Архивы

ŞARL BODLER.  RƏQS EDƏN İLAN

бодлер

    Le Serpent qui danse

Qayğısız yaranış, gözəldir necə,

Haçan bədənin,

Qıvrılır, min çalar sayrışır incə,
Dərində sənin.

 
Gur, dibi görünməz saçların acı
Ətirlər yayar.

Elə bil onlarda sərgüzəşt acı,
Dəniz yaşayar.

 

 

Gəmi yelkənini necə ki, açar,
Səhər yeliylə,
Qəlbim arzulardan qabarıb uçar,
Səma yoluyla.

 
Gözlərinə baxan nə acı duyar,
Nə də ki, şirin.

Soyuq cüt muncuqda dəmir qızıla,

Sanki qarışıb.

 

Yerişində ritmi, təbiiliyi,

Kim duyursa da,

Elə bil ilanın rəqsidir deyir,

Əsa ucunda.

 

Başın yırğalanar xumarlığının,

Ağırlığından.

Cavan fil başını necə yırğalar,

Şən və mehriban.

 

Əyilir, uzanır sənin bədənin,

Necə  gözəl bir,
Gəmi ləngərləyir, gah da ki, birdən,

Dərinə enir.

 

Necə axın coşar gurlayıb gələn,
Ərintilərlə,
Sənin dişlərinin həndəvərində,
Su ki, yer elər,

 

Bohem şərabıdır sanki içdiyim,
Acı, can alan.

Ulduzlar qəlbimə damcılar kimi,

Enər səmadan.

 

 

Fransızcadan tərcümə

23-24.2018

Samara

ŞARL BODLER.  SƏS

 

бодлер

(La Voix)

Beşiyim evdə kitabxananın önündə idi,
Roman, nağıl və elm vardı bizim Babildə.

Külü latınların yunan tozuyla birləşən yerdi,

O vaxt mənimsə boyum bir kitab qədərdi elə.

Mən iki səs eşidirdim. Mətin və içdən olan,
Deyirdi: “Sanki qutabdır bu Dünya ləzzətli;

Sənə o boyda mən iştah verərəm, var imkan,
Elədə kef çəkəcəksən həmişə qiymətli”.

İkinci : “Get, xəyallarında  dolaş aləmi sən

Mümkünü adla və aş hər nə varsa məlum olan!”

Dinirdi zümzümə ki, mehlə gələr sahildən.

Ya da kabusdu bu, ağlar və bilinməz hardan.

Səsiylə oxşayar həm, həm də qəlbə qorxu salar.

Söylədim: “Bəli, şirin səs!”  Nə biləydim ki, fəqət,

O zamandan mənim, əfsus, fəlakətim başlar
Və hüdudsuz bu həyatın bəzəyindən xəlvət,

Səhnələr arxasında qapqara bir girdabda,

Açıq-aşkar göründü çox qəribə dünyalar
Mən, bəsirət azarlısı, dolaşmışam burda,
İlandır hər tərəfim ki, necə qaçsam da vurar.
O zamandan da elə mən, necə peyğəmbərlər,

Sevirəm incə eşq ilə dəniz və səhranı.

Ağlaram toyda və bayramda, yasda mən gülərəm,
Şərabın ən acıısında şirin həzz alıram.

Mənə tez-tez həqiqətən olan yalan görünər,
Gözüm səmada qalır, xəndəyə yuvarlanıram.

Verir təsəlli səs: “yaşat xəyallarını, divanə!
Tanımaz, bil, bu gözəl neməti ağıllılı olan!”.

ilk dəfə 28 fevral 1861-ci ildə çap olunub

Fransızcadan tərcümə

15.05.2018

Samara

Запись опубликована 15.05.2018, в Bodler.

ŞARL BODLER. GİRDAB       

бодлер

La Gouffre

Paskalın girdabı vardı, gəzərdi girdabla,

Əfsus! Hər şey də ki, girdab – hərəkət, arzu, həvəs.

Söz! Və tez-tez canımda qorxudan küləklər əsər,

Duyuram tüklərim başımda biz durur hətta.

+

Göydə də, yerdə də, hər yerdə dərinlik, sahil,
Səs-səmir yox, ərazi qorxulu və cazibəli.

Yorulmadan gecələr Tanrımızın mahir əli,
Çəkir mənim yuxumda  eybəcər və qanlı şəkil.                        

+

Yuxudan qorxuram, nəhəng o, deşikdir, qaradır.
Zülmətin dəhşəti, məlum deyil ki yol haradır.

Və fəzanın sonu yox, baxsan hansı pəncərədən.

+

Və burulğanla mənim daim izlənən ruhum,

Duyğusuz heçlik arzusunda, yox ancaq umudum

Mən bu Varlıqları atam, çıxam Rəqəmlərdən!

İlk dəfə 1 mart 1862-ci ildə çap olunub

08.05.2018

Fransızcadan tərcümə

Samara

Запись опубликована 08.05.2018, в Bodler.

ŞARL BODLER. SÖHBƏT

ŞARL BODLER

                                  (1821-1867)

             SÖHBƏT

                           Vous êtes un beau ciel d’automne, clair et rose !
                           Mais la tristesse en moi monte comme la mer,

Zərif qızartısıniz  ağ  payız səmasında
Coşur mənimsə içimdə kədər dənizlər tək.

Qalansa xatirədir dalğalar gedən anda,

Soyuq dodaqlarımı turş lumu tək iynələrək.

+

  • Əbəs sığallaylr əlin, sinəmdə od sönmüş,

Əlin gəzən yer, əziz dost, bil ki, yağmalanıb.

Ora dişiylə, dırnağıyla bir qadın qonmuş,

Yox ürək də, ürəyim döndü vəhşinin yalına.

+

Talançı həmləsi görmüş elə bil qəlb sarayım,

Kütlə sərxoş, tökülür qan, dağıntıdır görünən.

  • Nə ətirdir bu füsunkar sinənizdən yayılan!

+

Ey Gözəllik! Könüllərin bəlasınsan, fəlakətisən,

Bayram atəşləridir sanki gözlərində yanan,

Yax oda cındırı ki, vəhşini gizlər gözdən.

fransızcadan tərcümə

23.09.2016

Samara

Запись опубликована 23.09.2016, в Bodler.