Архивы

RADYARD KİPLİNQ. ETİRAF

RADYARD KİPLİNQ

Səhərin açılmağı çox yubanır, eləmi? —

Gəlib yorğun başımı ovuclarına al sən,

Qoy arxaya əyilim, böyük bədəməlimi,

Etiraf edim sənə ki, ölüb gedəndə mən,

Mənim rəzilliyimdəm tamam xəbərsiz kimi,

“Yəqin ki, cənnətdədir əzizim” deməyəsən.

 +

Niyə uzandı gecə, səhər ləngiyir nədən? –

Yaxına gəl, anbaan səsim daha zəiflər.

Özüm də çiyrinirəm demək istədiyimdən  —

Pəncərələri də aç, yəqin  açılar səhər,

Gözlərimsə qaralır fəqət. Öp yanağımdan,

Yalana görə məndən üzün dönənə qədər.

 

ingiliscədən tərcümə

29. 10. 2024, Samara

++++++++++++++

RUDYARD KİPLİNG

Confession

 

Is not the dawning very slow to rise—

   Set both your arms about my weary head,

         Let me lean back a moment & confess

   My great misdeed—lest when that I am dead,

         You, knowing nothing of my wickedness

Should say ‘my darling is in Paradise’ Читать далее

RADYARD KİPLİNQ. HƏKİMLƏR

Görülməmiş min işi qalır, tez ölür insan,

Möhlət fikrinə düşmə, yetişibsə axırın.

Kim yalvara bilər ki Ölümə, əl saxlasın,

Ayıb çılpaqlığını varmı örtən ağrının?

 +

Tanrı, göndər cəsurdur kim ki, ruhən mətindir,
Kim ki, soyuqqanlıdır, yol gedir yorulmadan,

Bədən sirlərinin kim hər an xidmətindədir,

Şəfa, əlacdır ancaq yeganə məramı da.

 

1923

ingiliscədən trcümə

28.10. 2024, Samara

++++++++++++

RUDYARD KİPLİNG

DOCTORS

 

Man dies too soon, beside his works half-planned.

  His days are counted and reprieve is vain:

Who shall entreat with Death to stay his hand;

  Or cloke the shameful nakedness of pain? Читать далее

RADYARD KİPLİNQ. YAD


Deyək ki, dayanıb kandarımda Yad,

Bəlkə düz adamdır, həm də nəcibdir,

O mənim dilimdə danışmır ancaq,

Bilmirəm niyyəti, məramı nədir.

Üzünü, gözünü görə biliriəm,
Qəlbində, nə bilim, o nə gizlədir.

 +

Mənim öz tayfamdan olanların da,

Var bədəməlləri, yaxşıları var,

Mənə xoşdur ancaq yalanları da,
Yalanlarıma da öyrəşib onlar.
Və bir şey satanda, ya da alanda,
Dilmancsız çox gözəl keçinir bazar.

 +

Deyək ki, dayanıb kandarımda Yad,

Bəlkə də xeyirdir o, bəlkə də şər,

Bilmirəm nə səmtə yönəlib əzmi,

Halını dəyişir hansı səbəblər,

Uzaq ölkəsindən ya da ki, Tanrı,
Nə zaman qanını soyuda bilər.

 +

Mənim öz tayfamdan olan olanların da,

Var bədəməlləri, yaxşıları var,

Ancaq eşidirlər mən eşidəni,

Nəyi mən görürəm, görürlər onlar,

Onlar haqda hansı fikirdəyəmsə,
Məndən onlar həmin fikirdə olar.

 +

Bu, mənim atamın inancı idi,

Ondan fərqli deyil heç mənimki də:

Vahid bir dərz olsun qoy bütün taxıl,

Üzüm salxımlansın bircə tənəkdən

Dişi uşaqların qamaşanacan,

Acı çaxırdan və acı çörəkdən.

1907

İingiliscədən tərcümə

27. 10. 2024, Samara

QEYD:

Şeir Radyar Kiplinqin Nobel mükafatı aldığı 1907-ci ilin payızında Kanadaya səfəri zamanı yazılıb. Kiplinq yaradıcılığınını öyrənənlər bu şeirdəki kəskinliyi, sərtliyi qeyd edirlər. Bu şeirdə, bu gün irqçilik sayıla biləcək inam ifadə edilir: ingiliz öz ”tayfasından” olanlarla, yəni anqlosakslarla yaxın və bir olmalıdır.

O da qeyd edilir ki, bu şeirin ingilis oğlanla hind qızının məhəbbətini başqa əsərində parlaq təsvir etmiş Kiplinqin yazdığına inanmaq çətindir.

Ancaq bu gün kütləvi immiqrasiyanın Britaniya üçün necə çətinliklər və təhlükələr yaratdığını nəzərə aksaq, Kiplinqin qayğılarının əsassız olmadığını etiraf etməliyik.

Toronto Globe qəzetinə müsahibəsində Kiplinq deyirdi: “Qərbdə immiqrasiya sizin arzuladığınız şeydir.  Sarı adamın (yəqin ki, Kiplinq asiyalıları nəzərdə tutur — X.X.)) qarşısını almaq yolu Qoca kontinentdən (Avropadan – X.X.) ağ adamı gətirməkdir.»

Daniel Hadas Kiplinqin şeirində irqçiliyin olduğunu rədd edir: “Kiplinqin arqumenti budur ki,  eyni mənşədən adamlar bir-birlərini müxtəlif mənşədən olan adamlara misbətən daha yaxşı başa düşürlər”.

+++++++++++++

RUDYARD KİPLİNG

THE STRANCER

The Stranger within my gate,

  He may be true or kind,

But he does not talk my talk—

  I cannot feel his mind.

I see the face and the eyes and the mouth,

  But not the soul behind. Читать далее

RADYARD KİPLİNQ. VETERANLAR

RADYARD KİPLİNQ

Hindistan qiyamında (1857) sağ qalanların  1907-ci ildə Albert Hallda keçirilən yığıncağı üçün yazılıb

Çəkib nəzərimizi ata məzarlarından

Görünür önümüzdə, gətirərərk heyrətə,

Poladla təmizləyən  bizim Şərqi bir zaman,

Fədakar ordudan sağ qalan şərəfli dəstə.

 +

Alqış, həm də əlvida! Salamlayırıq sizi,

Göz yaşımıza  ri.xənd eləməz bir kəs belə.

Əlləriniz qoruyub qədim tariximizi,
Biz doğulmamış hələ!

 +

Daha bir xidmət də siz göstərin bizə, lütfən –

İgidlər, bizdən ötrü dua edin indi də.

Öhdəmizə vəzifə qoyarsa Tale birdən,
Nə biz biabır olaq, ləkələnsin Gün nə də!

1907

ingiliscədən tərcümə

26. 10. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

 

To-day, across our fathers’ graves,

  The astonished  years reveal

The remnant of that desperate host

  Which cleansed our East with steel. Читать далее

RADYARD KİPLİNQ. HEYVANLAR ÇOX MÜDRİK, AĞILLIDIRLAR

kiplinq

Heyvanlar çox müdrik, ağıllıdırlar,
Yalan heç nə çıxmaz ağızlarından.

Söhbət eləyirlər həmişə sözsüz,
Qardaşdan artıqdır öküzə öküz.

Çöldə işlərini vuranda başa,
Birgə dincəlirlər onlar həmişə.

İnsan bir-birindən aralı salır,
Onları biziylə və qamçısıyla.

İpək qulaqlara elə bağırır,

Yazıq heyvanların yarır bağrını.

Sonra torpağını şumlayan zaman,

Deyir: “Başa düşür, deyəsən, heyvan”.

Ancaq azad olub boyunduruqdan,

Yenə vurulmaqnan böyürləri qan,

Heyvanlar tövləyə qayıdan zaman,

Deyirlər: “Qamçıydı bizlə danışan”.

 

ingiliscədən tərcümə

25. 10. 2024, Samara

+++++
RUDYARD KİPLİNG

The beasts are very wise

 

The beasts are very wise,

Their mouths are clean of lies;

They talk one to the other,

Bullock to bullock’s brother,

Resting after their labours,

Each in stall with his neighbours.

But man with goad and whip,

Breaks up their fellowship,

Shouts in their silky ears

Filling their souls with fears.

When he has tilled the land

He says, ‘They understand.’

But the beasts in stall together,

Freed from yoke and tether,

Say, as the torn flanks smoke,

‘Nay, ’twas the whip that spoke.’