Архивы

İSA BƏY, SİZ XALQI HƏRİF SAYIRSINIZ?

Qərb demokratiyalarında müxalifət partiyasının rəhbəri həm də ölkə rəhbərliyinə (prezident, baş nazir) namizəddir. Bizdə guya partiya rəhbəri istefa verir, ancaq həmin saniyə prezidentliyə namizəd elan olunur. Bunlar camaatı hərif sayırlar? Partiyaya baş katib ya baş katibə seçirlər?

QUBAD SALYANDA

Salyana Qubad gəlib,

Təzə namızad gəlib.

Nə yaxşıdır, nə pisdir,

Ortabab, babat gəlib.

«ÖLÜM, SƏN EY SƏADƏT!

Azərbaycanı idarə edən, yəni onu hərləyən adamlar dəfn məsələsinə elə qayğı göstərməyə  başlayıblar ki, tezliklə bu ölkədə ölmək yaşamaqdan gözəl və mənfəətli olacaq.

İndi sarsaqlamış və abrını itirmiş Fikrət Qoca bir vaxt demişdi: «Bəzən necə gözəlsən, Ölüm, sən ey səadət»…