Архивы

ONLAR İNDİ KİMİN YADINDADIR?

Dekabr 2013

Qarabağ veteranı Zaur Həsənov Həmkərlar konfederasiyasının binası qarşısında özünü yandırıb

 

İyul 2014

Qarabağ veteranı Coşqun Eyvaz oğlu Nuriyev Buzovnada özünü yandırıb.

 

Yanvar 2015

Qarabağ veteranı Bəxtiyar Əhmədov Goranboyda özünü öldürüb.

 

Mart 2015

Qarabağ veteranı Cəbrayıl Həsənov Sabirabadda özünü asıb.

 

May 2015

Qarabağ veteranı Həsən Abdinov Cəlilabadda özünü asıb.

 

May 2015

Qarabağ veteranı Mirtahir Mürsəlov Cəlilabadda özünü yandırıb.

 

 

VİCDANININZ OLSUN, ASSOCİATED PRESS ELƏ DEMƏYİB!

Azərbaycan zurnalistləri milli faciəni reklam kampaniyasına, məzhəkəyə, qapazvurduya çevirirlər.

İndi tənbəllik eləməyən İnternetdə bu xəbəri yayır: “Assoiciated Press bildirir ki, ermənilərin 100-dən çox əsgəri öldürülüb”.

Girirəm Associated Pressin saytına, xəbəri tapıram. Dünyada ən nüfuzlu agentliklərindən biri sadəcə Azərbaycan tərəfinin bəyanatını yayır, yəni AP xəbər verir ki, Azərbaycan tərəfi 100-dən çox erməni əsgərinin öldürüldüyünü iddia edir.

Yəni Azərbaycan zurnalistləri Azərbaycan rəsmilərinin bəyanatını AP-in adına çıxmaqla ermənilərin itkisi barədə məlumatı inandırıcı eləməyə çalışırlar.

Yəni əgər AP informasya yaymışdısa, Azərbaycan zurnalistləri bunu dezinformasiyaya çeviriblər.

Bu kimə lazımdır? Bunun jurnalistliyə dəxli var? Bunun vətənpərvərliyə dəxli var? Bu, ölkə rəhbərliyinin, Müdafiə nazirliyinin nəzərində yaxşı görünmək, bir şey qazanmaq üçün edilmirmi? Və xalqın qəmini, onlarla gəncin həlakını qazanc fürsətinə çevirən zurnalistlərin niyə əlindən və ağzından vurulmur?

ƏSGƏRLƏRƏ, ÇAVUŞLARA, ZABİTLƏRƏ HƏSR OLUNUR

Dövlətin əsgərə, çavuşa, zabitə bu qədər inandığını, bu qədər etibar etdiyini bilmirdim. Sən demə bu fəhlə-kəndli balaları hər şeyə qadir iişlər: düşməni yıxmağa, yüksəkliklərə bayraq sancmağa, hər qarış torpaq üçün canlarından keçməyə.

İndi fikirləşirəm: bəs niyə bu iyirmi ildə bu hər şeyə qadir fəhlə-kəndli balalarının içindən Kəmaləddin Heydərovu əvəz eləməyə bir nəfər çıxmır? Niyə şanlı zabitlərimizdən biri yüksəlib Elçin Quliyevin yerini tuta bilmir? Niyə Ramiz Mehdiyevi, Artur Rəsizadəni, Ramil Usubovu, “parlament”dəki dəyyusları əvəz eləyən tapılmır? Niyə rayonları ofisiantlar idarə edirlər? Mənim prezidentlə işim yoxdur, vəzifə ona atasından qalıb. Saydıqlarımıın yerini bizim hər cür qəhrəmanlığa qadir, ölməyə hazır gəncərimiz böyüyüb tuta bilərlərmi?

Yoxsa onlarınkı ancaq saydıqlarəsgərlərə, çavuşlara, zabitlərə həsr olunuımın sərvətlərini, firavan həyatını qrumaq üçün ölçəkdir?

Deyirlər ki, bizim şanlı əsgərlərimiz, çavuşlarımız, zabitlərimiz vacib bir yüksəkliyi ələ keçiriblər. O yüksəkliyin çox gözəl olduğunu da deyirlər. İndi kim zəmanət verə bilər ki, sabah Kəmalədiin Heydərov ya onum kimisi bir villa ucaltmayacaq?

İyirmi il ərzində yoğunlamış, yağlanmış, harınlamış məmurlar xalqın balalarını tum kimi çırtlayırlar, Kuba siqarı kimi çəkib üfürürlər…

Və əgər bu əsgərlər, çavuşlar yüksəlişə, öz ölkələrini idarəyə qadir deyillərsə, niyə onları qoymurlar otursunlar kasıb evlərində?

Bəlkə Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Arif Paşayev kimi insanların sərvətini onların öz övladları qorumalıdırlar, hə?

 

LALƏ ŞÖVKƏT HAVALANIB, ELƏ BİLİR Kİ, MARQARET TETÇERDİR…

Sidqi Şövkət adlı biri Lalə şövkətin (yəqin anasıdır) müraciətini İnternetdə yayır.

Bu, dövlət ya ordu başçısının bəyanatına oxşayır.

“Qoy, bizim əziz Əsgər, Çavuş, Zabitlərimiz bilsinlər ki, biz, bütün azərbaycanlılar, hər birimiz, heç nədən – siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq, onlara mənəvi arxayıq».

Necə yəni «mənəvi arxayıq»? Lalə Şövkətin «mənəvi arxa»lığının əsgərə, çavuşa istisi ya soyuğu varmı? Əsgər, çavuş Lalə Şövkəti tanıyyımı? Lalə Şövkət əsgərliyin, çavuşluğun nə olduğunu bilirmi? Belə müraciəti oğlu cəbhədə olan qadının yazmağa haqqı var. Lalə Şövkətin oğlu cəbhədədir?

İsti mənzillərində, gecə klublarında, restoranlarda, hamamalarda, xariclərdə əsgərlri, çavuşları, zabitləri “dəstəkləyən” insanlar ermənidən də çox nifrət doğururlar. Orduda olmaq, hətta ölmək belə şərəflidirsə, bəs niyə min fırıldaqla yayınırsınız. Yayınrsınız, övladlarınızı yayındırırsınız. Belədirsə, oturun yerinizdə, dilinizi qoyun qarnınıza, qələminizi də soxun…

LALƏ ŞÖVKƏT.jpg

Bəzəyinə bir ətək pul xərcləyib özünü Marqaret Tetçerə oxşadıb…

 

 

İNDİ MEYDAN TV ŞƏHİDLƏRİN ŞƏKLİNDƏN REKLAM LÖVHƏSİ KİMİ İSTİFADƏ EDİR

Bir neçə gündür ki, dövlərt kütləvi informasiya vasitələri şəhidlərin şəklindən reklam lövhəsi kimi istifadə etmək praktikasından əl çəkiblər. (Bəlkə burda mənim söyüşüm də kömək edib?) İndi liberal-demokrat Meytdan TV həmin hoqqanı çıxarır. Şəhidin cəsədi soyumamış şəklinə Meydan zurnalistləri öz reklamlarını yapışdırıblar. Düz ürəyinin başına. Baxın.

rəvan nurayev

Bəkir İsmayılov

 

 

NAZİR BALALARININ CƏBHƏDƏ ŞÜCAƏTLƏRİ

Azərbaycan mətbuatında Tale Heydərovun igidlikləri barədə yeni məlimatlat yayılmaqdadır. Tale Heydərov “Bentli”də elə hücuma keçib ki, ermənilər iki ya üç kəndi boşaldıb “Dədəm, vay” deyə-deyə tumançaq qaçıblar. Tale heydərov zurlaistlərə deyib ki, bu gündə-sabahda Yerevanın küçələrində Ziya Məmmədovun oğlanlarıyla ötüşəcək.

Bərəkallah!

РУССКИЕ КИНОМАНЫ

путин медведев

— Владимир Владимирович, что после завтрака будем делать?
— Как всегда, порнушку будем смотреть.
— Есть что-нибудь новенькое?
— Есть с Касьяновым. Вчера получил. Два часа не мог оторваться…

ARAZ ƏLİZADƏ: «SOVET HİMNİ ÇALINAN VAXTLAR MƏN BUĞA KİMİYDİM…»

Zərdüştlə Araz Əlizadələr söhbət edirlər.

-Araz, məncə sən nahaq bu himnin üstünə düşmüsən. Minordu minordu da.

— Zərdüşt, elə demə. Bu himn məni yaman günə qoyub. Çox vacib funksiyam pozulub. Ailədə problem yaranıb…

— Araz, bəlkə heç  bu himndən deyil, ayrı şeydəndir?

— Zərdüşt, mən uşaq deyiləm, mənə hər şey gün kimi aydındır. Mənə nə olubsa, himndən olub. Sovet himni çalınan vaxtlar mən buğa kimiydim, adama gəlirdim…

 

ARAZ ƏLİZADƏNİN AZƏRBAYCAN HİMNİNDƏN ŞİKAYƏTİ

Hara getsəm, ordasan,

Orkestrdə, xordasan.

Rus himni majordadır,

Sən niyə minordasan?

АРАЗ АЛИЗАДЕ ПОДАЛ В СУД… НА АЗЕРБАЙДЖАНСКИЙ ГИМН

Азербайджанский политик Араз Ализаде (в русскоязычной среде — Аракс Ализаде) подал в суд…на гимм Азербайджана. Собственноручно написал заявление и отнес в Сабаильский районный суд, один из самых справедливых судов Азербайджана. Араз (Аракс) Ализаде жалуется, что азербайджанский гимн, в отличие от других гимнов, написан в миноре, поэтому эта музыка действует на него настолько расслабляюще, что последние годы он не может даже выполнять свои супружеские обязанноси. Господин Араз (Аракс) Ализаде в виде компенсации требует, чтобы до конца жизни правительство бесплатно выделяло ему виагру.