Архивы

«HƏRDƏN DÜŞÜNÜRƏM…»

KAMEO

 

Hərdən düşünürəm həyat deyəsən,
Uzun bir serial çəkilişidir.

Mənim də bu sabun operasdında,
Rolum var. Xırdaca. Ancaq iş gedir.

 

 

Mənimlə əvvəldən çəkilənlərin,
Bəlkə qalmayıb heç yarısı indi.

İnsaf, aman bilmir çəkənin əli,

Aparır, gətirir, saf-çürükdədir.

 

 

Hansı yaddaşlara köçür çəkilən?
Görəsən hardasa var baxanları?

Tanrım, “Motor!” deyən bəlkə də sənsən,
Görün kameo tək bir anlıq barı!

31. 08. 2019

Samara

QEYD: “KAMEO” – Rejissorun öz filmində ya teatr tamaşasında bir anlıq epizodda görünməyi

MARİNA TSVETAYEVA. “HƏR YOLA SALANDA MƏN ƏZİZLƏRİ…”

cvetaeva

                  O.E. Mandelştama

Hər yola salanda mən əzizləri,
Deyirəm yadigar onlara mahnı.
Beləcə alsınlar istərəm geri
Özləri haçansa bağışlayanı.

 

 

 

Göyərən cığırla gedib onları,
Yolayrııcınacan ötürürəm mən.

Əs külək, nəğməni oxu, yorulma,

Yumşal ayaqları altda, a yol, sən!

 

 

 

Aman, boz buludlar, yaş axıtmayın,

Bayram çəkmələri geyiblər axı!

Gizlə neştərini içində, ilan,

Quldur, tulla getsin sən də bıçağı.

 

 

 

Yolları üstünə çıxan gözəl, sən,
Gəlin ol onlara şən və mehriban.

İşlət dodağını sən əvəzimdən,

Gələr mükafatın Ulu Tanrıdan!

 

Ruscadan tərcümə

17-18. 08. 2019, Samara

 

О. Э. Мандельштаму

 

Собирая любимых в путь,
Я им песни пою на память —
Чтобы приняли как-нибудь,
Что когда-то дарили сами.
Зеленеющею тропой
Довожу их до перекрёстка.
Ты без устали, ветер, пой,
Ты, дорога, не будь им жёсткой!

Туча сизая, слёз не лей, —
Как на праздник они обуты!
Ущеми себе жало, змей,
Кинь, разбойничек, нож свой лютый.
Ты, прохожая красота,
Будь весёлою им невестой.
Потруди за меня уста, —
Наградит тебя Царь Небесный!

 

Разгорайтесь, костры, в лесах,
Разгоняйте зверей берложьих.
Богородица в небесах,
Вспомяни о моих прохожих!

 

17 февраля 1916

ANAMIN SƏSİ

Otuz beş il, qırx il geri dönəsən,
Qayıdıb dünyanı həmin görəsən.

Həmin Amerika, həmin SSRİ,

Brejnev də həmin, çənəsi əsir.

Xariclə arada dəmir pərdə var,
Nə yaxşı yemək var, nə yaxşı paltar.

Ayaqqabıların çıxır dabanı,
Dəyişək şalvarı yox hər adamın.

Maşını olanın hörməti də var,
Maşın da nə maşın – sürən ağlayar..

Telefon yüz evin birində vardı,
Telefonluların adı ağırdı…

Zəngi uzaq yerə vuranda isə,
Gedirdin danışıq məntəqəsinə.

Sifariş verirdin iki gün qabaq,
Qorxurdun bəlkə heç alınmayacaq…

Qayıda o günlər yenə, deyirəm,
Gedib bir danışıq sifariş verəm.

Vaxt gəlib yetişə, mən də tələsəm,
Yüyürəm danışıq məntəqəsinə.

Dəstəyi əlimə alanda əsəm,
Çaşam və az qalam sinəmə basam…

Əvvəlcə xışıltı gələ o başdan,

Sonra əziz o səs dinə yavaşdan…

“Xeyrulla!” deyərək ağlaya anam,
Gözümün yaşından dəstək islana…

Ah, beş-on il geri qayıda aləm,
Anamın səsini eşidə biləm…

 

17. 08. 2019, Samara

     ANNA AXMATOVA. OXUCU

Anna_Ahmatova

(“Peşə sirləri” silsiləsindən)

 

Çox yazıq olmaya gərək o, heç də,

Xüsusən qapalı. Yox, yox, əksinə,
Təpədən dırnağa şair açıqdır

Ki, anlamlı ola müasirinə.

 

 

Ayağı altdadır indi rampa da,

Öləziyib gedən bir işıq yanır.
Sısqa şölə düşür laym-laytdan,
Damğalanır onun elə bil alnı.

 

 

Hər bir oxucusa açılmamış sirr,

Xəzinə kimidir torpağın altda.

Lap axırıncısı, təsadüfisi,

Həmişə ağzına su alanı da.

 

 

Gecənin toranı var orda nəmli,

Orda kölgəliklər, sərinlik də var.

Və naməlum gözlər orda mənimlə,

Səhər açılana qədər danışar.

 

 

Elə ki, təbiət nəyisə bizdən,
İstəsə gizlədə, orda saxlayar.

Haçansa vaxt gəlir və orda birdən,
Aciz və köməksiz kimsə ağlayar.

 

 

Nədəsə mənimlə razıdır onlar,
Nələrə görəsə qınarlar məni.
Etiraf beləcə axıb gedir lal,
Söhbətin ləzzəti qaynadır qanı.

 

 

Biz bu yer üzündə müvəqqətiyik,
Və təyin olunan dairə də dar.

Şairin naməlum dostu yaxşı ki,
Dəyişən də deyil, həmişə də var.

 

Ruscadan tərcümə

31.07 – 01.08. 2019, Samara

 

Читатель

Не должен быть очень несчастным
И, главное, скрытным. О нет!—
Чтоб быть современнику ясным,
Весь настежь распахнут поэт. Читать далее

GEORGİ İVANOV.    «SƏNİ XATIRLADIM, MƏNİM MƏZARIM…»

georgii-ivanov

Я вспомнил о тебе, моя могила…

 

Səni xatırladım, mənim məzarım,
Uzaqlarda qalan ata ölkəsi.

Orda dalğa səsi, qayalıqları

Yarıb keçən çayda söyüd kölgəsi.

 

 

 

Meşə üstdə şəfəq. Sürü aşaraq

Zərif pərdəsini dumanın, gedir.

Heç nə istəmirəm, əzizim, ancaq,

Bura ki çatmışam, nəfəs dərim bir.

 

 

 

Dostum! Ağlayan kim, arzulayan kim,

Mənsə dayanmışam çay qırağında.

Qürub buludu tək görürəm eşqim

Yanır, öləziyir göz qabağnda.

 

Ruscadan tərcümə

26.07. 2019, Samara

 

Я вспомнил о тебе, моя могила,

Отчизна отдаленная моя,

Где рокот волн, где ива осенила

Глухую тень скалистого ручья. Читать далее

CORC BAYRON. GÖRDÜM AĞLAYIRSAN

Byron_1813_by_Phillips

I Saw Thee Weep

 

Gördüm ağlayırsan – iri və parlaq
Gilə yuvarlandı mavi gözündən.
Dedim bənövşədən sanki qoparaq,

Düşən şeh damlası axır üzündən.

 

 

 

Səni gülən gördüm – sənin yanında,
Yaqutun işığı itdi elə bil.

Sənin gözlərində, yanaqlarında,
Yanan şölələrə axı tay deyil.

 

 

Necə ki, buludlar günəşdən alar,
Dərin və ürəyə məlhəm olan rəng.

Bir anda səmadan qovular onlar,
Axşam yetişəndə kölgə düşən tək.

 

 
Fərəhsiz və yasa batan ruha da,

Axıb  gülüşlərdən saf sevinc gələr.

Onların şəfəqi qalar arxada,
Alov tək ürəyi işıq çilənər.

 

İngiliscəsən tərcümə

18-19. 07. 2019

Samara

 

 

I Saw Thee Weep

 

I saw thee weep—the big bright tear
Came o’er that eye of blue;
And then methought it did appear
A violet dropping dew:

 

I saw thee smile—the sapphire’s blaze
Beside thee ceased to shine;
It could not match the living rays
That filled that glance of thine.

 

 
As clouds from yonder sun receive
A deep and mellow dye,
Which scarce the shade of coming eve
Can banish from the sky,

 

 

Those smiles unto the moodiest mind
Their own pure joy impart;
Their sunshine leaves a glow behind
That lightens o’er the heart. 

YUXUMA GƏLİRSƏN QƏRİB ÖLKƏDƏ…

ANAMLA HƏYƏTDƏ

Yuxuma gəlirsən qərib ölkədə,
Bir dəfə evinə gələsən, anam,

Beş günə də gəlsən, iki günə də,

Görərsən tezliklə mən yanındayam.

 

 

Taxçaya-boxçaya əl yetir bir az
Sil qalın tozunu kitablarımın.
Döşə xalçaları, at kilim, palaz,

Hərdən qırağa çıx, güd artırmanı.

 

 

 

Ətirli sabun al, bəzəkli dəsmal,

Yaxşı mələfə al xırda çiçəkli.
Balışüzlərinin təzəsini al,

Təzə yorğan sırı, başıma çəkim.

 

 

 

Bir dəst stul da al, ucuzu düşsə,
Dəyiş nə sınan var, nə laxlayan var.

Çay al yaxşısından, çay tükənibsə,

Armiudu stəkan, çini çaynik al.

 

 

 

Qonşuya ət aldır bir az dolmalıq,
Süd al, maya da al, özün qatıq çal.

Təndirə girməli halın qalmayıb,
Çörəyi Gülşəndən, Səmayədən al.

 

 

Gəlsən evimizə, gələrəm hökmən,

Yolların tilsimi sınar bir  anda.

Gedərəm iyinlə, hənirinlə mən,
Tezliklə görərsən məni yanında.

 

 

Soyuq, nəm komamız, gəlsən, isinər.
Qanı soyuq ölkə, qəlbi daş ölkə,
Mənimçin yenidən vətənə dönər,
Gəlsən evimizə bir dəfə bəlkə…

 

07.07. 2019

NİKOLAY ZABOLOTSKİ. “BİLİK ÇOX OLARSA, QƏM DƏ ARTACAQ…”

Заболоцкий_Николай_Алексеевич

Во многом знании немалая печаль…

 

Bilik çox olarsa,  qəm də artacaq,
Müdrik Ekkleziast bunu söyləyir.

Mən müdrik deyiləm, bəs niyə ancaq,

Dünyaya, insana yazığım gəlir?

 

 

Təbiət yaşamaq, yaşatmaq istər —
Quşlara yedirir o, milyon dəni.

Milyonlarla quşdan bir neçəsidir,
İşığa, ağ günə çıxa biləni.

 

 

Kainat hay salır, gözəllik istər,
Dənizlər hayqırır köpüklənərək.

Ancaq dünyadakı məzarlar üstdə,
Yalnız işıq saçır seçmə çiçəklər.

 

 
Mənmi? Təkcə mənmi? Mən — qısa anı,
Özgə varlıqların. İlahi, niyə,
Yaratdın bu xoş və qanlı dünyanı,
Niyə ağıl verdin, onu anlayam!

 

Ruscadan tərcümə

03.07. 2019, Samara

 

Во многом знании — немалая печаль,
Так говорил творец Экклезиаста.
Я вовсе не мудрец, но почему так часто
Мне жаль весь мир и человека жаль? Читать далее

NİKOLAY ZABOLOTSKİ. UĞURSUZ İNSAN

Заболоцкий_Николай_Алексеевич

Неудачник

Üstündə qızıl qum laylanıb qalan,
Adamsız, hənirsiz yol qırağıyla,
Nədir dolaşdığın belə qayğılı,
Qüssədən bütün gün ölüb az qala?

 

 

Qocalıq yekəgöz ifritə kimi
Qoca ağsöyüdün durub dalında,

Səhərdən bu koldan o kola girir,

Fikri-zikri sənin hər addımında.

 

 

Sərin gecələrdə, yadına bir sal,
Həyatın qızaraq mübarizədə,
Incə qız əlləri, soyuq qanadlar
Çiyninə endirdi və əzizlədi.

 

Üzgün və diqqətli, sevimli baxış,
Axıtdı qəlbinə gur işığını.

Sənsə ayıq, ciddi işlədib başı,
Qayıtdın yenidən öz cığırına.

 

 

 

Yaxşı yadındaydı bu köhnə qayda:
Həyatda həmişə get ehtiyatla.

Ancaq ehtiyatlı fəlsəfə qoydu,

Sənin həyatını keçilməz yola.

Ömrün tənhlıqda ötüşdü elə,

Burdaca, kəndinin künc-bucağında.

Olmadı adını-sanını bilən,

Ali məclislərə çağırılmadın.

 

 

 

Öz dərin ağlını sərf elədin sən,
Hansısa işlərə, itirdin anı,

Bozardı, ağardı, yox oldu birdən
Surəti, mirvari kimi yananın.

 

Sal beyin-başını indi qaydaya,

Dəli fikirləri gizlət içində.

Bax, keçisöyüdü gölgəsi altda,
Öz qocalığındır sənə gülən də.

 

 

 

Getdiyin yol deyil, yol qırağıydı,
Yox, sən öz yolunu tapa bilmədin.

Dain ehtiyatlı, həm də qayğılı —
Nə üçün, məqsədin axı nə idi?!

 

Ruscadan tərcümə

01-02.07. 2019

Samara

 

НЕУДАЧНИК

По дороге,  пустынной обочиной,
Где лежат золотые пески,
Что ты бродишь такой озабоченный,
Умирая весь день от тоски?

Читать далее

   UİLYAM BATLER YEYTS. SƏN QOCALANDA

YEATS

When You Are Old

Qarıyıb çallaşanda, yuxu basanda daim,
Otur bu kitabla sən ocağın qırağında,
Tələsmədən oxu, öz gözlərini sal yada,
İncə baxışlarında kölgəli dərinliyi.

 

Cazibəli anları sevən gör nə qədərdi,

Vurulmuşdular sənə – yalandan ya doğrudan.

Fəqət sərsəri Qəlbi sevdi səndə bir insan,
Sevdi sənin çöhrəni dəyişdirən qəmi də.

 
Başın, şəbəkəsinə sobanın əyiləndə,
Bir az qəmli pıçılda, Sevgi necə baş aldı,
Dağlara addımladı, zirvələri adladı,

Ulduzların içində görünməz oldu birdən.

 

İngiliscədən tərcümə

21-22.06. 2019, Samara

 

When You Are Old

WHEN you are old and grey and full of sleep,
And nodding by the fire, take down this book,
And slowly read, and dream of the soft look
Your eyes had once, and of their shadows deep; Читать далее