Архивы

SABİR RÜSTƏMXANLIDAN VİP-MEYXANA

SABİR RÜSTƏMXANLI VİP

Üz tuturam səslənirəm  nazirə:

Yaxşı qulaq ver deputat Sabirə,

Yoxsa şikayət yazaram rəhbərə,

Səbrimi basdım hələlik, qıymadım,

VİP zal açılsın, keçəcək arvadım.

 + 

Ordeni parlar yarımın döşündə,

Qəmzəsi var, var  nazı ölmüşün də.
Qızıb cavanlıqda eşqə düşəndə

Mən ki onu gözyumulu almadım,

VİP zal açılsın, keçəcək arvadım.

 + 

Adi xanım bilmə onu, yerazdır,
Azəribaycanda ona tay azdır.
Yox savadı, amma başı tarazdır,
Olmasa o, mən qoyun otarardım,

VİP zal açılsın, keçəcək arvadım.

+

Düz otuz ildir vəkiləm millətə
Təyin ediblər məni bu xidmətə.

Xidmət ilə çatdı əlim sərvətə,
Çox da söylləm və batıbdır adım –

VİP zal açılsın, keçəcək arvadım.

Mirzə TƏBİL

15. 11. 2023, Samara

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ VƏ QANDAL QITLIĞI

əvəz_zeynallı 2

Əvəz Zeynallının məhkəməsi. Həbsdə olan Rasim Məmmədov şahid kimi gətirilib. Qandalsız. Əvəz Zeynallı hakimə müraciət edir:

Ə. Zeynallı: Möhtərəm hakim, niyə məni bura qoluqandallı gətirirsiniz, Rasim Məmmədovu qandalsız?

Hakim: Bunun səbəbi var.

Ə. Zeynallı: Çox maraqlıdır, deyin, biz də bilək.

Hakim: Ölkəmizdə vəziyyət gərgindir. Erməni terrorçularına qarşı mübarizə davam edir…Hər gün xüsusi orqanlar axtarışda olan terrorçuları aşkar edirlər…

Ə. Zeynallı: Möhtərəm hakim, mən anlamadım, erməni terrorçularının bu qandal məsələsinə nə dəxli var?

Hakim: Dəxli var. Biz o qədər terrorçu tutmuşuq ki, bizdə qandal çatışmazlığı yaranıb. Ona görə Rasim Məmmədovun qandalını çıxarıb bağlamışıq bir erməni dığasının qoluna. Ağır cinayət törədib.

Ə. Zeynallı: Bura məhkəmədir yoxsa sirk? Kimin qoluna bağlamısınız Rasimin qandalını?

Hakim: Onun adını sizə deyərəm… (Katibəyə) Canım, o axır vaxt tutulan dığann adı nədir? Şairimizin adaşını demirəm. O, bizim nazirlərdən birinin adaşıdır. Mədət? Malades, ceyranım. Cənab Zeynallı, dığanın adı Mədətdir, Xocalını qıranlardan. Rasimin qandalını ona bağlamışıq. Zavoddan təzə qandal alanda təzədən açıb bağlayacağıq Rasimə.

Ə. Zeynallı: A kişi, siz camaatı dolamısınız? Ölkədə qandal qıtlığı var? Mən indi Məlahət xanıma deyərəm, gedib evdən iyirmi-otuz qandal gətirər.

Prokuror yerindən dik atılır

Prokuror: Cənab Zeynallı, siz evdə qandal saxlayırsınız? Nə məqsədlə?    

Bilirsinizmi ki, bu, cinayətdir? Yəqin evinizdə  girov da saxlayırsınız.

Ə. Zeynallı: A kişi, mən məsəl üçün dedim…

Prokuror: Yox, siz özünüz də bilmədən ayrı bir cinayətinizi açdınız. Mən sizə qarşı təzə cinayət işi qaldırıram…

Hakim: Dəstəkləyirəm…(Katibəyə) Şəkərim, yaz…

Mirzə ƏLİL

04.11. 2023, Samara

QURBAN MƏMMƏDLİ OSMANQIZININ ÜSTÜNƏ QOÇU GÖNDƏRMƏK İSTƏDİ, «ŞAİR» ŞƏHRİYARI GÖNDƏRDİ…

Qurban Məmmədli Mopassan

Mən bir dəfə Qurban Məmmədlinin dünya ədəbiyyatını necə bildiyindən yazmışam. Özünü Harvard məzunları ilə müqayisə edən bu adam Mopassanın kim olduğunu, nə vaxt yaşadığını bilmir, oxumadığı, hansısa Paşa Həsənlidən eşitdiyi “Koppuş” hekayəsinin guya faşist Almaniyasında baş verən hadisəni təsvir etdiyini arxayınlıqla, ağzını marçıldada-marçıldada danışır…

Bu adamın tarixdən, ədəbiyyatdan bilikləri sıfır da deyil. Biliyi sıfır olan ağzına su alıb susur. Bu adamın biliyi minusdur. Çünki oxumadığını, bilmədiyini danışmaqdan utanıb-çəkinmir, ona etibar edib qulaq asanı da dolaşdırır…

Bu adam keyfiyyətli təhsil almayıb, hüquqşünas praktikası isə Sabirabadda olub. Sabirabadda soğan, qarpız yetişdirən soydaşımızın humanitar bilikləri nə səviyyədə ola bilərsə, Qurban Məmmədlinin biliklərini də o səviyyədə təsəvvür edin. Bunu mən qərəzlə demirəm. Bakıda, indi də Londonda yaşadığı illərdə bu adam keyfiyyətli kitablar oxumayıb, operaya, flarmoniyaya getməyib, nə Şekspirdən, nə Bayrondan, nə Hendeldən, nə Şubertdən xəbəri var. Bayronun, Şellinin Kitsn vətənində yaşayan, ingilis vergiverənlərinin vəsaiti ilə dolanan bu adam poeziyanın nə olduğunu bilmir, vaxtaşırı hansı deşikdənsə cızmaqaraçıları çıxarıb ona ianə verib maariflənmək ümidində olan insanlara  şair kimi təqdim edərək o qədər də sağlam olmayan başlarını daha da korlayır.

Qurban Məmmədlinin yaxşı vaxtları olub. 90-cı illərin məhkəmələrindən çəkilmiş vdeolarda o, əsir götürülmüş, ancaq yenilməmiş, sarsılmamış əsgəri xatırladır. İndi isə qocalmış, qanadları salxan, hər addımında yıxılıb-duran qoca xoruza bənzəyir.

Qurban Məmmədli iddialı adamdır, ancaq özünün məhdudluğu üzündən əlacsız luzerə çevrilib. Bütün hay-küyünə, hərbə-zorbasına baxmayaraq, nə partiyası var, nə də onu dəstəkləyən çoxsaylı tərəfdarları. Bütün səylərinə baxmayaraq YouTube kanalı cəmi 124 min abunəçi yığa bilib. Bu adamların səviyyəsini yazdıqları şərhlərdən görə bilərsiniz. Müqayisə üçün: Qurban Məmmədlinin uzun düşmən siyahısında olan Tural Sadıqlının 630 min abunəçisi var, bu cavan adam, şübhəsiz qüsurlarına baxmayaraq, axtarışda, inkişafdadır. 

Qurban Məmmədlinin düşmənləri onun opponentləri deyil, Qurban Məmmədlinin düşmənləri onu ötüb keçənlərdir. Onu ötüb keçəni Qurban Məmmədli şərləməkdən də çəkinmir. Bu, luzerlərin xassəsidir.

Qurban Məmmədli hərdən mənə beş min manat pulu yeyilmiş və aldadılmış, “nişanlısı”nı əğyar ilə görmüş və qoçu çağırmaq qərarına gəlmiş Məşədi İbadı da xatırlardır. Qurban Məmmədlinin adaxlısını indi elə bil Sevinc Osmanqızı əlindən aldırıb. Sabirabad hüquqşünası gecə-gündüz ah-zar edir ki, Osmanqızı onun 54 min  abunəçisi olan kanalını bağlatdırıb… Və Qurban Məmmədli Osmanqızının üstünə qoçu göndərmək istəyir. Bakıya zəng edir:

— Alo!  Əlyo! Sərdardır?

— Sərdar yox, Sərdar Cəlaloğlu! Sən kimsən?

— Mən sənin atabir, anabir qardaşın Qurban…

— Mən səninlə danışmıram… Atabiriyə də şübhəm var.

— Sərdar, mənim sənə işim düşüb. Mənə qoçu lazımdır. Sevinc Osmanqzının üstünə qoçu göndərmək istəyirəm..

— Ağıllı ol, qoçunun xərci ağırdır, burdan gərək Amerikaya uça. Bir yaxşı şair var, Osmanqızıya tapança gülləsi kimi şeir yazar. Adı da Şəhriyar.

— Bəs Şəhriyar ölməyib?

— Ə, Şəhriyar hara ölür? Klassik ölmür ki. Sən elə əvvəlki kimi başıboş qalmısan. Yazdırım Şəhriyara şeiri, nə deyirsən?

-Yazdır, Şəhriyardırsa, qələminə arxayınam. Paşa Həsənli mənə Şəhriyardan çox danışıb…

Söhbət uzundur…  Qurban Şəhriyarın kartına pul atır, Şəhriyar da Sevinc Osmanqıızına minaatan atəşi kimi bir şeir yazır:

Baxışından zəhər, zəqqum tökülür

Gözlərindən kin-küdurət tökülür

İblissən, şeytansan ay Osmanqızı..

Vallah, yaxşı baxanda, Qurban Məmmədli mənə daha çox Sənəmi xatırladır.  Kəniz Sənəmi…

30.10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV. PARAPETDƏ QIRMIZIPAPAQLARLA ÇAY DƏSGAHI

09. 10. 23

Tahir Tahirovla keçirdiyim günün xatirələri Antonioninin “Blou-up” filmini yadıma salır. Günün mənzərəsi bütöv deyil, xeyli epizod Tomasın fotoaparatındakı kadrlar kimi ya korlanıb, ya da tamam silinib. Biz bulvarda olanda saat uzağı beş olardı, xatırladığım sonrakı yer Parapet bağıdır və çoxdan axşam düşüb, işıqlandırılmayan yerlər tünd qaranlıqdır. Tahir Tahirov, mən də yanında, bir dəstə milis zabiti ilə oturub çay içir. Biri polkovnikdir. Ayaq üstdə vurnuxan milislər var – onlar çay işinə baxırlar və həm də asayişin keşiyindədirlər. Tahir Tahirov məni qırmızıpapaqlara təqdim etdi: “Xeyrulla Salyandan gəlib müdafiə eləməyə, professor olacaq”. Zabitlər yəqin ki, haqlı olaraq bu professorluq söhbətini yumor kimi başa düşdülər. Nahaq deyirlər ki, milis yumor hissindən məhrumdur…

Mənim guya bilikli olduğuma Tahir Tahirovu Əkrəm Əliyev inandıra bilərdi. Yəqin məni tərifləyib, deyib ki, belə yazır, elə yazır… Tahir Tahirov özü mənimlə ədəbiyyatdan danışmırdı. Heç sual da vermirdi. Məsələn: Nizami Gəmcəvi neçənci ildə anadan olub? Rəsul Rza “Lenin” poemasını neçənci ildə yazıb? O vaxtlar ədəbiyyatdan biliyi belə yoxlayırdılar…

Parapetdə çaydan başqa ayrı içki də vardı. Mən içmirdim, gündüzdəkinin havası başımdan getmirdi. Həm də çox həyəcanlı idim. Gecə düşürdü, bundan sonra Tahir Tahirov mənə hansı mehmanxanada yer alacaqdı?..

Çay dəsgahı davasız keçdi. Milis polkovniki ilə nə dava? Həm də yəqin gecə gözü Tahir Tahirovun tamaşa yaratmağa da həvəsi qalmamışdı…

Haçandan-haçana Tahir Tahirov qırmızıpapaq dostlarıyla vidalaşdı, bağdan çıxanda mənə dedi: “Gedirik bizə”. Bunu deyəndə fikirləşdim ki, kaş məni qırmzıpapaqlar aparıb gecəni öz türmələrinə salaydılar. Səhər elə ordan durub gedərdim müdafiəyə… Mən heç gündüz də qonaq getməyi sevmirəm. İndi gecənin bir aləmində heç vaxt olmadığın, tanımadığın adamlar yaşayan evə gedəsən…

Taksiyə oturub getdik. Tahir Tahirovun evinin yeri yadımda deyil. Şəhəri yaxşı tanımıram. Bəlkə də 4-cü mikrorayon idi, arxayın deyiləm…Qapını arvadı açdı. Tahir Tahirov mənim Salyandan  müdafiəyə gəldiyimi dedi, ancaq professorluq məsələsinə toxunmadı, görünür arvadı zarafat sevmirdi…

Tahir Tahirov məni boş bir otağa keçirdi. Otaq doğrudan da boş idi. Nə çarpayı , nə divan var idi. Rejissorun arvadı yorğan-döşək gətirb dinməzcə yer saldı və getdi. Tahir Tahirov da mənə xeyirli gecə arzulayıb çıxdı.  Həm bürküdən, həm xəcalətdən məni tər basıb bürüyürdü…

Səhər tezdən durub geyindim, tezliklə Tahir Tahirov da qapıda göründü. Mənə qalıb çay içməyi təklif etdi. İstəmədim. Rejissor mənə uğur arzuladı və təkid elədi ki, müdafiədən sonra gəlib ona məlumat verim…

Təəssüf ki, Tahir Tahirovu  bir daha görmədim. Evinin yeri də, mənzilinin nömrəsin də yadımda qalmamışdı. Məni rejissorla tanış etmiş Əkrəmi də o vaxtdan görməmişəm. Bir dəfə, deyəsən sıfırıncı illərdə, Tümen-Bakı qatarı ilə Azərbaycana gedirdim. Vaqonda xaçmazlılar var idi. Onlardan Əkrəmi soruşdum, dedilər tanıyırlar. Studiyadakı işindən çıxıb vətəninə qayıdıbmış. Dedilər müəllimlik eləyir, alveri də var. “Gənc oğlunu maşın vurub öldürdü”, — bunu xaçmazlılardan eşidəndə çox məyus oldum. Çox. Mən Əkrəmin xərini çox istəyirdim…

oktyabr 2023, Samara

ZAUR QƏRİBOĞLU NİYƏ ƏSGƏR GETMƏYİB? DEBİLLİK KAĞIZI VAR?

zaur_qəriboğlu

YouTube aparıcısı Zaur Qəriboğlu və dünyada bütün elmləri, hətta şeyx Nəsrullah kimi ölü diriltmək elmini də bilən Sərdar Cəlaloğlu Sevinc Osmanqızını ittiham edirlər ki, bu qadın ordumuzda əsasən kasıb uşaqlarının vuruşduğunu deyib.

Cəlaloğlu ağzının suyu fəvvarə vura-vura qışqırır ki, Osmanqızı yalan deyir, cəbhədə baş nazirin müavininin oğlu da ölüb.

Cəlaloğlu qardaşı Qurban Məmmədli kimi manipulyatordur. Demir ki, o müavin kimdir, haçan müavin olub və oğlu hansı müharibədə ölüb.

Birinci müharibədə, əlbəttə, rütbəlilərdən də bir neçə nəfərinin övladı vuruşub. Məsələn, Baba Nəzərlinin oğlu. Həlak olub. Tanınmış yazıçılar Xəlil Rza və Sabir Əhmədovun da oğulları eləcə. Ancaq söhbət indidən gedir. İndi cəbhəyə hətta kənd bələdiyyəsi səviyyəsində vəzifə tutanların uşaqları getmirlər. Osmanqızı tamamilə haqlıdır. Niyə Cəlaloğlu və Qəriboğlu əsib-coşurlar?

Cəlaloğlu vuruşub? Qurban Məmmədli tez-tez qardaşının şəhid oğlundan daışır. Bunlar çox qardaş və bacıdırlar. On-on iki nəfərə elə bircə əsgər veriblər?

Yeri gəlmişkən, ağzını açan kimi debilliyi bilinən, fasiləsiz kitab yazıb nəşr etdirən, harda oxuduğu məlum olmayan, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” kimi iddialı təşkilatlar təsis edən,  hətta prezident təqaüdçüsü olmuş 34 yaşlı Zaur Qəriboğlu niyə əsgər getməyib? Nə azarı var? Üzdən buğa kimi sağlam görünür. Bəlkə debillik kağızı var? Varsa, niyə Vikipediyadakı məqalədə bunu göstərməyib?

19. 10. 2023, Samara

 

DOSTOYEVSKİ VÜSƏTİ VƏ KAMRAN HƏSƏNLİ CINDIRLIĞI

KAMRAN HƏSƏNLİ ŞNOBEL

Dostoyevski “Записки из Мертвого дома» əsərində onunla birgə Sibirdə katorqa cəzası çəkənlərin bir çoxunu ətraflı təsvir edir. Ən coşqun təriflərə layiq görülən, az vaxt ərzində yazıçının nəinki dərin rəğbətini, hətta qardaş məhəbbətini qazanan Dostoyeskinin “Dağıstan tatarları” (yəqin ki, azərbaycanlılar – X.X.) adlandırdığı üç qardaşın ən kiçiyi olan “gənc Aley”dir (güman ki, Əli ya Alı). Əslində dağıstanlılar atı qardaş olublar. Hamısı bir yerdə pusqu qurub erməni tacirini öldürüblər. Hamısı katorqa cəzası alıb. Qardaşların üçü ayrı yerdədir, üçü isə Omskda, yəni Dostoyevski ilə bir yerdə. Dahi rus öz romanlarında heç bir müsbət qəhrəmanın, hətta knyaz Mışkinin də layiq görülmədiyi epitetləri Aley barəsində işlədir. Yazıçı xüsusən onun “məsum qız” kimi təmizliyini və saflığını qeyd edir. Dostoyevski gəncin savadsız olduğunu biləndə ona yazıb-oxumağı öyrətməyi təklif edir. Aley sevinclə razılaşır. Dostoyevsli yazır ki, Aley elə səy və istedad göstərdi ki, iki aydan sonra nəinki gözəl oxuyurdu, o hətta yaxşı yazmağı da öyrənmişdi…

Qardaşları arasında ən az müddət alan Aley Dostoyevskidən qabaq katorqadan çıxır. Gənc, rus dahisini bir qırağa çəkib boynunu qucaqlayıb ağlayır…

Diqqətlə baxın: məgər Dostoyevskinin avtobioqrafiqk əsərnindəki bu epizod həm də çox güclü metafora deyilmi? Axundova yazıçılığı, dramaturqluğu, filosofluğu kim öyrətdi? Əlbəttə, rus kitabları və rus müəllimləri. Cəlil Məmmədquluzadənin müəllimləri kim olub? Qori seminariyasındakı rus müəllimləri və rus kitabları, ilk növbədə Qoqol. Üzeyir Hacıbəyovu məgər Şuşa yetirib? Üzeyir bəy Şuşada not savadı almışdı? Üzeyir bəyi Qoridə rus müəllimləri öyrədiblər, Peterburqda, Moskvada oxuduğu az müddət ərzində rus professorları öyrədiblər.

Bzim bütün müasir mədəniyyətimizin beşiyi Rusiya imperiyasıdır. Dramaturgiyamız da, teatrımız da, operamız da, operettamız da, kinomuz da rus imperiyasında yaranıb. Müəllimlərimiz ruslar olublar. Məmmədəmiin Rəsulzadə və silahdaşları ilk universitreti açanda rus rektor dəvət ediblər. Professorlar ruslar (yəhudi, alman) olublar.

Gülüstan müaviləsinin bağlandığı günü gərək biz bayram eləyək. Rusiya cənubi Qafqaz uğrunda müharibəni İranla aparıb,çünki xanlıqlarımız İranın vassalı olublar. İran bu müharibədə qalib gəlsəydi, Azərbaycanın şimalını da Cənubun taley gözləyirdi. Təbrizlə Bakını müqayisə edin, hər şey aydın olar.

Rusun Qafqaza, Mərkəzi Asiyaya  ekspansiyasının qlobal planları, milli-siyasi məqsədləri olub. Ancaq rusların mədəni-maarif missiyaları da olub. Onlar yerli xalqlara Avropa məktəbi, Avropa təhsili gətiriblər. Çünki Rusiya imperiyasında təhsil Avropa təhsili olub. Bu, bolşevizm dövründə dəyişib, təhsil ideoloji sahəyə çevrilib. İndiki rus məktəbi bolşevik məktəbindən də ziyanlıdır, çünki demokratiyaya, proqresə, humanizmə zidd putinizmi uşaqların beyninə yeridir. Ancaq bu ayrı məsələdir…

Özbəkistan, özbəklər Rus imperiyasının tərkibindəki təkamül olmasaydı, harda olardılar?

Yəqin ki, əfqanlar hardadırsa, orda. bəlkə ordan da o yanda…

Rus imperiyasındakı dövrü “işğal” adlandıran cındırlar gərək Axundovu, Üzeyir Hacıbəyovu danalar.

Diqqət edin: rus dövrünü işğal sayanların içində bütöv, düz əqidəli adam tapmazsınız. Bəxtiyar Vahabzaə hətta tələbələrinə də rusu pisləyirdi. Ancaq evdə oturub Leninə poema yazıb, Heydər Əliyevin proteksiyası ilə SSRİ Dövlət mükafatı alıb bahalı kostyumlara, debil oğlunun keflərinə xərcləyirdi.

Oğlunun debil olduğuna şübhəniz varsa, çıxışlarına baxın.

“Azərbaycan bəlalarının ünvanı Rusiyadır”.

Bunu kim deyir? Bəxtiyar Vahabzadənin debil oğluna yaxın səviyyəli, “Toylar kralı”nın aparıcısı Kamran Həsənli.

Bu adama baxdıqca millətin deqradasiyasının miqyası insanı sarsıdır. Dostoyevskinin dustaq yoldaşı Aley və manıs Kamran Həsənli. Ona bircə epitet yaraşdırmaq olar: cındır. Yəni burda ruh cındırlığı nəzərdə tutulur. Əslində görkəmində də cındırlıq var. Necə bahalı geyinsə də, cındırdır ki, cındır..

Onda intellektuallığın yeganə əlaməti şnobeldr, yəni yəhudi burnudur. Onu tanımayan adam onun şnobelinə  baxanda deyər ki, bu, model yəhudidir, yəqin ağıl dəryasıdır…

Kamran Həsənli, əlbəttə, cındır olduğunu yaxşı başa düşür, bilir ki, rus səviyyəsi ilə müqaysədə onun yeri nökər otağındadır, qapı dalındadır. Rus səviyyəsi üçün ağzının suyu axır…
Razborka…

Yal verən əli qapmaq, dişləmək… Ona, atasına və bəlkə babasına yazıb-oxumaq öyrətmiş rusu Kamran Həsənli qapır. Ona din, kitab, əxlaq, muğam, əruz  gətirmiş ərəbi də qapır. Çünki, bilir ki, ərəb böyükdür, o isə cındır…

Niyə o, fələstinliələrin guya 100 yəhudi körpəsinin başını kəsdiyi barədə yalanları yayır? Niyə? Niyə onun qabağını almırlar? Sabah, beş gündən sonra yəhudilər özləri də ərəblərlə, fələstinlilərlə barışacaqlar. Onda bizim qondarma deputatlar, cındır Kamran Həsənlilər nə deyəcəklər? Dünən rusun götündən öpənlər bu gün yəhudilərin dalını-qabağını yalayırlar. Xalq cındırlara qulaq kəsilb, xalq cındırların dalınca gedır…

Hər müharibə eybimizi açır. Öz müharibəmiz, qələbəmiz sevincdən çox xəcalət hissi doğurur. Kasıb uşaqlarını cəbhəyə basan, meyitlər döyüş meydanından yığılmamış keflərinə davam edən, bədənlərində qəlpələr gəzdirən veteranları posisə döydürən insanlar millət üçün rüsvayçılıq deyilmi?

Son İsrail-Fələstin müharibəsi bundan böyük ayıbımızı açdı. Gecə-gündüz bombalanan ərəb uşaqlarına, qocalarına ürəyi yanmayan, başları kəsilmiş yüzlərlə yəhudi körpəsi haqqında uydurmalar danışan nə qədər oğraş varmış!

Və əslində millət bütövlükdə “Ölü ev»dədir. Təəssüf ki, içimizdə Aleylər yoxdur…

15.10. 2023, Samara

ƏLBƏTTƏ, BU «ŞNOBEL»İN SAHİBİ GƏRƏK İSRAİLİN YANINDA OLA…

KAMRAN HƏSƏNLİ ŞNOBEL

Bu şəkildəki cənaba yaxşı baxın. Xüsusən burnuna. Bu konfiqurasiyada və bu böyüklükdə buruna el arasında burun yox, “şnobel” deyilir və üzündə burun yerinə şnobel gəzdirən adamın yəhudi millətinə mənsubluğu təxmin edilir. Yəni ki, bu şnobel məndə Kamran Həsənlinin azərbaycanlı yox, yəhudi və ya yəhudi qarşışığı olduğuna, Qurban Məmmədli demişkən, əsaslı şübhələr yaradır. Bəlkə də Kamran Həsənlinin yəhudi qonşuları olublar və Qurban Məmmədlinin “böyük jurnalist” adlandırdığı adamın əsl  papası hansısa Abram ya Moyşadır. Təsadüfi deyil ki, Vikipediyadakı arayış-məqalədə Kamran Həsənlinin atası göstərilməyib.

Bunu mən ona görə demirəm ki, Kamran Həsənli İsrail terrorunu haqq sayır. İsrailin fələstinlilərin başına bomba yağdırmağını dəstəkləyən təkcə bu görkəmli şnobell sahibi Kamran Həsənli deyil. Gültəkin Hacıbəyli bir yanağını qırmızı, bir yanağını al boyayıb İsrail üçün göz yaşları axıdır.

İsrailin yetmiş il ərzində gettoya pərçim elədiyi ərəblərə Kamran Həsənlinin

ürəyi yanmır. Ərəblərə ayrılmış ərazinin az qala hamısını mənimsəmiş, yüz minlərlə ərəbin evlərini buldozerlə uçurub yerində hərbiləşdirilmiş yəhudi məskənləri yaratmış İsraili haqlı və ədalətli sayır.

“İsrailin yanındayıq!”

“Haqqın yanındayıq!”

“İsrailin əleyhinə danışanlar İranın, Rusiyanın yanındadır!”

«Azərbaycn əhalisinin böyük hissəsi İsrailə dəsək olub!”

Kamran Həsənli hardan bilir ki, Azərbaycan əhalisinin əksəriyyəti İsraili dəstəkləyir? Sorğu aparıb? Harda? Haçan?

Kamran Həsənli iddia edir ki, bütün başqa dövlətlərdən fərqli olaraq, yəhudilərin Azərbaycanda təhlükəsizlik problemi olmayıb.

Sual: Azərbaycan dövləti olub ki, problem ola?

Azərbaycanılar doğrudanmı yəhudi aşiqidirlər? Bəs niyə hələ sovet vaxtı da çox ailələrdə dəcəl uşaqları “cuhudlarla” (“cüyütlərlə”) qorxudurdular? Niyə deyirdilər ki, cuhudlar uşaqları oğurlayıb qanını içirlər?

Sovetin dəmir yumruğu altında yəhudi də, erməni də, azərbaycanlı da təhlükəsiz idi. Yumruq zəifləyən kimi, Ermənistan azərbaycanlıları qovdu, Bakıda erməni talanları baş verdi. Hə, Kamrançik, talanlar yadınızdadır? Erməniləri yuxarı mərtəbələrdən tullayırdınız, sahibərini qovub mənzilləri qarət edirdiniz, xalı-xalça, mebel hətta rayoinlara daşınrdı.

Cənab Qasanlı, Elçibəy müşaviri, talanlardan siz nə qədər qazandınız?

Как говорят русские: «Чья бы корова мычала…»

Terror aktı törətmiş fələstinlini ədalətli məhkəmə doğrulda bilər. Çünki yetmiş il işğal altında zolağa pərçim olunanlar kütləvi affekt halındadır. Qurban Məmmədli bunu təsdiq edə bilər.

Erməni səni işğal altında saxlamışdı?

İsrail aşiqləri deyirlər ki, biz İsrail silahıyla  ermənilərə qalib gəlmişik. Və bunu deyəndə canından keçmiş Azərbaycan əsgərini, kasıb-kusub ordusunu unudurlar.

On milyonluq xalqa İsrailin, Türkiyənin dəstəyi nəyə görə lazım idi?

Ona görə ki, Kamran Həsənli kimi papasını tanımayan bakılılar və onun kimilər osmanlının, yəhudinin götünə girib gizlənirlər, orduya getmirlər, uşaqlarını əsgər vermirlər. Vuruşan nə İsraili, nə Fələstini tanıyan kəndçi balalarıdır.

Bir yanağını qırmızı, bir yanağını al boyamış Gültəkin Hacıbəylinin oğlu hardadır? Əli Kərimıinin oğlunun yanında?

Qurban Məmmədlinin “tarixi gözıl bilən böyük jurnalist adlandırdığı bu insan əslində məhəllə gədəsidir. Tez-tez söydüyü Rusiya imperiyası olmasaydı, Kamran kimilər harda və kim olardılar? Kamran Həsənli yəqin İrandan xurma, kişmiş, tiryək gəririb Bakı bazarlarında satardı.

Ya da hamamda kisə çəkərdi.

Heç şübhəniz olmasın!

Mİrzə ƏLİL

13. 10. 2023, Samara

RUBEN KİRVƏ, SAĞ ƏLİN BİZİM DUSTAQLARIN BAŞINA…

vardanyan

VODEVİL

İŞTİRAK EDİRLƏR: SƏBİNƏ ƏLİYEVA VƏ RUBEN VARDANYAN

— Ruben qardaş, hər vaxtınız xeyir. Ayıb olmasın, ərim xahiş elədi Ruben kirvəyə onun da salamını çatdırım. Ərimi tanıyarsız.

— Tanımıram.

— Ərim deputatdır. Həm də sizin kimi milyarderdir.

— Mən qabaq milyarder idim. İndi milyarder eyiləm. Yüz milyonum çatmır.

—  Ruben qardaş, yüz milyon nədir ki? Darıxmayın, üstünü düzəldərik. Bir şeydən ehtiyacınız yoxdur ki?

— Mən çimmək istəyirəm.

— Ruben qardaş, sizin ki burda hamamınız var, saunanız var, cakuziniz var, niyə çimmirsiniz?

— Çimirəm. Ancaq mən Xəzər dənizində çimmək istəyirəm. Qorxuram arzum qala ürəyimdə.

— Buy, Ruben qardaş, düşmninizin arzusu qalsın ürəyində. Sizi göndərərəm dənizə. Öz çimərliyimiz var. Hasarın içində. Ərimi qoşardım, ancaq yazıq üzməyi bilmir, sudan da qorxur. Oğlumu qoşaram. Çox mötəbər oğlandır. Ərim deyir bizim oğlumuz kimi cəmi bir nəcib adam dünyaya gəlib, o da imam Əlidir…Elə sabah gedib çimərsiniz. Həmişə təmizlikdə, ay Ruben qardaş…

 

06. 10. 2023, Samara

 

ЛОТОВО РЕШЕНИЕ АРКАДИЯ ГУКАСЯНА

Без названия (36)

Четыре экс-президента Арцаха: Аркадий Гукасян, Бако Саакян, Араик Арутюнян, Самвел Шахраманян сидят в какой-то древнеармянской  пещере в бывшем Арцахе и строят планы на светлое будущее. Вдруг Гукасян говорит:

— Дети мои, светлое будущее неозможно без армии. А армии нужны солдаты. На нас лежит своя доля отвественности. Я долго думал: как мы можем, находясь в изоляции, родить будущих воинов. И вспомнил историю Лота, который, кстати, был чистокровным армянином. Что сделал Лот, чтобы его род не прекратился? Он переспал со своими дочерьми и они родили ему множество детей… Понимаете, о чем я? Коллеги, вот и решил, что должен сделать с вами то же самое, что сделал Лот со своими дочерьми. Чтобы не прекратился президентский род Арцаха. Что на это скажете?

Араик Арутюнян, тронутый до самых интимных мест, говорит:

— Аркаша, идея твоя патриотична и прекрасна. Но есть вопрос: мы же все мужчины. Разве мы можем родить детей?

Гукасян погладив по голове и по пухлым щекам Араика, объясняет:

— Дорогой, как ты можешь быть уверенным, что не можешь родить? Надо пробовать, и не раз и не два раза. Учтите, Господь с армянами и не такие чудеса творил…

03. 10. 2023, Самара

SƏBİNƏ VƏ XAÇATRYAN

xaçatryan 2

(kiçik vodevil)

BAKI. DTX TƏCRİDXANASINDA DƏBDƏBƏLİ APARTAMENT. OMBUDSMEN SƏBİNƏ LİYEVA DUSTAQ VAQİF XAÇATRYANA BAŞ ÇƏKİR

 S. Əliyeva:

Barev dzez, Vaqif qardaş. Necəsiniz? Şikayətiniz yoxdur ki?

Sizə dolma gətrmişəm. İsti-isti yeyin.Qatıq da təzədir.

V. Xaçatryan:

Mən erməni dolması istəyirəm. Musurman arvad dolma bişirə bilmir.

S. Əliyeva:

Vaqif qardaş, bunu erməni bişirib, Karine, mənim işçimdir. Özümüz də dolma istəyəndə ona bişirtdiririk.

V. Xaçatryan:

Mən rməni konyakı isstəmişdim, Azərbaycan konyakı gətirmisiniz. Mən onu içə bilmirəm.

S. Əliyeva:

Vaqif kirvə, konyak erməni konyakıdır, xəlvət Ermənistandan gətiizdirib kağızını dəyişirik. Ərim elə bundan içir, ayrı şey içmir.

V. Xaçatryan:

Ərin kimdir?

S.Əliyeva:

Ərim Siyavuş Novruzovdur,Azərbaycanda çox hörmətli bir insandır. Deputatdır. Tanımırsınız?

V. Xaçatryan:

Tanımıram. Gəlsun, tanış olaq.

S.Əliyeva:

Deyərəm gələr. Elə bu gün gələr.

V. Xaçatryan:

Özüylə şahmat götürsün. Mən şahmat oynamayanda darıxıram.

S. Əliyeva:

Vaqif qardaş, Siyavuş çox zehnli adamdır, başdan da yekədir, ancaq nədənsə şahmatı götürə bilmir. Qrossmeyster də tutdum, öyrədə bilmədi.

V. Xaçatryan:

 Nərdi bilir?

S. Əliyeva:

 Nərdi bilir. Hərdən ikimiz oturub oynayırıq. Yaxşı nərdlərimiz var. Biri qızıldandır. Götürüb gələr. Elə mən də gələrəm. Üç nəfər olanda oyun maraqlı keçir. Dolmanı soyutma. Mən gedim indi o bayraq tapdalayan uşaqlara da baş çəkim. Çatdıra bilmirəm. Deyirlər ki, niyə Qubada baş çəkmirsən? Mənim vaxtım var? Bu cür hörmətli dustaqları qoyub Qubadın yanına gedim? Qubad öz ölkəsndə, öz elində, öz doğmaca  türməsindədir. Qubadın nə şikayəti ola bilər?..

Mirzə ƏLİL

06. 09. 2023. Samara