Архивы

ARAZ ƏLİZADƏNİN AZƏRBAYCAN HİMNİNDƏN ŞİKAYƏTİ

Hara getsəm, ordasan,

Orkestrdə, xordasan.

Rus himni majordadır,

Sən niyə minordasan?

АРАЗ АЛИЗАДЕ ПОДАЛ В СУД… НА АЗЕРБАЙДЖАНСКИЙ ГИМН

Азербайджанский политик Араз Ализаде (в русскоязычной среде — Аракс Ализаде) подал в суд…на гимм Азербайджана. Собственноручно написал заявление и отнес в Сабаильский районный суд, один из самых справедливых судов Азербайджана. Араз (Аракс) Ализаде жалуется, что азербайджанский гимн, в отличие от других гимнов, написан в миноре, поэтому эта музыка действует на него настолько расслабляюще, что последние годы он не может даже выполнять свои супружеские обязанноси. Господин Араз (Аракс) Ализаде в виде компенсации требует, чтобы до конца жизни правительство бесплатно выделяло ему виагру.

 

VAQNER İSRAİLDƏ İFA OLUNMUR, SƏMƏD VURĞUN DA GƏRƏK AZƏRBAYCANDA OXUNMAYA

“De mortuis aut bene, aut nihil” – Ölənlərdən ya yaxşı, ya da heç nə (danışmaq) – latın məsəli belə deyir.

Yəqin bu məsəl həyatı birdəfəlik tərk edənlər haqqındadır, yəni ölmüş insan yaşayanların həyatında heç bir şəkildə iştirak etmir.

Bəs edirlərsə?

Lenin haqqqında deyirdilər ki, “o bütün canlılardan canlıdır”.

Uzağa getməyək, götürək bizim Səməd Vurğunu. Azərbaycanın ruhi, mənəvi həyatında çox canlıdan artıq iştirak etmirmi? Belədirsə, niyə onun haqqında danışmayaq?

Mən Səməd Vurğunu bir şair kimi sevmirəm, yəni bir şeirindən belə xoşum gəlmir, mənim üçünsə bir yaxşı şeir də kifayətdir ki, müəllifini hörmət etdiyim şairlərin siyahısına salım. Ancaq Azərbaycan ədəbiyyatında dövlət tərəfindən “klassik” statusu almış vecsiz şair və yazıçılar çoxdur, onlar məni heç narahat etmirlər, dəqiq desək, onların çoxu məni narahat etmir. Ancaq Səməd Vurğun məni narahat edir. Çünki ədəbiyyatda dövlətin köməyi ilə bütün canlılardan daha canlı yer tutaraq insanların mənəviyyatını pozmağa, yeni-yeni nəsillərin ədəbi zövqlərini korlamağa davam edir.

“Bəli, bakılıyam, öz şöhrətim var,
Mənim babam olmuş 26-lar”.

1918-ci ildə Səməd Vurğun 12 yaşında idi, realnı məktəbdə oxuyurdu, gözüaçıq, zirək olmağına da şübhə yoxdur, buna görə də Azərbaycanda bolşevik komissarların nə qədər qan axıtdığını da yaxşı bilib, onların neçəsinin erməni olduğunu da bilib. Və minlərlə insanın qanını axıtmış yadelli inqilabçılara Səməd Vurğunu  “baba” deməyə nə vadar edirdi? Bu, məcburi loyallıq da deyil, repressiv rejimdən özünü müdafiə də deyil, bu, patoloji əqidəsizlik, prinsipizlik, satqınlıqdır. Yəni ki, rejim ondan satqınlıq tələb etməyəndə də Səmıəd Vurğun özü rejimə ən rəzil formalarda satqınlıq təklif edib.

Yaxşı, allahsız olmağını başa düşürük, mən özüm də allahsızam. Ancaq bolşevik partiyasına “bəşərin vicdanı, eşqi, ürəyi” deməyə Səməd Vurğunu nə vadar edirdi? Yeni orden almaq ehtirası? Yeni “Zim” almaq ehtirası? Yeni Stalin mükafatı almaq ehtirası?

Mənə mərhum Sabir müəllim Talışinski Səməd Vurğunun müharibədən sonrakı illərdə Salyana ova gəlməyindən danışırdı. Üstüaçıq maşın, maşında iki yekə it. Ov da ki, ceyran ovu olardı yəqin.

Belə keflər üçün Səməıd Vurğun nənəsini Şaumyana siğə eləyirdi? Özü də təkcə Şaumyana yox, 26 komissarın hamısına…

Azərbaycanda kolxoz qurulanda Səməd Vurğun ordenli-medallı şair olub, kəndlilərin, özü də işlək kəndlilərin başına nə “komsomol” oyunu gətirildiyini yaxşı görüb. Minlərlə zəhmətkeş insan qolçomaq adıyla damğalanıb, sürgünə göndərilib, ailələri dağılıb. Minlərlə adam həyatlarını Sibirin, Qazaxstanın yollarında itiriblər.

Səməd Vurğun da bu faciəni “tərənnüm” edən “Komsomol” poemasnı yazıb…

Mənə elə gəlir ki, bu insanın əsərləri Azərbaycanda boykot olunmalıdır. Musiqi dahisi Vaqnerin əsərləri İsraildə ifa olunmur. Rəsmi qadağan yoxdur, ancaq misiqiçilər Vaqneri ifa etmirlər – antisemit olub. Səməd Vurğun da xalqının cəlladlarının şəninə kitab-kitab şeirlər yazıb. Xalq da ona arxa çevirməlidir.

Patoloji əqidəsizlik irsən də keçirmiş – Səməd Vurğunun oğlu Yusif Vəkilov “Yeddi oğu istərəm” filminə ssenari yazıb. Yusif Səmədoğlu da Azərbaycan kəndlilərinin başına nələr gətiriıldiyini, əlbəttə, gözəl bilirdi. “Yeddi oğul istərəm” filmində əqidəsizlik, prinsipsizlik estetik zövqsüzlüklə, ifrat bayağılıqla birləşib biabırçı bir şey ortaya gətirib. Təsadüfi deyil ki, bu film çıxandan “Yanıq Kərəmi” çalınan kimi azərbaycanlı kişilər və arvadla balaqlarını çırmalayb düşürlər ortalığa… Kül bizim başımıza…

Azərbaycanlıların problemi tərbiyə problemidir, ağı qaradan seçə bilməmək də yox, ağı qaraya qarışdırmaq problemidir. Həm soyqırım qurbanlarına yas tutan, həm də bu soyqurumu törətmiş insanlara “babam” deyən Səməd Vurğuna pərəstiş edən azərbaycanlının mənəvi tərbiyəsində əngəl var. Hakimiyyətə gələndən sonra azərbaycanlıların məzlum vəziyyətini daha da ağırlaşdırmış çalmalı cəllad Xomeyniyə pərəstiş edən azərbaycanlının tərbiyəsində əngəl var.

Şübhəsiz ki, fitri ədəbi istedadı olan, lakin ifrat deqradasiyaya uğramış, özünü bütünlüklə ordenə, laureat nişanına, xarici səfərlərə, kef məclislərinə satmış Səməd Vurğun mənəviyyat tariximizin ən böyük ayıblarından biridir və təəssf ki, dövlətin səyi ilə bu ayıb milli fəxrə çevrilib…

31.03. 16

Samara

 

 

OĞRU MƏMURLARA «ŞÖHRƏT» ORDENİ, QƏHRƏMANLARA ÜÇÜNCÜ DƏRƏCƏLİ MEDAL…

Azərbaycan əsgər və zabitlərinin ölüm xəbəri onların üçüncü dərəcəli medalla təltif olunması xəbəriylə bir vaxtda yayılır, bu o deməkdir ki, müdafiə naziri hər bir əsgər və zabitin adına medalı yazıb gözləyir ki, bu uşaqlar haçan erməni gülləsinə tuş olacaqlar.

Yəqin yibilyarların, özü də harın yubilyarların, ailədən olan yubilyarların, zəli yubilyarların ordenləri çoxdan yazılıb. Ancaq onların ordenləri qabaqcadan elan olunur. Məsələn, Yasamalın başçısı İbrahim Mehdiyevin 70 yaşı aprelin 30-da tamam olur. Ancaq “Şöhrət” ordeninin prezident ona martın 29-da verib.

ibrahim mehdiyev

Bəlkə İlham Əliyev qorxub ki, cənab Mehdiyev yetmişə çatmamış ölə?

Və İbrahim Mehdiyev 70 yaşında hansı şöhrətə çatıb? Hansı şücaətlər göstərib? Yəni onun göstərdiyi şücaətlər həyatını Azərbaycan uğrunda vermiş lənkəranlı leytenantın şücaətindən artıqdır?

медаль 2

Azərbaycan əsgərinin, zabitinin həyatını üçüncü dərəcəli medala bərabər tutan rəhbər əsgəri, zabiti sevirmi? Yox, sevmir! Bu rəhbər əsgərləri, zabitləri yetirən xalqı sevirmi? Yox, sevmir! Bu rəhbər uğrunda kasıb balalarının öldüyü ölkəni sevirmi? Yox, sevmir!

Və əgər İbrahim Mehdiyev kimi məmurlar uşaqlarının həyatı üçüncü dərəcəli medala bəırabər tutulan valideynlərin gözü qabağında utanıb-qızarmadan sinəsində “Şöhrət ordeni gəzdirirləsə, bu ölkədə əxlaq yoxdur.

Yoxdur…

«ŞÖHRƏT» YALNIZ OĞRULUQ KATEQORİYASIDIR?

 

QALİBLAİM OĞLU ZÜLFÜQARLIМедаль_«За_отличие_в_военной_службе»_(Азербайджан)_3_степени

Orduda şəhid olmuş leytenant Qalib Laim oğlu Zülfüqarlı ata yurdunda Lənkəran rayonunun Vilvan kənd dəfn olunub. Müdafiə naziri Qalibi ölən kimi üçüncü dərəcəli medalla təltif edib. Yəqin ki, Azərbaycan ordusuna çağırılan bütün əsgərlərin hamısının adına bu medaldan yazılıb, öldürülən kimi elan edirlər. Öldürülməsə — medal qalır sonrakılara…

ASƏF İSGƏNDƏROVŞÖHRƏT ORDENİ

Bu gün Lənkəran universitetinin rektoru Asəf Daşdəmir oğlu İsgəndərov vəzifəsindən azad olunub. Yəqin yaşına görə — yetmiş beşi kiçib. Prezident İsgəndərovu işdən azad etçəklə nu “Şöhrət” ordeni ilə də təltif edib.

İnternetdə Asəf İsgəndərov haqqında məlumat axtardım. Onun oğru olduğundan, başına özü kimi adamlar yığdığından yazırlar. Öz yerlilərinin dediyinə görə, onun prorektor təyin etdiyi adam bir vaxt Rusiyada öz analığını öıdürüb.

Bunlara görə “Şöhrət” ordeni?
Bəlkə Lənkəran universitetinin bizə məlumolmayan nailiyyətləri var?

Yxşı, it aparan olsun, versinlər bütün ordenləri bu İsgəndərova. Bəs niyə u leytenanta, cəsur talış balasına üçüncü dərəcəli medalk veriir? Onun gənc və yeganə həyatının qiyməti budur?

Belə orduya hörmət olarmı?

Belə ordu rəhbərliyinə hörmət olarmı?

Belə dövlətə sevgi olarmı?

ZAKİR HƏSƏNOV AZƏRBAYCANA HÜCUM NAZİRİDİR?

Azərbaycan ordusunda itkilər artdıqca istər-istəməz fikirləşirsən: bu Zakir Həsənov Azərbaycanın müdafiə nazididir ya Azərbaycana hücum naziri?

TANIŞ OLUN: MÜASİR VƏ QABAQCIL AZƏRBAYCAN MÜƏSSİSƏSİ

 

Azərbaycanın cənnət güşələrinin birində müasir texnologiyalı qabaqcıl müəssisə var. Burda yüzlərlə insan qadınlı-kişili üçnövbəli iş rejimində yorulmaq bilmədən çalışırlar. Müəssisə ölkə üçün strateji va taktik cəhətdən ən vacib məhsul buraxır. Bu məhsulun adı “üçüncü dərəcəli medal”dır və bu medalla ermənilərin öldürdüyü əsgər və zabitlərimiz təltif olunurlar. Ölən əsgərlərimizin sayı gün-gündən artsa da, zavod əməkçilərinin fədakar əməyi sayəsində onların hamısına medal çatdırmaq olur, indiyəcən heç bir şəhid medalsız qalmayıb. Ölkə rəhbərliyi müəssisə işçilərinin əməyini yüksək qiymətləndirib, onların içində “Şöhrət”, “Qeyrət”, “Namus” ordenlərinə layiq görülmüş insanlar var. Ölkədə Gül bayramının yaxınlaşması ilə əlaqədar olaraq müəssisə yeni öhdəliklər götürüb bə plandan əlavə çoxlu medal hazırlamağa söz veriib.

Müdafiə naziri Zakir Həsənov tez-tez zavoda baş çəkir. Bu yaxınlarda müəssisəyə prezidentin gələcəyi gözlənilir.

Mirzə ƏLİL

28.03.2016 Samara

 

ANS YENƏ ŞƏHİDİN CƏNAZƏSİNİ ÖZ REKLAMIYLA DAMĞALADI

ELŞAD ABBASZADƏ 27.03.2016 13-57-39

Bu, dünən Tərtərdə dəfn edilmiş şəhid əsgər Elşad Abbaszadənin şəklidir. Sinəsinin üstündə də ANS-in reklamı. Bu binamus, şıərəfsiz, doğma analarını satmağa hazır zurnalistlər intizarla gözləyiirlər ki, ermənilər bizim əsgərlrimizi öldürsünlər, onlar da meyidlərə öz reklamlarını yerləşdirsinlər.

Lənətə gələsən, belə ölkə!

ZAKİR HƏSƏNOVDAN KASIBLARA YASPAYI: ÜÇÜNCÜ DƏRƏCƏLİ MEDAL…

“Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib”.

Bu xəbəri yaxşı oxuyun: Elşad Abbaszadə həlak olub! Yəni həyatını itirib! Valideynlərinin ürəyinə dağ çəkilib, bundan sonra onların günü qara olacaq!

İndi “dərin hüznlə” başsağlığı verən Müdafiə Nazirliyinin verdiyi mükafata baxın: üçüncü dərəcəli medal!

Oğru məmurlara, «ailə» üzvlərinə gen-bol medal paylanır, layiq olmadıqları adlar verilir, iki eşşəyin arpasını bölə bilməyənlər akademik olurlar, həyatını vətən yolunda itirmiş əsgərə medal verirlər. Özü də üçüncü dərəcəli!

“Hərbi xidmətdə fərqənməyə görə!” A vəhşilər, ölmək fərqlənmək deməkdir? Sizi hansı ana doğub, hansı müəllim sizə dərs verib?

Ay vəhşilər, belə medal gərək əsgərlikdə burnu qanayana, zökəm olana,ayaqlarında göbələk yaranana verilə. Bu uşaq həyatını itirib! Doyunca yaşamağa macal tapmamış, doyunca sevinc tapmamış, valideynlərini sevindirməmiş!

Və necə yəni «xidmətdə fərqlənməyə görə»? Təlim vaxtı on güllədən doqquzunu hədəfə vuran fərqlənər. Bu uşaq ölüb! İndi Azərbaycanda ölümün adı «fərqlənmə» olub?

Kimin yolunda ölüb bu əsgər? Onun həyatını üçüncü dərəcəli medala bərabər tutan Zakir Həsənovun? 1992-ci ildə baş nazir müavini olanda Xocalını vermiş Artur Rəsizadənin? Bakı küçələrində bahalı maşınlarda fironluq edən nazir balalarının? Həyatı gecə klublarında və teleşoularda keçən pozğunların?

Əgər vətən, xalq yolunda ölübsə, niyə üçüncü dərəcəli medal?

Bu, kasıbın yaspayısıdır?

Zakir Həsənov! Səni Allahın qəzəbi tutsun!

AZƏRBAYCANLILARIN DİLİ AZƏRBAYCAN DİLİ OLSUN!

Mən Feysbuka girəndən (bu, 2008-in axırında ya 2009-un əvvəlində olub) cəmi bir qrupa qoşulmuşam, indi o qrup da yoxdur. Qruöun adı belə idi: “Azərbaycan dili Feysbukun dili olsun!” Səhv etmirəmsə, qrupda bir neçə min aam vardı. Tezliklər Azərbaycan dili Faysbuk dili oldu, ancaq həmin qrupun bu məsələyə təsirinin olub-olmadığını deyə bilmərəm. Qrupu yaratmış insanları nnəcib vətənpərvərlik niyyəti isə ən yüksək qiymətə layiqdir.

O vaxtdan mənim Faysbuk səhifəm Azərbaycan dilindədir. Hətta bəzi Faysbuk terminlərinin rusca necə işləndiyini dəqiq bilmirəm… Mən, bir neçə ili çıxmaq şərti ilə, Azərbaycan təhsilliyəm, ən yaxşı bildiyim dil – Azərbaycan dilidir, vaxtaşırı rusca yazmağa məni həyat şərtləri özü məcbur edir.

Yəhudi mənşəli görkəmli filosof, Britaniya akademiyasının prezidenti olmuş İsayya Berlin Rusiyadan, səhv etmirəmsə, altı yaşında getmişdi. Bütün təhsilini ingiliscə almış, bütün əsərlərini ingiliscə yazmışdı. Ancaq bir müsahibəsində deyirdi ki, rus dilini daha dərindən duyur. “Rus dili mənimlə “danışır”, ingilis dili yox”, — mərhum filosof belə deyirdi. Mən də eyni sözləri Azərbaycan və rus dilləri haqqında deyə bilərəm. Hərçənd mən rus dilini Berlinin ingilis dilini bildiyi qədər bilmirəm, mən Rusiyaya 28 yaşımda gəlmişəm…

Bu mənada rus dilini zəif bilən, yazılı dili heç bilməyən həmvətənlərimin sosial şəbəkələrdə rus dilində yazmaq həvəsləri məni təəccübləndirir və indi deyəcəyim səbəblərə görə məyus da edir. Çexovun bit hekayəsində məktəbli üç hərfdən ibarət sözdə dörd səhv eləmişdi, yəni «еще» sözünü «ичшо» kimi yazmışdı… Mənim soydaşlarımın səhvləri daha acınacaqlıdır, məktəblinin nə yazmaq istədiyini başa düşmək olur, bizim qardaşlar (bacılarla işimiz yoxdur), əli yazırlar ki, fikirləşdiklərinin əksi alınır. Başsağlığında elə səhvlər edirlər ki, kədərlənmək əvəzinə gülməyin gəlir…

Mən başa düşmürəm: bir azərbaycanlı başqa azərbaycanlıya başsağlığını niyə rusca yazır? Niyə bir-birimizin doğum gününü rusca təbrik edirik? Özü də bilə-bilə ki, savadımız yoxdur, çoxlu səhvlər olacaq və rus, gürcü, erməni görəndə bizə güləcək. Bu sualın cavabı varmı?

Mən bilirəm ki, Rusiyada yaşayan azərbaycanlıların (ruslaşmışları nəzərdə tutmuram) böyük əksəriyyətinin ruslarla heç bir yaxxın ünsiyyəti yoxur, ailəliklə ruslarla dostluq edən azərbaycanlı tanımıram. Belə olan halda bu insanların özlərini ruslluğa qoymağının səbəbi nədir? Onların ağlına da gəlmir ki, qızları rusa gedər, oölanları rus alanda şivən qoparırlar. Belə çıxır ki, rusların özü bizdən pisdirlər, dilləri bizim dilimizdən yaxşıdır? Bu necə olur?

Mən dilləri sevirəm, mənə elə gəlir ki, minlərlə dilin içində musiqisiz dil yoxdur, hər bir dilin metafizik təbiəti var, heç kim onların necə yarandığını deyə bilməz. Böyük dilləri, yəni çox insanın danışdığı dilləri isə öyrənmək lazımdır, məsələn, ingilis dilini bilmədən bütün qlobal informasiyanı operativ və dolğun almaq mümkün deyil. Rus dili də böyük dildir. Həyatını Rusiya ilə bağlanmış hər bir azərbaycanlı bu dili mükəmməl bilməlidir. Ancaq çoxumuz bu ölkəyə yetkin vaxtda gəlmişik, soydaşlarımızın çoxu heç Azərbaycan dilində də düz-əməlli yaza bilmir. Dili öyrənmək çox zəhmət, səy tələb edir, yazılı dili öyrəmnək üçün gərək dərsliklərlə məşğul olasan, kitab oxuyasan. Bunların heç birni eləmirik, dili məişət həcmində, yəni yüz-yüz əlli söz həcmində bilirik, qrammatikadan xəbərimiz yoxdur. Ancaq İnternetə girən kimi şeytan bizi yoldan çıxarır, özümüzü göstərmək istəyirik, guya bir az əl-qol atan kimi Feysbukdalı milyar yarım insanın hamısı sənə valeh olacaq…

Ancaq çox vaxt biz aləmi özümüzə güldürürük…

Rus dili qarşısında bu cür lakey aşağılanmağı bizə müstəmləkə dövründən miras qalıb. Çünki Azərbaycanda rus dilini bilənlər birinci növ insan olublar, bilməyənlər – ikinci növ. Rusdillilik azərbaycanlılar üçün status məsələsi olub. Yəni rus dilli olmaq azərbaycanlı üçün kastanı dəyişmək kimi bir şey olub.

İndi vəziyyət dəyişib. Azərbaycan dili dövlət dilidir. Ancaq dil məsələsində  dövlət rəhbərliyinin ikimənalı mövqeyi, rusca təhsilə çox böyük vəsaitin ayrılması, Azərbaycan məktəblərinin texniki təchizat, müəllim kadrları ilə təminatı baxımında yenə də alçaldılmış vəziyyıtdə qalması vətəndaşların bir hissəsində öz ana dilllərinə hörmətsiz ya ən azı etibbarsız münasibərt yaradır. Demək lazımdır ki, Bakıdakı rus məktəblərinin məzunlarının çoxu Azərbaycan oriyentasiyalı deyil, onlar özlərini Cənubi Afrikada ağ azlığın apardığı kimi aparırlar. Dövlətin milli maraqlara yad, milli mədəniyyətə, tarixə yad və hətta düşmən olan insanlar yetişdirməyə çoxlu pullar xərcləməyinin səbəbini başa düşmək çətindir…

Azərbaycan çoxmillətli dövlətdir və bu millətləri birləşdirən ən başlıca faktor  dildir. Dilimizi hörmətdən salmaqla onsuzda zəif olan dövlətçiliyimizin əsaslarını sarsıdırıq. Əslində bizim dilimiz də böyük dildir, bu dildə otuz milyondan çox adam danıışr. Ancaq nə qədər ki, paytaxtın özü, yəni Bakı bu dildə danşımayıb, dövlət sınıq-salxaq dayaqlar üzərində dayanacaq.

Mən sosial şəbəkələrdə rusca yazışmağn əleyhinə deyiləm, ancaq biz şərtlə: əgər bizim yazəşdığımız adamlar rus dillidirlərsə. Məsləhət görərdim ki, rus dilində yazını İnternetdə yerləşdiməmişdən qabaq bilən adam yoxlatdırın, burda hamının uşaqları rusca oxuyurlar, ru dillidirlər, yazdığınızı onlara göstərin. Dilimizə hörmət edək, dilimiz, yazımız gülüncdürsə, özümüz də gülüncük…

Yazının əvvəlindı qrup adı çəkmişdim, bəlkə o qrup indi də qalır. Yəqin bağıanar… Yeni qrup yaratmağın vaxtıdır. Bu qrupun adı belə ola bilərdi: “Azərbaycanlıların dili Azərbaycan dili olsun!”