Архивы

URA! MÜƏLLİMLƏR ÖLDÜLƏR! DƏRS OLMAYACAQ!

İndini deyə bilmərəm, qabaqlar müəllim, xüsusən özü ya fənni sevilməyən müəllim xəstələnəndə uşaqlar sevinirdilər. Müəllimin xəstələnmək xəbərini şagirdlər “Ura! Dərs olmayacaq!” sədası ilə qarşılayırdılar. Bəzi müəllimlərin ölüm xəbəri əsl bayram olardı. Yəqin mənə də, haqlı olaraq, uzun sürən ağır xəstəlik və hətta ölüm arzulayıblar..

Ancaq bir məsələ də var: uşaqlıq və yeniyetməlik dövründə yaxşı ilə pisin fərqini dəqiq görə bilmirik, prioritetləri müəyyənləşdirə bilmirik, yəni vacib olanı vacib olmayan və hətta gərəksiz sayırıq.Və səhv elədiyimizi başa düşəndə gec olur…

Reqlamentləşdirilmiş, standartlaşdırılmış təhsil prosesi müəyyən yaşda başa çatsa da, maariflənmə prosesi əslində ömür boyu gedir. Praktik tələblər və ehtiyaclar bizi yeni biliklər qazanmağa vadar edir. Yeni biliklər qazanmaq istəyi qismən də insan təbiətinə xas maraqcıllıqdan doğur.

Ayrı-ayrı adamlar kiçik yaşlarından başlayaraq necə dərs oxuyub maariflənirsə, millətlər də bütövlükdə bir-birini öyrədir ya bir-birindən öyrənirlər. Cəbri, həndəsəni tədrs edən müəllimi əslində yunan alimlərinin rolunu oynayan aktyora da bənzətmək olar. Fizika, kimya dərslərində müəllim yunan, alman, ingilis, fransız alimlərinin rolunu ifa edir.

Nəinki dərsliklərimizə, hətta geydiyimiz paltara, işlətdiyimiz elektron avadanlığına, kommunikasiya vasitələrinə, gigiyenik vasitələrə göz gəzdirsək, görərik ki, bizi məhz qərb bu cür abıra salıb. Kimsə bütün bunlardan imtina etmək istəyirmi? Edə bilərmi?

Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin birinci kursunda Qədim Azərbaycan ədəbiyyatı keçilir. Yəni bir il bu qədim ədəbiyyata sərf olunur, hərçənd öyrənilən müəlliflərin hamısı farsdilli şairlərdir. Kimin təxəllüsü “Təbsizi”dirsə, “Azərbaycan şairi” damğasını basıblar. Mən o bir ili itirilmiş sayıram, ilk növbədə ona görə ki, bütün əsərlərini farsca yazmış, əsərlərində bizə aid heç bir milli-etnik əlamət olmayan müəlliflərin niyə Azərbaycan şairi adlandırıldığını başa düşə bilmirəm. Axı fars şairi Təbrizdə doğulduğu kimi, Gəncədə də, hətta Salyanda da doğula bilərdi. Çünki 10-11-ci əsrlərdə bu əraizlərdə şeir yazılan bir dil olib – fars dili. Və əgər 10-11-ci əsrlərdə Təbriz farsdilli şəhər deyildisə, niyə əli qələm tutan farsca yazırdı?

O ilin hədər sayılmağının ikinci səbəbi də var. Bu, farsdilli şairlərin tədris olunmağı, ancaq fars dilinin tədris edilməməyidir. Nizamini milli şair sayan ölkədə gərək fars dili ikinci dil kimi öyrənilə. Azərbaycanda isə, indi deyə bilmərən, fars dilini yalnız şərqşünaslıq fakultəsində beş-on nəfər öyrənirdi. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə oxuyanlar cəmi bir semestrdə fars dili keçirdilər, yəni yalnız hərfləri öyrənirdilər. Öyrənidilər deyəndə ki, hərfləri də tək-tük tələbə öyrənirdi…

İndi Nizami ilə bizim aramızdakı uçurumu görürsünüz? “Leyli və Məcnun”u fars dilini bilməyən Səməd Vurğun “tərcümə” edib. Yəni fars dilini bilənlər poemanın sətri tərcüməsini yaradıblar, o da şeirə çevirib. Səməd Vurğunun özünün necə yazdığını biləndə, Nizaminin başına nə oyun gətirdiyini təsəvvür etmək olar…

Nizaminin bizim üçün qiyməti milli şair olmağında deyil, çüni o, milli şair deyil, onun qiyməti müəllimliyindədir. Yəni bizim əsl milli şairlərimiz olan Nəsimini və Füzulini Nizaminin şagirdləri saymaq olar. Yəni qüdrətli fars klassik poeziyasını günəş saysaq, bizim klassik poeziya onun ətrafındakı planetlərdən biridir.

Və belədirsə, niyə farsları bizim millətə söydürürlər? Mən cənubluları demirəm, onların farslarla öz haqq-hesabı var. Mən özümüzküləri nəzərdə tuturam. Niyə dilini bilmədiyi Nizamini milli fəxr sayan adam Nizamini ana dilində oxuyan milləti söyür? Bu, şagirdlərin müəllimi təhqir etməsi deyilmi?

Gülməli budur ki, özünə türk, boz qurd, ala canavar və s. deyən insan sonra başlayır “dəlöy-dəlöy, ay dad-bidad” deyə-deyə fars muğamı oxumağa, sonra durub “Dolya vorovskaya”nı oynayır…

Farsın inkarı, farsın ləğvi nadanın, cahilin həyatını yüngülləşdirir. Fars “ləğv olunubsa”, fars dilini bilməmək, Furdovsini, Camini, Xəyyamı, Hafizi bilməmək ayıb deyil.

Müəllim ölüb! İndi sinifdə istəyirsən mayallaq aş, istəyirsən partaları çevir. Kefdir!

Ancaq Nizami Azərbaycan şairidir. Bilmirik nə yazıb, ancaq bizimdir!

Farslardan sonra növbə fransızlara çatdı. Yəni müəllimlərdən biri də öldü. Ura! Əslində Fransa, fransız mədəniyyəti ölməyib, ancaq İlham Əliyev bu ölkənin ölüm arayışını yazıb. Bacara bilsəydi, İlham Əliyev bütün fransız mədəniyyətini, bütün fransız tarixini həbs edib Kürdəxanı türməsində qapayardı. Bacara bilmir. Ancaq Fransanı, fransız mədəniyyətini cinayətkar elan edib qiyabi hökm də çıxarır.

Fransız müəllimi də öldü. Cahillərin, nadanların, kəmsavadların kefidir. Bundan sonra heç kim onları Balzakı, Hüqonu, Zolyanı, Bodleri, Kamyunu, Sartrı oxumamaqda, Delib, Bize, Sen-Sans kim bəstəkarları, Mane, Mone, Renuar kimi rəssamları tanımadıqlarına görə qınaya bilməz. İndi  bunlar əmindirlər ki, dünya kinemaqoqrafını Lümyer qardaşları yaratmayıb, dünya kinematoqrafı “Yeddi oğul istərəm” filmi ilə Azərbaycanda yaranıb…

Nə Blez Paskal olub, nə Lui Paster olub…

İndi də rus müəllimi ağır xəstələndi və bəlkə də öldü. Ura!

İndi gərək biz Rusiya ordusunun zabiti Mirzə Fətəlinin də irsini ləğv edək. Rus təhsilinin yetirmələri olan Üzeyir Hacıbəyovun, Müslim Maqomayevin, Cəlil Məmmədquluzadənin, Süleyman Sani Axundovun, Cəfər Cabbarlının irsini də. Bu sahədə artıq xeyli iş görülüb. Rus, yəhudi alimlərinin yaratdığı Akademiya naxçıvanlı mafiozun başçılıq etdiyi yavaxanaya dönüb. Kinomuzun, teatrımızın səviyyəsini nəzərə alsaq, görərik ki, Rus müəllimi ya çoxdan xəstədir, ya çoxdan qovulub, ya da ölüb…

Zurnaçı Kamran Həsənli və ya özünü Opra Uinfri kimi görən camışabənzər arvad Aygün Muradxanlı qara camaatı rus kulturundan uzaq olmağa çağırırlar. Rus kulturu, yəni rus mədəniyyəti – səviyyədir, standartdır. Səviyyələri aşağı olanlar rus mədəniyyətinin fonunda narahatlıq keçirirlər. Rus mədəniyyəti ləğv olunanda bunların səviyyəsisizliyi olur standart. Yəni zurnaçı Kamran Həsənli olur standart. Yuxularında özünü Opra Uinfri kimi förən Aygün Muradxanlı olur intellektual standart.

Fars müəllimi öldü, fransız müəllimi qovuldu, rus müəllimi azarladı.

Ura! Dərslərimiz boş keçəcək. Partalrı çevirib sinifdə mayallaq aşmaq vaxtıdır…

Mirzə Əlil

14. 02. 2024, Samara

KÜSÜ: İLHAM ƏLİYEV BƏLKƏ PUTİNDƏN «KROKUS»UN XAHİŞİNİ ELƏYİB?

İlham Əliyevlə Vladimir Putinin arasında yaranan küsü nəinki bu möhtəmşəm kişilərin hərlədikləri ölkələrin əhalisini, hətta dünya ictimaiyyətini də sarsıdıb. Elə sarsıdıb ki, diqqət Rusiya ilə Ukrayna arasındakı müharibən yayınıb. Azərbaycan əhalisinin diqqəti isə təkcə müharibədən, yox ondan da vacib şeylərdən yayınıb. Məsələn, çörəyin bahalaşmağından. Ətin, yağın, meyvənin, tərəvəzin astronomik qiymətindən. Şərlənib tutulanlardan, gənc qızların türmədə çürüməyindən və s. Çünki bunlar İlham Əliyevlə Putinin küsüşməsi ilə müqayisə də çox xırda şeylərdir. İndi Azrbaycan əhalisi gecə-gündüz dua eləyir ki, İlham Əliyevlə Putin tezliklə barışsın, yoxsa yenə ruslar yenə qayıdıb girərlər Azrəbaycana, yenə bizi əsarətə alarlar, zəncir ocağını, İmamzadanı və başqa ocaqları bağlayarlar, “həci”lərin, “kərbalıyıların” statusunu ləğv edərlər, bütün qulyabanıları, damdabacaları qovarlar, bəlkə hələ Xəzərə çəkilmiş hasarları da sökərlər, bununla da torpağımızın neməti gedər…

Mən Mizə Əlil olaraq İlham Əliuevlə Putin arasındakı küsünün analoqunu tarixdə və ədəbiyyatda axtardım. Tıq-tıq xanımla Siçan Solub bəyin konflikti mənə oxşar gəldi. Ancaq bu koflikt faciə ilə bitdiyindən onu qoydum kənara. İkinci analoq Qoqol tərəfindən qələmə alınıb ki, bu da İvan İvanoviçlə İvan Nikiforoviçin necə dalaşdığı haqqında hekayətdir. Məlumdur ki, İvan İvanoviçlə İvan Nikiforoviçin arasında şəhərdə hamının nümunəvi saydığı dostluq və qarşılıqlı məhəbbət olub. Onların arasında yaranan və tezliklə ədavətə keçən küsü bütün Mirqorod şəhərini sarsıdır və dərindən məyus edir. Və bu da məlumdur ki, İvan Nikiforoviç dostu İvan İvanoviçi “qusak”, yəni erkək qaz adlandırmış, bununla da onun zadəgan ləyaqətini təhqir etmişdi. Şəhərin yüksək cəmiyyətinin onları barışdırmaq səyləri boşa çıxır. İvan İvanoviç dostunu verir məhkəməyə. Bu məhkəmə çəkişməsi illərlə davam edir, hər iki dostun var-yoxu məhkəmə xərclərinə, rüşvətə sərf olunur…

Doğrudan da İlham Əliyevlə Putun arasındakı küsünün Qoqol hekayətinə oxşadığını inkar etmək olmaz. Ancaq fərqli cəhətlər də var. Məsələn, bunların heç biri məhkəməyə müraciət etmir. Çünki heç birinin ölkəsində məhkəmə yoxdur. Bu bir yana. Biz bilirik İvan İvanoviçə “erkək qaz” deyilmişdi. Bəs Əliyevlə Putunun arasında nə olub? Bu kişilərin hər ikisi yüksək tərbiyə görmüş adamdır və bunların ağzından ayıb söz çıxmaz. İndi görək İvan İvanoviçlə İvan Nikiforoviçin arasında avaya səbəb olmuş söz hansı söhbət zamanı deyilmişdi.

Hekayəti oxuyanlar bilirlər ki, İvan İvanoviç yayda vaxtaşırı evin avadanlığını çölə çıxartdırıb günə verdirirdi. Bir dəfə qonşusu və dostu İvan Nikiforoviç görür ki, günə verilən şeylərin arasında tüfəng də var. Və dostunun yanına gəlib tüfəngi istəyir. İvan İvanoviç deyir ki, tüfəng özünə lazımdır, birdənevinə quldurla basqın edərlər və s.. İvan Nikiforoviç müxtəlif təkliflər edir: pulla almaq, əvəzində donuz vermək və s. İvan İvanoviç get-gedə bərkiyir, İvan Nikiforoviç də özündən çıxıb onu “erkək qaz” adlandırır…

İndi fikirləşirəm: Putin Əliyevdən nə istəyib ya Əliyev Putindən nə istəyib ki, dava düşüb? Axı casus-masus söhbəti avam adamlar üçündür. Nə casusluq, a kişi? Putun Ukraynaya girməmişdən, Əliyevi çağırıb onun xeyir-duasını alır, indi Əliyev onun casusunu ifşa edəcək? Vallah, gülməlidir. Hamının casusu hər yerdə var… “Rus evi”nin yerləşdiyi binanı sahibinin satacağı lap yöndəmsiz quramadır. Əliyevin icazəsi olmadan kim nə sökə bilər ya kim nə tikə bilər?

Yox, Əliyevin Putindən küsüsü şəxsi incikliyə oxşayır. Elə bil ki, Putundən nəsə istəyib, Putin verməyib, ya da deyib “baxarıq”.

Əliyev Putundən nə istəyə bilərdi? Tüfəng? Yox, özünün tüfəngi çoxdur…

Ağla gələn bir şey var: Əliyev Ağalarovların xahişini eləyə bilərdi. Yəni “Krokus”dakı qırğından sonra yiyəsiz kimi qalan çoxmilyardlıq biznesin Ağalarıvlara qaytarılmasını. Şübhəsiz ki, bu biznesə Əliyev də milyardlar qoyub. Yəni öz cibindən qoymayıb. Neftin, qazın pulunu qoyub. İndi bu biznes havada qalmış kimidir. Manıs yeznə Emin Bakı ilə Moskva arasında girincdir…

Əliyev bu böyük sərvətin xahişini Putindən eləyə bilərdi. Putin deyə bilərdi ki, “baxarıq”, “məşğuluq”, “görək nə edə bilərik, xalqda etiraz doğura bilər və s. Sonra da susardı… Əliyev də acığa düşüb deyərdi ki, onda mən sənin ”evini” bağlayıram…

İndi yapçı da, gopçu da, müxalifətçi də, demokrat, qondarma deputatlar, bazar adamlrı da, Qaradağda daş atanlar da da rus casus şəbəkəsindən danışırlar. Xalqı yeni rus müdaxiləsi və hətta işğalı ilə qorxudurlar.. Xalq qorxur ki, rus gəlib zəncir ocağını, imamzadanı bağlaya, Allahşükürünn götünə bir təpik vurub məsciddən qova…

Yuxularında özünü Opra Uinfri kimi  görən gombul arvad Aygün Muradxanlı deyir: rus kulturundan uzaq olun…

Rus kulturundan, yəni rus mədəniyyətindən. Yəni Puşkindən, Qoqoldan, Tolstoydan, Çaykovskidən, Çexovdan.

Rus gəlir: əti, yağı yadınızdan çıxarın. Çörəyi də iki gündən bir yeyin, ac adamın gözü açıq olur, gözünüz açıq olsun, çünki yan-yörəniz rus casusudur…

Rus gəlir: ən təhlükəsiz yer elə türmədir. Ona görə də şərlənib tutulanlar üçün darıxmayın.

Bizi rus təhlükəsi ilə Azərbaycan dilində rus ləhcəsi ilə danışan diktator qorxudur…

Qoqol İvan İvanoviçlə İvan Nikiforoviç haqqında hekayətini bu cümlə ilə qurtarır: Скучно на этом свете, господа!”

Mən Mirzə Əlil olaraq belə deyərdim: “И скучно, и страшно!»

Yəni bu dünyada yaşamaq həm darıxdırıcıdır, həm də də dəhşətlidir…

Mirzə Əlil

13. 01. 2025, Samara

HADRUTU, MARTUNİNİ ŞAHNAZ BƏYLƏRQIZINA DƏYİŞİRƏM!

Azərbaycanda daha bir jurnalist qadının, Şahnaz Bəylərqızının tutulduğunu eşidib çox məyus oldum. Onun məkrəbli iki övladının olduğunu eşidğndə məyusluğum daha da artdı. Görkəmindən çox da sağlam olmadığı aydın görünən bu qadını türmədə, türmə paltarında, türmə yatağında, əlidəyənəklilərin, belitapançalıların önündə təsəvvür elədim…

Təsəvvür edin ki, tutulan ananızdır, bacınızdır… Məsələn, deyək ki, mən uşaq olan vaxtlar mərhum anamı şərləyib salaydılar Salyan türməsinə… Özünüzü Şahnaz Bəylərqızının övladlarının yerinə qoyun. İndi yəqin o uşaqlar analarının azadlığa çıxması üçün hər şeyə hazırdırlar…

Təsəvvür elədim ki, mənim anamı ermənilər girov götürüblər və deyirlər ki, Hadrutla Martunini qaytar, ananın buraxaq. Deyirəm ki, məgər Hadrutla Maruninin ixtiyarı məndədəir? Deyirlər sən öz razılığını ver, kağıza qolunu çək, qalanı ilə işin yoxdur. Mən də deyirəm ki, lap Mardakerti də götürün, ancaq anamı buraxın…

Əgər mənim anam damda çürüyəcəksə, Martuni də, Hadrut da, Mardakert də dağılıb xaraba qalsın!

Əgər Martuninin, Hadrutun ermənilərdən fəhlə-kəndli əsgərlərin qanı bahasına alınmasının nəticəsi faşist rejimidirsə, dağılsın Hadrut da, Xankəndi də dağılsın.

Bilirəm ki, bizim əlidəyənəklilər, belitapançalılar, hakim mantiyasına tülkü cildinə girən kimi girənlər ermənidən milyon dəfə pisdirlər. Öz xalqına qənim kəsilən və insan adı daşımağa layiq olmayanlar SS-çilərdən də, gestapoçulardan da pisdirlər.

Qoy insan südü əmmiş, halal çörək yemiş hər kəs öz anasının, bacısının, arvadının, qızının şərlənərək türməyə salındığını və insan südü əmməmiş, halal çörəklə böyüməmiş əlidəyənəklilərin, belitapançalıların önündə təsəvvür eləsin. Mənə elə gəlir ki, Hadrutu da, Martunini də və üstəlik Paşaholdinqləri də verərsiniz…

Mirzə Əlil

07. 02. 2025, Samara

NEFTÇALALILAR NEÇƏ İL SABİR RÜSTƏMXANLINI YALADILAR, DOYMADILAR, İNDİ ARVADINI YALAYIRLAR….

Yediyinin yarısını üzünə, paltarına yaxmış uşaqlara deyərdilər: “İt yalasa, doyar”.

Son vaxtlar Facebook səhifəmin lentində Tənzilə Rüstəmxanlını və neftçalalıların onun ünvanına yazdıqları tərifləri görəndə fikirləşirəm ki, bu arvadın çirkini bir it yox, it sürüsü yalasa, doyar. Neftçalalılar doymurlar. Onu da nəzərə almaq lazımdır ki, neftçalalılar bu ləçərdən qabaq onun şərəfsiz ərini illərlə yalayıblar. Ancaq doyub-dolanmaq bilmirlər…

Tənzilənin çirki adi çirk deyil, bu ləçər başdan-ayağa poxun içindədir. Sağlam düşüncəsi və ədalət hissi olan adam inkar eləyə bilməz ki, bu arvad cinayətkardır. Bu arvad dəstə düzəldib Azərəbaycan dövlətinə, dövlətçiliyinə, onun Konstitusiya əsaslarına qarşı ağır cinayət törədib, deputat mandatını kriminal yolla əldə edib və onun yeri türmədir. Ancaq ya Neftçalada sağlam düşüncəsi və ədalət hissi olan adamlar qalmayıb, ya da səslərini çıxarmırlar. Hərçənd belə cinayətə susurlarsa, deməli, sağlam düşüncələrini də, ədalət hisslərini də itiriblər. Bir sözlə, adamlıqdan çıxıblar.

Tənziləni yalayanların da mütəşəkkil dəstələri var. Məsələn bu: “Neftçala Təhsil Akademiyası”. Bu da Facebook-da səhifədir. Adam gözlərinə inanmır, fikirləirsən ki, Neftçala hara, akademiya har? Axı akademiya deyəndə ilk növbədə yunan sivilizasiyasını düşünürsən, Platonu düşünürsən. Və deyirsən ki, bəlkə bu, ayrı Neftçaladır, bəlkə bu Neftçala Yunanıstandadır ya İtaliyadadır. Diqqətlə baxıb görürsən ki, yox, Neftçala elə həmin Neftçaladır. Buranın adı bir vaxt 26-lar qəsəbəsi idi, xalq isə onu Tres (yəni Trest) adlandırırdı, ordakı idarənin adı ilə…

Bəli, Neftçala həmin Neftçaladır. 70-ci illərdə burda yeraz İbrahim Qurbanov at oynadıb. Əslində at oynatmayıb, neftçalalıları minib çapıb… Neftçalalıları bir neçə il Taleh Qaraşov da (Tale məllim) minib çapıb, indi Lənkərandadır, talışları minir…

Qayıdaq akademiyaya. Akademiyanın (Akademiya!) adının altında iki arvadın adı var: Hüseynzadə Firuzə Əhmədova Məleykə.  Elə belə də yazılıb: bağlayıcıız, vergülsüz. Bu iki arvad yəqin duetdir: Ace of Base kimi. Ya da Baccara kmi…

Yadima Rusiya müğənnisi Lolita düşür. İki səbəbdən: o da Tənzilə kimi donuzsifətdir, yeraz bacısına çox oxşayır. Və Lolita bir vaxt keçmiş əri ilə duet yaratmışdı: Kabare-duet “Akademiya”. Bəlkə bu iki arvad da, yəni Firuzə Hüseynzadə və Məleykə Əhmədova da duet yaradıb özlərinə “Təhsil akademiyası” adıı götürüblər, rus demişkən, “prikol üçün”. Yəni səhnəyə çıxıb “Təhsil akademiyası” deyən kimi xalq gülməkdən partlayacaq…

Yazıq yunanlar…

Firuzə ilə Məleykənin necə oxuduqlarını bilmirəm, ancaq Facebookdakı işləri, yuxarıda dediyim ki, Tənzilənin poxunu yalamaqdır. Nə o ləçərin poxu tükənir, nə bu arvadlar doyurlar…

Kabare… Yox, Bardaq-duetin səhifəsində nə var ? — Tənzilənin və şərəfsiz əri Sabir Rüstəmxanlının böyük şəkilləri. Hər ikisi ətlik heyvan kimi yeyib-yağlanıb. Ömürləri boyu faydalı bir iş görməyiblər.

Tənzilə Neftçalada komada olan xəstənin üstünə Türkiyədən professor gətirdib…

Hansı pula? Neftçalada komada olan xəstə ayılar? Deputatın işi xəstə üstünə xaricdən həkim gətirtməkdir?

Hə, yadıma düşdü ki, Tənzilə deputat deyil, mandatı kriminal yolla əldə edib…

Səhifədə Fərman Hüseynov adlı birinin postu qoyulub.

“Neftçala rayonunun Xıllı qəsəbəsi, Boyat, Ballıcallı, Dördlər, Astanlı və Tatarməhlə,Abasallı kənd sakinlərini təbrik edirəm.Millət Vəkili Tənzilə Rüstəmxanlının bu ərazinin sakinlərinin müraciətini nəzərə alaraq söz verdiyi Bankomat artıq Xıllı qəsəbəsində quruldu… Bir daha verdiyi sözü tutan və həyata keçirməyi əməli ilə təsdiq edən Millət Vəkili Tənzilə Rüstəmxanlıya təşəkkür edirik.”

Fərman Hüseynovun profl şəklinə baxıram. Dəlləkdən təzə çıxanda çəkdirib. Başı “poluboks” qırxılıb. Boynunda qalstuku var. İntelligent olduğuna şübhə yoxdur. Ancaq bu cənabın, məndən inciməsin, qeyrəti yoxdur. Qeyrəti olsaydı, ağır cinayət törədib xalqın seçki hüquqlarını tapdalamış ləçəri yalamazdı. Baxın, Xıllı iri qəsəbədir, bir vaxt rayon mərkəzi də olub, üstəlik altı kənd. Bu sıx əhalisi olan böyük ərazidə bankomat olmayıb. Bunun deputata nə dəxli? Bu onu göstərir ki, yerli özünüidarə yoxdur, unsanlar öz ərazilərinin sahibi deyillər, öz ərazilərinin sahibi olsaydılar, quldur məmurlara nökərçilik eləməsəydilər, nəinki hər kənddə bankomat qoyardılar, bəlkə hələ İlon Mask kimi raket düzəldib göyə uçurardlar. İnhhisar yox, azad sahibkarlıq olsa, xalq çox hünərlər göstərə bilər. Ancaq nə qədər ki, bu əhali özünü bu dönuzsifət Sabirlə donuzsifət arvadı Tənzilənin qabağında özünü Mirzə Cəlilin Novruzəlisi kimi aparacaq, nəininki raket qayıra bilər, hətta məktubu qutuya da salmağa cəsarət edə bilməz. Məktub yazanı, yəni söz danışanı, deyəni  sabirlərin, tənzilələrin at oynatdığə Azərbaycanda şərləyib damda çürütmürlərmi?

Neçə illərdir İnternetdə Neftçaladan, Xıllıdan böyük, kiçik kəndlərdən məzunların yüksək balla universitetlərə, həta xarici ali məktəblərə girdiyi barədə xəbərlər oxuyuram. Bəs hanı o adamlar? Niyə onlar deputat deyillər? Niyə öz rayonlarını, kəndlərinin onlar idarə etmrlər? Haçanacan on minlərlə insan bu müftə yeməkdən, tüfeyli həyatdan piylənmiş sabirlərin, tənzilələrin poxunu yalayacaq? İngilis deyir: “Enough is enough”! Yəni bəsdir, cana doyduq! Sovet dağılandan sonra yetişən iki nəsil inkişaf perspektivindən, şansından mərhum edilib. İstəyirsn lap Massaçusetdə oxu, perspektivin yoxdur, sənin kənd bələdiyyəsinə seçilmək şansın da sıfırdır. Milli məclis – mütəşəkkil cinayətkar dəstəsidir. Onları dəstəkləyən də, neftçalalılara xatırladıram, cinayıtkardır!

Bardaq-akademiyanın səhifəsində ləçər Tənzilənin Qədimkən camaatı ilə görüşündən şəkil var. Başında Allahşükür papağı olan bir kişi ləçərin qabağında durub nə isə deyir, yəqin nəyinsə xahişini edir. Bu kişi bir vaxt pioner olub, qalstuk taxıb, sonra komsomol nişanı…. Qeyrəti var? Yoxdur! Qeyrəti olsa, deyər ki, ay ləçər, ay it qızı, mənim Qədimkəndimdə bir dəyərli kişi ardad ya kişi yoxdur ki, sənin kimi üzü-üzlər görmüşün birisi mənim millət vəkilim olsun?

İnsafla desək, bardaq-akademiyanın postlarının altında “layk” çox azdır. Yəni neftçalalılar susmağı üstün tuturlar. Susmaq isə, təəssüf ki, razılıq əlamətidir. Əziz soydaşlarım, cinayətkar susqunluqla övladlarınızı, nəvələrinizi işqlı gələcəkdən mərhum edirsiniz. Və susmağa davam etsəniz, onlar da  köləlik həyatına məhkumdurlar…

Mirzə ƏLİL

05. 02. 2025, Samara

BAKI YOX — BAŞ GƏDƏBƏY! GƏNCƏ YOX — GƏDƏBƏY-20! SALYAN YOX — GƏDƏBƏY -52!

Lətifələri başqa dilə çevirəndə duzunu itirir, gülməli səslənmir. Ancaq bir rus-sovet lətifəsini izahlı tərcümə etmək istəyirəm, çünki  sözümün canını çatdırmaq üçün vacibdir.

Rus sovet bəstəkarı Tixon Xrennikov düz 53 il, 1948-ci ildən 1991-ci ilə qədər, yəni SSRİ ləğv olunanacan SSRİ bəstəkarkar ittifaqının sədri olub. Guya bir dəfə Stalindən soruşurlar ki, birdən Xrennikov ölsə, onun adını hansı küçəyə verək. Stalin deyir, Xrennikovun adına küçə var: Neqlinka.

Əslində Moskvadakı küçənin adı Neqlinnayadır. Lətifədə “qlinnaya” “Qlinka” ilə, yəni “Ruslan və Lyudmila”, “İvan Susanin” operalarının müəllifi olan böyük rus bəstəkarının soyadı ilə əvəz olunub. Yəni Stalin demək istəyir ki, Xrennikov Qlinka deyil…

Bir vaxt Moskvada eşitdiyim bu lətifəni niyə xatırladım? Bu yaxınlarda öz-özümə fikirləşirdim ki, Azərbaycan rəhbərinin xatirəsini əbədiləşdirmək üçün təzə şəhər salınsa yaxşıdır ya adı elə mövcud şəhərlərin birinə verilsə? Çox fikirləşəndən sonra başa düşdüm ki, nə təzə şəhər salmaq lazımdır, nə də olanların adını dəyişmək. Azərbaycan rəhbərinin, ümumiyyətlə, Azərbaycan məmurunun adına yer var: Gədəbəy!

Vallah, inanılmazdır! Xalqın yaşama və düşüncə tərzi onun dilində belə möcüzələr yaradır! Yəni necə yaşayırıqsa, elə də danışırıq: Gədəbəy! Dünyadakı altı mindən çox dilin heç birində belə kombinasiya yarana bilməz! Bu iki kəlməlik birləşmə gədələrin bəyliyi haqqında psixoloji tədqiqatın rezümesidir!

Azərbaycanın hansı məmurunu götürsən, o, danabaşlı Xudayar kimi bəydir və əslində gədədir. Xudayr necə katda  olub özünə dəyənəklə bəy dedizdirmişdi? Çünki onun anasını qlava siğə eləmişdi. İndi bəy iddialı gədə məmurların da anasını…

Azırbaycan Vikipediyasında (Azərbaycan Vikipediyasında!) Gədəbəy haqqında  oxuyuram: “İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır.”

Gədəbəy yox, Getabak! Yaxşı, sonra bizim hünərli soydaşlarımız gəlib ermənilərin gö… türkün məsəli, dalına təpik vurub qovdular. Hər kəs bu sualı verə bilər: yaxşı bir ad tapa bilmirdilər? Gədəbəy nədir?

Məsələ adın yaxşılığında, pisliyində deyil. “Gədəbəy” sözündə xalqın acı təcrübəsi əks olunub. Qarabağa baxın – guya azad edilib. Guya. Ancaq ərazinin hər nöqtəsində bir gədəbəy oturmayıbmı?

Azərbaycanda gədəbəy rəhbərlik eləməyən yer varmı?  Yoxdur?

Bir vaxt Şamaxı Gəncədən fərqlənib, Şəki Qubadan. İndi ərazilər zavod sexləri və ya tərəvəz şitillikləri kimi bir-birinə oxşayır. Gəncənin İmişlidən fərqi varmı? Həmin Heydər parkı, həmin, Heydər mərkəzi, Heydər prospekti. Dur dörd yol ayrıcında, başına torpaq sovur…

İndiki Gəncədə Nizami kimi əjdaha lçıxa bilərdimi? Yox! Azrbaycanın indiki adamını gədəbəylər laboratoriya heyvanına döndəriblər. Laboratoriya heyvanı “İsgəndərnamə” yaza bilər?

Gəncədə Nizamidən sonrakı doqquz əsrə yaxın bir vaxtda bir (01!) sənət əsəri yaranıb: “Cücələrim”! “Cücələrim” bizim milli sərvətimiz, milli şərəfimizdir. Azərbaycanın himnini “Cücələrim”lə əvəz etmək olar. Səslənəndə bütün dünyada millət ayağa durar. Ancaq sözlərində bir balaca dəyişiklik eləmək pis olmaz. Məsələn, “cücələrim”  əvəzinə “qoyunlarım”…

Gəncənin Beyləqandan fərqi varmı? Yox! Birində imamzadə, o birində zəncir ocağı. Bəlkə zəvvarların sayına görə Beyləqan (Jdanov!) Gəncəni ötər də…

Salyanın Ağsudan ya Kürdəmirdən nə fərqi var? Həmin Heydər parkı, Heydər mərkəzi, Heydər prospekti…

Yazıq salyanlılar… Başlarını aşağı salıb Heydər prospekti ilə fağır-fağır yeriyirlər…

Yox, mən qətiyyətlə deyirəm ki, Salyan adı indiki Salyana yaraşmır, onun da adını Gədəbəy qoymaq lazımdır: Gədəbəy-52.

Azərbaycanın bütün şəhərlərinin adını Gədəbəy qoyub Amerika şəhərlərinin küçələri kimi nömrələmək lazımdır: Gəncə: Gədəbəy-20, Ağdam: Gədəbəy-02, Xankəndi: Gədəbəy-26, Lənkəran: Gədəbəy-42 və s.

Bəs Bakı? Aha, Bakı! Bakı olur Baş Gədəbəy! Çünki gədəbəylərin zoqqaları, zırpıları Bakıya yığışıblar. Bakıda nəinki gədəbəylər, hətta güdəbəylər də at ilxısıdır, köpək sürüsüdür.

Burda xəyalən Azərbaycanın alternativ himni olan “Cücələrimi” çaldırıb sözümü bitirirəm…

Mirz ƏLİL

04. 01. 2-25, Samara

SABİRİN «CÜTÇÜ» ŞEİRİ. GƏLİN ATLARI ÖKÜZLƏRDƏN AYIRAQ…

Lev Tolstoydan soruşurlar ki, uşaqlar üçün necə yazmaq lazımdır. Qraf deyir ki, elə böyüklər üçün yazılan kimi, ancaq daha yaxşı.

“Daha yaxşı” — əlbəttə, mübaliğədir, Lev Nikolayeviç demək istəyir ki, uşaq ədəbiyyatı da keyfiyyətli olmalıdır, üstəlik gərək uşaqlar üçün onarın anlaya biləcəyi dildə yazıla.

Bəlkə buna görə yaxşı uşaq yazıçıları bütün dünyada azdır. Azərbaycanda yox kimidir. İbtidai sinif müəllimliyi təcrübəmə görə deyə bilərəm ki, uşaqlar üçün tövsiyə edilə bilən əsərləri saymağa iki əlin barmaqları bəsdir. Süleyman Sani Axundovun “Qorxulu nağılları”, Cəlil Məmmədquluzadənin bəzi hekayələri, Sabirin “Qarğa və tülkü”,  Abbas Səhhətin “Ayı və şir” təmsilləri, Əhməd Cəmilin “Yeni il” (“Qopdu bayırda tufan” – hərçənd bu şeir də qüsursuz deyil: birinci misrada “tufan”, ikinci misrada “boran” və s.) və s. Qalanları ancaq şagirdlərdə pis zövq yaradar, dillərini korlayar. Səməd Vurğunun, Rəsul Rzanın, Əliağa Kürçaylının, Bəxtiyar Vahabzadənin, Hikmət Ziyanın, Tofiq Bayramın və başqalarının dərsliklərə salınmış şeirləri “gədəbiyyatdır” və uşaqların bədii tərbiyəsi üçün təhlükədir

Bizim dilimizdə Lev Tolstoyun yüsək meyarına uyğun gələn uşaq ədəbiyyatı nümunələrindən biri Sabirin “Cütçü” şeiridir. Mən müəllim olduğum vaxtlar, səhv etmirəmsə, ikinci sinifdə keçilirdi. Uşaqların əksəriyyəti bu şeiri tez əzbərləyir və müəllifin elə bu şeirdə yazdığı  kimi, “şur ilə”  deyirdilər.

Məktəbdən, uşaqlardan, dildən və ölkədən uzaqlarda olduğum qırx ildən çox vaxt ərzində bi şeir vaxtaşırı içərimdə özü dllənir. Və gözümün qabağına arıq, ancaq əzələli bədəninin bütün ağırlığını xışa salaraq cüt dalınca gedən qədim soydaşım gəlir…

Ancaq lap yaxın vaxtlarda ikinci beytin birinci misrasına çatıb dayandım.

“Atlar, öküzlər kotana güc vurur…”

İndi görək “cüt” nədir. Azərbaycan Vikipediyasını açıram: “Cüt — əkin işində istifadə olunan xüsusi vasitə. Yeri əkmək və şumlamaq üçün xış at, qatır və ya öküzə qoşulurdu.”

Azərbaycan Vikipediyası müsibət və fəlakətdir. Baxın: ”Yeri əkmək və şumlamaq üçün”. Belə çıxır ki, yer əvvəl əkilir, sonra şumlanır?

Buna göz yumaq. Deməli, xışa ya at, ya qatır, ya da öküz qoşulur. Yəni ya at, ya da öküz olmalıdır. Atla öküzü bir xışa, mənim fikrimcə, qoşmaq olmaz. Həm də Sabirdə at və öküz cəm haldadır, yəni birdən çoxdur. Bir xışa “atlar və öküzlər” qoşulubsa, bu hardan “cüt” oldu?

Şeirdə bir meçə cütcüdən söhbət getsəydi, “atlar, öküzlər” yerində olardı, yəni cütün birinə iki at, birinə iki öküz qoşulub. Yox, kinematqrafiq təsvir yaradan şeirdə bir cütcü görürük.

Əlbəttə, böyük şairimiz diqqətsizlik edib, qüsurunu göstərən də olmayıb. Düzəltmək olardı. Məsələn:

“Yorğun öküzlər kotana güc vurur…”

Sonrakı misrada heyvanların gah yıxıldığı, gah durduğu deyilir. Bu, onların yorğun olduğunu göstərmirmi?

Bu oldu öküz variantı. İndi deyək ki, xışa iki at qoşulub.

“Tərləmiş atlar kotana güc vurur…”

At çox tərləyən heyvandır. Tərinin də spesifik iyi var. Demək olmaz ki, Şanel ətrinə bənzəyir…

Yəqin ki, bundan yaxşı təklif də ola bilər. Ancaq uşaq müəllimdən “niyə atlar, öküzlər?” soruşanda müəllim gərək uşağa deməyə ki, “qələtini elə, Sabir vizim dahi şairimizdir, elə bu qalmışdı ki, onun səhvimi tutaq, get dədənin ağzını əy…”

Vallah, Sabir bu gün olsaydı, jurnalist qızlarla qonşuluqda Kürdəxanı türməsində yatardı, elə bu müəllim özü  ondan çuğulluq eləyib tutdurardı, deyərdi gündüz sabun bişirir, gecələr dollar kəsir…

Mənim şəxsi kitabxanam yanandan oxumaq istədiyim mətnlərin çoxunu Vikimənbədə tapıram. Deməliyəm ki, Azərbaycan Vikimənbəsi də müsibət və faciədir.

Baxin:
“Atlar, öküzlər kotana güc verir” (“vurur” olmalıdır)

Son beytə baxaq:

“Cəm edəcək tarlasının hasilin,
Bəsləyəcək həm ailəsin, həm də
elin.”

Beytin ikinci misrasında aləm qarışıb, bu, şeir misrası deyil, çünki artıq söz işlənib, əruz vəzni pozulub. Bunu Sabir eləməyib, mətni Vikimənbəyə qoyan eləyib. Belə olmalıdır:

Cəm edəcək tarlasının hasilin,

Bəsləyəcək ailəsin, həm elin.

“Yanlış da bir naxışdır” – bu, atalar sözüdür. Bu bizi keyfiyyətli işlərin, xüsusilə sənətkarların işindəki xırda qüsurlara anlamla yanaşmağa dəvət edir. Əfsanəvi Pavarottinin də xaric notları olurdu. Ancaq bu deyilməsə, xaric oxumaq vokalçılar üçün normaya çevrilər. Ədəbi-bətii mətnlərdə buraxılan həm semantik, həm qrammatik səhvləri görmək vacibdir. Görmürüksə — bu bizim kəmsavadlılığımızı göstərir…

X.X.

26. 01. 2025, Samara

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 25. TOYLAR. AŞIQ BƏYLƏR HAQQINDA

Hava qaralmağa başlayandan “aşıqçılar”, yəni musiqiçilər terlərini tutub başlayırdılar. Yemək yeri toyxanadan ayrı idi, buna görə adamlar toyxanaya tədricən doluşurdular. Başı xeyli yarım olan bir kasa bozbaşı yeyib yüz qram araq içəndən sonra toyxanaya girirdilər. İlkaxşamdan toyxanada çoxlu uşaq olurdu, böyüklər gəldikcə sərxeyir onları durğuzub aşağı başa keçirirdi. Toy gur olanda uşaqlara yer qalmırdı və onlar çıxıb qıraqdan baxırdılar. Xeyli adam yığışandan sonra bəy sağdışla solduşun arasında toyxanaya girir və musiqi sədaları altında gedib yuxarı başdakı yerini tuturdu. Aşıq isə hələ yox idi. Aşıq dincəlirdi. Toy sahibinin evində şərait olmayanda aşığı qonşuda yerləşdiridilər. Yadımdadır ki, Abasqulunun toyu olanda  Pənahıın toyxanaya gəlişini səbrsizliklə gözləyənlər deyirdilər ki, aşıq İbadın evində qonaqlıqdadır…

Saat ona yaxın əvvəlcə bir nəfər aşığın sazını toyxanaya gətirirdi. Saz görünən kimi “aşıqçılar” tuş çalırdılar. Saz gələndən sonra intizar daha da artırdı. (Maraqlı burasıdır ki, Salyan aşıqları içində Bəylərdən başqa saz çala bilən yox idi. Qalanları ancaq dınqıldadırlar. Ancaq bir evdə belə musiqi alətinin olmadığı kəndin adamı çalmaqla dınqıldatmağı necə ayıra bilərdi?) Nəhayət, elan eləyidilər ki, “aşıq gəlir!” Aşıq bir neçə adamın əhatəsində qaranlıqdan sıyrılıb toyxanaya girirdi. Aşıqçılar ayaqğa qalxıb “tuş” çalırdılar. Toyxanadakıların da bir hissəsi dururdu – indi “həcilər” yas məclisinə girəndə durduqları kimi…

Aşıq toyxanaya girən kimi oxumurdu. Toya gələnlər sərxeyir vasitəsilə hava çaldırıb oynayırdılar. Mənim yadıma gələndən bizim toylarda həmişə Ərəstun sərxeyrlik edirdi və gənc vaxtlarından toy idarəçiliyində böyük ustalıq və səriştə göstərirdi. Onun toyu idarə etməsini maestro Noyazinin dirijorluğu ilə müqayisə etmək olardı. Maestro Nyazi kimi Ərəstunun da əlində çubuq olurdu və bu çubuğun qabağında heç kim xaric çalmırdı, yəni artıq-əskik hərəkət eləmirdi, eləyən toyxanadan çıxarılırdı…

Nəhayət, aşıq sazını götürüb balabançıların müşayiəti ilə toyxanın ortasına çıxır, “nağıl” ya dastan danışırdı. Bəzən aşıq xanəndəsi ilə deyişirdi. Aşıq Ramizlə Cəbrayılın deyişməyi yadımdadır. Binlar bir-birinə hərbə-zorba gəlməliydilər. Aşıq Ramiz nə deyirdisə, Cəbrayıl ona belə cavab verirdi: “Cəbrayılam, çaylar kimi çağlaram, Sən öl, Ramiz, səni bu stolbaya bağlaram”…

“Stolba” — əslində rusca “stolb”dur. Toyxananın ortasında, düz aşıqçıların stolunun qabağında toyxananın üstünü saxlayan dirək olurdu. Bu dirək çox vacib dirək. Xanəndənin qabağında durub ona “ana ürəyi”ni oxutduran adam əgər qanuni yüz qaramdan əlavə özü gətirdiyi bir şüşə arağı da içmişdisə, dalını dirəyə verirdi, çünki həm “Ana ürəyi”ni yaratdığı həyəcandan, həm də yarım litrdən çox araq beyninin dərin qatlarına nüfiz etdiyindən yıxıla bilərdi…

Aşıq oynayırdı da. Əynində bolşevik komissarının paltarı, əlində çala bilmədiyi saz, ayağında bahalı uzunboğaz general çəkməsi – dala-qabağa gedir, guya oynayırdı…

Biz isə teatr, tamaşa, musiqi tamarzısı idik. Ac adama yavan quru çörək də dadlı gəlir… Biz nə görmüşdük, nə eşitmişdik ki…Tamaşa tələbatı isə insanın təbii xassəsidir. Hələ iki min il əvvəl Roma şairi və yazıçısı Yuvenal deyib ki, xalqa çörək və tamaşa lazımıdır…

Toyxananın aşağı başında, girəcəkdə bir stol qoyulurdu. O stol bəzənmirdi, üstünə örtük də atılmırdı. Onun arxasında kəndin qocaları otururdular. Müxtəlif illərdə o fəxri yerdə Alışır və Qəfər qardaşlarını, Əliağa kişini, Saleh kişini, Əbilhəsən və Əlihəsən kişini görmüşəm. Lələm də hərdən oturardı. Çalğıya, ümumiyyətlə, musiqiyə, elə həvəs göstərməzdi. Ancaq evdə hərdən-hərdən mərsiyələri avazla oxuyanda gözünün yaşı axardı…

Qənbərin toyuna Aşıq Bəylər gəlmişdi. Toya hansı xanəndənin ya aşığın gələcəyini an azı bir həftə, bəzən bir ay qabaq kənddə bilirdilər. Ərəbqardaşbəyli əhalisi, Bala Surra qarışıq, çox narazı qalmışdı. Adamlarımız avropalılar kimi şüurlu, siyasi cəhətdən fəal olsaydılar, Alışır kişinin evinin qabağında etiraz nümayiş keçirərdilər, başlarının üstündə “Rədd olsun Aşıq Bəylər!” yazılmış banerlər də tutardılar. Ancaq bizim xalq qıpıq və hətta başıqapazlı olduğundan narazılığı qalmışdı içində. Təkcə balasurralı Fazil Aşq Bəylərə qarşı kampaniya aparır, hətta təhqirli ifadələr işlədirdi…

Aşıq Bəyləri kim seçmişdi? Bəlkə Məlahət  özü? Əgər belədirsə, Məlahətin gözəl musiqi zövqü varmış. Qənbərin toyu yadımda deyil, bəlkə Əlibayramlıda olmuşam. Ancaq bir neçə il sonra Aşıq Bəylərin necə gözəl müğənni və musiqiçi olduğu mənə çatdı. Onun “Şirvan şikəstəsini” ürəkdn sevdim və indi də sevirəm. Aşıq Bəylərin “Şiran şikəstəsi”, Alim Qasımovu çıxmaqla, bu gözəl meodiyanın ən yaxşı ifasıdır. Alim Qasımov da, fikrimcə, Bəylərin ifasından xeyli bəhrələnib, o da bizim yerlimiz kimi Tufarqanlı Abbasın sözlərini oxuyur…

1976-cı ya 77-ci ildə Salyanın sonralar Əlieyv kompleksinə yer eləmək üçün sökülmüş mədəniyyət evində mədəniyyət gənc aşıqların respublika müsabiqəsi keçirilirdiə Azərbaycanın çox yerindən gənc və yeniyetmə sazçalanlar gəlmişdilər. Fasilə zamanı onlardan bir neçəsinin Aşıq Bəylərin başına yığışdığını gördüm. Onlar aşıqla ustad kimi danışırdılar. Aşıq gənclərin  xahişilə birinin sazını alıb qəşəng çaldı da. Aşıq Bəylər belə aşıq bəylər idi…

(ardı var)

18. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 24. TOYLAR: BABAKİŞİNİN TOYU, «ULDUZLU TOYLAR»…

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 24. TOYLAR: BABAKİŞİNİN TOYU, «ULDUZLU TOYLAR»…

Altmış-yetmiş il bundan qabaq bəziləri kənd məktəbini qurtarancan heç Salyana da getməyən, klub, kino, teatr, sirk görməyən uşaqlar hər il səbrsizliklə Novruzu və toyları gözləyirdilər. Toylar adətən yay aylarında olurdu. Qalan bütün aylarda toy eləmək riskli iş idi. Bizim yerlərin havasına etibar yoxdur, toyun yaxın ərəfəsində ya elə toy günü başlayan leysan toyu müsibətə çevirirdi. Qabağa qaçaraq mərhum Babakişinin toyunu, əslində baş tutmamış toyundan deyim. İli yadımda deyil. Bəlkə də yazın axırı, ya da yayın əvvəli imiş. Məməmin yerlisi, arbatanlı gözəl Həziranla Babakişinin toyu günü elə leysan başladı ki, hamı ertədən mal-heyvanı dama salıb girdi evə. Leysan Əbilhəsənin həyətində yemək bişirilən yeri bataqlığa çevirmiş, qazanlar, teştlər yağış suyu ilə dolmuşdu. Boş toyxanada da dizəcən su. “Aşıqçılar” da boynu bükülü yığılıblar evin bir küncünə. Əbilhəsən kişi Borodino döyüşündə məğlubiyyətdən sonra Filidə generallarla müşavirə keçirən feldmarşal Kutuzov kimi öz yaxınları ilə  müşavirə keçirərək qərarını elan edir: Toy ləğv olunur. Deyilənlərə görə, bunu eşidən Babakişi əyninə xeyli böyük bəy “qəssum”unda qapıya cumur ki, mən gedirəm bəy çıxmağa. Beş-altı adam onu süpürləyib qapıdan geri çəkir, Babakişi onlara təpik ata-ata, cırmaqlaya-cırmaqlaya qışqırır ki, yox, mən bəy çıxmalıyam, buraxın, dədəmi öldürəcəm…

Desəm ki, o leysan məni elə Babakişi qədər məyus eləmişdi, şişirtmiş olmaram. Çünki uşaqlıda kənd toylarını bəlkə bəydən də çox səbrsizliklə gözləyirdim: musiqiyə sevgimə görə. Kəndin lap yuxarı başından çalğı səsi gələn kimi ürəyim az qalırdı çırpınıb sinəmdən çıxa…

Mənim bacım Ağənnənin toyu 1975-ci il sentyabır 5-də olub. Axşamçağından başlayan külək get-gedə elə güclənirdi ki, toyxananı içərisindəki arvadlar qarışıq laxladırdı. Toyxananın büründüyü brezenti külək şişirdir, bütün bu həngamənin havaya qalxmaq təhlükəsi yaranırdı. Xeyli adam dayaq verməklə, ciyə bağlayıb çəkməklə toyxananı birtəhər saxlayırdı. Eyni vaxtda Cəngəndə də toy idi. Ya orann küləyi daha güclü olmuşdu, ya o toyxananı çəkənlər səhlənkarlıq eləmişdilər – külək toyxananı çərpələng kimi qaldıraraq aparıb atmışdı pambıq sahəsinə…

Uşaqlıqdan yadımda qalan ilk toy Seyfullanın toyu olmalıdır. Ancaq o toydan yadımda qalan həyət-bacada çoxlu qonaq,  Salyandan gəlmiş ətirli arvadlardır. Çalğı yadımda deyil. Kim bilir, bəlkə də ertədən yatmışam. Belə şeylər çox olurdu. Uşaq bir ay toy gözləyir, günləri sayır, toy günü o qədər vurnuxur, mal-heyvan dalınca o qədər qaçır ki, toyun lap əvvəlində, salyanlı tumsatanlardan alıb cibinə tökdüyü tumu yarıyacan çırtlamamış toyxananın aşağı başında dalını taxtalara dirəyib yatırdı, ağzı da qalırdı açıq…

Seyfullanın toyundan sonralar danışılanlardan ən maraqlısı bu idi ki, lələm, Quran oxuyan adam olduğuna görə, araq verməyib. O vaxt pul yazdırıb yeməyə oturan hər kişiyə yüz qramlıq daş stəkanda araq verilirdi. Deyilənlərə görə, lələmin bu zalım hərəkətindən keflərinə soğan doğranmış bir neçə nəfər narlığa girib ucadan ögüyürmüş ki, kişi eşitsin. Lələm də qaranlıqda görmədiyi adamların ünvanına guya deyirmiş: “Ölün! Harda o zəhrmarı içdüz?!”…

60-cı illərin ortalarına qədər kəndin kişi toyları aşıqlı olurdu. Kənddə Aşıq Pənahı, Aşıq Bəyləri, bankəli Aşıq Ramizi görmüşəm. Bunların əslində adları aşıq idi. Aşıq söz qoşmalı, saz çalmalıdır. Salyan aşıqlarından söz qoşanı yox idi, bunların adından şeir yazırdılar. Aşıq Bəyləri çıxmaqla, saz da çala bilmirdilər, elə sinələri üstdə tutub dınqıldadırdılar. Geyimləri də bolşevik komissarlarını geyimindən fərqlənmirdi. Kim onları belə geyindirmişdi, bilmirəm. Bircə tapançaları çatışmırdı…

Tədricən toya tək xanəndə gətirməyə başladılar. Məmmədhüseyn Məmmədovun toyunda Nəriman Əliyev oxuyub – bu müğənninin radioda lent yazıları var idi. Salahın toyuna Şahmalı Kürdoğlunu gətirmişdilər. Ancaq Salahın toyunun ulduzu  Şahmalı deyildi. Əsl uşduzlar gənc, ancaq sürətlə məşhurlaşan Aftandil İsrafilovla Vəli Qədimov idi. Bizim kənd toylarına gələnlərin içində ən məşhuru, əlbəttə, Rəmiş kimi tanınmış gitaraçı Rafiq Hüseynov olub. Sima xalanın qardaşları Rəmişlə dost idilər, onların dəvətiylə təzə-təzə adı bütün ölkəyə yayılan, ev maqnitafonuna yazılmış ifaları  hər çayxanada səslənən, rentgen kağızından düzəldilən valları hər tində satılan bu virtuoz musiqiçi 1970-ci il avqistunda Gülağa Ağasıyevin toyuna gəlmişdi. Rəmişin ifaçı kimi zirvə dövrü elə vaxt olub…

Sonralar, çox sonralar Rəmiş Ehtiramla dostlaşmışdı, onu çox istəyirdi…

Gülağanın toyunda xanəndə Qaraxan Behbudov idi. Rəmiş kimi sənətkarın yanındakı az adamın yadında olar…

Aşıqlı toylar kasıbların teatrı idi…

Mən birinci sinifdə oxuyanda, yəqin ki, 1961-ci ilin yazının axırında kəndə kəndirbazlar gəlmişdilər. Məktəbin yuxarı sinifləri təzə məktəbə, yəni ləğv olunmuş kolxoz üçün tikilmiş idarə binasına köçmüşdülər. İbtidai siniflər köhnədə qalırdı. Sonralar yerində mağaza tikilmiş həmin məktəbin qabağnda bir-birindən xeyli aralı iki dirək basdırıb onları ciyə ilə birləşdirmişdilər. İki kəndirbaz əllərində balans payası ciyənin üstü ilə gəzirdi. Aşağıda zurna, təbil çalınırdı. Keçi maskası geymiş kloun mayallaq aşa-aşa çəmənliyə yığılmış adamlara yaxınlaşır, tamaşanın pulunu yığırdı –uşaqdan10, böyükdən 20 qəpik…

O vaxt yaşadığım xoşbəxt dəqiqələr sonralar həyatımda az olub…

İndi aşıqlı toylar haqqında.

Toyxanalar üç-dörd günə çəkilirdi.Çox dərin çonalar qazılır, teleqraf, elektirik dirəkləri boyda dirəklər basdırılır, sonra üstü, böyür-başı taxtalanır, sovxozda açıq havada qurudulan pambığı örtmək üçün istifadə olunan qalın brezentlə bürünür, yalnız girişi açıq qalırdı. Toyxananın başında bəy stolu qoyulurdu. Sağ əldə “aşıqçılar” otururdular – zurnaçı (balabançı), onun dəm tutanı, xanəndə qavalıyla, dümbəkçi. Toy yarı olanacan aşıq toyxanaya girmirdi, toyu xanəndə “aparırdı”. Bizim kəndin toylarına gələn aşıqların yanında bir neçə dəfə Cəbrayıl gəlib – mərhum Sovet müəllimin yeznəsi.

Çalanların stolunun böyründə manqal olurdu, bu manqalda dümbəkçi dümbəyini, xanəndə qavalını qızdırırdı. Nəmişlikdə bu alətlərin dəri hissəsi boşalır, çalmağa yaramır. Toyda qabaqcadan manqala baxan təyin olunurdu. Bu, çox fəxri vəzifə idi…

(ardı var)

17.01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 23. ƏLFAĞA (II)

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 23. ƏLFAĞA (II)

20230721_135628

Dövlət – sosial kontrakt, ictimai müqavilə, razılıq a sazişdir, dövlətdə konsensusla hamı üçün məcburi olan qaydalar, qanunlar yaradılır və onlara riayət eləmək birgə yaşayışda yarana biləcək ixtilafların qabağını alır.

On yeddinci əsrin ingilis filosofu Tomas Qobbsın  fikrincə, azad insanlar ictimai müqavilə vasitəsilə vətəndaş cəmiyyəti yaradırlar və mülki məcəlləyə və siyasi hakimiyytə tabe olmaqla hər kəs vətəndaş hüquqlarından faydalanır.

Əgər kənddə hamı eyni qanuna əməl edirsə, qonşu qonşunun yolunu, suyunu kəsməz.

Qanuna hörməti dövlət, dövlət rəhbərliyi öz nümunəsi ilə yarada bilər. Bizdə qanuna ən böyük hörmətsizlik, yəni ən çox qanunsuzluq dövlət tərəfindən, daha doğrusu hakimiyyəti qəsb etmiş, özünü dövlət sayan insan ya qrup tərəfindən edilir. Vətəndaşda qanuna hardan hörmət olar?

Pambıq, taxıl – ictima mülkiyyət idi. Yəni hamının. Ancaq hamı bilirdi ki, şumdan məhsul yığılanacan rəhbərlik bu ictimai mülkiyyəti mənimsəyir. Və ətək-ətək pullar mənimsəyən adamlar pambığa ağzını atmış heyvanı dama salır, yiyəsini cərimələyirdilər.

Başqa bir məsələ: niyə kənd adamlarının örüş yerləri yox idi?  Niyə pambığı, taxılı gətirib kəndlilərin çəpərlərinin dibində əkirdilər? Niyə pambığı 100 hektar əvəzinə 300 hektar torpağa əkirdilər? Hektardan 10 sentner alıb 30 sentnerin raportunu verməyə? Niyə 300 hektarın alağını vuran arvadlara heç 100 hektarın da pulunu vermirdilər?

Proletariat diktaturası (!) kimi yaranmış sovet hakimiyyəti sözdə özünüidarənin tərəfdarı olsa da, aşağıdan yuxarıyacan təkhakimiyyətliliyi yeridib və bərkidib. Kəndlərdə tam hakimiyyət kolxoz sədrlərinə, sovxoz direktorlarına və onların əlaltılarına məxsus idi. Kəndlilər onlara dədə-babalarından qalmış torpaqlarda kirayəçi, qastarbaytar kimi yaşayırdılar və indi də belədir. Kəndlərdə dinc-yanaşı, hamı tərəfindən razılıqla qəbul edilmiş qaydalara əməl edərək yaşamanın əsasında təşkilatlanma durur. Yəni adamlar Konstitusiyanın onlara verdiyi hüquqlar əsasında idarəçilik yaradırlar və qanunların icrasına nəzarət edirlər. Əliyev isə təşkilatlanmanı öz diktaturasına ən böyük təhlükə sayır.

Təkhakimiyyətlilik – istər ölkə miqyasında, istər kənd miqyasında – hampazor məmurlara meydan yaradır, ölənəcən ya tutulanacan bildiyini eləyir, yəni adamları minib çapırlar. Ən kiçik vəzifə tutan məmur üçün də vəzifə xalqa xidmət aləti yox, xalqı özünə xidmət etdirmək vasitəsidir.

“Qarovulçu” fenomeni torpaqlar xüsusi mülkiyyətdən çıxarılıb kolxoz, sovxoz mülkiyyətinə çevriləndən yaranıb.Xüsusi mülkiyyətin konkret yiyəsi var, onun mülkiyyətinin yanındakı da xüsusidir və onun da yiyəsi var, bunlar bir-birinin mülkiyyətinə ən azı qarşılıqlı hörmət eləməyə məcburdurlar. Kolxoz, sovxoz əkini ictimaidir, yəni guya hamınındır, əslində hamı bu mülkiyyətin sahibi deyil, bu mülkiyyətdə nökərçilik edəndir. Ona görə bu mülkiyyətə hörməti yoxdur. Mülkiyyətdən əsas mənfəət götürənlərin buna görə qarovulçulara ehtiyacı var.

“Qaçın, qarovulçu gəldi,

Qoçu oğlu qoçu gəldi…”

Bunu şair İsa İsmayılzadə əlli-altmış il qabaq yazıb…

Əlfağa uşaqlığından naxırçı idi, fermada olur, öz mal-heyvanını da orda saxlayırdı. Yəni  əslində onun cüzi qarovulçu məvacibinə ehtiyacı yox idi. Qarovulçuluq ona hakimiyyət verirdi. O, ərazidə Amerika şerifi kimi bir şəxs idi. Hamının cinayəti var idi, pambıq, taxıl hamının qapısının ağzında əkilirdi, elə heyvan olmazdı ki, əkinə girməsin. Qarovulçuya him eləsydilər, nəinki mal-qaranı, hətta onların yiyələrini də basardı qoduqluğa.

Yazıb-oxumağı bilməyən bu adam sovet hərcmərcliyindən, hampazorluğundan yaranmış vəzifəsinin ona verdiyi hakimiyyətdən ləzzət alırdı… O, at üstündə malların üstünə Napoleon Austerlits döyüşünə gedən kmi gedirdi…

Əlifağanın müsbət cəhətlərindən biri o idi ki, Azərbaycanın başqa vəzifəlilərindən fərqli olaraq, qohumbaz deyildi. Doğma əmisi oğlu Kamil müəllimin mallarını başqa heyvanlardan ayırmırdı. Kamil müəllimin mallarının cəzası daha ağır ola bilirdi, çünki minnətə gedən olmadığına görə Əlfağanın damında qalıb arıqlayırdılar…

O vaxrlar Sumqayıtdan, Rusiyadan tarla ziyanvericilərinə qarşı tətbiq edilən zəhərli maddələr Salyan stansiyasına gətirilir, təsərrüfatlar ordan öz paylarını daşıyırdılar. Onlar stansiyanın ərazisini boşaltmağa məcbur idilər, ancaq kəndə gətirilən zəhəri çox vaxt heç sahələrə səpmirdilər. Zəhər dolu iri kisələr elə sahələrin qırağında qalırdı. Tədricən kisələr cırılıb-dağılır, zəhər yağış sularına qarışıb suvarma arxlarına tökülür, torpağı hopurdu. Sahələrin qırağında otlayan mallar dönə-dönə zəhər yeyib ölmüşdülər. Bir dəfə Əlfağa qabağına çıxana sevincək deyirmiş: “Kamılın malının biri ölüb, biri də dumuğa gedib…”

“Dumuğa getmək”, yəqin ki, rusların “dumat” sözündən törəyib, bu, fikirləşmək  deməkdir. Yəni Əlfağa şairanə deyirmiş ki, ikinci inək də bugün-sabah canını tapşıracaq…

Buna baxmayaraq, çətinliyə düşəndə Əlfağa Kamil müəllimin yanına gəlirdi. Bir dəfə Lətifin oğlu Fazildən şikayət eləyir. “Kamıl, bilirsən Fazil məə nə diyir? Məə diyir səə maralnan öldürəcəm”. Kamil müəllim əmioğlusunu sakitləşdirir. “Mən Fazilnən danışaram, lap lazım gəlsə qulağını çəkərəm, qoxma…”

Bəlkə Əlfağa fikirləşirmiş ki, Fazil hardasa yekə buynuzlu maral saxlayır və günlərin bir günü at belində gedəndə qısqırdacaq üstünə. Nə bilsin ki, Lətifin oğlu onunla rusca danışır… “Maralnan”, yəni “moralno”, yəni mən səni mənəvi cəhətdən öldürəcəyəm…

Şübhəsiz ki, Fazil yüksək intellektli mədəni şəxs olub…

ƏLFAĞANIN MƏDİNƏYƏ ELÇİLİYİ

1960-cı illərin ortalarında Gülsüm xalanın gözəl qızı Mədinə boşanandan sonra kənddə olurdu. Günlərin bir günü Əlfağa ona elçi göndərir ki, bəs onu almaq istəyir. Gözəl Mədinə ağ koppuş əlləriylə uzaqdan-uzağa əmioğlusunun başına ala verib demişdi ki, o yatanda yorğan-döşəyinə ətir səpir, zımrıqlı Əlfağaya nəinki ərə getməz, heç onunla bir süfrə başında oturmaz…

Əlfağa, yəqin ki, çox məyus olmuşdu. Füzuli deyib ki, eşq dərdindən ağır dərd yoxdur…Düzdür, Əlfağanın kürən arvadı Hafizə ölüb-eləməmişdi, top kimiydi. Ancaq fermada işləyənlər nədənsə bir arvada qane olmurdular: götürək Alşır kişini, Məmmədverdini, cəyirli Məmmədağanı… Yəqin heyvanlardan nümunə götürürlülər…

ƏLFAĞANIN ŞƏKLİ

Mən Moskvada oxuyanda Ehtiramla məktublaşırdım. Bir dəfə zərfi açanda Əlfağanın şəkli çıxdı. Mən o şəkli Kamil müəllimgilin albomunda görmüşdüm. Şəkil, yəqin ki, Salyanda fotoatelyedə çəkilmişdi. Yəqin ki, fotoqraf Əlfağanın qabağında xeyli atılıb-düşmüş, saçını öz darağıyıa daramışdı… İnsafla desək, Əlfağa pis oğlan deyildi..

Çox dərin fəhmli və incə qəlbli insan olan Ehtiram bu şəkli elə-belə göndərməmişdi. Əlfağa adi adamdan çox rəmz idi. Bizim qaydasız, nizamsız, hüquqsuz həyatımızın rəmzi. Belə həyat hamını eyibli, qüsurlu, gözükölgəli edir. Bu, təkcə kiçik bir kəndin həyatı deyil, bütün ölkənin həyatıdır. Və hər kəsin başının üstündə bir əlfağa var ki, bir himlə onu mal kimi atın qabağına qatıb dama salmağa hazırdır…

16.01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 22. ƏLFAĞA (I)

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 21. GÜLSÜM XALA, OĞLU, NƏVƏLƏRİ

Gülsüm xala Hacı Mirğasının oğlu Əyyanın arvadı idi. Hacının iki oğlu, səhv eləmirəmsə, türmədə ölüb. Mircabbar müharibə iştirakçısı olub, yaralı qayıdıb. Öldüyü il bəlkə də 53-dür. Gülsüm xalanın ərinin nə vaxt öldüyünü bilmirəm. Yadıma gələn vaxtlardan o da qaynıxatınlar Zinyət xala və Dünya xala kimi dul arvad idi. Qızları ərdəydilər, yeganə oğlu Qasımağa Ələtdə olurdu. Dədəsinin yurdunda ikigöz, qabağı aynabəndli ev tikmişdi, orda uşaqsız bacısı Mədinə ərindən boşanıb kəndə qayıtdığı vaxtlar qalırdı. Gülsüm xala isə həyətdə ayrıca kiçik evdə olurdu, qızı ilə münasibətləri anababalıqdan çox soyuq, hətta davalı qonşuluğa bənzəyirdi.1960-cı illərdə Qasımağanın ikinci oğlu Əflatun nənəsi ilə qalırdı. Gülsüm xalanı mal-heyvanı, çoxlu toyuq-cücəsi, qazı, hinduşkası var idi, ona “dəstək uşaq” vacib idi…

Gülsüm xala öləndən  və nəvəsi Böyükkişi ata-bab yurduna sahib olandan sonra, yəqin ki, orda çox dəyişmişdi. 60-cı illərdə Gülsüm xalanın zəngin sayıla biləcək bağı bar idi, üzümü, narı satılırdı. Mal-heyvana baxmaq və bağa qulluq əsasən daim kənddə yaşayan Əflatunun boynuna düşsə də, Qasımağa da mövsüm işləri vaxtı tez-tez kəndə gələrdi. Qasımağa şofer idi “Ural” markalı çox yekə yük maşını sürürdü. Rusiyada indi bu maşınlar ancaq hərbidə işlədilir. Qasımağanın maşını da tank kimi heybətli. Musalıya çatanda nəriltisi bizm kənddə eşidilirdi. Qasımağa tək gəlmirdi, Böyükkişini, Təhmirazı da maşına yığıb gətirirdi. Həyətə çatıb gətirdiyi mal-heyvan, toyuq-cücə yemini boşaldan kimi Qasımağa uşaqları qabağına qatıb aparırdı Kürün qırağına. Komanda motoru işə salıb həyətə su vurmalı, su çənlərini, hövuzu doldurmaılı idi. O motorlar sovet mühəndis fikrinin nailiyyəti idi: gərək onun donluğuna iyirmi-otuz vedrə su töküləydi. Ancaq bu hələ onun işə düşəcəyinə zəmanət vermirdi. Yüz metr aralıda Qasımağanın .misi oğlu Kamil müəllim də Lətifi, İlhamı, Ehtiramı yanına alıb motorla əlləşirdi. Doğma əmioğlu olsalar da, Qasımağa ilə Kamil müəllim arasında uca boyluluqdan başqa heç bir oxşarlıq yox idi. Qarabuğdayı əmioğlusundan fərqli olaraq Qasımağa  ağ-sarışın idi, iri gövdəsi, düz qaməti onu ağ amerikalılara oxşadırdı, elə bil ki, hardasa Texasda ya Corciyada amerikalı quldar azyaşlı qullarını günün qızmar çağı amansızcasına istismaer edir…Qasımağa ilə anası Gülsüm arasında da oxşarlıq yox idi, yekəliyi deyə bilmərəm, ağ-sarışınlığı yəqin ki, Hacı Mirağası tərəfdən gəlmə idi. Kamil müəllim isə, zənnimcə, anası tərəfə çəkmişdi..

Gec-tez motor işə salınır, həyət-baca sulanır, çənlər, hovuz doldurulurdu. Qasımağa anasının yanında çox yubanmırdı. Bir də görürdün Uralın səsindən kəndin dam-daşı titrəyir. “Qulaq tutuurdu” demək istəmirəm, çünki Qasımağa ağır eşidirdi. Sürücülük vəsiqəsini necə alır, vaxtaşırı necə komissiyadan keçirdi – demək çətindir. Güman etmək olar ki, bunu balıq, kürü verməklə həll eləyirmiş. Deyirdilər ki, Qasımağa həm də fəal brakonyerdir, dənizdə tor atır… Ancaq Qasımağanın qəza törətdiyini də eşitməmişdim. Bəlkə də başqa maşınlar uzaqdan Uralı gğrən kimi burcudub yan keçirlərmiş…

Nədənsə mən Gülsüm xalanın oğlu və nəvələri motor işlətdikləri müddətdə qazan asdığını təsəvvür edə bilmirəm. Yuxarıda dediyim kimi, həyət toyuqla, qazla, hinduşka ilə dolu idi, onların yemini Qasımağa gətirirdi. Ancaq mənə elə gəlir ki, Gülsüm xalanın ürəyi gəlməzdi ki, gözünün qabağında hinduşka nədir, hətta bir toyuğun da başı kəsilsin. Bu, Gülsüm xalanının hümanizmindən, heyvansevərliyindən deyildi. Gülsüm xala, deyilənlərə görə, çox xəsis arvad idi. Bəlkə öz qarnına yediyini də itki sayırdı. Şübhəsiz ki, Qasımağa yola düşəndə toyuqdan, cücədən, hinduşkadan uşaqlara tutdurub maşına atırdı, yəqin əlli-altmış yumurta da yığılırdı. Gülsüm xala, çətin də olsa, buna dözərdi. Ancaq gözünün qabağında bir hinduşkanı ya qazı kəssəydilər, yəqin ki, o dünyaya gedib qayıdardı.

Öz malının, sərvətinin keşikçisinə çevrilən adamlar az deyil…

Gülsüm xalanın bəzən çəpərində qıraqda durub evinin yanından ya böyründən keçəni baxşlarıyla qarşılayır, onun ərazisindən uzaqlaşana qədər dalınca baxırdı. Yəqin dünyada etibar elədiyi bir adam da yox idi.

“Kamılın uşaqları gecələr mənim çəpərimin taxtalarını söküb aparıb vururlar lötkələrinə”, — deyə Gülsüm xala şikayətlənirmiş.

İlhamın kiçik kolazı var idi. Onunla işə gedib-gəlirdi. Deyək ki, gecə getdi Gülsüm xalanın hasarından taxtaları qopardı —  kolazın harasına vuracaqdı?

Bir dəfə hansı böyrüsə ağrıyanda qızlarından biri onu dilə tutub həkimə aparıb. Həkimin kabinetində baş verəni sonra Gülsüm xala sonra özü danışırmış. “Doxdur didi ağrıyan böyrüü görkəz, mən də ağrımıyanı görkəzdim. Dəli dörəm ki, ağrıyanı görkəzəm, məni kəsib-doğrıyalar…”

Əflatun nənəsi ilə yola gedirdi, yəqin qabağına qoyulanı yeyirmiş. Əflatundan sonra Gülsüm xaanın yanında Allahyar qalırdı. Allahyar Gülsüm xala üçün nəvə deyildi, əsl günü idi. Davalaşırdılar. Gülsüm xala elə hesab edirdi ki, bir qaynanmış yumurta uşağa artıqlaması ilə çatar. Allahyar nənə haqqını qəddarlıqla tapdayaraq iki yumurta qaynadır, Gülsüm xalaya dərin ruhi iztirablar çəkdirirdi…

Ay Güsüm xala, ay arvad, niyə kəsib o cücələrdən yemirdin…

Öz dediyinə görə on üç yaşında ərə getmişdi. Onun öz yaşını dəqiq bildiyinə şübhə ilə yanaşmaq lazımdır. Onun vaxtında sənəd, kağız olmayıb. Nə bilirdi neçə yaşı var? Doqquz yaşı da ola bilərdi, on doqquz yaşı da…

Deyək ki, on üç yaşı olub. On üç yaşınacan ona öyrətməyiblər ki, mal, sərvət insanın xidmətində olmalıdır, əksinə yox. Öyrətməyiblər ki, qız, qadın özünə baxmalıdır, yəni əyninə-başına, dilinə fikir verməlidir, yoxsa nəinki ərinin, hətta uşaqlarının da, nəvələrinin də gözündən düşər…

Gülsüm xalanı yeniyetmə ya gənc, zərif dərili, qırmızı yanaqlı qız kimi təsəvvür etmək mümkün deyildi. Yaxşı ki, nə oğlu, nə də qızları ona oxşamışdılar…

Əflatun məndən iki sinif yuxarı oxuyub – Təhmirazla, Ağappa ilə. Onlar kimi olmasa da, yaxşı oxuyurdu. Bəlkə o da ali məktəbə gedib çıxa bilərdi. Ancaq atası onu balıqçılıq texnikumuna qoydu. Balıqçılığı qurtaranları əsgər aparmırdılar… Toyu kənddə olmuşdu. Deyirdilər ki, kənddə bəy hamamı ənənsini Əflatun pozub. Deyib ki, Kür evimin dalından da, qabağından da axır, dəliyəm durub Salyana gedəm? Və cummuşdu Kürün, şişirtmə ilə desək, Kürün büllür sularına. Sağdışla solduş da dalınca…

İndi fikirləşirəm ki, bəlkə nənəsinin xasiyyətindən Əflatunda da varmış? Bəlkə Salyan hamamından qənaət məqsədilə imtina edib?

Bir dəfə kənddə məzuniyyətdə olanda  Ehtiramın yanına gedərkən Əflatuna rast gəldim. Bəlkə onu iyirmi il idi görmürdüm. Məni gözdən keçirib dedi: “Xeyrulla, aya, nə günə qalmısan!”

Başına xeyir, ay Əflatun, mən haçan yaxşı gündə olmuşdum ki… Sən bir özünə baxaydın…

Əflatunun ölüm xəbərini eşidəndə çox məyus oldum. Kənd uşağı id… Mənə elə gəlir ki, ondan heç kim inciməmişdi…

Mən Moskvada oxuyanda bir dəfə institutun yataqxanasında dedilər ki, mənə zəng eləyiblər və nömrə də qoyublar ki, zəng vurum. Demə Allahyar imiş. Mənə ünvan deyib qonaq çağırdı. Mosfilm küçəsində başqa bir azərycanlı ilə Mosfilm küçəsində qalırdı. O vaxt Böyükkişi türmədə idi. Allahyar bir neçə il idi ki, yorulmadan və pulunu əsirgəmədən onun işini azaltmağa çalışırdı. Moskvaya gəlişi də buna görə idi.

Allahyar təkid elədi ki, mən də onlarla nahar eləyim. Küftə bişirmişdi. Bəlkə də küftə bişirməyi nənəsinin yanında yox, Bakıda tələbə olanda öyrənmişdi. Gülsüm xala evində belə pozğunluğa, yəni küftə bişirməyə yol verməzdi…

Təsəvvür elədim ki, Gülsüm xala Allahyarın mənə küftə yedizdirdiyini bilir. “Küftəni neynirdi Cahangirin oğlı, küftəsi əssiy iydi, qoyıydun qabağına şordan-çörəydən, yiyib gediydi…”

Allahyarın küftəsi çox ləzzətli idi… Az qalmışdım yazam ki, o vaxtdan elə ləzzətli küftə yeməmişəm. Fikirləşib gördüm ki, o vaxtdan, deyəsn, o vaxtdan mən heç küftə yeməmişəm…

14. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 20. «MİLSƏNER» ƏLİBALANIN QIZLARI VƏ OĞULLARI