Архивы

AVROPA OYUNLARI VƏ İNSAN ALVERİ

Avropa oyunları dünya mediasının nəinki mərkəzində, heç həndəvərində də deyil — bunu qərb mətbuatını az-çox izləyən hər kəs təsdiq edə bilər. Ancaq Bakıda Azərbaycanı doğrudan da dünya mətbuatının diqqət mərkəzinə çevirə biləcək bir hadisə baş verib: bu, Emin Hüseynovun vətəndaşlıqdan çıxarılmasıdır. İnsanı doğulduğu ölkənin vətəndaşlığından çıxarmaq orta əsr təbiətli özbaşınalığın, harınlığın nümunəsidir. Son dəfə Avropa qitəsində insanları doğuluşlarıyla qazandıqları təbii vətəndaşlıqdan mərhum edən ölkə SSRİ olub. Və Emin Hüseynov ən azı məruz qaldığı təzyiq və dərəbəyliyə görə Soljenitsın, Brodski, Lyubimov kimi adamlarla bir sıraya düşür. Və Emin Hüseynovun əvvəlcə canlı mal kimi satıldığı, sonra vətəndaşlıqdan çıxarıldığı gün Azərbaycan tarixində qara gün sayılmalıdır.

MÖVQELİ EŞŞƏK

Lotular Molla Nəsrəddinə sataşırlar:

  • Molla, Bakıda eşşəklərin də yarışı keçirilir. Niyə eşşəyini göndərmədin? Çulunu təzələrdi, bir az arpa pulu qazanardı.

Molla gülür.

  • A bala, göndərirdim,bu şoğərib ayaqlarını verdi yerə. Dedi erməni eşşəkləri olan yerə öldürsən də getmərəm…

В БАКУ СОСТОЯЛСЯ ГРАНДИОЗНЫЙ БОЙ!

БОКС

ДИПЛОМАТИЧЕСКИЙ РАЗГОВОР

— Реджеп, что про меня говорят в Турции? – спрашивает Ильхам Алиев у Эрдогана.

— Говорят, что все банки в стране принадлежат тебе и твоей семье.

— Реджеп, они, наверное, имеют в виду банки с икрой. Не правда. Не все банки.

— Ильхам, а что про меня говорят в Азербайджане?

— Говорят, что ты хочешь стать султаном.

— Какой там султан… Мне бы Ильхамом Алиевым стать…

NEYLƏYİRDİK OYUN-MOYUN…

Avroviziondan sonra yazıq Hilal Məmmədoivu tutdular. Avropa oyunlarından rejim daha acıqlı çıxacaq və daha çox adamın başı ağrıyacaq. Kütləvi informasiya vasitələrindən bəlkə bircə Eynulla Fətullayev qala. Peyk antennalarını da yığa bilərlər.Hər şey 36-cı il olimpiadasını xatırladır…

AİLƏ SÖHBƏTİ

-A kişi, Bakıda bu nə hay-küydur, bu qədər adam niyə yığışıb o yan-bu yana gedir, bayraq yelləyir?

— Arvad, bizm bir avtoş onların üç adamını vurub. Onlar da tökülüb gəliblər Bakıya, etiraz aksiyası keçirirlər, bizim məhkəməyə inanmırlar…

EYNULLA FƏTULLAYEVDƏN ŞOK AÇIQLAMA!

Azərbaycanın məşhur jurnalisti Eynulla Fətiullayev Bakıda Avstriya idmançılaının avtobusla vurulması hadisəsinə aydınlıq gətirib. Fətullayev apardığı təhqiqat nəticəsində öyrənib ki, avtobus sürücüsünün nənəsi erməni olub. Bundan əlavə, sürücü özü bu yaxınlarda Feysbukda səfir Arif Məmmədovun yazısına “laik” qoyub. Fətullayev prezidentə müraciət edətrək sürücü üçün ömürlük həbs cəzası tələb edir.

ХВОСТ ВИЛЯЕТ СОБАКОЙ, НО НЕИЗВЕСТНО, КТО СОБАКА, ГДЕ ХВОСТ…

Эйнулла Фатуллаев требует от Ильхама Алиева, чтобы тот убил посла Арифа Мамедова…Можно было бы сказать, что «хвост виляет собакой». Но ситуация значительно хуже. Трудно даже определить, где хвост, где собака. И это может свидетельствовать только о смуте…