Архивы

CORC BAYRON. CAN VERƏN QLADİATOR

Uzanıbdır önümdə, Qladiator, budur,

Əlinə söykənib o – cəsur üzündən yağır,
Ölümünə razıdır, yenilmirsə də ruhu,

Başını sinəsinə endirir ağır-ağır.

Böyründəki yaradan qasırğa leysanının

İlk gilələri kimi gilələnir və bir-bir

Düşür ağır damlalar– tükənməkdədir qanı,

Meydan sanki dolanır başına; artıq gedir,

Qalibi alqışlayan vəhşi kütlə küyüsə hələ də davam edir.

 

 

Səsləri eşitsə də, qımıldanmır o fəqət,

Ürəyi – gözlərində, gördüyü yersə uzaq.

Nə mükafat hayında, nə gə məhv olan həyat.

Xatırlar Dunay üstdə kasıb daxmanı ancaq.

Anası vardı orda, vardı orda atası,

Dakiya uşaqıarı yığılıb oynardılar.

Qırıldılar – Romanın quruldu təntənəsi –

Qanıyla bunlar axıb gedir. Kim qisas qalar?

Düşmən üstə yönəldin nə ki qəzəbiniz var!

1817

ingiliscədən tərcümə

21-22. 02. 2025, Samara

QEYD: Dakiya (lat. Daciya) dakların torpaqlarının romalılar tərəfindən fəthi nəticəsində 106-cı ildə Trayan tərəfindən yaradılmış Roma əyalətidir.

++++++++++++++++++

GEORGE BYRON

The Dying Gladiator

 I see before me the Gladiator lie:
He leans upon his hand — his manly brow
Consents to death, but conquers agony,
And his drooped head sinks gradually low
And through his side the last drops, ebbing slow
From the red gash, fall heavy, one by one,
Like the first of a thunder-shower; and now
The arena swims around him — he is gone,
Ere ceased the inhuman shout which hailed the wretch who won.
Читать далее

CORC BAYRON. TOMAS MURA

Sahilə bağlandı qayığım artıq,
Tezliklə dənizə çıxaсaq gəmim.

Tom Mur, yetişməmiş ancaq ayrılıq,

Sənin sağlığına istərəm içim.

 +

Məni sevənlərə — çəkdiyim bu ah
Nifrət edənlərə gülümsünürəm.

Göy başımız üstdə necə olsa da,

 Ürək qılıqlıdır hər kəsə hər dəm.

 +

Gurlayır okean həndəvərimdə,

Mənzilə aparar o məni hərçənd.

Ətrafım səhralıq olsa, yenə də,
Çeşməsi tapılar içilə bilən.

 +

Bircə damcı belə olsa da onda,

Mənisə suszluq salsa da əldən,
Nəfəs zəifləyib kəsilən anda,

Onu sağlığına içərdim hökmən.

 +

Mən  o giləni də bu şərab kimi,

İçərdim adını xatırlayaraq.

Sənə də, mənə də arzum -əminlik,

Tom Mur, sağlıındır diləyim ancaq.

 

iyul 1817

ingiliscədən tərcümə

20. 02. 2025, Samara

QEYD:

Tomas Mur (Thomas Moore, 1779–1852), yazıçı və musiqiçi

++++++++++++++++

GEORGE BYRON
To Thomas Moore

 

My boat is on the shore,

And my bark is on the sea;

But, before I go, Tom Moore,

Here’s a double health to thee! Читать далее

CORC BAYRON. İSTƏRDİM DÖNƏM YENƏ QAYĞISIZ BİR UŞAĞA…

1.

Istərdim dönəm yenə qayğısız bir uşağa,

Dağüstü mağarada kaş olaydı məskənim.

Dolaşaydım sərsəri toran meşəlikdə ya,

Yelləndirəydi ya da mavi dalğalar məni.

Sakson təkəbbüründə yöndəmsiz dəbdəbə var,
Azadlıqçın doğulmuş qəlb o sıxar, üzər.

Dağlardakı sıldırım yamaclara ruh varar,

Dalğalar döyəcləyən qayalıqda ya gəzər. Читать далее

CORC BAYRON. ƏQİQ

1.

Yox gözəlliyi bu daşın xüsusi,
Onu edə bilə yaddaşıma həkk

Bir dəfə parladı, indisə məsum

Qızarır – bu daşı verən şəxs tək.

2.

Mənim dostluğuma dodaq büzən də
Məndə zəifliyi qınayan var həm.

Bu sadə hədiyyə əzizdir hərçənd,
Verən məni sevir, buna əminəm.

3.

Dik mənə baxmırdı bunu verərkən,

Rədd eləməyimdən sanki qorxaraq.

Alıb hədiyyəni ona dedim mən,

Bunu itirməkdən qorxuram ancaq.

4.

Diqqətlə bu sevgi rəhninə baxdım,

Parladı, gözümə düşdü işığı düşdü.

Daşdan elə bil ki, bir gilə axdı,
O vaxtdan sevirəm göz yaşını da.

5.

Bəli, onun həqir cavanlığını,

Nə əsil bəzədi, sərvət nə də ki.

Gərək çölü gəzə, tərk edib bağı,
Həqiqət çiçəyi axtarırsa kim.

6.

Gözəllik göstərən, ətir də yayan,

Qayğılı bəslənən bitkilər deyil.

Ətri, gözəlliyi qəlbi oxşayan

Çiçəklər çəməndə, çöldə açır, bil.

7.

Gözü açılsaydı taleyin əgər
Köməyə gələrdi o, təbiətə,

Dostumun ağlına münasib qədər,
Çatdırardı hər cür onu nemətə.

8.

Və görsəydi onu İlahə aydın,
Surəti olardı sinəsində həkk.

Saysız xəzinələr ondan alardı,

Bu halda ayrı şey deyildi gərək.

 

ingiliscədən tərcümə

15.02. 2025, Samara

QEYD:

Bu hədiyyəni Bayron dostu Edlestondan almışdır. Edleston 1811-ci ilin mayından vərəmdən ölüb. Aralarında tanışlıq Bayron Edlestonu boğularkən xilas edəndən sonra başlanıb.

 

++++++++++++

GEORGE BYRON

The Cornelian

 

1.
No specious splendour of this stone
Endears it to my memory ever;
With lustre only once it shone,
And blushes modest as the giver.
Читать далее

CORC BAYRON. «DOSTUM, SƏNİ BASANDA MƏHƏBBƏTLƏ BAĞRIMA…»

1.

Dostum, səni basanda məhəbbətlə bağrıma
Yalnız ölüm ayırar, ümid edirdim, bizi.

Girdi zalım paxıllıq birdən araya amma,
Həmişəlik itirdik, əfsus, bir-birimizi.

 

2.
Doğrudur, qopardı o səni güclə sinəmdən,

Əvvəlki yerindəsən ürəyimdə sən ancaq.

Hələ ki, o döyünür, nə qədər ki, sağam mən,
Orda, orda surətin, bil həmişə qalacaq.

3.

Tərk edərlər ölülər haçan qəbirlərini,
Həyat qayıdar haçan torpağa dönmüşlərə,
Üstünə baş qoyaram sənin əziz sinənin…
Necə cənnət deyərəm sən olmadığın yerə?

fevral 1803

ingiliscədən tərcümə

  1. 02. 2025, Samara

++++++++++++++++

GEORGE BYRON

To D

1.

In thee, I fondly hop’d to clasp
A friend, whom death alone could sever;
Till envy, with malignant grasp,
Detach’d thee from my breast for ever.
Читать далее

CORC BAYRON. BÜTÜN HALLAR ÜÇÜN ŞEİRLƏR

1.
Görürəm sənin al dodaqlarında
Çılğın öpüşlərin dəvəti vardır.
İmtina etməyə məcburam amma,
Bu ilahi nemət mənə haramdır.

2.
Arzularımdadır daim ağ sinən,
Yaşaya bilərdim onun qarında!
Boğuram bu ötkəm istəyi hərçənd,
Çünki pozulardı dincliyin onda.

3.
Qəlbə nüfuz edən baxışlarından
Gah ümid yaranır, gah da ki, qorxu.
Gizli saxlayıram sevgimi – nədən?
Gərək göz yaşını gizlədəm axı.

4.
Sevgimi heç zaman açıb demədim,
Necə yandığımı görürsən hərçənd.
Əgər ehtirasdan söz açsam indi,
Cəhənnəmə dönər sinəndə cənnət.

5.
Yox, heç vaxt sən mənim olmayacaqsan,
Və məbəddə kəbin kəsiləcək nə:
Müqəddəs nikahdan kənar heç zaman,
Sevgilim, mən yaxın durmaram sənə.
6.
Onda bu gizli od yansın içimdə,
Qoy yansın, sən ancaq bilməyəcəksən:
Məhvə bilə-bilə hazıram gedəm
Yaymaram günahkar alovunu mən.

7.
Üzgün ürəyimə şəfa xətrinə,
Sənin dincliyini pozmaram əsla,
Yox, belə neştəri sancmaram sənə,
Ötkəm istəyimsə içimdə qalar.

8.
Gərək əl götürəm dodaqlarından,
Həzzinə hazıram can verəm hərçənd.
Sənə, mənə xilas ayrılıqdadır,
Deyrirəm sonuncu əlvidanı mən.

9.
Əl götürməliyəm sənin sinəndən,
Bu, ümid itimi, sıxıntıdır həm,
Hər şeyə hazırdım ağuş üçün mən,
Fəqət ləkələnsən, buna dözmərəm.

10.
Təki saymayalar səni günahkar,
Qınaya bilməyə səni bir qadın.
Qoy məni şəfasız üzsün ağrılar,
Əzabla keçməyə təki həyatın.

ingiliscədən tərcümə
07-09. 02. 2024, Samara

++++++++++++++++
GEORGE BYRON

Poems on Various Occasions

To M. S. G.

1.

Whene’er I view those lips of thine,
Their hue invites my fervent kiss;
Yet, I forego that bliss divine,
Alas! it were—unhallow’d bliss. Читать далее

CORC BAYRON. AĞLAYAN XANIM ÜÇÜN MİSRALAR

Kral əsilli qız, zamandır, ağla,
Ata rüsvay olub, ölkə xaraba,

Kaş ki, gözlərindən axan hər gilə,

Ata günahını yuyub apara.

+

Ağla –ləyaqətdir gözündən daman,

Nemətdir bəlalı bu adalarçın;

Axan hər gilənin, gələr bir zaman,

Haqqını ödəyər gülüşlə xalqın.

mart 1812

ingiliscədən tərcümə

06.02. 2025, Samara

QEYD:

“Kral əsilli qız” şeirin yazıldığı vaxt Regent, 1820-ci ildən kral olan 6-cı Georqun qızı Şarlotdur.

++++++++++++

GEORGE BYRON

Lines to a Lady Weeping

Weep, daughter of a royal line,

A Sire’s disgrace, a realm’s decay;

Ah! happy if each tear of thine

Could wash a father’s fault away! Читать далее

CORC BAYRON. DOSTA CAVAB KİMİ, BƏDAHƏTƏN

Elə ki, ürəyimdə məskən salıb yaşayan

Qəmin qara kölgəsi qalxıb birdən ucalır,

Surətim üzərində görünür zaman-zaman,

Gözlərimi doldurur, bulud alnımı alır;

 +

Bu toranı eyninə alma, o tez çəkilər,

Öz tanış zindanına dönər fikirlərim də.

Sıxlaşarlar yenə də sinəmdə sərsərilər,

Sakit hücrələrinə baş qoyarlar dinmədən.

sentyabr 1813

ingiliscədən tərcümə

  1. 02. 2025, Samara

+++++++++++++

GEORGE BYRON

Impromptu, in Reply to a Friend

 

When, from the heart where Sorrow sits,

⁠    Her dusky shadow mounts too high,

And o’er the changing aspect flits,

⁠    And clouds the brow, or fills the eye;

Heed not that gloom, which soon shall sink:

    ⁠My Thoughts their dungeon know too well;

Back to my breast the Wanderers shrink,

⁠    And droop within their silent cell.


September, 1813

CORC BAYRON. ƏLVİDA!

Əlvida! Haçansa başqalarıyçın,
Edilən bir dua qalxsa göylərə,
İtməz mənimki də havada yəqin,
Çatdırar adını ən uca yerə.

Danışmaq, ağ çəkib ağlamaq əbəs.

Nuru öləziyən gözlərin hətta,

Axıtdığı qanlı yaş deyə bilməz,

Bircə kəlmə deyən dərdi – Əlvida!

 +

Gözlər yaş axıtmır, susur dodaqlar;

Sinəmdə, beynimdə mənimsə ancaq,

Kəsilməyən ruhi ağrılar ki var,

Bilirəm bir daha uyumayacaq.

Qəlbin şikayəti yoxsa da, yenə,

Kükrəyir dərdim də, ehtirasım da.

Sevgimiz əbəsmiş, buna əminəm,

Dilimə bircə söz gəlir: Əlvida!

1830

ingiliscədən tərcümə

04.01. 2024, Samara

+++++++++++++++++

GEORGE BYRON

Farewell! 

Farewell! if ever fondest prayer

For other’s weal avail’d on high,

Mine will not all be lost in air,

But waft thy name beyond the sky.

Twere vain to speak, to weep, to sigh:

Oh! more than tears of blood can tell,

When wrung from guilt’s expiring eye,

Are in that word—Farewell!—Farewell! Читать далее

CORC BAYRON. MALTADA BİR ALBOMA YAZILMIŞ MİSRALAR

Soyuq qəbir daşı üstdə necə ki,

Bir adı görüb durar yol keçən insan,

Mənim adım düşər yadına bəlkə,

Tənha bu vərəqə baxdığın zaman,

 +

Bəlkə də neçə il ötüb keçəndə,
Gözlərin sataşsa əgər adıma,
Deyərsən: “Həyatdan o köçüb indi,

Burda dəfn edilib ürəyi amma”.

 

ingiliscədən tərcümə

03. 02. 2025, Samara

++++++++++++++++++++

GEORGE BYRON

Lines written in an album, at Malta

As o’er cold sepulchral stone
Some name arrests the passer-by:
Thus, when thou view’st this page alone,
May mine attract the pensive eye!
Читать далее