Ermənistanda nə qədər dəli varsa, hamısı sərhədi keçib Azərbaycana gəlir. Dəli ki dəli! A kirvə, bura dəlixana deyil, bura türmədir…
Архивы
BİZ DƏ KƏLBƏCƏRƏ UKRAYNALI PROKUROR TƏYİN EDƏRİK…
Ukraynanın baş prokuroru Krıma yeni prokuror təyin edib. Yeni prokuror azərbaycanlıdır: Gündüz Məmmədov
Bu Lutsenko köpəyoğlu ço fikirləşib ki, kimi Krıma prokuror qoysun. Asan məsələ deyil: Krım Rusiyada, Ukrayna ora prokuror təyn edib. Sonrayadına düşüb ki, azərbaycanlıların belə işlərdə böyük təcrübəsi var. Şuşa, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər ermənilərdə, Azərbaycan prezidenti o yerlərə başçı təyin edir, prokuror təyin edir…
Lutsenko köpəyoğlunun bu yadına düşən kimi Gündüzü çağırıbdeyib brat, bu vəzifə sənindir…
Mən bu əhvalatı oxuyanda ağladım…
22.08.2016
Mirzə ƏLİL
AZƏRBAYCANDA YENİ SÖZ: MAYGÜLƏN
Azərbaycanda dildəki doğma sözlərin türk sözləri ilə əvəz olunması davam edir. Son vaxtlar dilimizdəki ən qədim və ən zəngin məna tutumlu sözlərdən biri olan “maygülü” sözü “maygülən” sözü ilə əvəz edilir.
Şayiə var ki, guy “maygülən” sözünü ilk dəfə İlham Əliyev işlədib, özü də bu sözü Mirşahinə deyib. Mirşahin ANS üçün diz çöküb xahiş edəndə, prezident ona bir təpik vurub deyib: “Get, get, sən maygülən imişsən!”
İndi bu sözdən siyasi debatlarda da geniş istifadə olunur. Yapçılar cəbhəçilərə “maygülən” deyirlər, cəbhəçilər də yapçılara.
“Maygülən” sözü xalq arasında da yayılmaqdadır. Bir kənddə bir oğlandan bir qıza elçi gəlib. Qız razı, qızın anası razı, qızı atası razı, ancaq qızın qardaşı deyib ki, bacımı bu oğlana versəniz, özümü cıraram. Deyiblər a bala, özünü niyə cırırsan, oğlan yaxşı oğlandır, ağlı başında, gözəl-göyçək. Qızın qardaşı deyib yox, siz onu yaxşı tanımırsınız, o, maygüləndir…
Ancaq demək olmaz ki, “maygülən” sözü “maygülü” sözünü tamamilə sıxışdırıb dilimizdən çıxarıb. Hələlik bu iki sözün paralel işləndiyi müşahidə olunur. Məsələn, müsavatla cəbhə arasında debatlarda “maygülü” sözünə üstünlük verilir. Bu nəticəyə gəlmək olar ki, hələlik xalqımız ciddi seçim qarşısındadır. Maygülü ilə maygülən arasında…
18.08.2016
SALAM SARVAN YAPA-A GİRMƏYƏYDİ BƏS HARA GİRƏYDİ?
Bu gün bilmişəm ki, Azərbaycanda Salam Sarvan adlı böyük şair varmış və bu şair Məcnun kimi çox vurnuxandan sonra özünü axırda gedib soxub Yeni Azərbaycan partiyasına. Demokratik ictimaiyyət də bu hadisədən elə sarsılıb ki, Salam Sarvan, Allah eləməmiş, özünü assaydı, elə sarsıntı olmazdı.
Mən İnternetdən bu böyük şairi və təzə yapçının şeirlərini tapıb oxudum.
Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Belə çıxır ki, oğlan durub qızın başının üstündə, hörüyünü təsbeh kimi tutub dua oxuyur. Ancaq br az sonra məlum olur ki, məsələ başqa cürdür.
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…
Bu, pozğun qadının qoynundaymış… Biabır olduq…
Sonrası lap maraqlıdır:
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.
İndiyəcən Azərbaycan poeziyasında lağım atmamışdılar, Salam Sarvan birinci lağımçıdır.
Sonra ayrılıq baş verib, qız daha hörüyü ələ vermir. Salamın gözləməkdən gözü (yəqin bir gözü) çuxura düşüb:
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Qardaş, hardan soruşsun? Axıı görüşmürsünüz, qız nə bilsin ki, göz çuxurdadır yoxsa ayrı yerdə?
Səni necə atım, necə, bilmirəm —
bir zərsən düşmürsən heç üzü üstə.
Zər kubdur, həmişə bir cür düşür, yəni tini üstə düşmür. O ki qaldı o xanıma, yəqin onun üzü üstə düşməyi üçün gərək hörüyünü əlindən buraxmaysan…
Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
İndi Azərbaycanda bir ağıllı adam çıxsın, desin ki, başı əsa kimi necə tutub getmək olar. Getmək olmaz, a kişilər. Baş əsa deyil, Salam Sarvan xalqa vedrə bağlayıb!
İndi bu adam hansı partiyaya girməliydi? REALa? NİDAya? Müsavata?
Oturun yerinizdə! Gedin özünüzə şair axtarın. Heç axtarmaq lazım deyil, şairlər gözünüzə girirlər, görmürsünüz. Biri elə o təsbehdən belə yazıb:
Urma girüh zülfünə, eylə həzər, ey sənəm,
Oxşamasın şəklidə sabheyi-səddanəyə…
16.08.16 SAMARA
ЕСТЬ ТАКОЕ СЛОВО!
Думается, для рождения неординарных мерзавцев природа проделывает такую же сложную работу.
Талантливых мерзавцев встречаются чаще, чем светлые гении. Поэтому мысль о том, каким образом, каким путем, какими скрещиваниями на свет появился тот или иной мерзавец.
Об этом я думаю, когда Эйнулла Фатуллаев берется за выполнение очередного задания своих хлебодателей.
Мерзавец, между прочим, не то слово. В русском языке нет такого слова, которое в полной мере выразило бы натуру тех людей, как Эйнулла Фатуллаев.
В азербайджанском языке есть такое слово: «ограш». Что конкретно оно означает, не могу сказать. Находится ли оно в списке нецензурных по азербайджанским законам, мне тоже не известно. Но я уверен, что это слово тоже создано усилиями природы. Оно как лекарство – когда Эйнулла Фатуллаев совершает очередное задание своих хлебодателей, в первые минуты наступает глубокое отчаяние, чувство безнадежности и беспомощности, но хотя бы про себя произнеся это чудо-слово «ограш», успокаиваешься…
Азербайджанский язык не так велик и могуч, как русский. Но в нем есть чудо-слова, которые удерживают от желания вешаться…
15.08. 2016
NATİQ CƏFƏRLİNİN İZLƏYİCİLƏRİ HAQQINDA
Natiq Cəfərlinin FB səhifəsinə baxdım. 17.427 (!) nəfər izləyicisi var. Bu rəqəmin mənim üçün necə fantastik olduğunu göstərmək üçün deməliyəm ki, mənm 27 (!) izləyicim var. Bunun da yaransı (13, 5 nəfər) işləməyən akkauntdur.
Yəni mən Natiq Cəfərliyə kənd futbolçusu Ronaldoya baxan kimi baxıram.
İndi Natiq Cəfərlini tutublar. Bu İlham Əliyevin yuxusu yoxdur ki – gecənin bir aləmində gəlib bu Ronaldonu aparıb basıb dama.
İndi görün bu 17 427 izləyicədən heç olmasa 1, 7 nəfər məhkəmə binasının qabağına gedib bir əski parçası qaldırdımı? Yox, qaldırmadı. Elə isə 17 427 izləyici Natiq Cəfərlinin nəyini lazımdır?
Bu qədər də olmasa, heç olmasa, bunun yüzdən biri qədər izləyici mənə lazımdır, çünki mən iki dildə bədii mətnlər yazıram və bu mətnlərin oxynmasını istəyirəm. Siyasətçiyə izləyici lazımdır ki, dalınca getsin. Ancaq Natiq Cəfərlinin, eləcə də İlqar Məmmədovun izləyiciləri onların dalınca getmirlər, ancaq dallarınca baxırlar.
Belə izləyicidənsə yumurtlayan bir toyuq yaxşı deyilmi?
Mirzə Fətəlinin hansı komediyasındasa (tapa bilmirəm hansında) bir gözəl əhvalat danışılır. Bir İran sərkərdəsi yellənə-yellənə şəhər meydanında gedir, əsgərlər bunu görüb tökülüşürlər dalınca ki, maaşımızı ver. Bunlarn qışqır-bağırı sərkərdəni bezdirir, başmağının bir tayşnı çıxarıb qayıdır bunların üstünə. Əsgərlər pərən-pərən olub dağılırlar…
Sərkərdə başını yelləyib deyir: Mən filan qalanı bu cür qorxaq əsgərlərlə necə alacağam…
İndi Natiq Cəfərli. Bu cür izləyicilərlə hara gedib çıxmaq olar. Bu izləyicilər tində duranlar, tum çırtlayanlardır. Ən müasirləri elektron siqarət çəkirlər…
Allah mənim 13, 5 nəfər izləyicimə bərəkət versin…
Tanımadığım, “dostu” və “izləyicisi” Natiq Cəfərliyə azadlıq arzulayıram. Onu tutanların başı batsın.
14.08.2016 Samara
YELİK
vodevil
MEHRİBAN XANIM: Kişi, məh heç bilimirdim sən belə qəşəmg yelik sürürsən. Dünən televizorda gördüm, urusun bir sözü var ey, demək istəmirəm, o cür oldum.
İLHAM BƏY: “Yelik” yox, arvad, velik, yüz dəfə demişəm.
MEHRİBAN XANIM: Mənim dilim nədənsə “yelik”ə yatır, həm də elə bilirəm “yel kimi gedən” deməkdir. Qəşəng də çəkmişdilər. ANS çəkmişidi?
İLHAM BƏY: ANS hara çəkir? ANSi bağlamışam gedib!
MEHRİBAN XANIM: Sənin bağlayan əlin-qolun var olsun! Kişi, nöş bağladın, mən indi ilin adam harda olacam?
İKHAM BƏY: Kanal çoxdur, hansında istəsən, orda. AZTV-yə tapşırım, sənə həftədə bir dəfə ilin adamı desinlər.
MEHRİBAN XANIM: Kişi, tapşır. Mən özüm bilirəm ilin adamıyam, ancaq televizor deyəndə hamı bilir. Kişi, nə olar, gələn dəfə televizor sənin velik sürməyini çəkəndə, velikin birini də ver mənə, dallı-qabaqlı sürək. Koroğluyla Nigar kimi.
İLHAM bəy: Arvad, mənim atam uzaqgörənr olub, kor olmayıb!
MEHRİBAN XANIM: Kişi, mən o mənada demədim ki. Hirslənmə, gözün yenə qan qoyar, elə bilərlər şey çəkmisən. Kişi, sən velik sürəndə ürəyim düşmüşdü ey, deyirdim birdən sükan kişinin əlindən qaçar, kişi kəlləmayallaq olar.
İLHAM BƏY: Arvad, mən peşəkar idmançıyam, Olimpiya komitəsinin prezidentiyəm, sükan hara qaçır əlimdən?
MEHRİBAN XANIM: Kişi, deyirəm yəni nanəcbin biri sənin velikinə çöp soxar, xəbərin olmaz…
İLHAM BƏY: Arvad mənim velikimə çöp soxmaq istəyənlər bilrsən hardadırlar?
MEHRİBAN XANIM: Analarnın qarnında?
İLHAM BƏY: Yox, analarının qarnından çıxıblar. Ancaq çıxmaqlarına peşman olublar. Çünki hamısını basıram türməyə…
13.08.2016
Samara
QUBADLIDA YENİ YAŞAYIŞ MASSİVİ HAQQINDA
İlhan Əliyev həftə səkkiz, mən doqquz Azərbaycan rayonlarına pul ayırır. Bu pullara rayonlarda Heydər parkından başqa bir şey tikilmir. Qubadlı rayonuna bir manat pul ayrılmayıb, ancaq burda ermənilər yeni yaşayış massivi istifadəyə verirlər…
TALE BAĞIRZADƏ DESƏYDİ: CƏMİL HƏSƏNLİNİN (ƏLİ KƏRİMLİNİN) ÖVLADI CƏHƏNNƏMƏ VASİL OLDU…
Kifayət qədər korrekt olmayan bir müqayisədən istifadə etməyə məcbram.
Deyək ki, Rafiq Tağının yerinə Cəmil Həsənlinin ya Əli Kərimlinin oğlunu ya qızını Bakıda bıçaqlayıb öldürüblər. Tale Bağırzadə isə iki min nardaranlını yığıb təntənəli surətdə elan edir ki, “Cəmil Həsənlinin (Əli Kərimlinin) qızı (oğlu) cəhənnəmə vasil oldu. Nardaranlılar da mal-qara kimi mələşərək sevinclərini bildirirlər.
Görəsən belə olsaydı, Cəmil Həsənli ya Əli Kərimli Tale Bağırzadədən ötrü belə vurnuxardılarmı? Ümumiyyətlə, onlar məhkəmə binasına heç yaxın gedərdilərmi?
О БАКИНСКОМ САММИТЕ ТРЕХ ПРЕЗИДЕНТОВ
Путин говорит: Вы меня простите, но у меня рейтинг падает последнее время, я с рейтингом возился. Устал уже поднимать. Грыжу даже заработал.
Роухани говорит: А я срочно одного сукина сына вешал. Ядерщика. А веревка все время рвется. Мыло у нас хорошее, иранское, а веревка китайская. Надо наладить собственное производство веревки.
Алиев говорит: А я пока вас ждал, времени даром не терял. Конституцию менял. Так изменил, что ее не узнает даже человек, который ее писал.
