Архивы

VLADİMİR NABOKOV. ŞEKSPİR

vladimir nabokov

Elizabet dövrünün bütün əyanları tək,
Parlayırdın, dəblərə sən də əməl edərək
Qırçınlı yaxalıqlar və baldırları sıxan,

Gümüşü atlas… Hamı necəydi, sən də elə,

Saqqal da paz şəkilli…Qısa plaşa belə
Bürünürdü ildırım, ilahidən şaxıyan.

Teatr vurnuxması, ötkəmdin, sənə yaddı,

Təəssüf eləmədən asan kənara atdın,

Hörülərək quruyan şöhrət çələngini sən,

Əbədi gizlədərək əbədi qorxunc, müdhiş duhanı,

Maska altında, fəqət bizə küyü vəhyinin,

Qalıb: kədəri mavrın yaşayır indiyəcən,

Falstafın sifəti – bir mal əmcəyi sayaq,

Rəssam ona bığ çəkib. Fırtına kimi coşan

Kral Lir…Sən burdasan, sən fəqət aldadaraq

Dünyanı və hamını, sənə lütfkar olan

Letanın sularında qərq edibsən əbədi

Bu nədir ki: sələmçi yaratdığın işlərə,
İmza atmağa – pulla – olmuşdu öyrəşikli,

Uill Şekspir ki, Kölgə rolunda oynayırdı,

Meyxanada yaşadı, öldü meyxanalarda,
Həzm eləyə bilməyib donuz başını yəqin…

Freqat fınxırırdı, tərk edirdin vətəni,

İtaliyanı gördün… nəğmə deyən tək orda,

Dəımir naxış dalından çağırdı qadın səsi,

Dəvət etdi balkona ucaboy ingilisi

Sənisə Veronanın küçələrində o an,
Üzürdü lumulu ay. Məndə həvəs var belə:
Təsəvvür edirəm ki, Don Kixotu yaradan,

Gülməli və qılıqlı düha təsadüfən səninlə

Söhbət edib bəlkə də, elə dəyişən zaman

Atları. Yəqin axşam mavidir, ilıqdır həm,

Meyxana arxasında gəlir quyudan bu dəm,
Saf vedrə cingiltisi.yayınma sualımdan,

Kimi sevmisən? Danış, kimin qeydlərində,
Xatırladılıb adın? izini qoyub gedən,

Az deyil miskin, rəzil qəlb yiyəsi, bilirsən,

Brantomu oxuyan, hər cür ada gələr rast,

Yambik ildırımların tanrısı, de, aç-ağart,
Şairsən yüzağızlı, ağlagəlməzsən həm sən.

Yox, zəruri saatda, hiss eləyəndə Tanrı
Qovur səni həyatdan, nəhayət, xatırladın,

Gizli əlyazmaları, sən əmin idin yəqin,

Rəzil damğası eldə gəzən danışıqların,

Sənin əzəmətinə yaxın da düşə bilməz,

Qərarsız tozu altda yaşarsa əsrlərin,

Ölməzliyin özü tək – simasız, həm də ölməz.

Getdin gülümsünərək… Uzaqlardadır yerin…

1924

Ruscadan tərcümə

27-29.08. 2024, Samara

QEYD:

Brandom —  Pierre de Bourdeille, seigneur de Brantôme (1540-1614). Ölümündən sonra nəşr edilmiş bir sıra memuar  əsərlərin müəllifi

 

1924 г.

Среди вельмож времен Елизаветы
и ты блистал, чтил пышные заветы,
и круг брыжей, атласным серебром
обтянутая ляжка, клин бородки —
все было, как у всех… Так в плащ короткий
божественный запахивался гром.
Читать далее

VLADİMİR NABOKOV. «MƏNİMLƏ ŞƏFFAF OL VƏ SADƏ OL HƏM…»

Mənimlə şəffaf ol və sadə ol həm,

Mənə qalan sənsən həyatda indi.

Evim yandırılıb, qırılıb meşəm,

Orda ki, baharım dumanlanırdı.

 +

Tozağaclarını ağacdələndi,

Mürgüdən oyadan… ümidsiz hərbdə
Döyüşən dostumu orda itirdim,

Sonrasa itirdim vətənimi də.

 +

Mənə xülyalardı yuxuda həmdəm,
Yava qadınlarlara gəzdim üzdə mən.

Fikir dağıdırdım dağlara hərdən,

Nəğmələr itirdim dənizlərdə mən.

 +

Keçmişi anaraq qüssələnirəm.

Sənin ocağının indi başında,

Mehriban, səmimi ol, unutma həm,

Səndən özgə yoxdur heç kimim daha.

12 noyabr 1919

ruscadan tərcümə

  1. 08. 2024, Samara

++++++++++++++++

ВЛАДИМИР НАБОКОВ

Будь со мной прозрачнее и проще

     Будь со мной прозрачнее и проще:

     у меня осталась ты одна.

     Дом сожжен и вырублены рощи,

     где моя туманилась весна, Читать далее

VLADİMİR NABOKOV. DOSTOYEVSKİNİN ÖLÜMÜNÜN İLDÖNÜMÜNƏ

nabokov

İsa şagirdlərlə bağda gedirdi…

Kollar arasında, tovuz gözündən

Toxunmuş qumluqda bir it cəsədi

Onların önündə göründü birdən.

 +

Ağarırdı qara qırışlar altdan

Dişləri, ölümün üfunət dolu
Zəfərinə təslim həndəvər tamam.
Nə şirin, xoş ətir varsa, qovulub.

 +

Şişib, çatlayaraq, cəsədi itin,
Selikli qurdlarla üstü doludur.

İoann, qız kimi, arxa çevirdi,

Matfeysə turşudub üzünü durdu.

 +

Deyir həvariyə həvari belə:

“Bəd itdi, iyrəncdir leşi də indi…”

Xristossa dedi sadəcə dillə:

“Dişləri mirvari dənələridir…”

1921

ruscadan tərcümə

23.08. 2024, Samara

++++++++++++++++++

ВЛАДИМИР НАБОКОВ

На годовщину смерти Достоевского

 

     Садом шел Христос с учениками…

     Меж кустов, на солнечном песке,

     вытканном павлиньими глазками,

     песий труп лежал невдалеке. Читать далее

VLADİMİR NABOKOV. İSTANBUL

Robert Burns

Üzüb üzə çıxır sübh çağı sahil,

Havanı xoş iylə külək doldurur,

Gəmimiz dayanıb yuxulu durur,

Nəhəng kəhrəba tək suda elə bil,

 +

Suda çevrə-çevrə açır şırımlar,

Sıçrayır mürgülü balıq qatarı.

Və nəsə bu ani titrəyişdə var,

Su belə görünür yağanda narın.

 +

 İstambul oyanır, yarılır toran:

Elə ki, ipəyi suyun  nurlanır,
Minarə yüksəlir iki tünd qara,

Əsmər qızılında yer alır danın.

6 aprel 1919, Zolotoy Roq

ruscadan tərcümə

16-17. 08. 2024, Samara

++++++++++++

ВЛАДИМИР НАБОКОВ

СТАМБУЛ

Всплывает берег на заре,
летает ветер благовонный.
Как бы стоит корабль наш сонный
в огромном, круглом янтаре.
Читать далее

VLADİMİR NABOKOV. HANSI AYIB İŞİ GÖRMÜŞƏM Kİ, MƏN…

Hansı ayıb işi görmüşəm ki, mən,
Mənmi bədəmələm ya əxlaq pozan.

Mən, bütün dünyanı məcbur eləyən,

Vurulsun zavallı qızcığazıma.

 +

Bilirəm, qorxurlar məndən adamlar,

Yandıra bilərlər cadugər deyib.

Mənim sənətimdən ölənlər də var,
Sanki zümrüddəki zəhəri yeyib.

 +

Amma məzəlidir – abzas sonunda,

Korrektora rəğmən və əsrə rəğmən,
Bir vaxt kölgə əsər rus budağından,

Mərməri üstündə əlimin hökmən.


27
dekabr 1959, San-Remo

ruscadan tərcümə

16. 08. 2024, Samara

QEYDLƏR:

1. Şeirdə Nabokovun “Lolita” romanına qarşı ziddiyyətli münasibətlər bağlı düşüncələri əks olunub.

2. Son bəndə şairin ona haçansa vətəni Rusiyada abidə qoyulacağına ümidinin ifadəsi kimi baxmaq olar.

++++++++++++

ВЛАДИМИР НАБОКОВ

Какое сделал я дурное дело

Какое сделал я дурное дело,
и я ли развратитель и злодей.
я, заставляющий мечтать мир целый
о бедной девочке моей.
Читать далее

VLADİMİR NABOKOV. GÜLLƏLƏNMƏ

vladimir nabokov

Olur ki, yuxuya gedən tək durur
Və üzür çarpayım Rusiya deyə.

Məni aparırlar yarğana, budur,

Aparırlar orda güllələməyə.

 +

Qaranlıq otaqda ayılıram mən,

Yaxın stul üstdə kibrit və saat.

Lülə tək zillənib, bir an əsmədən,

Baxır gözlərimə yanan siferblat.

 +

Sinəmi, boynumu örtüb əlimlə

Dururam – vuracaq məni indicə.

Sönük, dairəvi işıqdan hələ,
Bilmirəm ki, çəkim gözümü necə.

 +

Saat çıqqıltısı sanki qəfildən,

Donuq şüuruma çatar, ayıldar.

Bəxtəvər qovqunluq həyatının mən,

Himayəsindəyəm, müdafiəm var.

 +

Sən isə istərdin, ürəyim, yəqin,
Belə də olaydı bu, həqiqətən:

Rusiya, ulduzlar, güllələnməyim,

Мeşəgilasıyla dolu yarğan həm.

1927

ruscadan tərcümə

13-14. 2024, Samara

+++++++++++++++

ВЛАДИМИР НАБОКОВ

РАССТРЕЛ

Бывают ночи: только лягу,
в Россию поплывет кровать,
и вот ведут меня к оврагу,
ведут к оврагу убивать.

 

Проснусь, и в темноте, со стула,
где спички и часы лежат,
в глаза, как пристальное дуло,
глядит горящий циферблат.

 

Закрыв руками грудь и шею, —
вот-вот сейчас пальнет в меня —
я взгляда отвести не смею
от круга тусклого огня.

 

Оцепенелого сознанья
коснется тиканье часов,
благополучного изгнанья
я снова чувствую покров.

 

Но сердце, как бы ты хотело,
чтоб это вправду было так:
Россия, звезды, ночь расстрела
и весь в черемухе овраг.

1927 г.

SERGEY YESENİN. «BİZ DƏ YAVAŞ-YAVAŞ GEDİRİK ARTIQ…»

Yesenin_Sergey

Biz də yavaş-yavaş gedirik artıq,

Əminlik və nemət olan ölkəyə.

Bəlkə mən də yığıb sovxalarımı,

Gərək hazırlaşam yola düşməyə.

 +

Ah, mənim sevimli tozağaclarım!

Düzənin qumları! Torpaq, həm də sən!

Qüssəmi gizlədə bilmirəm artıq,
Bu qədər gedəni öndə görərkən.

 +

Sevdim həddən artlq bu dünyada mən,

Ruhu canlandıran nələr varsa həm.

Suyun gül üzünə gözü dikilən,
Ağcaqovaqlara salam deyirəm.

 +

Sakit anlarımda çox düşünmüşəm,
Çoxlu nəğmə qoşdum mən öz içimdə.

Və bu qaşqabaqlı yer üzündə mən,
Xoşbəxtəm ki, vardım, yaşardım həm də.

 +

Xoşbəxtəm, öpmüşəm  qadınları mən,

Ot üstdə ağnayıb gülləri əzdim.

Deyildim mən heyvan döyən, incidən,

Kiçik qardaş kimi onlar əzizdi.

 +

Gül açmır ağaclar orda, bilirəm,
Qu boyunlu çovdar nə cingildəyər.

Görüb kütləsini gedənlərin mən,

Onunçun titrərəm, ürəyim əsər.

 + 

Olmaz o ölkədə, yəqin bilirəm,
Qızılı toranda yanan zəmi də.
Ona görə indi  dünyada mənlə,
Yaşayan insanlar mənə əzizdir.

1924

ruscadan tərcümə

29. 03. 2024, Samara

++++++++++++

 

Сергей ЕСЕНИН

 

Мы теперь уходим понемногу
В ту страну, где тишь и благодать.
Может быть, и скоро мне в дорогу
Бренные пожитки собирать.
Читать далее

ANNA AXMATOVA. “NƏ KƏDƏR QALIRDI, NƏ SİRR QALIRDI…”

AKHMATOVA

 Nə kədər qalırdı, nə sirr qalırdı,

Müdrik iradəsi taleyin nə də —

Yalnız mübarizə təəssüratı

Qalırdı bizə hər görüşümüzdən.

 +

Gələcəyin anı mənim yanıma
Düşünüb səhərdən qayğılanarkən,

Zəif bir titrəyiş, sancılı amma,

Duyurdum bükülü qollarımda mən.

 +

Və əzirdim quru barmaqlarımla,

Al-əlvan örrtüyü masanın üstdə.

Yaxşı anlayırdım o zaman hələ,

Kiçikdir bizim bu dünya necə də.

 

1915

ruscadan tərcümə

12. 02. 2024, Samara

 +++++++++++

Анна АХМАТОВА

 

Не тайны и не печали,
Не мудрой воли судьбы —
Эти встречи всегда оставляли
Впечатление борьбы.

 

Я, с утра угадав минуту,
Когда ты ко мне войдешь,
Ощущала в руках согнутых
Слабо колющую дрожь.

 

И сухими пальцами мяла
Пеструю скатерть стола…
Я тогда уже понимала,
Как эта земля мала.

 

1915 г.

 

ANNA AXMATOVA. «MUSİQİ ÇALINDI BAĞDA…»

AKHMATOVA

Musiqi çalındı bağda, ifadə
Edilə bilməyən dərd ilə sanki.

Dəniz atri vardı təzə və kəskin,
Nimçədəki buzlu istridyələrdə.

 +

“Sənə sadiq dostam”, — sylədi mənə

Və mənim donuma bu an toxundu.

Təmasında fəqət əllərin indi,

Yox idi ağuşa bənzəyən heç nə.

 +

Belə sığallanar quş, pişik ya da,

Atçapan qızlara belə baxarlar

Təbəssüm narahat gözlərində var,

Kirpiklərin zərif qızılı altda,
+

Sərilən tüstünün dalında isə,

Dinir skripkalar hüznlü səslə:

“Göylərə alqışlar deyib şükr elə,

Acı sevgilinlə ilk dəfə təksən”.

1913

ruscadan tərcümə

11. 02. 2024Ş Samara

+++++++++++++

Анна АХМАТОВА

Звенела музыка в саду
Таким невыразимым горем.
Свежо и остро пахли морем
На блюде устрицы во льду.
Читать далее

ANNA AXMATOVA. “SÖZÜN TƏRAVƏTİNİ, DUYĞU SADƏLİYİNİ…”

AKHMATOVA

Sözün təravətini, duyğu sadəliyini

İtirmək – bu, rəssamın  işığını gözlərin,

Aktyorun —  səsini, hərərəkəti, gözəlin —

Nadir gözəliyini itirməsiylə eyni.

 + 

Göylərin göndərdiyi bu neməti sən ancaq
Çalışma özün üçün qoruyub saxlayasan.

Məhkumuq biz – və bunu yaxşı bilir hər insan,

Sərf eləyək, yığmayaq.

 +

Tək yola çıx, korların gözlərinə əlac qıl,

Agır şübhə saatı yetişəndə görəsən,

Bədxah şagirdlərindən təhqirli gülüşü sən,

Kütlə biganəliyi biləsən nə ağırdır.

1915

кuscadan tərcümə

10. 02. 2024, Samara

 ++++++++++++++++++++++++++++

Анна АХМАТОВА

 

Нам свежесть слов и чувства простоту
Терять не то ль, что живописцу — зренье,
Или актеру — голос и движенье,
А женщине прекрасной — красоту?
Читать далее