“Azadlıq” radiosunun saytında “Dil və ədəbiyyat” dərgisinin redaktoru Tahir Cəfərli ilə müsahibənin mətnini oxudum. Cənab Cəfərli jurnalla əməkdaşlıq etmiş görkəmli alimlərin adını çəkir: Ağamusa Axundov, Tofiq Hacıyev, Nərgiz Paşayeva…
Ağamusa Axundov, Tofiq Hacıyev – bu adamlar doğrudan da ciddi filoloqdurlar. Bəs Nərgiz Paşayev hardan çıxdı? Ortabab belletrist Elçinin yaradıcılığından yazılan doktorluq dissertasiyası ciddi elmi iş sayıla bilərmi? Və Nərgiz Paşayevanı böyük filoloq adlandıran jurnal redaktoru özünü də, jurnalı da hörmətdən saldığını başa düşürmü?
Təsəvvür edirəm ki, bu adam müsahibədən sonra evinə gəlir, oğlu (ya qızı) ona deyir: “Ata, heç utanmırsan? Ayıb deyil bu yaşında yaltaqlıq eləmək? Qonşularımız bizə gülürlər…”
Deputat Fəzail Ağamalı yenə ülgücünü itiləyib, indi də Mark Zukerberqin qulağını kəsmək istəyir.
iki polisin söhbəti
— Sən yaşından neçə dəfə çimmisən?
— Körpəlikdə, qırx günümdə çimənəm. Bəs sən?
— Bir dəfə arxa düşmüşəm kənddə. İndi də mitinqi dağıdanda islandım.
— Ba, sən suquşusan ki!
Azərbaycanın daxili işlər naziri deyib ki, müxalifət mitinqləri bundan sonra da polis qüvvəsiylə dağıdılacaq. Ramil Usubov deyib: “Ancaq bundan sonra ola bilsin ki, biz sudan benzinə keçdik, çünki qabaqdan yay gəlir, Bakıda su qıt olacaq. Allaha şükür ki, neftimiz bundan belə əlli il də mitinq dağıtmağa çatar”.
Gözəl Bayramlı adlı siyasətçinin Fb-da səhifəsinə baxdım, bilmirdim ki, kişidir ya qadın. Qadınmış. ATƏT seminarına basqından yazır. Oxuyub xeyli gülmüşəm. Belə gülməym yadıma gəlmirdi. Gözəl xanım yazır: “Növbəti basqın ATƏT-ofisinə olsa, heç şaşırmaram. Kürü, para üzərində qurulan siyasətin belə sonucları təbiidir və bunlara qatlanmaq zorundadılar…”
Təsəvvür edəndə ki, polis ATƏT ofisinə hücum edir və Gözəl xanım da mərd-mərdanə dururb “şaşırmır”, adam az qalır gülməkdən ölsün, hərçənd mən bilmirəm ki, şaşırmamaq nə deməkdir. Şaşırmağın da nə demək olduğunu bilmirəm. Ancaq çox gülməlidir…
“Kürü, para üzərinədə…” Əvvəlcə elə bildim ki, para – yarı mənasındadır, yəni ki, kürü verirlər, sonra da ağbalığın yarısını. Sonra başa düşdüm ki, para “pul” mənasındadır, yəqin indi Azərbaycanda qadın xeylağı üçün “pul” demək ayıb sayılır, gərək “para” deyə”. Gülməkdən boğulmuşdum…
Sonunda adamın lap qarnı cırılır. “…və bunları qatlanmaq zorundadır”. Bunu başa düşmədim, ancaq “zorundadır” sözü məni elə güldürdü ki, az qaldım huşumu itirəm. Allah sizi güldürsün, ay Gözəl xanım! Adınız gözıəl, sözünüz gülməli. Yəqin müxalifət hakimiyyət başına gələndə sizi gülmək naziri qoyacaqlar. Xalq o qədər güləcək ki, özündən gedəcək…
Belə-belə işlər… Çox gülmək də yaxşı deyil. İndi görürəm ürəyim sıxılan kimidir. Bəlkə şaşırmışam, bəlkə şaşırmamışam. Quqldan bu şaşırnağın nə olduğunu öyrənmək istədim, Quql məəttəl qaldı…
Oyununuz olsun, ay Gözəl xanım!
Əgər bu gün Bakıda etiraz aksiyasının dağıdılmasına sərf edilmiş bütün su səngərlərdəki əsgərlərimizin təmizliyinə işlənsəydi, bir nəfər də bitli Azərbaycan əsgəri qalmazdı.
В Баку на сегодня намечена акция протеста. Власти города создают все комфортные условия для ее участников. На месте проведения акции будет вода и газ.