Leyla və Arif Yunusları aeroportda çoxlu jurnalist yola salıb. Ayrıılanda Leyla xanım və Arif bəy jurnalistlərə kiçik hədiyyələr veriblər. Ən böyük hədiyyə Eynulla Fətullayeva düşüb: Leyla Yunus ona türmə aftafası bağışlayıb.
Архивы
СУПРУГИ ЮНУС УЕХАЛИ. ЭЙНУЛЛА ФАТУЛЛАЕВ ПОСТ У ТЮРЕМНОЙ УБОРНОЙ СДАЛ
Супруги Лейла и Ариф Юнус выехали из Азербайджана. Кто-то этому рад, кто-то огорчен, а зурналист Эйнулла Фатуллаев бьется в дикой истерике. За кем он теперь будет следить через дырку в тюремной уборной?
BAKIDAN ŞUŞAYA MARAFON
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hamını mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb.
Marafon Bakı-Şuşa marşrutu ilə keçiriləcək.
KAMAL HƏSƏNOV CƏBRAYILA YOLA DÜŞÜB
İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Yeni başçı Kamal İltifat oğlu Həsənov sərəncamı alan kimi kassiriylə, müavinləriylə, katibələriylə, süpürgəçiləriylə birlikdə Cəbrayıla yola düşüb.
DEYİRLƏR Kİ, TOY OLACAQ…7NEWS.AZ HAMINI BAKIYA KEFƏ ÇAĞIRIR
Kim Azərbaycan yeniliklərini izləyirsə, 7NEWS.AZ adlı sayt ona tanış olmalıdır. Və dördgünlük müharibə və ondan sonrakı günlərdə ddöyüşlərin gedişi barədə ağ yalan və hətta öz ordumuz, əsgərlərimiz, şəhidlərimiz üçün təhqirli məlumat yayan saytlardan bəlkə birincisidir.Yəni bu saytda çalışanlar özlərini qoymuşdular lotuluğa, bizim əsgərləri aparıb çıxarırdılar Stepanakertə, ordan da yönəldirdilər Yerevana…
Belə insanlar haqqında dilimizdə yaxşı sözlər var, ancaq, təəssüf ki, kağıza yazmalı deyil.
İndi müharibə qurtarıb (?), keçiblər toya. Arşın hərflərlə yığılan başlıq: “Tanınmış diaspor rəhbəri Şamil Tağıyevin toyudur”.
Tanınmış? Yalançının lap belə…
Samarada əlli minə yaxın azərbaycanlı var və əgər bu təzəbəyin adını iki nəfərdən çox eşidibsə, mən başıma güllə çaxmağa hazıram.
Bizim burda xəbərimiz yox, Şamil Tağıyev möhtəşəm adlı bir fond yaradıbmış: “Azərbaycan mədəniyyətinin intibah bə inkişaf fondu”. Əgər belə bir fonddan Samarada əllli min azərbaycanlıdan heç bor nfəfərin xəbəri varsa, gəlin başıma bir güllə çaxın.
İndi bu Şamil Tağıyev bizim xəbərimiz olmadan, xəlvətdə, gecələr hamı yatandan sonra Azərbaycan mədəniyyətini elə intibah və inkişaf etdirib ki, böyüdüb eləyiblər də Ümumrusiya Azərbaqycan Kongresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru!
Əgər bir adam şəhidlərin qəbri üstündə şəkil çəkdirib yayırsa, bilin ki, zatında iş var…
Mən də neçə vaxtdı məttəl qalmışdım ki, niyə bu Kongress gəlib Samarada lotu-potu yığır, hətta, deyilənlərə görə, Azərbaycanda əsgərlərimiz ağır döyüşlərə qatıldığı, ciddi itkilər verdiyi bir vaxtda yaxşı bir konsert də təşkil ediblər.
İndi görün 7NEWS.AZ məlumatını necə qurtarır: “Bakıda həyata keçiriləcək toyda millət vəkilləri, QHT və media rəhbərləri, diaspor təşkilatlarının rəhbərlərinin iştirakı gözlənilir».
Əlbəttə, Bakıda belə bir insanın toyu “diasopor rəhbərləri” olmadan keçə bilməz!
İndi Kefli İsgəndər demişkən, olasan Rüstəm-Zal, durasan Bakı aeroportunda. Gələn-gələn “diaspor rəhbəri”ndən yaxşı sorğu-sual eləyəsən ki, 1992-cü ildə harda olublar. Və içlərində fərari çıxanı yıxasan yerə, ağzına-ağzına vurasan, sonra da qatara mindirib qaytarasan geri…
QƏHRƏMANLAR VƏ LOTULAR
Qarabağ müharibəsində iki böyük yazıçının oğlu həlak olub: Xəlil Rzanın və Sabir Əhmədovun.
Xəlil Rza mürəkkəb, hətta qatışıq adam olub, ancaq onun vətənpərvərliyi səmimi, qatqısız idi. Təbriz Xəlilbəylidəki vətənpərvərliyin, cəsurluğun ata irsi olduğu şübhəsizdir.

Sabir Əhmədov qüdrətli nasir idi, “Qanköçürmə stansiyasında” bəlkə də “Danabaş kənidinin əhvalatlarından” sonra nəsrimizin ən yaxşı əsəridir. Sabir Əhmədovun böyük qardaşı Cəmil Əhmədov Sovet İttifaqəı Qəhrəmanıdır.
Cəmil Əhmədov
Sabir Əhmədov (Əhmədli) və şəhid oğlu Məhəmməd
İndi götürək Sabr Rüstəmxanlını. Bu adam ömründə poeziya sayıla biləcək bir misra da yazymayıb. Ali məktəbi qurtarandan həmişə vəzifərlrdə olub. Xalqa bir qara qəpiklik xeyri olmayan bu adam xalqın hesabına qarın yekəldib.

Ramiz Rövşən 20-25 yaşlarında bir neçə şirin aşıq yamsılaması yazıb, o vaxtdan əlli ildir ki, cəfəngiyyat cızma-qarayla başını dolandırır. Ata yurduna ermənilər işəyirlər, özü toybaşıyla araq vurur.

Yəni əsilli, ləyaqətli valideynlərin oğullarından ləyaqətli həyat nümunəsi gözləmək olar. Lotu valideynlər isə məsləksiz uşaqlar böyüdürlər. Yaxşı, müharibə bunların uşaqlarına aid deyil, heç olmasa, özlərini bir az təvazölü aparaydılar. Ümumxalq yası vaxtı toy çaldırmaq və selfi çəkdirib bütün dünyaya yaymaq xalqın ölüsünə-dirisinə tüpürmək deyilmi?
RAMİZ MEHDİYEVİN78-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNUR
Bu gün Ramiz Mehdiyevin 78 yaşı tamam olur. Ramiz Mehdiyevin kim olduğunu mən Azərbaycan xalqına Rusiyadan izah etməyə başlasam, bu, mənim tərəfimdən hörmətsizlik olar. Mən özüm bilmirəm ki, prezident administrasiyası nə olan şeydir və nə iş görür. Ancaq Azərbaycana yolum düşəndə orda-burda qara fəfləlik eləyən çox adamdan eşitmişəm ki, “Ramiz Mehdiyevin obyektlərində işləyirlər”.
Ramiz Mehdiyevin 78 yaşı var və yəqn ki, oğullu-uşaqlıdır, bəlkə də bir yerə yığsan, bir alay düzələr. Ancaq “prezident admistrasiyası” kimi müəmmalı, ancaq qorxulu səslənən bir yerə rəhbərlik edən insanın oğul-uşağı orduya gedib özünü güllə qabağına verməz, yəni böyüyü qoymaz getsin. Çünki Azərbauycanda kifayət qədər kasıb-kusub uşağı var və onlar həm Ramiz Mehdiyevin tikintiləriində tər tökürlər, həm də onun oğul-uşaqlarının yerinə canlarını verirlər.
“Danabaş kəndinin məktəbi”ndə Kərbalayı İmamqulu rus rəisinə deyir: “Ay nәçәrnik ağa, belә qurban olsun sәnә mәnim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nәinki saldatlığa verәrәm, mәn onu qurban da kәsәrәm”.
Əlbəttə, Kərbalayı İmamqulu özünü bicliyə qoymuşdu, “nəçərniki”n başını tovlayırdı. İndi bizim kəndlərdəki arvadlar və kişilər uşaqlarını nəinki əsgərliyə verirlər, onlar əslində bu quzu uşaqları Ramiz Mehdiyev kimilərin yolunda qurban kəsirlər…
Cənab Mehdiyev, səni Allaha tapşırıram…
Mirzə Əlil
DALDADA ÇƏKİLƏN ŞƏKİLLƏR
Biri burda profil şəklini təzələyib – sabirabadlılar demişkən, bahalı “qəssumda” gülümsər bir şəkil çəkdirib qoyud Faysbuka, mənimlə “dost”luqda olanların otuz nəfəri də “bəyənib”.
Yadıma lətifə düşür: “Ay Bigəxməd, bigəndün?” “Vallax, biğanmağana bigandım, ancaq…”
Azərbaycanda hələ meyidlərin hamısı yığılb torpağa basdırılmayıb, bu insanların isə burda “qəşəy” şəkillər çəkdirib İnternetə qoymağı məni çaşbaş edir…
Bir tərəfdən fikirləşirəm ki, mən də bu insanlar kimi bir qədər cavan olsaydım, onlar kimi gözəl-göyçək olsaydım, mən də şəklimi tez-tez dəyişərdim. Bəlkə bunlar qız istəyirlər, hərçənd ailəli-uşaqlıdırlar… Qız istəyəndə də eşq vurur başa, nə müharibə, nə şəhidlər…
Məni bu “bəyəndim” qoyanlar da fikrə salırlar. Mən şəhidlər haqqında məlumat toplayıb qoyuram, şəkillərini qoyuram, birinin əli gəlmir ki, altından “Allah rəhmət eləsin” yaza…
Yadıma başqa bir lətifə də düşür:
Qoqi adlı bir gürcü hardasa bir Rusiya şəhərində parkda şəkil çəkdirmək istəyir. Yekə bir ağacı şəkilçəkənə göstərib deyir ki, burda. Şəkilçəkən soruşur: Qoqi, mən sənin şəklini ağacın altında çəkim ya ağacın başında? Qoqi deyir: Yox, səm mənim şəklimin ağacın dalında çək. Mən bu şəkli mamama göndərəcəm. Mamam alıb baxacaq, məni görməyəcək, deyəcək: “Qoqi, oğul, hardasan?” Onda mən ağacın dalından çıxıb deyəcəm: “Mamacan, sənin Qoqin burdadır…”
İndi bizimkilər də. Rusiyada şəkil çəkdirib İnternetə yəqin Azərbaycana salam göndərirlər: “Burdayıq ha. Ağac dalında…”
XALQ QAN İÇİNDƏ, XALQIN ŞAİRİ TOYDA SELFİ ÇƏKDİRİR…

Bəslənib ətlik donuza dönmüş bu adama bir neçə il bundan qabaq hökumət dörd ya beşotaqlı mənzil bağışladı. Əlbəttə, hökumət deyəndə bu mənzil nə İlham Əliyevin, nə də Artur Rəsizadənin idi. Bu mənzil xalqın idi. İndi xalqın hesabına qolunu-qıçını rahat uzadıb dörd ya beşotaqlı mənzildə yaşayan bu insan xalqın yasında deyil, özü kimi xalqın şirəsini çəkənlərini birinin toyundadır.
Ətlik donuza oxşayan bu insanın adı Ramiz Əliyevdir. Ramiz Rövşən təxəllüsü ilə şeir yazır.
Gəlinin atası Sabir Rüstəmxanlıdır. O da çörəyini vətənpərvərlikdən çıxarır.
Kasıb gəncləri odrduya, müharibəyə, can verməyə çağıran belə dəyyuslardır.
Daha bir vacib şey. Ramiz Rövşən əslən Qubadlıdandır. İşğal olunmuş Qubadlıdan. Ramiz Rövşən toylarda selfi çəkdirəndə ermənilər, rəhmətlik Rafiq Tağı demişkən, onun baba yurduna işəyirlər…
TORPAQ – VƏTƏNDİR, ANCAQ İNGİLİS DEMİŞKƏN, BURDA “İF! VAR. ƏGƏR…
20 yanvarın, Xocalı qırğınının, Qarabağ ətrafında olan rayonların işğalının ildönümləri Azərbaycanda tədricən məzmun, mahiyyət aşılanmasına məruz qalır, bu tarixlərin qeyd olunması az qala bir bayrama çevrilir. Və belə günlər vətənpərlik ritorikası ilə əl qol-yelləməyə naqqallar üçün gözəl fürsətdir…
İndi bu naqqalların qurdu uşayır. Hər şəhid dəfni bayramdır, kef məclisidir, həyatlarını itirmiş sütül uşaqlardan elə danışırlar ki, elə bil sağlıq deyirlər. Sağlıq da ki, şeirsiz olmur. “Torpaq uğrunda ölən varsa vətəndir!” – bu, misranı gərək hər naqqal təkrar edə. Bu misra naqqalların himninə evrilib.
Qəsdən ya savadsızlıqdan, naqqallar bu misrada “əgər” sözünü buraxırlar… Ölçü pozulur… Ancaq naqqala nə ölçü-biçi?
“Əgər” ingilscə “if” dir. Və ingilislərdə bir lətifə-tapmaca var. Sual belədir: ən qısa cavab hansı söz olub?
.. Bir sərkərdə hansı şəhərisə mühasirəyə alır. Şəhərə ultimatum göndərir: Əgər şəhəri alsam, sizi yerlə yeksan edərəm.
Sərkərdə şəhərdən cavab alır “Əgər!” “İf!”
Yəni “əgər” çox vacib sözdür. Xüsusən söhbət torpaqdan gedəndə.
Və söhbət hansı torpaqdan gedir?
Gedin maraqlanın şəhid ailələriylə, görərsiniz ki, onların kənddə iki-üç hektar və bəlkə bundan da az torpaqları var. Bəzi rayonlarda adambaşına cəmi iyirmi beş sot düşüb. Ancaq elə həmin rayonlarda əlli, yüz, bir neçə yüz hektar olan “fermer”lər var. Bu fermerlər keçmiş sovet, partiya rəhbərləridirlər, kolzxoz sədrləridirlər, sovxoz direktorudurlar, milis işçiləridirlər. Və sovet dağılanda çoxlu torpaqları “fermer tıəsərrüfatı” kimi ələ keçiriblər.
Rayonlarda çoxlu torpaq sahələri yüksək rütbəli Bakı məmurllarına, nazirlərə, deputatlara, “ailə”yə və “ailə”yə yaxın adamlara məxsusdur. Mən Salyanda olanda eşidirəm ki, orda Qənirə Paşayevaya məxsus bağlar var. Orda keçmiş hərbi komissar general Əliağa Hüseynova aid təsərrüfatlar var. Yerli camnaatın əksəriyyti isə iki-üç hektarda muzdurluq edir, belə kiçik təsərrüfatların, əlbəttə, heç bir inkişaf perspektivi yoxdur. Ya gərək yarıaac-yarıtox ömrünü bir parça torpaqda çürüdəsən, ya da satasan yeni mükədarlara, çıxıb gedəsən fəhləliyə.
İndi sual çıxır: niyə bu qədər torpağı ələ keçirmiş insanlar həmin torpağı əldə silah müdafiə eləmirlər? Niyə onların malını, mülkünü, işrətdə keçən həyatını kasıb kənd uşaqlaı müdafiə etməli, hətta canlarından keçməlidirlər? Niyə? Niyə Qənirə Paşayeva gedib özü şəxsən ermənilərlə vuruşmur? Niyə Salyan uşaqları onun gözəl həyatının təmini üçün ölməlidirlər? Niyə Əliağa Hüseynov, onun çoxsaylı qohumları cəbhədə deyillər?
Niyə Əliyevlər, Paşayevlər, Heydərovlar və onlar kimi başqa ölkə sahiblərinin uşaqları “torpa” uğrunda vuruşmurlar? Cəmi yarım hektar torpağı olan kənd uşağının vətən qarşısında borcu minlərlə hektarı zəbt etmiş Heydərovların borcundan çoxdur?
Niyə Bakıda möhtəşım restoranlar tikib “Şuşa” “Ağdam”, “Kəlbəcər” adlandırmış boynuyoğunlar həmin Şuşadan, Ağdamdan, Kəlbəcərdən ötrü vuruşmağa heç bir həvəs göstərmirlər? Lənkəranlının ya Neftçalalının uşağı onlardan ötrü niyə ölməlidir?
Ötən əsrin yetmişinci illərinin əvvəlində Salyanda böyük bir sənaye müəssisəsi açıldı: plastik kütlə emalı zavodu. Burda yüzlərlə insan işləyirdi, məhsul Azərbaycandan kənara çıxırdı. Zavodum yanında fəhlə qəsəbəsi də salınmışdı. Ötən yay bu zavodla maraqlandım, dedilər general Vaqif Axubdov keçirib onu əlinə, qardaşını, keçmiş taksi sürücüsünü, qoyub orda menecer.
İnternetdə zavod barədə məlumat azdır, ərazisinin 94545 kv.m olduğu göstərilir. Bu boyda həngaməni geral Axundov maaşla necə ala bilərdi? Heç min il də işləsəydi, zavodun bir sexini də ala bilməzdi. Şəxsən Axundova qarşı antipatiyam yoxdur, atası bizim kənddəndir, qardaşı, bacıları bizim məktəbdə oxuyublar. Mən bəlkə heç Vaqiv Axundovun zavodu ələ keçirməyinə də əhəmiyyət verməzdim. Məni darıxdıran ayrı şeydir: niyə böyük Axundovlar nəslindən bir nəfər gedib ən azı 94545 kv.m torpaqdan ötrü vuruşmur? Və rəhbərliyin “tonus qaldır”maq üçün başladığı müharibədə əsgərlərimizin qazancı isə iki arşın torpaqdır…
Əlbəttə, torpaq uğrunda çarpışmaq lazımdır. İf! Əgər! Əgər o torpaq vətəndirsə! Əgər o torpaq Oaşayevlər, Heydərovlar, Axundovlar tərəfindən qəsb olunmayıbsa…