Архивы

F. Tyütçev. DÖŞƏMƏ ÜSTDƏ…

F.İ TYÜTÇEV

Döşəmə üstdə  elə çömbələrək,

Bir qalaq məktubu yığıb önünə,

Və onları soyumuş bir kül tək,

Götürərək bir anlığa, atırdı yenə.

Tanış vərəgləri bir-bir alaraq,

Elə qəribə baxırdı ki, deyəsən,

Tərk edib getdiyi bədənə baxar,

Beləcə yəqin ruh yüksəkdən.

Vardı burda nə qədər, ah, yəqin,

Yaşanılmış- yanmış ömr əsəri.

Qətlə yetmiş fərəhin, həm eşqin,

Nə qədər, ah, acı dəqiqələri…

Dayanıb bir kənarda səssizcə,

Diz üstə çökməyə də hazırkən,

Məni dəhşət və qüssə aldı, necə,

Yanımdakı bu sevimli kölgə.

1858

Y. Baratınski. GİLEY

Y. BARATINSKİ

Çatır vüsal günü, əziz dostum,,

Nə yaxındır görüış günü, nə yaxın.

Bəs nədən yox könüldə çırpıntı,

Söylə, bu intizar odu bəs hanı?

Nədən gileylənim? Fəqət bəlkə,

Gec sovuşdu kədərli günlər də.

Sevincimə qarışır güssə hər an,

Şöləsindən ürəkdə yanmır həvəs.

Bu xəstə ruhu incidib mən əbəs,

Edirəm səy ki, ümid oyadam.

Taleyin xoşqılıq təbəssümü də,

Verməyir heç mənə könlümcə səfa.

Sanıram bəxtəvərliyim bir səhv,

Və yaraşmır mənə bu şadlq da.

F. Tyütçev. BİZİM ƏSR

F.İ. TYÜTÇEV

 

Pozulan bədən deyil, ruh pozulub bizim zamanda,

Çəkib əl ümidlərindən, boğulur kədərlə insan.

Can atar o, nura doğru gecənin qaranlığından,

Və yetən zamanda nura qoparır şikayət, üsyan.

İnamın da yoxluğundan qurumuş və həm üzülmş,

Dayanıb durar bu dəm o və heç iştəməz aman da.

Və həm anlayar ki, məhvi elə də uzaq deyilmiş,

Və yanar inamdan ötrü… diləməz fəqət inam da.

Əbədən deməz də əlbət dualarla, göz yaşıyla,

Necə dursa da kədərli qapalı qapı önündə.

“İçəri məni burax da!  Mən iman gətirdim, allah,

Sən özün yetiş xilasa, çəkilib inam gedəndə…”

BUSƏ

                                  Y.  BARATINSKİ

               

Mənə hədiyyə etdiyin busə,

Çəkilib getməz heç xəyalımdan.

Gündüz hay-küylü, gecə səsizsə,

Yenə dodaqdadır təması hər an.

Yuxunun qoynuna gəfil düşsəm,

Yuxumda nəşə duyduğum o zaman,

Coşuram, könlü salıb min həvəsə.

Oyanıram, o dəm, gedir də duman:

Xəyal itdi, mənəm, mənimlə isə,

Bir məhəbbət və üzülmüş bir can.

1820