Архивы

QURBAN MƏMMƏDLI: «İSRAİLİN ÖLDÜRDÜYÜ KÖRPƏLƏRİN VƏ QADINLARIN HEÇ BİRİ GÜNAHSIZ DEYİL!»

Mən yenə Dostoyevskinin öz müasirlərindən biri haqqında rəyini xatırlatmaq istətirəm. Dostoyevski həmin müasirini, konkret olaraq Vissarion Belinskini, bəlkə də qismən şəxsi inciklik zəminində, “…rus həyatının ən rəzil təzahürü» adlandımışdı. Mən Qurban Məmmədlini xarakterizə eləmək üçün bundan dəqiq və yığcam ifadə tappa bilmərəm: “Azərbaycan həyatının ən rəzil təzahürlərindən biri”.

Onun 8 aprel 2024-cü il tarixdəki efirinin yazısana 2-ci saatın 27-ci dəqiqəsindən baxın. Qurban Məmmədli İsrailin qırdığı fələstinlilər haqqında deyir: “Orda ölən qadınların və uşaqların heç biri günahsız deyil”.

Qurban Məmmədli iddia edir ki, fələstinlilər 5 iyun 1914-cü ildə 14 min türk əsgərinin “başını kəsiblər”.

Qurban Məmmədli cahil adamdır, birinci dünya müharibəsində artıq aviasiya iştirak edirdi. Nə baş kəsmək? 1914-cü ildə fələstinlilərin ordusu hardaydı? Üsyan 1914-cü ildə yox, 1916-cı ildə qaldırılııb, Məkkə şərifi Hüseynin çağırışı ilə. Üsyan, yəni ərəblərlə türklərin qarşıdurması, 1919-cu ilədək davam edib. Türklərin itkiləri barədə konkret rəqəmləri tapmaq mümkün deyil. Və Məkkədə, Mədinədə qalxan üsyanın indiki fələstinlilərə nə dəxli? Əgər millətlər öz əcdadlarının əməllərinə görə cəzalandırılmalıdırsa, niyə Məkkə, Mədinə bombalanmır?

“Orda ölən qadınların və uşaqların heç biri günahsız deyil. Bu bizim dinin fəlsəfəsidir!”- bu Qurban Məmmədlidən sitatdır.

Körpənin bombalaara, artileriya mərmiləriylə öldütürülməsinə bəraət qazandıran adamın dini varrmı? Bu insanın əxlaqı varmı?

Hansı sağlam fikirli, Qurbanın öz leksikaı ilə desək, insan südü əmmiş insan deyər ki, “Allah İsrailin əli ilə fələstinliləri cəzalandırır”? Tövratda deyilir ki, Allah insanı öz surətinə uyğun yaradıb. Qurban Məmmədli isə Allahını özünə baxıb yaradır. Onun Allahı özü kimi manipulyator, cahil, kinli, intriqaçıdır.  Və bu Allahla da rəzil həyatını yaşayır.

Qurban Məmmədli sağlam fikirli insan deyil! Fələstinn körpələri və qadınları haqqında dediyi sözlərdən sonra onun insan südü içdiyinə də şübhə yaranır.

Baxın verilişə. 2-ci saatın 27-ci dəqiqəsindən. Birdən kəsib atar.

 

X.X.

08. 04. 2024, Samara

P.S. Qurban Məmmədlinin insanlığa zidd heyvərə iddialarına indi bədbəxt anadan yorulmaz natiqə və Qurbanın aparıcı ortağına çevrilmiş Validə Əhmədova heç bir etiraz eləmədi. Validə xanım, Qurbanın dediyindən belə çımırmı ki, sizin döyülə-döyülə öldürülən hərbçi oğlunuz da günahsız olmayıb? Yoxsa Qurbandan aldığınız məvacib və hyət evinin xatirinə oğlunuzun da xatirəsini tapdalamağa hazırsıız və Qurbana lənneyk deməklə əslində tapdalayırsınız? İndi dövlətdən maliyyələşib şərə xidmət edənlərdən sizin fərqiniz nədir?

QURAN QƏRİBƏLİKLƏRİ. RƏQƏMLƏR, MANİPULYASİYALAR…

Quran 1ci nəşr Paqanini

Quranın yaradılmadığına, onun məhz Allah tərəfindən nazil olduğuna ilahiyyatçılar 5 “sübut” göstərirlər

1. Quran bircə nüsxədə mövcuddur.

Bu “sübut”, hüquqda deyilən kimi, cılız və dəyərsizdir. Quranın nəyə görə bir nüsxədə olduğu məlumdur – onun bütün başqa nüsxələri Osmanın tapşırığı ilə vahid Kitab yaradılandan sonra məhv edilib.

2. Bütün dünyada milyonlarla insan Quranı əzbər bilir.

Milyonlarla insan Şekspirin əsərlərini əzbər bilir, ancaq bu, məsələn, “Hamletin” xristian allahı tərəfindən nazil olduğuna sübut deyil və ingilislər bunu iddia da eləmirlər.

3. Qeyri-adi dil ustalığı və stilistika.

Qurana mömin kimi yox, filoloq kimi yanaşan hər kəsə onun mətnlərinin heç də kamil olmadığını görər. Müxtəlif surələrdə fikirlər yarımçıq deyilir, cümlələr qırılır, bənzətmələrədə primitivliyə və kobudluğa rast gəlmək olur. Kiçik surələrin bədii dil səviyyəsi yüksəkdir, mətnlər böyüdükcə qüsurlu sayıla biləcək hissələr və hissəciklər çoxalır.

4. Öndeyimlik və elmi kəşflər.

Bu “sübutu” irəli sürənlər onu Quranda insan rüşeyminin inkişafı prosesinin təsviri ilə bərkitmək istəyirlər. Guya embrion  ilk dəfə 7-ci əsrdə, Quranda təsvir olunub. Hərçənd embrion barədə məlumatlar qədim Babildə, Assiriyada, Misirdə, Çində mövcud olub. Vikipediyada oxuyuruq: “ Orqanizmlərin embrional inkişafı barədə ilk təsəvvürlər Hippakrat və Aristotelin (e.ə. 4-cü əsr) adları ilə bağlıdır”.

Belə çıxır ki, embrion məsələsində, Babil, Misir, Çini qoyaq bir yana, yunanlar Quranı 1000 ildən çox qabaqlayıblar.

 5. Beşinci sübut Peyğəmbərin fövqəladə ləyaqətləridir. Onları sadalayandn sonra qala bilən şübhələri dağıtmaq üçün ilahiyyatçı belə bir sual qoyur: əgər Quranın müəllifi Məhəmməd özü idisə, niyə başqa peyğəmbərlərin adı dönə-çəkildiyi halda, öz adı cəmi dörd dəfə çəklilir?

Burda ilahiyyatçılar üçün xarakterik olan, ucuz, ancaq etibarlı instrument kimi işlədilən manipulyasiya ilə qarşılaşırıq.

Doğrudan da Məhəmməd adı Quranda dörd dəfə işlənilir. Ancaq Məhəmməd Quranda daha çox nəbi ya rəsul kimi xatırlanır. Bir ingilis dilli mənbəyə görə. “nəbi” sözü Quranda 75 dəfə işlənib.”Rəsul” sözünün neçə dəfə işləndiyi barədə məlumatı tapmadım, düşünürəm ki, 75-dən qat-qat çox olmalıdır. Quranın çox yerində “Allah” sözü ilə “rəsul” sözü qoşa işlənir, Allaha itaət tələbi eyni cümlədə rəsula da aid edilir. “Allah” sözü isə bir mənbəyə görə 2707 dəfə işlənib. Başqa bir mənbədə 2698 dəfədir.

Ümumiyyətlə, Quran araşdırmalarındakı rəqəmlərlə manipulyasiyalar xüsusə rus dilli mənbələrdə istənilən qədərdir. Bir mənbədə Quranda işlədilən sözlərin sayı 77934, o birinidə 77449 kimi göstərilir. Başqa mənbədə bu rəqəm yuvarlaqdır, 77000 mindir. Bu rəqəm guya  7 rəqəminə aid edilən sakrallığı Quran mətninə də verir. Bəzi islamçılar daha uzağa gedirlər. Yeddi rəqəminin ətrafında hərlənib-fırlanan biri deyir ki, Quran 7-ci əsrdə Məhəmməd tərəfindən Adəm övladlarına hədiyyə edilib.

Yeddinci əsrdə müsəlman üçün nə sakrallıq? 7-ci əsr – xristian tarixi deyilmi?

Quranın Allah tərəfindən nazizl olmağına, əsasən Məhəmməd tərəfindən yaradılıb ətrafındakı savadlı, bilikli insanlar tərəfindən indi bütün dünya müsəlmanlarının tanıdığı bildiyi hala salınmadığına heç bir sübut yoxdur. Meracın da, 20 ildən çox vaxt ərzində Cəbrayılın Məhəmmədə Quran ayələrini diktə etdiyinin də sübutu yoxdur. Mətnlə peşəkar işləmək vərdişləri olan hər kəs deyə bilər ki, məsələn, 2-ci surə müxtəlif vaxtlarda deyilmiş, müxtəlif mövzulara, sahələrə aid olan, vahid kontekst yaratmayan fraqmentlərdən yaradılmışdır. Surələrin xeyli hissəsi barədə bunu demək olar. Belə iri həcmli mətni yalnız eşitməklə yadda saxlayıb, əsrlər sonra yaranmış stenoqrafiyanı bilmədən, yazıya almaq mümkün deyildi. Niyə görə müxtəlif sahələrə aid olan mülahizələrin, təsəvvürlərin, biliklərin hamısının Məhəmmədə aid olduğuna inanmalıyıq? Bəzi rəvayətlərə görə, o, ətrafına 40 katib yığıb ki, onlar deyilənləri yazıya alıb saxlayıblar. Bu, beyin mərkəzini xatırladır və ağlabatandır. Surələrin birində menstruasiyaya aid fraqment var. Niyə görə peyğəmbər özü menstruasiya məsələsini tənzim etməliydi? Allahın Cəbrayıl vasitəsiylə Məhəmmədi menstruasiya sahəsində maarifləndirməyi də gülməlidir. Guya ərəblər bu işin nə olduğunu bilmirdilər?

Cəlil Məmmədquluzadənin hekayələrinin birində bir məşədi ya kərbəlayı arvadını çox istəsə də, hərdən ona acığı tutur və boşayır. Boşayır, sonra barışıb təzədən kəbin kəsdirir. Üçüncü dəfə boşayandan sonra ona məlum olur ki, daha arvadına təzədən kəbin kəsdirə bilməz, gərək arvad başqa bir kişiyə ərə gedə, sonra ondan boşana, sonra əvvəlki ərinə gedə…

Bu məşədi ya kərbalayı arvadını verir ondan asılı olan, fağır və başıaşağı kimi tanıdığı birinə ki, sonra boşatdırıb təzədən alsın…

Sonrası tragiqkomediyadır…

Qısa desəm, məşədi ya kərbalayı qalır başına döyə-döyə və ağlaya-ağlaya…

Bu hekayəni uşaqlıqda oxuyanda elə bilirdim ki, boşanma-evlənmə karuselini Mirzə Cəlil məzə üçün uydurub.Sonra bildim ki, bel bir prosedur İnək surəsində nəzərdə tutulub…

Bunun müəllifinin Allah olduğuna inanırsınzsa, siz Allaha inanmırsınız…

Yeri gəlmişkən, Quranın tam mətnini ilk dəfə müsəlmanlar yox, İtaliyada Paqanini çap edib. Əlbəttə, skripkaçı Nikkolo Paqanini yox, çapçı Paqanino Paqanini 1537-38-ci ildə….

X.X.

20 03. 2024, Samara

Şəkildə: ilk dəfə Paqanini tərəfindən nəşr edilmiş Quran

QURAN QƏRİBƏLİKLƏRİ. 4-CÜ SURƏ, 43(46)-CI AYƏ

4 cü surə 43 ayə

4-cü surənin 43(46)-cı ayəsində möminlərə müraciətlə deyilir ki, sərxoş halda, nə danışdığınızı başa düşməyənə qədər namaz qılmayın (namaza yaxın durmayın).

Sonra deyilir ki, əgər ayaqyolundan gəlmisiniuzsə ya qadınla yaxın olmusunuzsa və su tapmırsınızsa, tayammum edin, yəni özünüzü qumla təmizləyin.

Bunu guya Allah namaz qılmağa hazırlaşan müsəlmana deyir. Yaxşı, sərxoşu başa düşdük. Deyək ki, bu ayə spirtli iççkiyə qəti qadağan qoyulandan sonra gəllib. Ayaqyolunu da başa düşmək olar – hər bir müsəlmanın başına gələ bilər, yəni namaz ərəfəsində qarınağrısı tutar. Ancaq namazına beş-on dəqiqə qalmış müsəlman hansı zərurətdən arvadla sevişməlidir? Özü də bilə-bilə ki, su yoxdur! Belə çıxır ki, Allah ehtirasları beyinlərini dağıdan ərəblərin nazı ilə oynayır?

Arvadla sevişəndən sonra ayıb yerlərini qumla sürtən müsəlman təmizə çıxarmı? Belə adama kim əl vermək, onunla bir süfrədə oturmaq istəyər?

Və bu cür çox qəribə tövsiyəni Allahın adına yazmaq Tanrını alçaltmaq, aşağılamaq deyilmi? Baxıin: yeri, göyü, günəşi, ayı, onlardan o yana nə varsa hər şeyi yaratmış Allahı, evində bir damcı suyu olmayan, namazdan qabaq qızışıb arvadının ya kənizinin üstünnə atılan müsəlmana gigiyena məsləhətləri verəcək dərəcədə endirmək, onu intim mövzuda şou aparan həkimlərə bənzətmək ayıb deyilmi?

Yaxşı, deyək ki, Allah bu cür qızğın ərəblərin intim həyatını xüsusi nəzarətə götürüb. Elədirsə, onu niyə su ilə təchiz eləmir? Axı yox yerdən su çıxarmaq Allah üçün su kimi asandır. Allah üçün hər şey asandır!

2-ci surə, 60-cı ayədə Musa öz tayfası üçün su istəyəndə Allah deyir ki, ağacını qayaya vur. Və qayadan on iki bulaq açılır.

O bulaqlardan birini Allah niyə o dəstəmaz suyu tapmayan ərəb üçün açmırdı?

Mən şübhə etmirəm ki, tayammum kimi söhbətlərin ilahi mənşəyi yoxdur, bunu peyğəmbər, mənsub olduğu tayfada gigiyeniyanın nə vəziyyətdə olduğunu gözəl bilərək öz tərəfdaşlarına, əsgərlərinə buyurub. Və bu tövsiyəni pozulmaz qanun normasına çevirmək üçün onu Alllahın adı ilə bağlayıb.Və əsrlərlə bilavasitə seksual həyatla bağlı bu ayələr İslam ruhaniləri üçün ən sevimli mövzulardır, onlar saatlarla yorulmadan bu barədə danışır, danışdıqca qızışırlar…

Auditoriya da qızır və qızışır…

Bu söhbətlərdən sonra qılınan namazın nə faydası?

X.X.

19. 03. 2024, Samara

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّىَ تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا

QURAN QƏRİBƏLİKLƏRİ. 2-Cİ SURƏ, 187-Cİ AYƏ

ikinci surə 187 ayə

Müsəlman kişiləri Ramazan ayında ən çox maraqlandıran ayələrdən biri 2-ci surənin 187-ci ayəsidir. Bu ayə orucluq gecəsi  kişinin arvadı (arvadları) ilə yaxınlığına “icazə verir”.  Mən ayənin orijinalına və ruscaya üç tərcüməsinə  — Sablukov, Kraçkovski, Osmanov – baxıb müqayisə elədim. Sovet akademiki

Kraçkovski və sovet professoru Osmanov الرَّفَثُ إِلَى نِسَآئِكُمْ  ifadəsini “arvadlarınıza yaxınlaşmaq” kimi çevirirlər. Quranın ruscaya ilk tam tərcüməsinin müəllifi, Kazan universitetinin prfessoru bunu “arvadlarınızla cütləşmək” kimi tərcümə edir və bu, daha düzdür. Ayənin bir yeri xüsusən maraqlıdır və çoxlu şərhlər, izahlar doğurur. Xüsusən İslam ilahiyyatçıları ağlasığmaz spekulyasiyalar edirlər.

Orijinalda deyilir: Allah bildi ki, siz özünüzü məhdudlaşdırırsınız (sıxırsınız, kəsirsiniz) ona görə sizi  bağışladı. Yəni kefinizi çəkin.

İlahiyyatçıların fikrincə, guya əvvəl orucluq gecəsi cütləşmə qadağan imiş, Allah görüb ki, kişilər bu qadağanı kütləvi və həyasızcasına pozurlar, ona görə deyib siz düzələn deyilsiniz,  icazə verdim, kefinizi eləyin.

Mənim fikrimcə, əslində bu ayədə kişilərin özünə əzab verməyi, özünü sıxmağı nəzərdə turtulur. Yəni iftarda boğazacan yeyəndən sonra kişi, xüsusən bir-birindən cavan dörd arvadı olan kişi, təbii ki, yataq məzəsi istəyir. Ancaq yataq məzəsi qadağandır. Ona görə səhərəcən qalır tavada ilanbalığı kimi qıvrıla-qıvrıla. Allah bunu görüb rəhmə gəlir və seksə icazə verir.

Ancaq bu ayədə bundan da maraqlı məsələ var. Belə çıxırmı ki, orucluqda ər-arvad yaxınlığı barədə əvvəl ayrı ayə, yəni ayrı qanun norması olub? Olmayan qadağanı kişilər necə poza bilərdilər ya pozmazdılar? Allah burda öz icazəsi ilə əvvəlki normanı ləğv edir. Bəs o norma hardadır? Quranın harasında deyilir ki, Orucluq gecəsi cütləşmək olmaz?

Heç harasında!

Baxın: Allah insana qadağa qoyur, sonra görür ki, bu qadağaya əməl eləmək insan üçün çətindir. Elədir? Bəs Quranda dönə-dönə deyilmirmi Allah insanı çəkə biləcəyindən artıq yükləmir?

Və özü yaratdığı insan barəsində necə səhv edə bilərdi?

Bu ziddiyyət Quranın nazil olmadığına, onun peyğəmbər və yaxınları tərəfindən yaradıldığına çoxlu sübutlardan biridir.

Daha bir məsələ. Allahın müraciəti yalnız kişilərədir. Yəni Allahın qoyduğu qanuna əməl edən də, onu pozan da kişilərdir. Cütləşmək məsələsi də kişilərə aiddir. Qadın sanki iftar yeməyi, yemidir. Bu ayə kişiyə tam səlahəhiyyət verir ki, iftar cücə-plouvunu aşırandan sonra kefini yataqda davam etdirsin.

Qadıın rəyi və istəyi ilə maraqlanan varmı?

7-ci əsrdə bəlkə də qadınlar özünü iftar yeməyi və ifrtar yemi sayıblar. Bəs indi? Qadın da kişi kimi oruc tutursa, Orucluq gecəsini müstəqil planlaşdırmağa tam haqqı yoxdurmu?

Orucunuz qəbul olsun, hörmətli möminlər!

X.X.

18. 03. 2024, Samara

«ANAMIN SÖZLƏRİ». QOCA (FİKRƏT QOCA) UŞAQLARI DA, BÖYÜKLƏRİ DƏ HƏRİF SAYIB…

fikrət qoca

Mən Azərbaycan məktəblərində xarici dillərin dərindən öyrənlməsinin, ancaq təhsilin Azərbaycan dilində olmasısının tərəfdarıyam. Ancaq mən özüm, əgər otuz yaş cavan olsaydım və Azərbaycanda yaşasaydım, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləməzdim. Ədəiyyatı, o cümlədən dünya ədəbiyyatını bilən savadlı müəllim üçün ədəbiyyat müəllimliyi faciə və fəlakətdir. Ondan başlayaq ki, öyrənilməsinə çoxlu saat ayrılan Nizaminin dilini müəllim bilmir. Ədəbiyyat məllimi “dahi Azərbaycan şairi” dediyi müəllifin dilini və, təbii ki, necə, nə səviyyədə yazdığını bilmir və bilə bilməz. Ancaq Nizami Azərbaycan dilli şair olmasa da, böyük şairdir, ən bərbad tərcümələrdə də bu böyüklüyün əlamətləri qalır. Ancaq ədəbiyyat dərslikləri ana dilində yazılmış cəfəngiyatla oludur.

Fikrət Qocanın “Anamın sözləri” 7-cinfin dərsliyindədir. Baxaq.

 Anamın gözləri şəfadı, nurdu,
Qəlbimdə, yolumda işıq yandırır. 

Baxın birinci misrada dalbadal iki bənzətmə var: şəfa, nur. Sıralanan bənzətmələri məna yaxınlığı birləşdirməlidir. “Şəfa” (müalicə, əlac) və “nur” (işıq) sözləri arasında nə yaxınlıq var? Sonra deyir ki, “yolumda işıq yandırır”. Yəni işıq (nur)  işıq yandırır? Şəfa (müalicə, əlac) necə işıq yandıra bilir?

Anamın sözləri vüqar, qürurdur,
Zehnimi, ruhumu işıqlandırır. 

 Sözlərin “qürur” olması necə başa düşülməlidir? Müəllim bədbəxt bunu uşaqlara necə izah etməlidir?  Sonra: vüqar zehni necə işıqlandıra bilər? Bu şeiri dərsliyə salan qurumsağın hünəri varsa, izah və sübut eləsin ki, vüqar zehni işıqlandırır!

 Sonra  şair yazır ki, hirslənəndə anası onu “köksünə sıxır”. Buna deyirlər ki, tuturlar, tutulmur. Beyni qandır… 

Anam saçlarımı tumarlayanda
Bütün ağrılarım yadımdan çıxır.

Ağrı yaddaşda olmur, əzələdə, sinirdə olur. Ağrı bəlkə candan çıxır?

Ana Vətən kimi vəfalı anam
Mənə həyat verən canlı mələkdir. 

Vətənin vəfalısı ya vəfasızı olur? Mələklər həyat verir? Yəni mələklər doğurlar? Həyatı Allah vermir? Mələklər bəlkə həyatı qoruyur? Ən azı xristianlar belə düşünürlər…

Şeirin gülməli yerləri var.

Anam qurban deyib vətənə məni, 

Qurban, başa düşdünüz? Boynundan zınqrov asıb, buynuzlarına qırmızı lent bağlayıb anası…

Hansı ana uşağını qurban deyir? Ya bu kasıbları hərifləmək üçündür. Yazıq kasıb analar… Yazıq kasıb atalar…

Fikrət Qoca əsgər olub? Uşaqları? Nəvələri?

Ay lotu…

Bu şeirin uşağın, oğlan uşağının dilindən yazıldığını nəzərə alsaq, mərhum şairin nə qədər vicdansız, rəzil adama çevrildiyi aydın olar: şeir nazir, milyonçu uşağının dilindən yox, fəhlə-kəndli uşağnının dilindən yazılıb, Fikrət Qoca öz cızmaqarası ilə onu qurbanlığa hazırlayır…

Deyib ki, ən əziz balamsan mənim. 

“Ən əziz” nə deməkdir? Yəni yeddi-səkkiz uşaqdan ən əzizi? Uşağın birini “ən”lə ayıran ana nə anadır?

Sonuncu bəndi Fikrət Qoca dərsliyə düşmək üçün və bəlkə də sifarişlə yazıb. Yuxarıdakı bəndlər hər yaşda olan adamın dilindən deyilə bilsə də, sonuncu bənd məktəblinin dilindəndir.

Oxuyub mühəndis, həkim olsam da,
Mənə igid oğlum deyəcək anam.

Gördünüz? Fikrət Qoca uşaq cildinə girsə də, özünü ifşa edir, məlum olur ki, bu adam səngərə girən, Murova çıxıb Vətəni qoruyan kasıb balalarından deyil, bol sovet qonorarları ilə, prezident himayəsi ilə harınlamış və əxlaqını itirmiş  bir şəxsiyyətdir. Demir əsgər olacaq, zabit olacaq. Mühəndis, həkim – ancaq anası yenə “igid oğlum” deyəcək…

Mən millətə deyirəm ki, uşağını ana dilində, Azərbaycan məktəbində oxut. Millət isə Fikrət Qocanın bu cızmaqarasını mənə göstərib deyər ki, mən uşağmdan bezməmişəm. Ədəbiyyatı belə mətnlərlə öyrənən uşaq əsl ədəbiyyatdan, əsl poeziyadan həmişəlik uzaq düşür, mənəvi şikəstə çevrilir. Və şairlik iddiası, hansınınsa  bəlkə istedadı da olan minlərlə, on minlərlə azərbaycanlı bu cızmaqaraların klonunu yaradır…

 X.X.

23. 02. 2024, Samara

XUMAR QƏDİMOVAYA BİR HƏFTƏDƏ 7-8 MİLYON BAXILIB? BU, MÜMKÜNDÜRMÜ?

Xumar Qədimova

Azərbaycan musiqisinə hərdənbir qulaq asıram – Bülbül, Xan Şuşinski, Alim Qasımovun gənclik yazıları, Ağabala Abdullayev, Yavər Kələntərl… Xumar Qədimova haqqında Sərdar Cəlaloğludan eşitdim. Sərdar Cəlaloğlu Şeyx Nəsrullah kimi bir şəxsiyyətdir, bütün elmlərdən xəbərdardır, özü də alimdir. Sərdar Cəlaloğlu Ramiz Rövşəni Nizami Gəncəvi ilə, Xumar Qədimovanı isə Flora Kərimova ilə bir zirvəyə qoydu. Yeri gəlmişkən, Sərdar Cəlaloğlu ilə Flora Kərimovanı yaxın edən vacib bir şey var – hər ikisi saxta seçkilərdə İlham Əliyevə səs verib, hər kisi də deyib ki, “əcəb eləyirik”.

Sərdar Cəlaloğlu dedi ki, Xumar Qədimovanın mahnsına təkcə YouTube-da 6 miyon adam baxıb. Bu mötəbər şəxsin və şəxsiyyətin sözü mənim üçün müqəddəsdir. Təcili YouTube-da mahnını tapıq qulaq asdım.

Əvvəl sözlər barədə. Bilirəm ki, Ramiz Rözşənin şeirini tənqid edən adam özü də şeir yazırsa, deyəcəklər ki, paxıllıq edir. Ancaq həqiqət naminə kütlə qınağına dözmək lazımdır.

Mahnını sözləri, yəni Ramiz Rövşənin şeiri, qısa desək, cəfəngiyatdır. Elə cəfəngiyyatdır  ki, yarım saatın içində mən bu şeirə parodiya da yazdım…

RAMİZ RÖVŞƏN PREZİDENTƏ

Əvvəl sevgim yavaş idi,

Sürətlə sonra sevdim.
Güzəranım yaxşılaşdı,
Gəldi pul-para, sevdim

Elçibəyə verdim ürək

Sevdim bir ildən də az.

Atan onu devirən tək,

Keçdim bu sevgidən vaz.

Şükr Allaha, ağıllandım,
Sevdim uldu öndəri.

Havayı ondan ev aldım,
Verdi şəxsən orderti.

Öndər öldü, səni sevdim,

Yazda, yayda, qışda mən.

Gəldi hər ay təqaüdüm,

Bir ev də bağışladın.

Ən çox sevdim səni bu qış,
Seçki keçiriləndə
Məntəqələr açılmamış,

Verdim səsimi mən də.

İki dəfə səs verərək,
Dörd-beş bülleten atdım.

Çünki səni sevir ürək,
Sənsən eşqim, həyatım.

Mahnı sözləri əksər hallarda poeziya deyil. Mahnı sözləri bir növ xüsusi janrdır. Məsələn, Beatlse-ın bütün dünyada məşhur mahnılarının da sözlərinin böyük poeziyaya aidiyyəti yoxdur. Sözlər musiqini müşayiət edir, vəssalam. La-la kimi. Əsl şeirlərə yazılmış mahnılar da var, ancaq bu, ayrı mövzudur.

“Sevdim səni” şeiri gücənə-gücənə yazılan mətnlərdəndir. Yəni Ramiz Rövşən peşəkar şairdir, çörəyi şerdən çıxır, gərək vaxtaşırı yaza, kitab çıxara, satıb pul qazana, prezident təqaüdü ala, mənzil ala. Şeir şoğərib isə yazılmır. İyirmi beş yaşında bulaq quruyub. Ancaq sözü sözə calaya, misra qura, qafiyələndirə bilir. Təzə metafora tapmayanda oğurlamaq da olar, Ramiz Rövşən poeziyanı bilie, bilir hardan nə çırpışdırmaq olar. Məsələn:

 Səni sevdim qar üstündə

 Yem axtaran quş kimi.

Görək Əli Kərim 60-70 il qabaq nə deyib:

Mənsə səni sevirəm,

Susuzluğun od vurub,
Köz kimi yandırdığı,

Dodaq su sevən kimi.

Dodaq su sevən kimi…Ramiz Rövşəni qoyaq bir qırağa, qoy prezident bağışlayan gözəl mənzillərinin birində kefini çəksin…

Mən mahnıdan danışıram.

Bu gün, fevralın 20-də, YoyTube-da mahnıya baxımların sayı belədir: 5, 822 648. Eyni mahnı, eyni klip YouTube-da daha bir dəfə yerləşdirilib. Baxımların sayı 122 mindir. Mahnı daha beş-altı platformada yerləşdirilib, məsələn, Tik-tokda. Tik-tok-da akkauntum olmadığına görə, mahıya nə qədər baxıldığını deyə bilmərəm. Sərdar Cəlaloğlu deyirdi ki, bütün platformaların cəmi 10 milyondan çoxdur. Bu, indi dünyanın birinci pop müğənnisai olan Svift Teylorun göstəricilərinə yaxındır.

İndi baxaq görək bu, mümkündürmü?

Azərbaycan əhalisinin sayı 10 milyondur. Gərək südəmər uşaqdan tutmuş 80-90 yaşlı qocalara və yataq xəstələrinə qədər hər azərbaycanlı bir dəfə baxa ki, 10 milyon ola.

YouTube-da baxımların sayının necə hesablanması barədə müxtəlif fikirlər var. YouTube özü bu barədə heç nə demir. Ekspertlərin rəyi fərqlidir. Bəziləri deyirlər ki, yalnız unikal istifadəçilər sayılır. Yəni bir istifadəçi on dəfə baxsa da, bir dəfə sayılacaq. Başqa rəylərə görə, bir istifadəçinin hər baxımı sayılır, ancaq gərək hər baxımdan sonra gərək bir sutka keçə.

Məsələ burasıbdadır ki, 6 milyon rəqəmi təxminən bir həftə əvvəl səslənib. Gündə milyon? Bu, necə ola bilərdi? Müxtəlif variantlar var:

Bir milyon azərbaycanlının hərəsi altı dəfə baxır. Bir sutka ara verməklə altı gün dalbadal.

İki milyon azərbaycanlının hərəsi üç dəfə baxır.

Üç milyon azərbaycanlının hərəsi iki dəfə və s.

Üç milyon azərbaycanlının az vaxtda bir mahnıya, özü də iki dəfə baxdığına inanmaq mümkündürmü?

YouTube-da müxtəlif rekordlar var. Məsələn 1978-ci ildə çəkilimş “Grease” filmindən ən məşhur səhnə — John Travolta və Olivia Newton-un ifasında mahnının bir klipi 14 ildə 461 milyon dəfə baxılıb. Ancaq nəzərə almaq lazımdır ki, Grease Hollivudun ən populyar, kassa yığımı baxımından ən uğurlu filmlərindəndir. Travolta təkcə aktyor kimi yox, həm də rəqqas və müğənni kimi məşhurdur. Oliviya isə qərbin ən sevimli aktrisalarından və müğənnilərindən biri olub. Azərbaycan mahnısının auditoriyası 10 milyonluq əhalidirsə, Grease-in auditoriyası bütün dünyadır: Oliviyanın vətəni Avstraliyadan tutmuş Afrikaya qədər….

Demək istədiym budur ki, Xumar Qədimovanın klipinə süni sayğac qoyulduğuna əsaslı şübhələrim var. Mən 6 milyon rəqəminə inanmıram. Yən inanmıram ki, bütün əhali, hətta qızılcalı xəstələr, türmədəkilər, dəlixanadakılar və s. hamısı birdən bir həftə ərzində smartfonu əlindən yerə qoymaya…

İnternetdə videolara baxımların sayını artırmaq barədə təkliflər çoxdur. Milyon isəyirsiniz – milyon. Altı milyon istəyirsiniz? – Əlimizin içində!

Təkliflərdən biri burda: https://www.youtube.com/watch?v=8AlzbwfNDe8

Yeri gəlmişkən, Azərbaycanda neçə smartfon var?

İndi qısaca musiqi barədə. Musiqi, əgər mahnını musiqi saysaq, orijinal deyil, həm də Azərbaycan musiqisi deyil. Bu, osmanlı musiqisidir. Osmanlı musiqisi isə ərəb, yunan və Balkan musiqilərinin sintezider. Yəni bu mahnıda bir damcı da bizim musiqi yoxdur. Bu mahnı hamılıqla Azərbaycan musiqisi sayılırsa, deməli, əsl Azərbaycan musiqisi ölüb. Bizim üçün musiqi dil kimidir. Rəsul Həmzətovun dediyi kimi, musiqimiz ölübsə və ya osmanlı haftəbecəri ilə əvəz edilibsə, deməli, biz millət kimi ölmüşük…

Bu qədər.

P.S. Bəs Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədli deyir Azərbaycan xalq acından ölür? Xalq acından ölür ya Xumarın dərdindən?

X.X.

20. 02. 2024, Samara

 

 

ÇALIR ZƏNGƏZURNANI — DAYANDIRIN QURBANI!

Təsəvvür edin ki, biri uzaqdan vedrə ilə su daşıyıb çəlləyə tökür. Dolmağına az qalmış ya beyninin qurdu qalxır ya ayrı səbəbdən vedrəni nəcislə doldurub tökür çəlləyə…

Seçkilərlə bağlı gördüyü faydalı sayıla bilən işləri son iki gündə Qurban Məmmədli beləcə poxa döndərir.

Qurban Məmmədli deyir ki, “biz Zəngəzuru, İrəvanı ermənilərdən geri almalıyıq, qoy vətənləri hardadır, orda gedib yaşasınlar”.

Bunu deyən adam hüquqşünasdır ya zəncirini qırmış dəli?

“Biz” – kimdir? Biz – Londanda arvadı, uşağıyla oturan Qurban Məmmədlidir, ya hər müharibədə ölümə göndərilən leriklilər, biləsuvarlılar, salyanlılar, şamaxılılardır?

Londonda oturub britaniyalıların pulu ilə kurort həyatı keçirən bu adamın beynəlxalq hüquqdan xəbəri var?

Ədəbiyyat haqqında təsəvvürü və zövqü ara şairlərinin şeiri səviyyəsində olan bu adam niyə böyük maarifçimiz Nəriman Nərimanovun üstünə düşüb?

Nərimanova heykəl qoyulmağında pis nə var? Nərimanov ən azı bədii yaradıcılığına görə bu abidəyə layiq deyilmi?

Nərimanov sənəd imzalaya bilərdi, ancaq onun nə səlahiyyəti var idi ki, Leninə, Stalinə qarşı dursun?

Nərimanov Odessada RSDRP-nn üzvü olanda Rəsulzadə də RSDRP-nin Bakı şöbəsinə, Hümmətə üzv olub.

Rəsulzadə 11-ci ordunun qabağına top-tüfənglə çıxmayıb, heç bir müqavimət göstərməyib, sonra da Stalinin yanında işləyib.

Bu halda Nərimanovun rəsmi olaraq SSRİ-nin dövlət başçısı vəzifəsinni tutması bizi niyə pərt eləməlidir?

Heydər Əliyevə Nərimanova heykəl qoymaq yəqin ki, asan başa gəlməyib. Çünki 70-ci illərə qədər Nərimanova Moskvanın münasibəti soyuq idi, üstündə millətçi damğası vardı. Nərimanova Bakıda heykəl qoyulmağı o vaxt az-çox millətçi, milli şüurlu adamlar üçün bayram idi.

Millətçi sayılan Əbülfəz Əliyev (Elçibəy) əgər Heydər Əliyevin Siyasi Büroya üzvlüyü ilə fəxr edir və evindən onun şəklini asırdısa, biz Nərimanova niyə hörmətsiz olmalıyıq?

Xatırladıram ki, Nərimanov sosialist, bolşevik olsa da, xalqını sevib, sözün əsl mənasında maarifçi olub. Rəsulzadənin bioqrafiyasındakı, yumşaq desək, dolaşıqlıqlar onun həyatında yoxdur. Məsələn, Rəsulzadə “İran demokratik partiyası”ının əsasını qoyub, “İran-nou”, “İrane-Ahat” qəzetlərinn baş redaktoru olub . Bu adlar nə deyir? Daha bir detal: Nərimanov 1925-ci ildə ölüb. Rəsulzadədən fərqli olaraq, Hitlerlə çay içməyib…

Qabağa qaçaraq deyim ki, 1984-cü ildə Astraxan vilayətindəki Nijnevoljski qəsəbəsinə şəhər statusu və Nərimanovun adı verilib. Bunu da o vaxtlar Siyasi büronun üzvü olan Heydər Əliyev edib.

Puşkin yazırdı ki, Rusiyada bir avropalı var, o da hökumətdir.

Məgər sovet Azərbaycanında ən böyük millətçi Heydər Əliyev olmayıb?

Xatırladıram ki, “Neftyanik” komandasını ruslara da “Neftçi” yazdıran və dedirdən Əliyev oldu. Əliyevə qədər Neftçinin heyətində bir ya iki azərbaycanlı olurdu. Müqayisə üçün: Araratda iki nəfərdən başqa hamı erməni idi. Neftçinin heyətini tədricən Heydər Əliyev azərbaycanlılaşdırırdı.

Heydər Əliyevə qədər azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Hərbi məktəbi Əliyev açıb və bu məktəb indiyəcən minlərlə zabit yetişdirib. Əliyevə qədər Suvorov məktəbləri ancaq Rusiyada idi. Qarabağ müharibəsindəki zabitlərimizin əksəriyyəti Naxçvanskinin məzunudur.

Minlərlə azərbaycanıl məzunların SSRİ-nin qabaqcıl  ali məktəblərinə göndərilməsi də Heydər Əliyevin təşəbbüsü idi.

Heydər Əliyevin millətçi olmağına şübhə yoxdur. Ancaq bu, spesifik millətçilikdir. Feodalın, şəxsi mənafeyini, ailə mənafeyini prioritet bilən adamın millətçiliyidir. Məhdudiyyətsiz hakimiyyətdən harınlamış, heş bir qanun tanımayan adam üçün millət get-gedə instrumentə çevrilirdi. Korrupsiyanı idarəçilik instrumentinə, şişirtməni, yalanı, dezinformasiyanı normaya çevirməklə Əliyevin əxlaqa, mənəviyyata vurduğu ziyanların həddi yoxdur. Onun hakimiyyətinə yeganə məhdudluq olan SSRİ və sovet partiya idarəçiliyi dağıldıqdan sonra Əliyev hampazor monarxa çevrildi və bütün fəaliyyətinin əsasında hakimiyyəti saxlamaq və övladlarına ötürmək məqsədi durdu.

Ancaq bunlar Əliyevin millətçi olduğunu inkar edirmi? Yox. Məsələ burasındadır ki, biz necə millətiksə, Heydər Əliyev də elə millətçi olub…

Qurban Məmmədlinin problemi nədir? – onun pataloji manipulyator və yalançı olmağı. Belə adamar haqqında deyirlər ki, gözünün içinəcən yalan danışır. Bilə-bilə, qəsdən. Məsələn, guya Rusiyada 4 milyon azərbaycanlının yaşadığı barədə iddiası.

Qurban Məmmədli seçkiləri saxtalaşdıran müəllimləri fahişə adlandırır və öz atasını nümunə göstərir – guya Cəlal müəllimdə büllur mənəvi təmizlik ilub. Doqquz il məktəb müəllimi olmuş adam kimi deyə bilərəm ki, sovet dövründə müəllimlik, xüsusən aşağı sinifəridə müəllimlik, humanitar fənlər müəllimliyi də seçki saxtarkarlığı kimi ya ondan da pis idi. Cəlal müəllim də Leninə, Stalinə, Xruşşova, Brejnevə, Şaumyana aid şeir və oçerkləri azyaşlı uşaqların sütül beyinlərinə onillərlə yeridib və heç bir vicdan əzabı çəkmədən maaşını alıb arvad-uşağına yedirdib…

Bəlkə elə buna görə oğlu Londinda Zəngəzurna çalır? Qurban Məmmədliyə xatırladıram ki, Cümhuriyyət heç br ölkə tərəfindən tanınmayıb və beynəlxalq hüququn subyekti olmayıb. Sərhədlərin toxunulmazlığına zəmanət verən yalnız bir beynəlxalq sənəd var – 1977-ci ildə qəbul edilmiş Xelsinki aktı…

16. 02. 2024, Samara

DOSTUM İLHAMIN 70 İLLİYİNƏ. «ƏDƏ, SƏN DƏRƏDƏN ÇIX, SƏN MÜƏLLİM OĞLUSAN…»

İLHAM-colorized

Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.

Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.

İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı.  Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…

Ərəbqardşbəylidə kim bərk deyil ki?

Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.

Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…

Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.

Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…

Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…

Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…

04. 02. 2024, Samara

QURBAN MƏMMƏDLİNİN CƏNNƏT YUXUSU

Dumanlı, yağışlı London gecələrinin birində Qurban Məmmədli dörd saat çəkən efirdən sonra yorğun halda isti və quru yatağına girib təzəcə yuxuya getmişdi ki, Balzak deyən yaşda bir xanım Həvva paltarında onun yuxusuna girdi. Qurban cənnətə belə tez düşdüyünə təəccüblənib həyəcanından pıçıltıyla soruşdu:

 — Sən hurisən?

Xanım sinəsini silkələyib dedi:

— Yox, mən Cəmil Həsənlinin qızıyam.

— Bəs sən mənim yuxuma niyə girmisən? Mən mömin bir müsəlmanam, məni günaha batırma…

— Bilirəm necə müsəlmansan… Bəs hər gecə məni arzulamırdın? Gəlmişəm…

— Xanım… Mənim yuxuma indi ayrı adam girməlidir. Çox mühüm adamdır. Sən get, ayrı vaxt girərəsən…

— Mühüm adamın adı nədir?

— Adı Əlidir…

— Əli Kərimli? Bəs o sənin düşmənin deyil?

— Əli Kərimli yox, ayrı Əli…

— Baş nazir Əli Əsədov?

— Yox… Mənim yuxuma həzrət Əli girəcək…Mənə ciddi məsləhətlər verəcək ki, Azerfridom ailəsinə çatdırım…

— Qurban, həzrət Əli bu gecə gəlməz, çünki bu gecə atamın yuxusuna girəcək… Ədyalını qaldır, girim yanına…Bir az üşüdüm… Ah, bu London gecələri…

Qurban Məmmədli ədyalı qaldırmaq istəyəndə şiddətli telefon səsinə oyandı. Xanımla görüşünün yuxu olduğunu başa düşüb az qaldı ağlasın. Zəng Ərəstun Orucludan idi. Bu zalım oğlu gecənin bu vaxtı ondan nə istəyir?

Qurban Məmmədli telefonu açdı.

— Qurban bəy, mən səni okeanın bu tayından salamlayıram. Yuxunuza müdaxilə etdyimə görə sizdən və yuxunuzdakı xanımdan dönə-dönə üzr istəyirəm. Mənə adını hələ çəkmək istəmədiyim bir general Bakıdan mühüm məlumat göndərib..

Mirzə ƏLil

23.01. 2024, Samara

QABİL MƏMMƏDOV TURAL SADIQLIYA: “HANI BƏS BAFAN SƏNİN…”

tural sadıqlı məhəmməd mirzəli

Qabil Məmmədli: Alo! Alo!

Tural Sadıqlı: Qabil, əzizim, sənsən?

Qabil: Əə, mənə ikilikdə “əzizm” deyirsən, özün itlə sevişirsən. Hanı bəs bafan sənin ?

Tural: Qabil, mən heç səni itə dəyişərəm?

Qabil: Əə, məni lox sayırsan? Xalqa deməmisən ki, itlə sevişirsən?

Tural: Qabil, mən o sözümlə xalqı azdırırdım ki, duyuq düşməsin. Qoy desinlər ki, itlə  münasibətdədir. Yəni bunu bizim sevgimizi gizlətmək üçün demişəm.

Qabil: Tural, sən bilirsən ki, mən nejə qısqanjam. Bilsəm ki, itlə aranızda doğrudan da nəsə var, gəlib o iti də, səni də cırıx-cırıx edəsiyəm.

Tural: Əzizim, özünü ələ al. Mən dünən iti güclə Məhmməd Mirzəlinin əlindən almışam, o da qısqanclıqdan iti boğmaq istəyirdi..

Qabil: Ə, Mirzəliylə də aşnalığın var?

Tural: Yox, Mirzəlinin itlə aşnalığı var. Məni itə yox, iti mənə qısqanır…

 Mirzə ƏLİL

22. 01. 2024 Samara