Архивы

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ .ŞEİRLƏRİ. «İNSAN… YER ÜZÜNDƏ ALLAHIN XƏLİFƏSİDİR…»

Bəxtiyar-Vahabzadə

Bəxtiyar Vahabzadə bir şeirində anasından gileylənir:

“Danışmaq öyrətdin sən öz körpənə
Nola, m
ən anadan lal doğulaydım.”

Danışmağı öyrətmilər, əgər uşağın ciddi patalogiyası yoxdursa. O ki qaldı, cənab Vahabzadənin lal olmaq arzusuna, bu, təəssüf ki, fantastik arzulardandır…

Pis olmazdı…

“Anam olsan belə, ay anam, xeyli…”
Bu, şeir misrasıdırmı? “…ay anam, xeyli…” Xeyli – n
ə qədər?

“Səndən gileyliyəm, səndən gileyli…”

“Ana, səndən gileyliyəm” – bundan artıq nə varsa, cəgfəngiyatdır, müəllifin zövqsüzlüyünü göstərir.

“Dilini bir ilə öyrəndim… nahaq!..”

Bir ilə? Nə tez?
“Öz dilim özüm
ə kəsilib yağı.”

Yəni Kommunist partiyasına, KQB-yə qarşı çıxaraq rus dissidentləri kimi illərlə türmə həyatı keçirmisən? Nə basıb-bağlamaqdır?
D
ənizəm, üzümə durub sahilim.”

“Dənizəm”. Nə az, nə çox. Dəniz…
“Yerim
ək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.”

Səməd Vurğun məktəbidir. Aranı dolaşırsa, dağı da dolaşacaq. Altı aylıq olandan. Yoldaş Kərəmov kimi…
“Balana yerim
ək öyrədincə sən,
G
ərək öyrədəydin yıxılmamağı…”

Yıxılmaq nədir? Səməd Vurğundan dalbadal iki dissertasiya qondarıb universitet professoru olanda anan qolundan tutmalıydı?
“Fikirl
ər yığılır beynimdə qat-qat…”

Beyin dolu imiş… Nə əcəb Tesla-zad yaratmayıb?
“H
əyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.”

Sədinin, Xəyamın zərgər alətləti ilə gördüyü işi Bəxiyar Vahabzadə odunçu baltası ilə görür…
“M
əni incidirlər bəzən qəsd ilə

Bu misraya o qədər gülmüşəm  ki… Görəsən kim incidirmiş? Özü də qəsd ilə…
“Gir
əvə düşəndə zalimə belə
Zülm edib, kam almaq g
əlmir əlimdən.”

Vahabzadə özünü Füzuli varisi saydığından “zalım” demir, “zalim” deyir.

Analoqu olmayan şəkili! Zülm edib kam almaq gəlmir əlindən…
«Ana, quduzlaşır h
əyat, ilbəil,
Dalayır puç olan ümidl
ərimi.”

Ümidin niyə puç oludu? Orta məktəb biliyi ilə dosent, professor olmusan, daha nə istəyirdin? Səbrin olsun, akademik də olacaqsan, Lenin poeması yazıb SSRİ dövlət mükafatı alacaqsan…

Və ümidlər puç olubsa, həyat onları necə dalayar? Puç olmamışdan dalasaydı, yenə ağla batardı…

“Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o q
əhrəmanlar
Cütbaşlı divl
əri nə təhər yıxır”

Divlərlə mübarizə elmi nağıllarda deyil, universitet kitabxanasındadır. Eləmə tənbəllik, oxu, gör fransız, ingilis öz divləriylə necə mübarizə aparıb…

Şeir uzandıqca cəfəngiyat artır və güclənir, rus demişkən, marazm krepçayet…

“Tülkülər görmüşəm, öz qolundakı
D
əmir zəncirlərə bilərzik deyir…”

Qolu zəncirli tülküləri təsəvvür etdiniz?

Burda dayanaq..

“Əl açdıq göylərə” şeirini oxuyaq, kefimiz açılsın.

“Nə vaxtdan ölçüldü vaxt, zaman ilə?”
Dünya gözəlləşdi ilk insan ilə.
İnsan sonsuz eşqin qadir səsidir,
Allahın yerdəki xəlifəsidir.”

Vaxt zamanla ölçülür? Vaxt elə zaman deyil?

İkinci misraya baxın. Deməli, dünya var, ilk insan onu gözəlləşdirib. İkinci bənddə deyir:

“Çalışdıq, gecəni gündüzə qatdıq.
Allahın verdiyi ağlın gücüylə
Bomboş yer üstündə dünya yaratdıq.”

Deməli, birinci bənddə Allah dünyanı yaratmışdı, insanı yaratmaqla dünya daha da gözəlləşdi. İkinci bənddə “bomboş yerdə” insanlar “birgə” dünya yaradırlar…

Bu çaşbaşlıq sovet zehniyyətindən doğur. Sovet adamı daim ilan mələyən səhralarda kommunizm cənnəti yaratmalıydı. Ancaq cənnət əvəzinə Qulaq – həbs düşərgələri, türmələr yaranırdı…

Bu adama mənim millətim filosof deyir…

Biz uca göylərdən gəldiyimizdən…

Akademik Vahabzadə iddia edir ki, biz uca göylərdən gəlmişik.
“Dünya dərdimizi sormadı bizdən”

Hansı dünya? Birgə yaratdığınız? Öz yaratdığınız dünya sizdən nə soruşmalıydı?
“Əl açdı imdadçün insan göylərə.”

Ağlın gücüylə dünya yaradan insan?…

Bəxtiyar Vahabzadə görəsən debil oğluna vəzifə düzəldəndə göylərə əl açırmış, ya rəhbər yoldaşlara?…

Mirzə Əlil

03. 08. 2024, Samara

RAMİZ RÖVŞƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AXMAQ DAYAZDA, AĞILLI DƏRİNDƏ BOĞULUR. ALLAH DA BOĞULUR…»

Ramiz Rövşən

Ramiz Rövşənin də gülməli şeirləri çoxdur. Məsələn bu:

“Saçların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmir
əm,
Qoyma m
əni tər aparır.”

Gülməli burda yaylığı yelin aparmağı deyil. Yaylıq qeyrət, namus məsələsidir. Gülmək yeri deyil. Gülməli Ramiz Rövşənin qaçmağıdır. Ramiz Rövşən, mən bilən, ağır adam olmalıdır, qarın da yerində, prezident özü nəzarət edir ki, şairin qarnı yerində olsun. İndi bu adam qaçır. Tərləməyi qalsın, yəqin qaçdıqca kəlləmayallaq da olur.

Müsibət!
“Yuyundum, t
ərdə yuyundum”.

Bunu yəqin Bakıda suyun qıt vaxtları yazıb. Cibində kisə olsaydı, özünə kisə də çəkərdi…
“Qayıtdım, gördüm toyundur,
Gördüm s
əni ər aparır.”

Son misra bu gün çox aktualdır. “Səni ər aparır”! İlham Əliyev nə deyirdi? Deyirdi Fransada kişi kişiyə ərə gedir, arvad arvada. Ramiz Rövşən bu misra ilə ənənəvi dəyərləri təbliğ edir.

Ancaq bir iş var! Lənət şeytana! Axı biz bilmirik ki, yaylığını yel aparan arvaddır ya kişi? Axı yaylıq kişi başında da ola bilər!

Dolaşıq məsələdir. Qarnı dizlərinə dəyə-dəyə qaçan Ramiz Rövşəni gözünüzün qabağına gətirin, fikriniz dağılsın…
“S
ən orda göyə baxırsan,
Burda m
əni yer aparır…”

Göyə baxan kimdir? “Orda” – harda? Yer hara aparır?

Çox güıməlidir.

Hələ bu şeirə baxın.

“Dünyanın suyu çirklənir,
Suyunda balıq boğulur.”

Mən Kür qırağında doğulmuşam, anadan olduğum evi hətta Kür aparıb, onun yeri indi qarşı sahildədir. Və Kürdə adamların da boğulduğunu görmüşəm. Boğulan axtarılanda necə müsibət qopduğunu da. Həmişə bu işlərə ağlamalı işlər kimi baxmışam. Ancaq Ramiz Rövşəni oxuyandan sonra başa düşdüm ki, kiminsə boğulduğunu görürsənsə ya eşidirsənsə, gərək güləsən.

“Çirklənir, göyü çirklənir
Göyünd
ə Allah boğulur.”

Bundan gülməli söz olar? Allah boğulur! Əstəğfurullah deyib gözünüzün qabağına gətirin…
“Çox batan yerind
ə batır”

Bu misrada müəyyən mürəkkəblik var. “Yerində batır”la mütəfəkkir şair nə demək istəyir? Yəni “yaxşı oldu batdı”? Yəni “canı da çıxsın, necə ki, çıxdı?”
Dadına g
ələn də batır”

Oyunun olsun ay Rövşən, ay Ramiz! (Şair təkrar sevəndir, ona görə belə deyirəm…).

Dadına gələn də…

O da boğulur…

Sonra:
“Ağıllı d
ərində batır”

Bunu bilirdiniz? Mən bilmirdim…
Dayazda axmaq boğulur”

Bunu İlham Əliyevə oxuyub tərcümə ediblər? Ediblərsə, prezident gərək dayaz sularda batanların hamısına ölümündən sonra “axmaq” statusu verə…
“Kimisi n
əğməli-sazlı”

Yəqin hansısa aşıq elə sinəsində saz boğulub. Özü də dərində. Aşıq dayazda boğulmaz, çünki aşıq axmaq deyil…

O aşığın adını bilən yoxdur?
“Kimisi paltar-palazlı”

“Paltar-palazlı” boğulanlar yəqin dindar arvadlardır, paltarlı çiməndə boğulurlar. Əlbəttə, əynində beş-altı qat paltar olanda boğulacaqsan…
“Kimisi çılpaq boğulur”.

Çılpaq boğulanlar yəqin ki, nudistlərdir. Onlar çılpaq çimirlər, sudan çıxanda da çılpaq gəzişib təsərrüfatlarını xalqa nümayiş etdirirlər.

Və, əlbəttə ki, çılpaq da boğulurlar…

Ramiz Rövşən cavanlığında nudist olmayıb ki?

Allah Ramiz  Rövşəni güldürsün (boğulmuş Allah yox, bizim öz Allahımız), bu boğulmaq məsələsi məni çox güldürdü. Yəqin ki, əzizlərini sularda itirənlər də bu şeiri oxuyanda uğunub gedirlər…

Mirzə ƏLİL

02. 08. 2024, Samara

SÜLEYMAN RÜSTƏMİN GÜLMƏLİ ŞEİRLƏRİ. «NƏŞƏNİ XƏLVƏTİ BOL ÇƏKƏNLƏRİN…»

Ыцдуньфт Кцыеэь

Azərbaycan poeziyasının, Azərbaycan sovet poeziyasının və ondan sonrakı Azərbaycan poeziyasının birinci lotusu kim olub? Lotular çox olub, indi də çoxdur. Mən birincini nəzərdə tuturam. Mənim fikrimcə, birinci lotu adına Süleyman Rüstəm hamıdan çox layiqdir.

Azərbaycan məktəblərinin 5-ci ya 6-cı sinfində Süleyman Rüstəmin “Çapayev” şeiri keçilirdi. Vasili İvanoviç Çapayev bolşevik çevrilişindən sonra Rusiyada təxminən dörd il ərzində, 1918-22-ci illərdə gedən vərəndaş müharibəsinin qəhrəmanıdır. Bu müharibə ağlara və qırmızılara bölünmüş ruslar arasında gedib və milyonlarla adam həlak olub. Hərbi təhsili olmasa da hərbi səriştəsi, fövqəladə komandirlik istedadı olan Çapayev qırmızı diviziya komandiri idi. Döyüşlərin birində Ural çayını üzüb keçərkən boğuluib…

Özünü atdı çaya,
Keçmək üçün o taya.

Çap çaylardan, Çapayım,
Doğsun günəşim, ayım…

Ay lotu… Çapayın Ural çaylarında çapmağı ilə Azərbaycanda sənin günəşin, ayın necə doğacaq?

Bu hələ qalsın. Azərbaycanda onlarla, bəlkə yüzlərlə namizədlik, doktorluq dissertasiyaları yazılıb və bu şeirdəki alliterasiyanı, yəni “ç” səsinin yaratdığı effekti Nyutonun, Rezerfordun kəşfləri ilə müqayisə ediblər. İnanmırsınızsa, Afad Qurbanovun kitabına baxın…

İki nəsil azərbaycanlı “Çapayev”, “Ana öyüdü “ kimi cəfəng şeirlərlələ bədii söz duyumlarını həmişəlik itiriblər. Allah baisə lənət eləsin…

Süleyman Rüstəmin iki əsas mövzusu olub: bolşevik inqilabı və Təbriz.. Yəni Cənub. Birinci yerdə bolşevizm olub:

Oxuyun, bir qızıl kitabam mən,
İnqilab oğlu inqilabam mən…

Sovet hökuməti, Stalin və ondan sonrakılar da Cənubi Azərbaycan mövzusunu qəsdən aktuallaşdırırdılar ki, İran hökumətinin kefinə soğan doğrasınlar, qara ciyərinə vursunlar. Mədəni desək, İran şah rejimi üçün gərginlik yaradırdılar. Göstərmək istəyirdilər ki, bölünmüş xalq birləşmək arzulayır, özü də ehtirasla arzulayır, həm də xalq istəyir ki, cənub da şimal kimi sovet olsun. Yəni Süleyman Rüstəm və onun kimi bir sürü cızmaqaraçı Təbriz üçün ağlamalı şeirlər yazaraq həm partiyanın tapşırığını yerinə yetirir, həm də çörək qazanırdılar. Çörək – evfemizmdir. Nə çörək – mənzil, maşın, kurortlar, sanatoriyalar, xarici ölkələrə səfərlər…

Maraqlıdır ki, sovet Azərbaycanında həmişə “cənublu qardaş” deyib ağlayıblar. Freydçi psixoanalitik bunu ayrı cür yora bilər: niyə şimaldakılar həmişə kişiləri arzulayırlar. Mən bilən, cənubdakı kişilər həmişə arvad arzusinda olublar. Sərhəd yarılan kimi Salyana gəlib dolan cənublu qardaşlarn yerlilərə ilk sualı bu olmuşdu: burda necə arvad siğə eləmək olar?

Süleyman Rüstəmin “Ehtiyac” şeirində, qəribə olsa da, “bacı” da arzulanır.

“Yenə də cənubdan şimala gələn
Nə dost, nə qardaş var, nə bir bacı var.”

Sonrakı beyt çox gülməlidir, lotunun adam güldürməyi var idi, indi güldürməsin.
“Zindanlı, zindansız kəslərin belə
Başında qar kimi dümağ saçı var.”

Birincisi, bu beytin əvvəlki beytlə heç bir məna bağlılığı oxdur. Özü isə absurddur və yəqin Süleyman Rüstəm içkili halda yazıb. Əgər zindanda olanların da, azadlıqda olanların da başında saç dümağdırsa, belə çıxmırmı ki, zindanla azadlığın fərqi yoxdur? Bəlkə şair demək istəyir ki, zindanda saç tökülmür, ancaq ağarır? Hə?

Yox, alınmır… Lotu sağ ola, özündən soruşasan…

Sonra Süleyman Rüstəm keçir İran rəhbərliyinə qarşı hücuma. Şeir 1984-cü ildə yazılıb. Yəni gecə-gündüz “Allahu Əkbər, Xomeyni rəhbər” oxunan vaxtlar.

“Bədnam fərmanlara qol çəkənlərin”

Bunu başa düşdük. Xomeyni və onun adamyeyənləri.
“Nəşəni xəlvəti bol çəkənlərin”.

Bu misra bir az müəmmalıdır. Xəlvəti nəşə çəkən kimdir? Xomeyni? Bəlkə salyanlılara sataşıb?
“Qəmli zindanlara yol çəkənlərin”

Aha! Qəmli zindanlar! Bu, İranda olar, bizdə zindan olmaz.

İndi görək bu sadalamalara necə yekun vurulur.
“Başda əmmamə tək qanlı tacı var.”

Yəni fərman verənin də, nəşə çəkənin də, yol çəkənin də başında əmamməyə oxşayan tac var.

Beləmi?
“Bircə şad xəbərə möhtac könlümün,
Amansız hicranla hey qaç könlümün”.

İkinci misraya baxın: “hey qaç könlümün”. Bu, hansı dildədir? Lotu, deyəsən, xarici dilləri də bilirmiş…
“Qardaş həsrətilə bu ac könlümün
Ömürlük vüsala ehtiyacı var!”

Qardaşla vüsal? Biz hələ Füzulidən öyrənmişik ki, vüsal sevgili ilə olar. Yəni kişi ilə arvad arasında. Qardaşla nə vüsal…

Məşədi İbad filminin son səhnəsi bir zarafat doğumuşdu. Məşədi İbad Sərvərin dalınca qaça-qaça qışqırır: Adə, gəlin kişi çıxdı, adə qoymayn, adə

 qaçdı…”

Zarafat isə beləydi: Yaxşı, gəlin kişi çıxıbsa, tutub neyləyəcəksən…

Lotular əlində girinc qalmışıq…

Mirzə ƏLİL
01. 08. 2024, Samara

MUSA YAQUBUN GÜLMƏLİ ŞEİRLƏRİ. «QƏLƏMİMLƏ FIRÇALADIM SÖZÜMƏ…»

Musa Yaqub

Yerindən duran deyir ki, “millət savadsızlaşıb”.

Sual: millət haçan savadlı olub? Bolşeviklərdən qabaq, yəni əhalinin elliklə yazıb-oxuya bilmədiyi vaxtlar?

Ömrünün çoxunu sovet dövründə yaşayanlar iddia edirlər ki, o vaxtların məktəbi yaxşı dərs verirdi, o vaxtlar hamı savadlı yazırdı.

Hamı – yəni şairlərimizdən başqa? Çünki adlı-sanlı, şeirləri dərsliklərə salınan müəlliflərin mətnlərini oxuyanda onların savadına, hüquqşünaslar demişkən, əsaslı şübhələr yaranır.

Guya gözəl poetik dili olduğu iddia edilən Musa Yaqubun bir neçə mətninə baxaq.

“İncilərim düşüb dərya küncünə

Şairin öz şeirlərinə “inci” deməyinə fikir verməyək, görünür fövqəladə təvazölü adam olub… “Dəryanın küncünə” – dəryanın küncü olar? Evin, otağın küncü olar, ancaq dəryanın küncü yox.
“Qəvvas gərək güvənsin öz gücünə

Tamamilə cəfəng misradır. Şair demək istəyib ki, incilərini çıxarmağa qəvvas gərəkdir. Ancaq misra doldurmaq üçün, həm də “küncünə” sözünə qafiyə üçün bu cəfəngiyatı yazır. Təsəvvür edin: dalğıc gəlib Musa Yaqubun incilərini çıxarmağa, müəyyən şərtlər irəli sürür. Musa Yaqub deyir gərək öz gücünə güvənəsən…
“Alıb onu çıxarsın el içinə”

Kimdən alsın? Küncdən?

“Nə olacaq?… Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram”

Musa Yaqub niyə ağlayır? Mən bilirəm ki, Musa Yaqub şeirlərinin çoxunda ağlayıb və onun fanatları da ona qoşulub ağlayıblar. Deyən olmayıb ki, a kişi, niyə ağlayırsan, səbəbini de, qocalıqdan, ölümdən qorxursansa, hamımız qocalacağıq, hamımız öləcəyik….
“Şimşəklərin işığını saxlaram
Bundan sonra n
ə olacaq, olacaq.”

Şimşəklərin işığını bu necə saxlayırmış?
“Təbiətin rəngi axdı gözümə
Q
ələmimlə fırçaladım sözümə”

İkinci misranı yazan şagirdin qiyməti neçədir? Necə yəni “fırçaladım sözümə”?
“Məni yerim olan yerdə gözləmə”.

Bir şey başa düşdünüz?

“O məqam yerimi tutub durublar,
Durub el
ə bil ki, oxlov udublar.”

“Məqam” elə “yer” deyil? 

Şair öünü hardasa çox yükskdə görürmüş, yerini tutublar. Görəsən kimi deyir? Bəxtiyar Vahabzadəni? Nəbi Xəzrini?

«Oxlov udmaq» rus dilindəki «arşin proqlotil» ifadəsinin tərcüməsidir. Yəni müəllif orijinal görünmək üçün o vaxtkı «böyük qardaşlarımızdan» çırpışdırır….
Hələ qabağıma kötük atan var”

Aha! Kötük də atırlar!
“Şerimin üstünə örtük atan var.”

Dəryanın küncündən çıxarılandan sonra?

«kötük»dən sonra «örtük» gəlməliydi, bu, gün kimi aydındır…
“Adımın üstündən ad yazıbdılar”

“Yazıbdılar” – bu nə dildir? Ibdılar…
“Öz ağızlarına dad yazıbdılar.”

Musa Yaqub nə yazdığını başa düşürmüş? Niyə onun qolundan tutub deyən olmayıb ki, ay cənab, özün çaş yazırsan, xalqı da çaş salarsan… Ağıza dadı necə yazırlar?
“Çəmən, çiçəyim var,
arılar bekar –
H
ələ səmənd atım örükdə qalıb.”

Arılar niyə bekardır? Tətil elan ediblər?

“Örük” nədir? Bəlkə “hörük”də? Bəlkə “örüş”də?
“Fırlanır havada arıquşular,
Arılar gözl
əyir pətəkdə qalıb.”

Aha! Arıquşular! Arılar güdükçü də qoyublar. Hərdən soruşurlar: “Arıquşular getdilər?” Güdükçü arı deyir: “Hara gedirlər, partlayanacan şirələnəcəklər, biz qırıldıq…”

“Bu ağacın beli çapıq-çapıqdı”

Ağacın beli harasındadır?
“Dal budağın yarpaqları yapıqdı.”

“Dal budaq” ağacın harasında olur? Dalında? Ağacın dalı-qabağı var?

“Mən ilahi eşqin qulu,
Hürufil
ər dərdi ulu “

Bu iki misra arasında, uzaq da olsa, qohumluq tapmağa çalışın.
“Qəzalidə qəm müqəddəs”

Qəzali kimdir? Əbu Hamid əl-Qəzali?

Əstəğfurullah!
“Mənim dərdim nədəndi bəs?”

A kişi, biz nə bilək? Ölümdən qorxursan? Prezident Ramiz Rövşənə yaxşı baxır, sənə gözücu – bəlkə ona görə dərdə düşmüsən?

“Bu qəm yeli məndən əsib —
T
ənhalıqdan könlüm bezib”

Mirzə Səfərin “Darvazamızı fələk vurubdu” misrası bunun yanında poetk şedevr deyilmi?
“Durub gedim eşqimgilə

Belə şey indiyəcən oxumuşdunuz? Eşqimgilə gedim….”Musa, hara gedirsən?” “Heç, dedim bir beşqimgilə dəyim, çoxdan dəymirdim…”
“Bağrım başı düyün-düyün”

“Bağrım başı” hansı orqandır?

“Qalıb” şeiri:

“Fısdıq koğuşunda arılar öldü,
P
ətəksiz, cırsayaq meşəmiz qalıb.”

Aha, deməli, arıquşuları bunları acından öldürüblər…

«Cırsayaq» — bu nədir? Ayıb sözdür?

“Çarıqdan qurtardı ayaqlarımız,
Boğaza keçilən kövşəmiz qalıb.”

Bəlkə “boğaza keçirilən”? “Kövşə” nədir? İnternetdə axtardım, tapılmadı. Musa Yaqub əvvəldə “meşə” sözünü qafiyə kimi işlədib, sonra gərək “meşə”yə qafiyə olan daha on beş söz tapa. Şeirin əvvəlində ürəyimə dammışdı ki, hökmən “kirşə” də olacaq. Oldu da!

“Sürüşüb düşmüşük dərə dibinə
Bizd
ən ucalarda kirşəmiz qalıb.”

Adlı-sanlı şair, millətin fəxri, bir qafiyədən ötrü özünü apardı saldı dərəyə…

Qafiyələr: meşə, peşə, şüşə, guşə, tişə, köşə, kövşə, kirşə, nəşə... Sonuncu qafiyə ilə Musa Yaqub yəqin mənim yerlilərimə eyham vurur.

A kişi, daha eləmirik, tərtəmizik…

Ancaq, boynuma alım, Musa Yaqubun şeirlərini oxuyanda nəşəli adam kimi öz-özümə gülmüşəm. Şeirlərin altındakı “Buynuz” sözü də məni güldürürdü. Bilirəm ki, mərhum şairin kəndinin adıdır. Ancaq “Qoşa buynuz” daha yaxşı olar. Həm Abdulla Şaiqə hörmət olar, həm də  o məlum heyvanın adı bu şəkildə əbədiləşər. Axı Səməd Vurğundan tutmuş indikilərə qədər şairlərimiz milləti o qoşa buynuzlunun yerinə qoyublar…

Mirzə Əlil

31. 07. 2024, Samara

ƏLİAĞA KÜRÇAYLININ GÜLMƏLİ ŞEİRLƏRİ. «XURMAYI, SARI SAÇLARIN ƏN TÜNDÜ, QARASI…»

Əliağa_Kürçaylı

Əliağa Kürçaylının “Əbədiyyət” şeiri elə adıyla güldürür, çünki zaman probleminə həsr olunmuş fəlsəfi şeir deyil, sevgi şeiridir, sevgi məktubu kimi yazılıb. Şeirin özü də çox gülməlidir, çünki çoxumuzun yazdığı ya oxuduğu sevgi məktublarına oxşamır. Sevgi məktubunda kişi (oğlan) nə yazır? İndi bilmirəm, bir əlli il qabaq oğlan yazırdı ki, sənin dərdindən dəliyəm, gecələr yatmıram, sənin üstündə dədəmlə dava eləmişəm, mənə gəlməsəm, gəlib sənin dədəni bIçaqlayacam, girəcəm dama…

Kürçaylının məktubu yüngül şantaja bənzəyir. Qısa desək, Kürçaylı şeirin əvvəlindən axırınadək özünü tərifləyir, deyir ki, dünyada məndən yoxdur, mən olmasam, sən batdın.

“Mən sənin nəğmənin əks sədası,
Könlünün tükənməz arzularıyam.”

Belə çıxır ki, xanım – oxuyandır, Əliağa Kürçaylı və ya onun lirik qəhrəmanı isə onun nəğməsinin əks-sədasıdır.

Başa düşmədim…
“Qışında- bir ilıq payız havası,
Yayında- bir sərin quzey qarıyam.”

Qışda kim payız yeli arzulayar? Patalogiyası olan adam. Qışda yaz arzulayarlar. Əliağa Kürçaylı bunu gözəl bilib. Ancaq “yaz havası” yazsa, heca əskik olur. Ona görə “payız havası” yazır. Bilir ki, oxucu xamdır, udacaq…

“Gecə zülmətində, qaranlığında
Qəfildən parlayan qəmərinəm mən.”

Zülmət elə qaranlıq deyil? Başa düşürük niyə “ay” yox, “qəmər”. Çünki sonra “xəbər” gələcək… (Lər, lər, pəncərələr…)

Şair özünü “qəfildən parlayan aya” bənzədir. Kürçaylının qara adam olduğunu nəzərə alsaq, bu, çox real bənzətmətir. Ancaq ay qəfildən parlayırmı? Ayın neçə yaşı var? Ay elə milyon illərdir ki, parıldayır, nə “qəfildən”…
“Kədərli çağında, qəmli çağında
Dərdini dağıdan xəbərinəm mən.”

Bu lirik qəhrəmandan nə xəbər gələcək ki, xanımın dərdi dağılacaq? Əgər xanım dərdlidirsə, qoçaq niyə özü gedib baş çəkmir, xəbərini göndərir?
“Səadətli keçən illərinəm mən,
Mənsiz itirirsən bu səadəti.”

Ləyaqət hissi olan qadına bunu deyən hökmən şapalaqlanar…
“Günəşə uzanan əllərinəm mən”

Paho! Bu hara getdi çıxdı…
“Mən sənin yaşanmış dəqiqələrin”

Nə az?
“Hələ yaşanacaq ayın, ilinəm.”

Aha, qırsaqqız olub yapışacaq…
“Sevgi xallarıyla ötən dilinəm”

Azərbaycan poeziyası, Azərbaycanın bədii dili budur? Kül olsun başımıza…
“Mən sənin…Təsviri mümkünmü məgər?
Hər şeyi söyləmək çətindir, çətin.”

Burda müəllif yəqin nəsə ayıb şey demək istəyirmiş.  KQB-dən qorxub deməyib. KQB ayıb danışmağa qoymurdu. Danışanı tuturdular…
“Axı necə deyim… Dağlar, dərələr
Kiçik zərrəsidir əbədiyyətin.”

Sonuncu beytin bu sevgi məktubuna nə dəxli var? “Əbədiyyət” məsələsindən bir şey başa düşdünüz?

Əliağa Kürçaylının bundan da gülməli şeirləri var. Məsələn, “Səninkidir”

“Nə çox pəncərə var şəhərimizdə”

Aha! Burda nəsə var. Şair ki xalqın pəncərələrinə baxdı…
“Ən çox işıqlısı…
O səninkidir!”

Burda şair misranı iki yerə niyə bölür? İki səbəb var. Birincisi odur ki, bir misra üçün iki misranın qonorarını alacaq. İkincisi odur ki,  “o səninkidir” ifadəsini misranın birinci hissəsi ilə qrammatik bağlaya bilmir. Bu, heç. Sonrası alman demişkən, fantastiş.
“Gör neçə qağayı üzür dənizdə,
Ən ağı-bəyazı
O səninkidir!”

Vətəndaşlar! Yapçılardan tutmuş cəbhəçilərə qədər hamıya müraciət edirəm: qağayı üzür ya süzür (uçur)?
“Ağı-bəyazı” – bu nə hoqqadır? “Bəyaz” ərəbcə “ağ”dır, iki dəfə ağ demək adam dolamaqdır?
Nəzər sal xurmayı, sarı saçlara,
Ən tündü, qarası…
O səninkidir!”

Şairin nə demək istədiyi ayrı şeydir, burdakı misralardan belə çıxır ki, “xurmayı, sarı saçların ən tündü, qarası səninkidir”.
Əliağa Kürçaylını universitetə Səməd Vurğun qoyub. Attestatsız… Əməlli-başlı ali təhsili olmayan Səməd Vurğun akademik idi…
“Qəlbimi bəzəyir neçə min yara,
Ən dərin yarası…
O səninkidir!”

“Neçə min yara”! Yara haçan və haranı bəzəmişdi?
“Mənim şair kimi ülvi adım var,
Ləkəsiz, təmiz ad…
O səninkidir!”

Ülvi, ləkəsiz, təmiz…

İnsan özü haqqında belə deyirsə, zibili var…

Mənə müəllifi tanıyan bir nəfər danışırdı ki, Əliağa Kürçaylı onunla dostluq edən və onun şeirlərini ruscaya çevirən görkəmli bir tərcüməçi və şairin arvadı ilə eşqbazlıq edib və böyük qalmaqal olub…

Bilmirəm bu, gülməlidir ya gülməli deyil…

Mirzə ƏLİL

30. 07. 2024, Samara

ƏLİAĞA KÜRÇAYLININ GÜLMƏLİ ŞEİRLƏRİ. «YADIMA SƏN DÜŞÜRSƏN»

yadıma sən süşürsən

«Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var»

Çiçəklə gülün fərqini bilən var?
“Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.

Dostla həmdəmin fərqi nədir? “Hər insan” ömrünə əvvəl hansını seçir? Dostu ya həmdəmi?
“M
ənimsə ürəyimdən
q
əmli bir nisgil keçir”

“Qəmli nisgil”? Şən nisgil də olur?

“Göydə bulud dolaşır”

Aha! Bulud dolaşır! Bu, elə-belə deyil! Bulud göydə niyə dolaşsın?
“axşam düşür, yel
əsir”

Mən deyəndir. Elə-belə deyilmiş. Axşam düşəcəkmiş…

Yollarına baxıram,
n
ə gələn var, nə gedən.
Q
əlbimdəki intizar
n
ədir, düşünürəm mən.”

Şair hansı yolda durub? Doğma kəndi Kürqaraqaşlıda durubsa, onun yollarında həmişə gələn-gedən olur. Əgər Bakıdadırsa… Özünüz Bakının yollarını görmüsünüz…

Qəlbimdəki intizar nədir” sualı yersiz deyilmi? Özü demədimi ki, cananı gəlib çıxmır?

“T
əklik üz verir mənə,
çıxıram otağımdan”

Aha! Yollara otağında baxırmış!
“Sevgilil
ər küçədə
deyib-gülür mehriban…»

Bəs bayaqdan gəlib-gedən yox idi?
“Duyğular dalğa kimi
çırpınır bu sin
əmdə”

Necə yəni “bu” sinəmdə? İnsanın ayrı sinəsi də olur?
Yadıma s
ən düşürsən.”

Bəs bayaqdan yadında deyildi? Yola baxmırdın?

Şeir elə belə də bitir… Şeir deyəndə ki, nə şeir…

İkinci dünya müharibəsi zamanı SSRİ-də çörək talonlaırı olub. Əsasən şəhərlərdə. Ailənin hər üzvünə neçə qramsa çörəyin kağızı verilirmiş…

Bu mətnlər şeir deyil, çörək talonudur…

Mirzə Əlil

29. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. «BU DÜZLÜKDƏ DÜZLÜK ÖZÜ ƏYDİ DÜZÜ…»

Məmməd Araz

BU MİLLƏTİN DƏRDİ-SƏRİ


“Nəhrləri döndər belə haqqa sarı”

Kim döndərsin? Necə yəni “belə haqqa”? Haqqın eləsi ya beləsi olur?
«Haqq qapısın açmır, atam, haqq açarı.»

Bu, sözü gəvələyib çürüyünü çıxarmaqdır. Qapı da, açar da “haqq”dırsa, niyə açar qapını açmasın?

“Atam”… Ramiz Rözşəndə “atam” balalayıb: “atam balası”…
“İmanınla, gümanınla haqqa sarın”

Kim sarınmalıdır haqqa? Haqq qapısı açılmırsa, necə sarınsın?

Bəndlər bu misra ilə tamamlanır:
Bu millətin dərdi-səri min şaxəli.

Yəni “bu millətin” (Məmməd Araz özü “bu” millətdən deyil, xalis naxçıvanlıdır) başının ağrısının min budağı var. Diaqnoz aydındır?
“Hökmü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;”

Birinci misranı başa düşmədim. İkinci misra Leonid İliç Brejnevin müdrik sözlərinə bənzəyir. Brejnev, məsələn, deyirdi: “İqtisadiyyat iqtisadi olmalıdır”. Axı Məmməd Araz Pitsunda kurortunda Brejnevlə çox qonşuluq edib. Atalar deyib “atı atın yanına bağlasan…”
“Sayğısı çox, qayğısı çox bu millətin”.

Başa düşdünüz nəyimiz çoxdur? Mən başa düşmədim…
“Tanrım, məni tuş eləmə satqına, tuş”

Məmməd Arazın yan-yörəsi alçaqlarla, çaqqallarla, nakişilərlə, xainlərlə, satqınlarla doludur. Əlacı qalıb Allaha.
“O, milləti şöhrətinə girov qoymuş”.

O – kimdir? O satqının adı var?
“Heç görmədim qan tökəni qannan doymuş”

Hara doyur? Öyrəşikli olub… Məsələn, götürək Məmməd Arazın kürəkəni Aqil Abbası. Deputatlıqdan doyurmu? Aldığı ətək-ətək pullar xalqın qanı deyilmi?

“Özü hakim, özü dustaq öz içində”

Özü dustaq” – bunu başa düşmək olar. Ancaq özü haqdan hakim oldu? Desəydin millətin məhkəməsi yoxdur, dilinə yara düşərdi?
“Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında, toz içində…”

A kişi, qızılın, milyonların yerini konkret deyəydin də, niyə eyhamla danışırsan…

Sonra yenə xalq şairinin dəliliyi tutur:
“Gözgörəti taxtdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm”.

Kimdi dəli, mənəm dəli…
“Bu düzlükdə düzlük özü əydi düzü…”

Rəhmətlik “bu millətlə” doyunca məzələnib. Bəlkə indi də məzələnir…

Bu, beləcə içimizdən gələn səsdi”

Bu – nə?
“Bu, beləcə yolumuza çıxan dərsdi”

Dərsin yola çıxmağı necə olur?
“Düşmən əli əlimizlə bizi kəsdi”

Can…
“Dağ Aranda, Aran dağda olan yerdə”

Qoqolun “dəli”si deyəndir: yer  ayın belinə minir.
“Baş gödəndən aşağıda olan yerdə…”

Bu bəndi mərhimun kürəkəni Aqil Abbas tamamlayıb, deyib, “bu millətə” soğan əkdirmək lazımdır…

Mirzə Əlil

28. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. TÖKÜLƏN DOLUR…YER AYIN BELİNƏ MİNİR…

Məmməd Araz

“14 oktyabr — qırx doqquz yaşım…

 «Görüşdük onunla xəstəxanada.”

“Onunla” – elə bildiniz yanıa gələn naməlum xanımla? Yox. Onunla – yəni qırx doqquz yaşıyla.

Şair bir il sonranın hayındadır. Bir ildən sonra əlli yaşı tamam olacaq. Nə baş verəcək? Aksenti Poprişşinin güman etdiyi kimi, yer aya minəcək?

 “İşığın qəfildən dönər kölgəyə,  Od elə donar ki, donu görünməz.”

Yox, bu, Qoqoldan sitat deyil, Məmməd Arazın şeirindəndir. “Dəlinin qeydləri”ndə yer aya minəcəkdi, burda “od elə donacaq ki, donu görünməyəcək”.

Hardan görünər? Odda don olar?

Biri Molla Nəsrəddinin yanın gəlib deyirdi ki, saqqalı ağrıyır…

“Hər səsi eşitmir əsrin qulağı, 

Ozümə yağışam, özümə çətir.”

Bu iki misra arasında hansısa əlaqə varmı?

İnsan özünə bəlkə də yağış ola bilər, məsələn, lənət şeytana, özünü isladar. Ancaq özünə necə çətir ola bilər?

“Fikrimin çəkisi çəkimdən ağır…”

Qırx doqquz yaşında Məmməd Arazın neçə kilo olduğunu bilsək, fikrinin də çəkisini bilərik. Təxminən 70-75 kilo…

Yolumu gözləyir bir donqar yoxuş,

 Arxada uçrum var, qarşıda qala,

Lokasiya kifayət qədər ətraflı təsvir olunub: donqar yoxuş, “uçrum”, qala…Erməni kəşfiyyatı bunu oxumaya…

Dur, daha qələm də, söz də yorulmuş,

 Dur, azca qurdalan, azca xırdalan!..

Bunu kim deyir? Arvadı? Yox, xəstəxanadadır, yəqin həkim deyər. Ancaq aydın deyil: Harda, nədə qurdalansın? Burnunda? “Bir az xırdalan” – yəni çox böyükdür? Yəni Füzuli boydadır? Bu lap İlham Əliyevin “bir az yavaşıyağ”ına bənzəyir…

“Mən açan çiçəyəm, solan yarpağam…”

Şair elə qırx doqquz yaşından, bəlkə əvvəllər də təvazökar olub… Açan çiçək…

“Nə vaxtsa, dünyanın duru dəmində

Yenidən dünyaya qayıdacağam.”

“Duru dəm” nədir? İsrafilin şeypuru çalınmamış qayıdacaqsan?

“Hardasa, nə vaxtsa tökülən dolur”

Bu misranın təhlili üçün mətbəxdə eksperiment keçirdim. Dolu biq qabdan suyu boş bir qaba tökdüm. Məlum oldu ki, tökülən dolmur,  tökülüb qurtarır…

“Qum üstə arzular göyərir onda”

Göyərmə yönlük halda olmaz, yerlik halda olar. “Üstdə”. (Bu adam nəşriyyatlarda, nəşrlərdə ömrü boyu redaktor, ba. Redaktor olub). Yəni tökülən dolanda arzular qum üstdə göyərir…

Yəni, ruslar demişkən, koqda rak svistnet…

«Ömrün öz tufanı ömrümü didir»

Azərbaycanca desək, ömür öz-özünü didir…

«Господа, спасем луну, потому что земля хочет сесть на нее» 

“Cənablar, gəlin ayı xilas edək, çünki yer onun belinə minmək istəyir” – bu “Dəlinin qeydləri”ndəndir…

“Qırx doqquz yaşıma əlvida dedim, 

Bir kimsə bilmədi özümdən özgə.”

“Kəndçilər institutunu”, yəni pedaqoji institutu bitirib bir-iki il Naxçıvanda müəllilmlik edəndən sonra dabanına tüpürüb Bakıya gələn, gəldiyi gündən ədəbi nəşrlərdə, nəşriyyatlarda məsul vəzifələr tutan, 1974-cü ildən ömrünün axırınacan adını indi öyrəndiyim “Azərbaycan təbiəti” jurnalının rəhbəri olan, Azərbaycanda və Azərbaycandan uzaqlarda olan kurortları, parisləri, londonları daim gəzən bu adam həmişə özünü incik göstərir, hamı onun tikəsini ağzından çıxarır, elədiyi yaxşılıqların qədri bilinmir, ətrafında hamı nakişidir, çaqqaldır, əclafdır (öz sözləridir) özü aydan arı, gündən durudur…

Bu şeiri yazanda Brejnevin sevimli kurortu Pitsundadan təzə gəlib…

Necə yəni “bir kimsə bilmədi”? Şeiri yazıb verdin “Kommunist” qəzetinə, bütün Azərbaycan bildi. Gələn il fəxri ad da verəcəklər. Bəs nə istəyirdin? Yer ayın belinə minməliydi?

Mirzə ƏLİL

27. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. NAR KOLUNA BƏNZƏYƏN AZƏRİ QIZI…

Məmməd Araz şeirlərinin çoxunun altında yazılma tarixləri və yerləri göstərilib. Məlum olur ki, mərhum şair ilin yarısını Azərbaycanın və SSRİ-nin ən yaxşı kurortlarında və sanatoriyalarında keçirirmiş. Dönə-dönə Pitsundada, Brejnevin iqaməthgahının yerləşdiyi məşhur Abxaziya kurortunda dincəlib və yəqin ki, Heydət Əliyevin “əziz Leonid İliç” dediyi, hər görüşəndə, Dədə Qorqud demişkən, üç öpüb bir dişlədiyi Baş katiblə qonşuluqda yaşayıb. Məmməd Araz parisləri də çox gəzib, indi gəzməsin… Üstəlik bir şeirində deyir ki, ona bir yaxşı mükafat vermətyiblər. Rəhmətliyin oğlu, daha nə verəcəkdilər?

“Azəri qızı” şeiri 1968-ci ildə Yalta ilə Bakı arasında yazılıb. Məndə Məmməd Arazın Yaltada rus ya xoxol qızları ilə eşqbazlıq eləyib kurort romanı yaşadığına əsaslı şübhələr var. O bəlkə bu kurort macərasının doğurduğu günah hissindən təmizlənmək üçün “azəri qızı”na şeir yazır. Və şeiri başlayan kimi kələfin ucunu itirir.

“Mənim qara şanım, mənim ağ duzum”.

Qara şanı – başa düşdük. Bəs niyə ağ duz? Duzun qarası olur? Bozunu görmüşəm, qarasını yox.

Sonra:

 “Mənim nar ağacım — azəri qızı.”

Yadınızdadırsa, Xan Şuşinski bir erotik mahnı oxuyurdu:

“Qoynunda var bir cüt bar,

Biri heyva, biri nar…”

Bizim erotikamız da cəfəng erotikadır: eyni olmalı iki şey (türkün məsəli) niyə müxtəlif meyvələrə oxşadılır? Qızın patalogiyası var?

Bu, ayrı məsələdir. Məmməd Araz bütöv qızı bütöv nar ağacına bənzədir. Məmməd Araz kəndlidir, narı gözüylə görüb, bilir ki, nar ağacdan çox koldur. Və qız kola bənzyirsə, deməli, yumşaq desək, eybəcərdir.

Belə deyil?

 “Qaldı uzaqlarda Naxçıvan, Bakı; 

Sən indi uyuyur, indi yatırsan.”

Yatmaq elə uyunaq deyil? Niyə iki dəfə?

“Sən mənə o qədim nağıllardakı”
“O qədim” – hansı qədim? O – artıqdır, misranı dildurmaq üçün soxuşdurulub.

 “Uzaq işıqları xatırladırsan.”

“Uzaq işıqlar” hansı nağıllardadır?

“Sanıram səyyaham, yorğunam, acam”

Əlbəttə, səyyahsan, ilin yarısını gəzirsən. Ac niyə olursan? Yaltada xirtdəyəcən yedirirdilər… 

“Sən necə yaxınsan, necə uzaqsan.”

Dağıstanlı demişkən, opredelis: yaxındır ya uzaq?

“Nə qədər dərədə, düzdə yol azsam”

Səməd Vurğun kimi girdi dərəyə. Dağdan düşməmiş dərəyə girirlər…

“Bilirəm, itməyə qoymayacaqsan…”

Yol azmaq – itməkdir?

“Məcnun səhralara düşər yollarım,”

“Məcnun” burda sifət yerindədir. Ancaq “Məcnun səhra”nın nə olduğunu bilən var?

“Dönər ilğımlara Leyli bulaqlar.”

Leyli də sifətdir. Ancaq “Leyli bulaq” nə olan şeydir?

Birdən anası yadına düşür. Deyirlır ki, kurortda ana hər adamın yadına düşmür. Bilmirəm, olmamışam.

“Dünya durulaşır ana səsindən, 

Eh, neçə illərdir onsuzam, gülüm.”

Belə çıxır ki, dünya adətən qatı olur…

Sonrakı beytə baxın, diqqətli olsanız, şairin Azəbaycan ədəbi dilini yaxşı bildiyinə şübhəniz olacaq.

“Planet gözlərin cazibəsində

 Yaşayan bir parça ulduzam, gülüm.”

Bir parça ulduz olar? Bunu Məmməd Araz Molla Nəsrəddin lətifəsindən öyrənib? Molla deyirdi ki, təzə ay çıxanda, köhnəni doğrayıb ulduz qayırırlar. Əgər ayı doğrayırlarsa, onda parça ulduz olar…

 “Qaya duruşumu küsü fırtınan 

Bəzən çilikləyib quma döndərər.”

Məmməd Arazın duruşu qaya duruşudur! Necə təvazölü insan olub! Azəri qızının küsüsü fırtınadır və bu fırtına qayanı, yəni Məmməd Arazın duruşunu “muma döndərər”.

Sona nə gələcək? Əlbəttə, “muma döndərər”!

 “Vəfan sərtliyimi salar atından, 

Eşqin qəzəbimi muma döndərər.”

Sonuncu bəndin izahına psixiatrların, linqvistlərin, tarixçilərin birgə konsiliumu lazımdır.

“Gör Azəri qızı düşündüm nəyi”

Aha! Nəyi düşünüb?

 “Sən kişi ömrünün dəyirman pəri”

  Yadınızdadırsa, bu azəri qızı şeirin əvvəlində qara şanı, ağ duz və nar kolu idi.

Son beytdə Məmməd Araz Azərbaycan dilinin qrammatikasını yaradanların anasını söyüb.

“Koroğlu Misrinin Nigar dəstəyi”

Azəri qızı indi dəstək oldu. Nəyin dəstəyi? Misrinin? Bəlkə misri qılıncın?

 “Nəbi Aynalının Həcər səngəri…”

Məmməd Araz demək istəyib “Nəbinin aynalı tüvəngi”. Misraya sığışdıra bilməyib, basməmmədi eləyib. Burda “Aynalı” Nəbinin soyadı kimi səslənir…

Azərbaycan dilinin qrammatikasını yaradanlar son misranı oxusaydılar, dünyaya gəldiklərinə peşman olardılar…

Mirzə ƏLİL

26. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. «DÜNYA SƏNİN, MƏNİM… DÜNYA DƏVƏDİ… QƏH-QƏH ÇƏKİR…»

Məmməd Araz

DÜNYA SƏNİN, DÜNYA MƏNİM…

“Bir taleyin oyununda cütlənmiş zərik”

Bu misraya diqqətlə baxaq. “Cütlənmiş zər” – yəni iki zər. Biri Məmməd Arazdır, bəs biri kimdir? Şeirdə kimə müraciət edilir?
“Yüz il qoşa atılsaq da qoşa düşmərik.”

Niyə? Həmişə yığanlar? Du-bir? Sələr?

Və qəfil çıxdığı kimi, nərd metaforu qəfil də yox olur.
“Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…”

Bu bəndin birinci hissəsi ilə ikinci hissəsi arasında hansısa məntiqi ya metaforik bağlılıq varmı? Ancaq Məmməd Araz peşəkardır, oxucusuna da yaxşı bələddir, səsini burnunun dərinliklərindən çıxara-çıxara “dünya mənim, dünya sənin, heç kimin” dedinsə, bu oxucunu qaraçı falabaxanları kimi tilsimlədin, sonra nə söyləsən, elə biləcək ağzından mirvari tökülür. (Belə oxucunu yıxasan yerə, ağzına-ağzına vurasan, bəlkə tilsimdən çıxa, başının cəfəngiyatla qatıldığını qana…)
“Çevrəsindən çıxsa əgər sevda fırfıran”

Kimin fıfırası? Sevda fırfırası nədir? Sevda fırfırasının çevrəsi harda olur?
“Bir ümidin ətəyindən tutub da fırlan”.

Tutub da fırlan…Sevda fırfırası çevrəsindən çıxan adam indi özü fırlanmalıdır? Dolamısan?

Sonra yenə qaraçı ovsunu:
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin, dünya mənim, dünya heç kimin…
Sonra:
“Bu get-gəllər bazarına dəvədi dünya”.

Mən bütün Azərbaycan xalqına müraciət edirəm: içində bunu başa düşən var? Çıxsın qabağa, başa düşməyənləri də başa salsın.

Dünyaya dəvə demək olarmı? Dünyaya “bazar dəvəsi” demək olarmı? Dünya bazar dəvəsidirsə, bazar hardadır, dəvə hardadır?

İndi maraqlı məqam: şair “dəvədi” sözünə hansı qafiyəni seçəcək? “Nəvədi”? Yox, tapmadınız!
“Bu ömür-gün naxışına həvədi dünya”

Həvədi!”

“Həvə”nin nə olduğunu bilən var?

Daha bir qafiyə: “əbədi”.
“Əbədiyə qəh-qəh çəkər əbədi dünya”

Bir misra əvvəl demişdi ki, “dünya dəvədi”. İndi deyir “dünya qəh-qəh” çəkir.Yəni dəvə qəh-qəh çəkir?

Mən bu yaxınlarda İnternetdə  iri bir heyvanın “qəh-qəh” çəkdiyini gördüm, ancaq yadımda deyil, “qəh-qəh” çəkən dəvə idi ya at…

Sonra yenə qaraçı ovsunu:
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Get-gedə şairin başı dumanlanır, adam-insan saymır, sözləri naşı oyunçu zər atan kimi atır, “yığanlar” düşür, haray salır ki, yox, mən “şeşqoşa” atmışam, Ətağa cəddi…
“Gülünclərə gülünc gələn bu ada güldüm”

Bu ada? Hansı ada?
“Yüyəninə hər əl yetən bu ata güldüm”

At kimin atıdır? Şair ona güləndə o da qəh-qəh çəkib gülürdümü?
“Mən özümlə oynadığım şahmata güldüm…”

Bəs bu, şeirin əvvəlində nərd oynamırdı? İndi niyə nərd şahmata döndü? Bəlkə Kasparovun təsiri altına düşüb?

Vallah, atı, dəvəni bilmirəm, bu şeirə bişmiş toyuğun da gülməyi gələr…

Mirzə ƏLİL

25. 07. 2024, Samara