DEYİLƏNLƏR DÜZ İMİŞ: TV13, TV8 RƏHBƏRLƏRİ QAÇAQMALÇI, DƏLƏDUZ, PULYUYAN İMİŞLƏR…

sərdar cəlaloğlu

Başı Sabirabadın azotlu qarpızı boyda olan Sərdar Cəlaloğlu TV8-də çıxış edir. Qandidən danlşır – Qandidən necə danışmasın? Putin özü deyirdi ki, Qandidən sonra danışmağa adam yoxdur, yəqin Cəlaloğlunu tanımır – deyir ki, Qandi Hindistanın birinci prezidenti olub.

Şərh yerində yazıram ki, Qandi 1949-cu ildə öldürülüb. Hindisran isə 1950-ci ildə istiqlaliyyət alıb.

Şərh dərhal silinir.

İkinci dəfə qoyuram. Silinir. Üçüncü, dördüncü, yeddinci dəfə…

Bunlar demokratdırlar? Bunların demokrat üzünə tüpürüm!

Mən belə başa düşürəm ki, tv8 tv13-ün təxəllüsüdür. Yəni bir kontordur. Belə çıxır ki, bunların rəhbərini türməyə haqlı basıblar. Bunların hamısını dəhmərləyib dama basmaq lazımdır. Stalin Polşa haqqında demişdi ki, ona demokratiya inəyə yəhər yaraşaan kimi yaraşır.

Stalin səhv eləyibb. Polşaya demokratiya yaraşır. Azərbaycana yox.

İndi bunların qaçaqmalçı, dələduz, pulkəsən, pulyuyan olduqlarına inanıram.

Hamısı tutula, hamısını mələdələr və mələrtiləri bura gələ — ürəyim yanmaz…

 

07. 02. 2024, Samara

ZİYAFƏT ABBASOVA HAQQINDA «AZAD SÖZ» KANALINA YAZDIĞIM VƏ DƏRHAL SİLİNMİŞ ŞƏRH

ziyafət abbasova

Hörmətli soydaşlar! Çox istərdim ki, mənim şərhimi səbrlə oxuyasınız.

Mən Ziyafət Abbasovanı müxtəlif kanallarda bir neçə dəfə görmüşəm. Onun iki əsa s tələbi var 1. O da İlham Əliyevin arvadı və qızları kimi yaşamaq istəyir. İlham Əliievin ailəsinin dəbdədəli həyatına etiraza mən də qoşuluram. Ancaq siz istərdinizmi ki, Ziyafət də o cür dəbdəbə ilə yaşasın? Kimin hesabına? Sizin hesabınıza, elə deyilmi?

2. Deyir ki, ona iş vermirlər. Deyək ki, siz şirkət rəhbərisiniz, biznesiniz var, müəssisələriniz var. Ziyafətə hansı işi verərdiniz? Bu qadının təhsili, peşəsi varmı? Doğrudan da işləmək istəyirmi?O deyir ki, Qubad İbadoğunun partiyasının üzvüdür. Əgər bir işə yarayırdısa, niyə cənab İbadoğlu ona bir iş vermirdi? Axı 5 mindən çox üzvü olan (yəqin ki, şişirtmədir) partiyada maaşlı iş olmalıdır. Belə çıxmırmı ki, ona guya havadar olanlar da onu iş qabiliyyətli saymırlar. Tural Sadıqlının özü. Axı o da Bakıda pullu iş gördürür. Niyə Ziyafəti cəlb eləmir? Xəstə adamı polis qabağına göndərməyə nə var ki.

Daha sonra. Ziyafətin özünün dediyinə görə, dönə-dönə xəstəxanalarda müalicə alıb. Razılaşın ki, spesifik xəstələyin müalicəsi ucuz başa gəlmir. O, xəstəxanalarda qeydiyyatdadır və havayı dərmanlar da alır.  Yəni ayda ona xeyli dövlət pulu xərclənir. Yenə sizin hesabınıza. Bütün mitinqləri gəzən adam bir işin qulpundan yapışa bilməzmi?

Hörmətli soydaşlar! Ən demokratik rejimlərdə də işləmək lazımdır. Mənim yaxın qohumlarımın hamısı Azərbaycandadır. Hamısı işləyir. Maaşın azlığı ayrı, acından ölmək ayrı. Xalq acından ölmək həddinə gələndə Turalsız, Qurbansız qalxıb hakimiyyəti devirər.

Azərbyacanda problem çörək deyil. YouTube Azərbaycanda fasiləsiz keçirilən toyların translyasiyası ilə doludur. Sizin hər birinizin an azı bir smartfonu var, İnternetə pul ödəyirsiniz. Bu, acından ölməkdir?

Azərbaycanın problemi siyasi azadlıqların olmamağıdır. Azərbaycanlıların siyasi azadlıq tələbatı varmı? Neçə faizininn? Sizdə tələbat qaynar nöqtədə olsaydı, telefonda oturmazdınız, küçəyə çıxardınız.

Tural Sadıqlı bilikli, bacarıqlı adamdır. Təəssüf ki, indi o, peşəkar avantüristə və fırıldaqçıya çevrilib və Ostap Benderin oyununu oynayır. Ay inqilab eləyirik, “заграница нам поможет» və s. Oturub Almaniyada, deyir gedin girin dəyənəyin altına. Heç kim də, təbii ki, getmir. Çünki hamı Ziyafət kimi dəli…  pardon, xəstə deyil…

07. 02. 2024, Samara

MÜBARİZ İBRAHİMOVUN XATİRƏSİNƏ

İYUL 2023

Ölkəmiz belədir – qəhrəmanları,

Rəşadət, şücaət deyil yaradan.

Möhürlü fərmanla qəhrəmanlanır,
Olsa, olmasa da layiq ad alan.

 +

Doğrultdun atanın verdiyi adı,
Qəhrəmanlığın da şübhəsiz, əsl.

Ayrı bir qəhrəman amma qalmadı
Ölkədə tanınan – bu, yaxşı deyil…

 +

Səndən sonra adı heç kim almadı,

Unuduldu səndən əvvəl olanlar.

Xalqımın yaddaşı  — O`Henri atı,

Saxlamağa gücü bir nəfərə var…

 

07. 02. 2024, Samara

EYCAHANLIQ HAQQINDA ŞEİR

İYUL 2023

Cürbəcürü olur eycahanlığın,

Uzun sürəni var, tez bitəni var.

Biri məcbur  olub eycahan qalar,
Birisə kefindən gəzir arxayın.

 +

Qabaqlar kəndlərdə eycahan oğlan,
Evlənə bilməyən keçəl kimiydi,

Eycahan olana gedən yox idi,
Bəlkə də dəyişib millət o vaxtdan.

 +

Müxtəlif cür olur eycahan insan,

Yorğanı başına çəkib yatan var,
Qonşu pişiyinə təpik atan var,

Var gəlib-gedənə vedrə bağlayan.

 +

Bəlkə eycahanlıq ruh durumudur — 

Bəzən eycahansan işin varsa da.

Başa düşülmürsən el arasında,

Eycahansan! – get lap özünü öldür…

 +

İşsiz sayılırsan el gözündə sən,
Nə iş gördüyünü yoxsa anlayan.

Qazanc, rütbə yoxsa – adın eycahan,
Elçisi qovulan keçəl kimisən.

 +

Eycahanlığından fit çalır biri,
Əlac axtaran var ağda, qarada,
Kişi ürək açır özgə arvada,

Xanımı dolaşır şəbəkələri…

 +

Eycahan kimidir prezident də,

Arvad, oğul-qız da eycahan kimi,

Səbəb eycahanlıq, deyin, deyilmi,
Adı “seçki” olan bu həngaməyə?

 06. 02. 2024, Samara

ANNA AXMATOVA. “DAHA GEDİB-GƏLMƏZ SƏNİN NƏFƏSİN…”

AKHMATOVA

Daha gedib-gəlməs sənin nəfəsin,
Əbədi yatağın – qar.

Süngü yaraların iyirmi səkkiz,

Beş də güllə yaran var.

Dosta mən hədiyyə tikirdim axı,

Döndü sovxaya.

Sevir, sevir qanı rus torpağı,
Sevir Rusiya.

1921

ruscadan tərcümə

05. 02. 2024, Samara

 +++++++++++

Анна АХМАТОВА

 Не бывать тебе в живых,
Со снегу не встать.
Двадцать восемь штыковых,
Огнестрельных пять.
Горькую обновушку
Другу шила я.
Любит, любит кровушку
Русская земля.

1921 г.

 

RUSİYADA 4 MİLYON AZƏRBAYCANLINI QURBAN MƏMMƏDLİ ARVADIYLA DOĞUB-TÖRƏDİB?

Qurban Məmmədli abır-həyasını tamam itirib, utanıb-qızarmadan yalan, dezinformasiya yayır. Deyir ki, Rusiyada 4 milyon azərbaycanlı yaşayır. Bu rəqəmi o, hardan görtürüb? Heç yerdə bu rəqəm yoxdur. Başqa rəqəmlər var. 2021-ci ilin siyahıyaalınmasına görə Rusiyada 474 min azərbaycanlı var. Bunlar yəqin ki, vətəndaşlığı olanlardır. Bu qədər də (əslində az olar, köçüb gedənlər də çoxdur) mövsümi yaşayanları nəzərə alsaq, olar 800-900 min. Bu dörd milyonu Qurban Məmmədli niyə uydurur? Ona görə ki, bu qədər adamın səs verə bilmədiyunə görə İlham Əliyevi ittiham eləsin. Rusiyada 40 ildən çox yaşayan bir adam kimi deməliyəm ki, əgər Rusiyada doğudan da 4 milyon adam yaşasaydı, onların 3 milyon 999 mini Əliyevə səs verərdi. Çünki Rusiyada yaşayan azərbaycanlılar ya apolitikdir ya da Əliyev tərəfdarıdır. Qurban yaşda ya ondan bir az cavan olan kişilər bura !-ci Qarabağ  müharibəsindən qaçıb gəliblər. Yəni fərari olublar. Bunlardan nə hünər gözləyəsən? Onların uşaqları isə ya ruslaşıblar ya da ataları kimi əliyev tərəfdarıdırlar. Qurban Məmmədli manipulyalarla sadəlövh adamların başını bişirir, bunu da əsasən ianə yığmaq, özünün Londondakı xeyirlilikdən çox ziyanlı olan fəaliyyətinə haqq qazandırmaq xatirinə edir. Elə bir əxlaq norması, etik qadağa yoxdur ki, bu adam tapdalaya bilməsin. Yalanı danışır və qızarmır. Bu adama cadugər, falçı, manipulyator demək olar, ancaq siyasətçi yox. Çox təəssüf ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsini belə lotular əsl siyasi maarifçilikdən, siyasi-ictimai təşkilatlanma işindən kənar salırlar.  Adamlar bunun hoqqalarına baxıb gözləyirlər ki, ağızlarına alma düşəcək… Təsəlliverici budur ki, bu lotuya  cəmi 2ç-dörd min adam baxır…

Qurban Məmmədli mübarizəsinin əsas səbəblərindən biri kimi xalqının aldadılmağının qabağını almağı göstərir. Çox gözəl, sən istəmrirsən sənin xalqını aldadalar? Mən də istəmirəm ki, sən də mənim xalqımı aldadasan. Yalanla uzağa gedə bilməzsən, ancaq beş-on mini adamı azdırsa, çaşqın sala bilərsən. «Azərbaycan xalqı acından ölür!» — deməklə heç əlli adamı küçəyə çıxara bilməzsən. Çünki Azərbaycan xalqı acından ölmür. Sənin qohum-əqrəban ölmür ki? Başqaları da səninkilərdən aciz deyillər. İşləyənin çörəyi var. Pensiyaçı qardaşın Sərdar Cəlaloğlu acından ölür? Pensiyaçı vecsiz övladları üçün kredit götürməyibsə, dolanar. Azərbaycanda siyasi etirazı demokratiya tələbi yarada bilər. Azərbaycanlılarda isə bu tələb yoxdur. O cümlədən ona görə ki, demokratiyanı Qurban Məmmədli ya Toğrul Sadıqlı kimi ostapbenderlər təmsil edirlər…

 

Mİrzə Əli

05.02. 2024, Samara

ƏLİ KƏRiMLİYƏ: QALIRSAN? YENƏ ZURNA ÇALIRSAN? XALQI ƏLƏ SALIRSAN?

İndi bilmirəm, sovet vaxtı Azərbaycan musiqili komediya teatrının repertuarında bir tamaşa vardı. Əsərin qəhrəmanı orkerstrdə ya trambon ya valtorna çalan Novruzqulu idi. Novruzqulu xoruz buraxırdı, yəni xaric çalırdı, orkestr isə onu qova bilmridi. Novruzqulu hərdən getməyə razılaşır, sonra deyirdi ki, yox. Heç hara gedən deyil. Bir shnə yadıdmdadır. Orkestr üzvləri xorla oxuyurduylar.

Qalırsan?

Orkestrdə çalırsan?

Əli Kərimli istefa

Yadımda deyil bu iş necə qurtardı. Bu gün Əli Kərimlinin Qənimət Zahidin diliylə səsləndirdiyi müraciətini eşidəndə bu tamaşa yadıma düşdü. Əli Kərimli cəbhəçilərə, bütün müxalifətçilərə deyir ki, bu gündən azaddırlar, istəsələr nümayişə çıxarlar, istəsələr mitinq keçirərlər, istəsələr İlham Əliyevin iqamətgahına yürüş edərlər. Yəni rusca desək, «я умываю руки».

Fikir verin: Əli Kərimli demir ki, vəzifədən gedir, demir ki, istefa verir. Deyir ki, mən vəzifədə qalıram, möhürüm, kürsüm, katibim, müavimlərim, Qənimət kimi saray şairim yerində. Siz isə gedin başınızı vurun polisin dəyənəyinə.

Ən azı son ildə bu adamın kostyumunu ütüsü pozulmayıb, yeganə gördüyü iş isə pafoslu nitqlər demək olub. Bunun paаoslu nitqlərinə aldanıb yüzlərlə gənc fəal mübarizəyə qalxıb, şərlənərək tutulub, dağılıb. Bu adamın, yəni Qənimət Zahidin “bəy” adlandırdığı bu cənabın faydalı iş əmsalı sıfır da deyil, mənfidir.

Və bu adam reallıq hissinio qədər itirib ki, harınlayıb, sırtıqlaşıb ki, demir istefa verir, demir bacarmadım, ayrı rəhbər seçin, ayrı yol seçin.

İndi burda nə olmalıdır? Qoqol təsvir edən lal səhnə yaNovruzqulu komediyasıbdakı xor?

Qalırsan?

Yenə zurna çalırsan?

Xalqı ələ salırsan?

Mirzə Əlil

04. 02. 2024, Samara

DOSTUM İLHAMIN 70 İLLİYİNƏ. «ƏDƏ, SƏN DƏRƏDƏN ÇIX, SƏN MÜƏLLİM OĞLUSAN…»

İLHAM-colorized

Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.

Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.

İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı.  Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…

Ərəbqardşbəylidə kim bərk deyil ki?

Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.

Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…

Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.

Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…

Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…

Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…

04. 02. 2024, Samara

ANNA AXMATOVA. YESENİNİN XATİRƏSİNƏ

AKHMATOVA

 Getmək olar sadəcə, həyatı tərk edərək,

Düşüncəsiz, ağrısız,  yanmaq olar sonacan.

Ömrü belə işıqlı ölümlə sona vermək,

Rusiya şairinin qisməti deyil ancaq,

 + 

Quş qanadlı ruhuna yəqin qurğuşun elə,
Açar hüdudlarını göylərin, çatmamış vaxt.

Ya xırıltılı dəhşət qıllı pəncələriylə,
Ürəyi süngər kimi sıxar, çıxınca həyat.

 

1925

ruscadan tərcümə

04. 02. 2024, Samara

Tərcüməçinin qeydi: rus şairlərinin cavan ölməsi – dueld, .intihar və c. — əslində Puşkin və Lermontovun dueldə ölümündən sonra yaranmış sterotipdir. Rus şairlərinin də hər yaşda ölənləri var. Puşkinin müasiri Tyütçev 73 yaşında ölüb, Afanasi Fet daha çox yaşayıb. Axmatova özü 76 yaşında ölüb. Ancaq stereotiplərlə mübarizədən qalib çıxmaq olmaz, bu stereotip çoxdan arxetipə, saysız şeirlərin. nəsr, dram əsərlərinin mövzusuna çevrilib….

Ancaq məsələnin nə yerdə olduğunu bilməyə dəyər. Füzuli deyiri: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır…”

+====================

Анна Ахматова

Памяти ЕСЕНИНА

Так просто можно жизнь покинуть эту,
Бездумно и безбольно догореть.
Но не дано Российскому поэту
Такою светлой смертью умереть.
Читать далее

TURAL SADIQLI HƏR NÜMAYİŞÇİ QADINA ŞƏHİD STAUSU VERƏCƏK

tural sadıqlı nümayiş

«Azad söz» kanalı. Tural Sadıqlı kamera və mikrofon qarşısında

Əziz həmvətənlər! Fevralın yeddisinə lap az qaldı. Arxayınam ki, milyonlarla qadın 7 fevralda nümayişə çıxıb Əliyevin yox, mənim prezident seçilməyimi tələb edəcək. Əziz qadınlar! Mən prezident olan kimi hamınızın maaşını artırıb Amerikadakı kimi edəcəyəm, özü də qadınların maaşı kişilərin maaşından çox olacaq. Əziz qadınlar, burda Əliyev trolları yazırlar ki, qadınları belə sevirsənsə, niyə yeganə dostun itdir. İstəkli xanımlar, mən o trollara cavab verirəm: mənim itim də qadındır. Mənə o iti erkək kimi satmışdılar, sonra dişi çıxdı. Mən qətiyyən təəssüflənmədim. Çünki dişilik mənim nəzərimdə kişilikdən də üstündür.

Əziz qadınlar! Hamınızdan üzr istəyirəm. Mənə ABŞ-dan mənim müşavirim Beydulla Manafov zəng edir.

Beydulla Manafov (telefonla) Cənab həqiqi prezident! Biz burda Sevinc Osmanqızı ilə məsləhətləşdik, bu fikrə gəldik ki, qadınlar nümayışə çoxlu qazan, tava, məcməyi, teşt götürsünlər və perezident aparatının qabağında bir-birinə vursunlar ki, İlham Əliyev xalqın ac olduğunu görsün.

Tural Sadıqlı: Gözəl fikirdir, Beydulla bəy.

Beydulla Manafov: O nümayişdə yəqin çoxlu qoca da iştirak edəcək. Hamısı protez dişini çıxarıb iplə assın boynundan. Qoy bütün dünya görsün ki, Azərbaycan qocalarına diş lazım deyil, çünki yeməyə bir şey yoxdur.

Tural Sadıqlı: Bu lap gözəl fikirdir. Atama da deyərəm, proteziini asar boynundan. 

Əziz qadınlar! Sizi fevraın 7-də nümayişə çıxamağa çağırıram. Hər biriniz selfi çəkib mənə göndərin. Preziudent olan kimi hər bir nümayiş iştirakçısı olan qadına 130 min manat pul və şəhidlik statusu verəcəm…

 

Mirzə ƏLİL

03. 02. 2024, Samara