Архивы

   NAXÇIVANDA QOLTUQALTI ƏMƏLİYYATI

 

Günlərin bir günü Vasif Talıbov Naxçıvanı piyada seyrə çıxdı. Hər yer göz oxşayır, hər yerdən gül ətri gəlir. Ancaq bir az gəzəndən sonra Talıbov hiss elədi ki, burnuna gül ətrindən başqa ayrı bir iy də gəlir. Yığdı nazirləri, akademikləri başına, problemlə onları tanış etdi. Nazirlər, akademiklər çox iylədşdilər, az iyləşdilər, axırda məlumat verdilər ki, bu iy tər iyidir, özü də naxçıvanlıların qoltuqaltından gələn tər iyi. Talıbov soruşdu:

  • Yəni elə eləmək olmaz ki, bu insanlar tərləməsinlər?

Talıbova başa saldılar ki, dünyanın bütün alimləri çalışıblar qoltuqaltının tərləməyinə əlac tapsınlar, tapa bilməyiblər.

Talıbov dedi:

    • Onda bəlkə biz qoltuqaltının özünü ləğv edək? Axı insana əsas lazım olan qoldur, qolquqaltının heç bir xeyri yoxdur, ancaq tər gətirir, köynəyi korlayır…

Naxçıvan akademikləri bir-birinin üzünə baxdılar, bir az baxışandan sonra akademik Dəmmədəliyev bu problemin həllini öz üstünə götürdü. Bir ay keçmədi ki, akademik Dəmmədəliyev Talıbova məruzə elədi ki, məsələnin həlli tapılıb. Danabaş kəndində hazırlanmış lazerin köməyi ilə insanların qolquqaltısı yarım saat ərzində götürülür və bu əməliyyat bir az diş çəkilməyinə, bir az öd kisəsinin çıxarılmağına, bir az da sünnətə oxşayır…

İndi Naxçıvanda hər gün bir neçə yüz qoltuqaltıgötürmə əməliyyatı keçirilir. Naxçıvan universitetində qoluqaltolq fakultəsi açılıb ki, burda Azərbaycanın hər yerindən olan tələbələr oxuyurlar. Naxçıvanda hətta qoltuqaltı toyları da keçirilir. İndi Naxçıvanın hər yerindən gül ətri gəlir.

ПОДМЫШКИ 3

Hamıya qoltuqaltı əməliyyatı ediləndən sonra Haxçıvanın kəndlərindən də gül ətri gələcək. Onu da deyək ki, Vasif Talıbova qoltuqaltı əməliyyatı olunmayacaq, çünki, onin qoltuqaltısı tərləmir, tərləyəndə də, tərində gül ətri gəlir…

Mirzə ƏLİL

27.11. 2014

Samara

MÜSƏLMANIN AMERİKANI KƏŞF ETMƏKLİYİ  

Günlərin bir günü bir müsəlman aftafa götürüb subaşına çıxır. Baxır dörd tərəfinə — hər yerdə arvad-uşaq. Gedir bir az irəli, yenə qələbəlik. Qarın da ağrımağında. Güthaget, gethaget… Bu minvalla çox gedir. Üç gün ya bir həftə. Nəhayət, kol-koslu, adamsız bir yerə çıxır və aftafasısını yerə qoyub təzəcə çömbəlir ki, qurşaqlarında dəri parçasından başqa bir paltarı olmayan, oxlu-yaylı beş-aıtı kişi kolluqdan çıxıb onu əhatəyə alır və əl hərəkətləriylə ona deyir ki, a kişi, utanmırsan, özgə torpağında subaşına çıxırsan. Müsəlman qalıb məəttəl və o da qarnının ağrısndan qıvrıla-qıvrıla əl hərəkətləriylə soruşur ki, bala bura haradır. Lüt kişilər də deyirlər ki, adını müsəlman qoymusan, ancaq coğrafiyanı bilmirsən, bura Amerikadır…

Amerikanınn müsəman tərəfindən kəşf edilməyi tarixi məhz belədir. Deyilənlərə görə, həmin müsəlman azərbaycanlı olub, özü də naxçıvanlı…

ОТКРЫТИЕ АМЕРИКИ 2

 

Mirzə ƏLİL

16.11.2014 Samara

MİRZƏ ƏLİLDƏN ELEKTROŞOK AÇIQLAMA        

Ah Azərbaycan! Canım Azərbaycan! Gözüm Azərbaycan!        

Burda bəziləri danışırlar, qulağıma çatır, deyirlər guya Mirzə Əlil Azərbaycanı sevmir. Yalançının lap… Azərbaycanı mənim qədər sevən ikinci adam tapıb gətirin məmin yanıma, adımı dəyişib qoyum Mirzə Zəlil!

O gün arvada deyirəm ki, cəni boşayacam. Arvad deyir kişi, yaşından xəbərin var? Sənin arvad boşayan vaxtındır? Deyirəm arvad, Putin arvadını elə mən yaşda olanda boşamadım? Demədimi ki, bundan sonra o ancaq Rusiyanı sevəcək? Mən də bundan sonra təkcə Azərbaycanı sevmək istəyirəm. Arvad deyir kişi, polisin qulağına çatar ki, sən özünü Putinə tay tutursan, ekstremist maddəsiylə atarlar içəri…

Burasını arvad doğru deyir. Özümü Putunə tay tutmaqla bir az ağını çıxardım. Ancaq Azərbaycanı doğrudan da canımdan artıq sevirəm. Azərbaycanı malımdan da artıq sevərdim, ancaq mal yoxdur…

Azərbaycandan gələn hər şad xəbər mənim üçün bayram olur. O gün eşitdim ki, Bakıda bundan sonra polislər müxalifətçilərin mitinqini elektroşokerlə dağıdacaqlar. O qədər sevinmişəm ki! Hər dəfə televizorla görəndi ki, Bakıda mitinq iştirakçılarını su ilə qovub dağıdırlar, ürəyimdən qara qanlar gedirdi. Ancaq elə bilməyin ki, mənim mitinqçilərə yazığım gəlir. Allah eləməsin! Məni darıxdıran su idi! Gözzəl Şollar suyu! Gözzəl Qəbələ suyu! A kişilər, heyf feyil ki o inci suları belə ziyanlı adamların başına tökəsən? Vallah, deyələnlərə görə, Bakıda elə məhəllələr var ki, sakinləri həftəylə su görmürlər. Mən öz-özümə fikirləşirəm ki, elə bu mitinqə çəxanların çoxu müxalifətçi-zad deyil, məqsədləri havayı-kalan hamamlanmaqdır. Yəqin mitinqə özləriylə sabun, kisə gətirənlər də olur. .. Hamamsız yataqxanalarda yaşayan o qədər tələbə, o qədər qaçqın var ki, müxalifətçi adıyla küçəyə çıxıb özlərinui çimizdirirlər… Yoxsa axı bu adamların mitinqə çıxmağına ayrı səıbəb yoxdur: gözəl prezident, gözəl Ramiz Mehdiyev, gözəl Artur Rəsizadə, gözəl Milli Məclis… Ölkə reqional lider… Ha fikirləşirsən ki, bizim millətin nə problemi ola bilər, ağlına bir şey gəlmir. Məşədi İbad demişkən, bizim millətin bir problemi varsa, o da problemsizlikdir.

ЭЛЕКТРОШОКЕР 1

Mən çoxdan təəcüblənirdim ki, niyə Bakəda polislər bu mitinqçiləri elektroşokerklə dağıtmırlar. Mən televizorıa tez-tez görürəm ki, Afrikanın çox qabaqcıl ölkələrində polis su-zad işlətmir, orda da su qıtdır. Elə elektroşokeri dirəyir mitinqçinin süvər yerinə, o da iflic olur. Özünə gələndə Afrika dilində “Dədəm, vay!” deyib götürülür xarabasına və bir də küçəyə çıxmır…

Vallah, elə arzulayıram ki, kaş cavan olaydım, gedib Bakıda girəydim polisə işə. Bir mitinq dağıdardım ki! O elektroşokeri müxalifətçinin elə yerinə tıxayardım ki, bir ay yorğan-döşəkdən durmazdı, əli qələm tutan kimi də YAPa girməyə ərizə yazardı… Heyf, yaşım keçib, indi məni polisə götürməzlər…

Ancaq bir məsələ məni narahat edir. Kəndimizə hər gün zəng vururam Orda iki gündən bir işıqlar sönür. Qorxuram ki, Bakıda polislərə elektroşoker veriləndən onra işıqlar hər gün sönə. Axı ölkədə hasil olan elektrik enerjisinin yarısı bundan sonra elektroşokerlərə gedəcək…

 

Mirzə ƏLİL

29 oktyabr 2014 Samara