Архивы

BELƏ BAŞÇILARI OLAN XALQIN BAŞINA KÜL OLAR

Təltif olunanlar arasında general Məhərrəm Əliyev də var. İndi deyin: bu adamın Silahlı Qüvvələrə nə aidliyi var? Onun vəzifəsinə baxın: “Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri”.

MƏHƏRRƏM 2

Bir şey başa düşdünüz?

Yəqin dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Prezidentin, yəni İlham Əliyevin müdafiə məsələləri üzrə köməkçisi var, bu köməlçinin xidməti var, bu xidmətin müdafiə məsələləri üzrə şöbəsi var, Məhərrəm Əliyev də o şöbənin müdiridir!

Məhərrəm Əliyevin hərbi təhsili yoxdur, onun ümumiyyətlə təhsili yoxdur, bu adam 27 yaşında milis texnikumunu bitirib. Əgər ordu belə adamların əlindədirsə, kül ordunun başına!

Əgər analar sütül uşaqlarının belə əldəqayırma generallara tapşırırlarsa, kül o anaların başına!

Əgər ölkə belə adamların əlindədirsə, kül o ölkənin başına!

ŞƏHİD ANALARININ BAŞINA KÜL OLSUN…

Şəhid analarının başına kül olsun, necə ki olub. Sütül oğlanlarının həyatının bahasını Zakir Həsənov üçüncü dərəcə müdalla ödəyir.

Ana gərək belə oğul böyüdə. Azər Qasımov kimi.AZƏR QASIMOV

“Vətənə xidmət” ordeninə layiq görülüb. Əlli yaşında on səkkiz yaşlı oğlana oxşayır. Yanağının yağı damır. Vətənə əsil xidmət adamı belə saxlayır.

Ptreziden Azər Qasımova orden verəndə Konstitusiyanı rəhbər tutub. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin».

Yəqin həyatlarını məqsədi, yönü bilinməyən döyüşlərdə qurban verən sütül kasıb balalarına üçüncü dərəcəli medal verəndə prezident başqa kitabları rəhbər tutur. Məsələn, Mir Cəlalın “Bir gəncin manifesti kitabını”…

SABİR YUSİFOĞLUNUN ŞEİRLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ

1981-ci ildən sonra yaranan Azərbaycan poeziyasını mən tanımıram, düzdür, iki ildə-üç ildə bir dəfə İnternetdə bir neçə şeir tapıb oxuyuram, ancaq oxuduqlarımda məni təəccübləndirən bir şey tapmadığıma görə yenilərini oxumağa həvəsim olmur.

Bu yaxınlarda hansı Azərbaycan saytındasa bir şairin müalicə üçün vəsait tapmadığına görə  öz şeirlərini satmaq fikrinə düşdüyü barədə məlumat oxudum. Bu şairin, yəni Sabir Yusifoğlunun, şeirlərini İnternetdə tapdım. Əvvəlcə onu deyim ki, şeirlərdən məndə belə təsəvvür yarandı ki, müəllifin 22-25 yaşı var, çünki bu cür şeirləri bizdə İsa İsmayılzadə, Ələkbər Salahzadə, onlardan sonra Ramiz Rövşən 20-22 yaşlarında yazıblar. Sonra öyrəndim ki, Sabir Yusifoğlunun yaşı 50-dən çoxdur. Mən, əlbəttə, müəllifə can sağlığı arzulayıram. Ümid edirəm ki, müalicəsi üçün vəsait tezliklə tapılar. Həm də Sabirin özüyə məşğul olmasaını məsləhət görərdim, yəni təmiz havada çox qalmaq, çox piyada gəzmək, pəhriz və s. Bunu Sabirdən ən azı on yaş böyük kimi deyirəm. O ki qaldı şeirlərin satılmağına, bu, düzü, şantaja oxşayır. Yəni ki, görün nə haldayam…Mənə elə gəlir ki, Sabir bu məsələdə səhv edib. Bəlkə də xəstəlikdən ümidsizliyə uğrayıb özünə qarşı diqqət yaratmaq istəyib…

İndi Sabirin şeirlərindən.

Mənim fikrimcə, Sabir istedadlı insandır, yəni Sabir özünü şairliyə qoymayıb, şairlik onda vergidir.

Ancaq Sabirin şeirlərinbi oxuyandan sonra bu fikrə gəlirəm ki, bizdə “böyük” şeiri Əli Kərimdən sonra heç kim yazmayıb. Və, təəssüf ki, Sabir Yusiufoğlunun yaxşı şeirləri olsa da, bunlar böyük poeziya deyil. Mən Sabirin ən yaxşı şeirlərindən sayılan bir yazını nümunə gətirirəm.

Susuzluqda su təki
Bəlkə yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.

Azərbaycan poeziyasına bələd olanlar bilirlər ki, bu, plagiatdır. “Susuzluqda su” metaforu Əli Kərimindir.

“Mənsə səni sevirəm

 susuzluğun od vurub

Köz kimi yandırdığı,

Dodaq su sevən kimi”

Sabir şeirini belə bitirir:

“bilim harda solursan,
ay gülüm, ay bənövşəm.”

“Solmaq” məsələsi də Sabirin kəşfi deyil, bu, Qabilin məşhur (təəssüf ki, İnternetdə yoxdur) “Çağırsan gələrəm, çağırmasan yox” şeirindəndir:

Eşitdim deyirlər ölüb getmisən,

Min adam içində yalqız olmusan.

Eşitdim deyirlər solub getmisən…”

Mən 1981-ci ilin payızına qədər, yəni Azərbaycandan gedənə qədər mətbuatda çıxan şeirləri ardıcıl oxuyurdum, o vaxt “Azərbaycan” jurnalının təzə və mübariz redaktoru Əkrəm Əylisli  gənclərin şeirlərini şələ-şələ çap edirdi (müəlliflərin necə seçildiyini deyə bilmərəm). Şeirlərin çoxu belə başlayırdı:

“…Ulduzu tökülüb bizim göylərin
Nə sən o çiçəksən, nə mən o dəli”.

Bu, əlbəttə, Sabirin şeirindəndir, ancaq 35-40 il bundan qabaq da elə hamı belə yazırdı və o yazanlardan heç biri adam olmadı, yəni böyük şair olmadı.

“Nə qədər əllər uzanır
Əl dəyməyən ətəyinə.
Yəni belə uzaqsan ki,
Bu ahlar çatmırmı sənə?!”

Belə Koroğlu gəraylıları isə lap əvvəllər yazılıb, məsələn, Ramiz Rövşən belə gəraylılar yazıb 60-cı illərin sonuunda, 70-ci illərin əvvəllərində, belə şeirlər, əlbəttə, əsil gəraylı deyil, “Feyk” gəraylıdır, belə şeirlərlə əlbəttə, çox dərinə və uzağa getmək olmaz, hərçənd Ramiz Rövşən 40 ildir ki, başını dolandırır. Mən ancaq böyük poeziyadan danışıram.  Və Sabirin şeirlərində, eləcə də 30 il bindan qabaq Vaqif Cəbrayılzadənin şeirlərində olduğu kimi, Tanrı Tanrıdan çox idarə müdiridir, rayon administrasiyasının rəhbəridir, nazirdir, oliqarxdır. Bunlara isə baş qoşmağa dəyməz. Baş qoşanda gərək biləsən ki, böyük şeir yazmırsan, növbəti şeir yazırsan… (üstəlik texniki pintilik: “çatmırmı»,  “mırmı..” Qrammatika pozğunluğu da var — sual ədatı «mı» artıqdır: savad məsələsi!)

Mənə elə gəlir ki, Sabir Yusifoğluna çatmayan onun təhsilsizliyidir, böyük poeziyanı bilməməyidir. Əlbəttə, istedadın olduğu halda – Sabirin istedadı var! – öyrənmək, yenilənmək, dərnək düşüncə tərzini aşmaq gec deyil.

Sabir Yusifoğluna şəfa və uğur arzulayıram.

18.06.2016

Samara

«OCAQ» QƏZETİ, 2016-05

СКР 2016-05 2

очаг5_цветной_2016

ШИНДЛЕРУ И НЕ СНИЛОСЬ…

СПИСОК ШИНДЛЕРА

СПИСОК ФОРБСА

СПИСОК МАГНИТСКОГО

СПИСОК УРОДОВ, КАЛЕК, ГОРБАТЫХ

СПИСОК ЧЛЕНОВ ОЛИМПИЙСКОЙ КОМАНДЫ АЗЕРБАЙДЖАНА

ИЛЬХАМ АЛИЕВ ПРИНЯЛ ХАДИДЖУ ИСМАИЛОВУ В СВОЕЙ РЕЗИДЕНЦИИ

ХАД МОГ

XƏDİCƏ İSMAYILOVA İLHAM ƏLİYEVİN ŞƏXSİ TƏYYARƏSİNDƏ YEREVANDAN BAKIYA GƏTİRİLİB

QOLLARI QANDALLI, QƏDDİ ŞAX OĞLAN…

     Qiyas İbrahimov və Bayram Məmmədova

                                                                                                       həsr olunur

 

Qolları qandallı, qəddi şax oğlan,

Qulları qaldıran, Spartak oğlan!

 

Qolların qandallı, əllərin yalın,

Ödünü əzmisən generalların.

Sən nə diz çökənsən, nə də yalvaran,

Başı uca oğlan, üzü ağ oğlan,

 

Pulla, qohumluqla rütbə alanlar,

Rezin dəyənəklə qılınc çalanlar,

İnsanın qanıyla qidalananlar,

Sənin qabağından qaçacaq, oğlan!

 

 

Xəstə millətinə sən bir ümidsən,

Sən əsgər deyilsən, ancaq igidsən.

Xalqı müstəbidin üstə yeritsən,

Bəlkə də qayıdar Qarabağ, oğlan.

 

 

Qolları qandallı, qəddi şax oğlan,

Qulları qaldıran, Spartak oğlan!

 

                        19 may 2016, Samara

 

 

 

 

EY, SİZLƏR…

Azərbaycanda hər şey ağlamalıdır, bircə Xalq Cəbhəsindən başqa. Xalq Cəbhəsi gülməlidir.

Rəhbər Əli Kərimli Ali Karimli (Əli Kərimli) FB-da status yazıb. Status belə başlanır: “Ey işgəncə vintləri…” Müraciət forması bizim mollaların nitqini xatırladır. Sonra: “Sizlər…”

Azərbaycanca “sizlər” səhvdir, çünki “siz” ikincişəxs əvəzliyinin cəmidir, cəmə cəm şəkilçisi artırmaq olmaz. Ancaq bunlar xırda şeylərdir. Statusu mən baxan vaxt 221 adam bəyənmişdi. İyirmiyə qədər rəy vardı. Statusa heyran olanlar var:

Orxan Eliyev Barselona Eli muellim sadece bu fikirlerinize heyran qalir adam,Allah size de komey olsun Bey…”

Ancaq hamı heyran olmayıb. Suallı adamlar var:

Bəhruz Abbasov Bey bu iwgencelere dur deye bilmeyecek qeder zeifmidir bu muxalfet yoxsa bir bezin qiragidirmi?

Bəy cavab vermir…

Cavid Həsənli bir müxalifət olaraq niyə ancaq status yazmaqla kifayətlənirsiz? nə vaxt normal mitinq təşkil edəcəksiz camaat öz sözünü desin?

Bəy cavab vermir…

“Bəy”in statusuna elmi təhlil verənlər var:

Araz Memmedov Pul var dovlet gozleri baglayanda cox pis olur ! Keyfiyetli insan , keyfiyetli memur xalqa guvener ve xalqa arxalanar taa xalql arxaslbdan allb onun nifretini qazanmazdl ! Bunun adl iyrenc nefsin aciz qullarldlr .

“Bəy” nə “hə” yazır, nə “yox”…

Gələcəyi görüb “bəy”ə təsəlli verənlər də var:

Rahid Calayirov Bir gün gələcək bəlkədə peşman olacaqlar ama ondada gec olacaq hər şeyə görə cacab verməli olacaqlar”

“Bəy” yenə dinmir…

Bir Xanım (adı Xanımdır) “bəy”i “xələtləyir”:

Xanim Mahmudova Guya onlarin yerinde siz olsaydiz her şey başqa cür olacaqdı”

(Rəylərin orfoqrafiyası və durğu işarələri saxlanılıb)

Yenə sükut…

Müxalifət partiyasının rəhbəri heç kimə cavab vermir. Çünki bu adamları, hətta rəy yazmaqla özləri üçün müəyyən təhlükə yaradan insanları qara camaat, öz yazdığını isə Quran ayəsi sayır. Ən gülməlisi budur ki, bu insanlar cavab-almayacaqlarını bilə-bilə yenə sual verirlər. Niyə bizim insanlar alçalmağa belə meyllidirər? Bu, gülməli deyilmi?

Və Əli Kərimli kimi insan ölkə rəhbəri olsa, “qara camaat”la onun arasında yaranacaq məsafəni təsəvvür edirsinizmi? Mən təsəvvür etdim, məni gülmək tutdu. Çox güldüm. Ancaq bir şey var ki, mənə gülmək düşmür. Bir az gülən kimi başıma iş gəlir. Ona görə indi gərək girəm İlham Əliyevin saytına, gözümün yaşı quruyunca ağlayam…

Mirzə ƏLİL