ANQLO-SAKSON EPIK POEMASI “BEOVULF”UN AZƏRBAYCAN DILINƏ TƏRCÜMƏ MƏTNININ LINQVO-POETIK ÖZƏLLIKLƏRI

https://cyberleninka.ru/article/n/anqlo-sakson-epik-poemasi-beovulf-un-az-rbaycan-dilin-t-rc-m-m-tninin-linqvo-poetik-z-llikl-ri

Məlumdur ki, “Beovulf” qədim ingilis dilində alliterativ şeir formasında yazıldığından müasir ingilis oxucularının əksəriyyəti poemanı orijinalda oxumaqda çətinlik çəkir. Belə ki, “Beovulf”un orijinalı yalnız mütəxəssislər tərəfindən oxuna və başa düşülə bilir. Ona görə də əsər həm ingilis, həm də dünya tədqiqatçıları tərəfindən daim araşdırılmış, müasir dövrümüzdə də araşdırılmağa davam edir. Əsər dünyanın bir çox dillərinə tərcümə edilmiş və araşdırılmışdır. Azərbaycanda da əsərin tədqiqi istiqamətində xeyli işlər görülmüş, ingilis ədəbiyyatının bu qədim nümunəsinin qəhrəmanlıq dastanlarımız olan “Kitabi-Dədə Qorqud”, “Koroğlu” ilə paralelləri araşdırılmış, əsər ədəbi və dilçilik baxımından təhlil edilmişdir. “Beovulf” poeması 2018-ci ildə görkəmli ziyalı, şair və tərcüməçi Xeyrulla Xəyal tərəfindən dilimizə tərcümə edilərək 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. 144 səhifədən ibarət olan kitabın redaktoru, eləcə də ön söz müəllifi də professor Həbib Zərbəliyevdir. Xeyrulla Xəyal tərəfindən edilmiş tərcümə “Beovulf”un dilimizə ilk tərcüməsidir. “Beovulf”u dünyanın müxtəlif dillərinə tərcümə edənlər, həmçinin mütəxəssislər tərcümə zamanı bu unikal əsərin poetik xüsusiyyətlərinin adekvat verilməsinin çox böyük və ciddi çətinliklər yaratdığını təkrar-təkrar qeyd etmişlər. “Beovulf”u dilimizə çevirmək istəyən tərcüməçinin qarşılaşdığı əsas çətinlik, ilk növbədə, misraların sayını saxlamağa imkan verə bilən düzgün vəznin seçilməsidir. “Beovulf”un Azərbaycan dilinə ilk və tək tərcüməsi olan Xeyrulla Xəyalın tərcüməsini uğurlu hesab etmək olar. Tərcüməçi qədim ingiis dilinin mürəkkəbliyi və çətin alleterativ poetik mətni üzərində mümkün qədər ustalıqla işləmiş, söz və ifadələrin dilimizdəki ən uyğun qarşılıqlarını tapa bilmişdir.

ELMİ ƏSƏRİN TAM MƏTNİ BURDA:

https://cyberleninka.ru/article/n/anqlo-sakson-epik-poemasi-beovulf-un-az-rbaycan-dilin-t-rc-m-m-tninin-linqvo-poetik-z-llikl-ri/viewer

OSKAR UAYLD. TAEDİUM VİTAE

Oskar_Uayld

Bıçaqlayıb doğramaq gəncliyimi, geyinmək

Al-əlvan livreyini bu miskin, rəzil əsrin,

Yol vermək əyri əllər talaya xəzinəmi,

Bir qadın saçlarında qəlbimi düyünləmək,

 

Sadəcə  Fortunanın lakeyi olmaq, — İstək,

And içirəm, bu deyil! Belə şeylərdən mənim

Gözümdə dəyəri  çox dəniz köpüklərinin

Yayın qızmarında ya toxumsuz, quru, kövrək,

 

Qanqalın da; kənarda qalmaq yaxşıdır daha

Mənə rişxənd eləyən məni tanımayaraq,
Axmaq böhtançılardan; ən alçaq bir dam altda

 

Muzdur ömrü sürməyi mən dəyərli sayaram,

Birinci dəfə təmiz qəlbim günaha ancaq

Batan şər yuvasına çətin ki, qayıdaram.

1881

ingiliscədən tərcümə

24-25. 04. 2024, Samara


QEYD.

Taedium Vitae (lat.) – həyatdan bezikmə, depressiya

 ++++++++++++++++++

OSCAR WILDE

Taedium Vitae

 

To stab my youth with desperate knives, to wear
This paltry age’s gaudy livery,
To let each base hand filch my treasury,
To mesh my soul within a woman’s hair,
Читать далее →

GƏDƏBİYYAT: XƏLİL RZA ULUTÜRK. «GERBİMİZ -QƏLBİMİZ»

6-cı sinfin Ədəbiyyat dərsliyində “Gerbimiz-qəlbimiz” şeirini görəndə başa düşdüm ki, mənim xoşbəxt uşaqlığım olub. Birincisi, 1965-66-cı dərs ilində Azərbyacanın padşahının kim olduğunu uşaqlar bilmirdilər, Vəli Axundovun məktəbdə şəkli yox idi, bəlkə televizorda hərdən göstərirdilər, ancaq kənddə o vaxt bir ya iki televizor vardı. İkincisi, yöndəmsiz onaltı hecalıqla yazılmış o boyda şeiri o vaxt əzbərləsəydim, sonralar rus zavodunda aldığım zədələri elə onda alardım və bəlkə canım da çıxardı. Yəni ki, bəxtim gətirib. İndikilərin halına acıyıram.

Şeiri oxuyaq.

“Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda…” 

Yəni gerb Xəlil Rzanın həm nəfəsi, həm “varlığında qanı” olub. Gerb necə nəfəs, qan olur – mən başa düşmürəm. Ancaq bu absurd bəyanatı 16 yox, 11 heca ilə ifadə etmək olar – uşaqlar yazıqdırlar!

“Sən şəkil yox, nəfəsimsən, qanımsan…”

“Yaşıl rəngim – yaşıl bahar, müsəlmanlıq timsalımdır”.

Məlumat üçün deyirəm ki, katolik İrlandiyanın bütün rəmzləri yaşıldır.

Və sual: bəs Azərbaycanda dövlət dindən ayrılmayıb?

Və əgər ayrılmayıbsa, müsəlmanlıq gerbə həkk olunubsa, niyə müsəlman dövləti arzulayanları türmələrdə çürüdürlər?

“Göy rəngimdə türklük yaşar — millətimin amalıdır”.

Türklük amaldır ya etniklik? Amal – hüquqi, ədalətli dövlət, abad, firavan ölkə ola bilər, amalı türklük olan millətin başını Türkmənbaşı kimi, Nazarbayev kimi, İslam Kərimov kimi, İham Əliyev kimi müstəbid və korrupsioner padşahlar  əzirlər.

 “Qırmızılıq — simvoludur çağdaşlığın, yüksəlişin..”

Gerbdə ya bayraqda çağdaşlıq nədir? Bir neçə əsrlik tarixi olan bayraqlar hansı çağdaşlığı əks etdirir? Məsələn, Britaniyanın bayrağı. 

“Vətənimə can verməli mənim əzmim, mənim işim”.

Bir şey başa düşdünüz? Mersedes avtomobilini qayıran alman Almaniyaya can verir?

Sonra qəfildən Ulukürk özünü çəkir ön plana.

“Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində “

Ərzin mərkəzi hardadır? Yəni yer kürəsinin mərkəzi? Kök dərindədirsə, yerin özəyində olmalıdır.

Sonrakı misrada Xəlil Rza cızığından çıxdığını başa düşüb çevrəni daraldır, məlum olur ki, kök “ərzin mərkəzində” deyilmiş.

“Kökü burda, budaqları xan Arazın o üzündə…”

Əlbəttə, Arazın o üzündə (“o tayında» olmalıdır, ancaq qafiyə xatirinə X. R. “üzündə” yazır). Yaşıl budaqlar, əlbəttə ki, Arazın “o üzündə, yəni İran İslam Respublikasında olmalıdır. Budaqlar müsəlmanlığın harda olduğunu yaxşı duyurlar. Arazın “bu üzündə” nə müsəlmanlıq? Bu üzdə dövlət allahşükürçülüyü var.

 “Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var…”

Hörmətli oxucu! Razı olun ki, burda Xəlil Rza bizi dolayıb. A kişi, səkkizguşəli ulduz harda, türklük harda, cənnət harda… Cənnət istidən qovrulan ərəbin təxəyyülündən doğulub…Ümumiyyətlə, bu nə eybəcər dildir – ulduzda qapı? Özü də səkkizi birdən?

“Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən
Ərzə bəhrə-bar gedəcək bu müqəddəs məmləkətdən”. 

Başa düşdünüz? Ərzə, yəni bütün yer kürəsinə “müqəddəs məmləkətdən” (əslində quldurxanadan), yəni Azərbaycandan “bəhrə-bar” gedəcək? 

Vallah, mən fikirləşirəm ki, Xəlil Rza xalqı dolayırmış. A kişi, Azərbaycan özünü dolandırsın, qalsın “ərzi” yedirtməyi…


“Əvvəl-axır qıracağız qart düşmənin belini biz…”

Bunu 11 heca ilə demək olar: “Düşmənin belini qıracağıq biz”. Uşağa 16 hecalıq misra yükləmək elə onun belini qırmaq deyil?

“Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq,..”

Sadalanan sözlərdə ya məna yaxınlığı, ya əksliyi – təzad üçün – olmalıdır. Alovla çovğun arasında heç nə yoxdur. “Daim yaşa dolasıyıq” – bu, Xəlil Rzanın kəşfidir ya təbiətin qanunu?

“Aləm üçün, bəşər üçün məşəl tutduq qəlbimizi”

Yəni azərbaycanlılar qəlblərini bütün dünya üçün məşəl tutublar…Vay-vay… Bilnirsən güləsən ya başına qapaz salasan…
“Dedik: — Bu Yer kürəsində nə qan, nə bir məzar olsun,”.

Yaxşı, qan olmadı, insanlar hamısı yataqlarında, təbəssümlü dodaqlarında öndərin adı öldülər. Bəs basdırılmaq məsələsi? Yandırıb külü göyə sovrulacaq?

Sonrakı misra:

“Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!”

İndi gördünüz mən deyəndir? Ya Xəlil Rza bunu yazanda kefli olub, ya da bizi dolayıb. Əvvəl deyir məzar olmasın, sonra deyir məzara gül qoymayaq…


“Od yurdunda od tükənsə, özümüz od olasıyıq…”

Yəni neft, qaz tükənsə, Əliyevlər azərbaycanlıları sobaya qoyacaqlar?

Vallah, düzünü desək, keçən əsrin 60-cı illərinin uşaqlığı da çox xoşbəxt olmayıb. Sentyabırn 1-dən basırdılar pambığa, ta noyabrın 7-nə ya 15-nə qədər. DDT ilə zəhərlənmiş pambıq tarlaları sütül Azərbaycan uşaqlarını yaman günə qoyurdu. Rübün biri gedirdi pambığa. Ancaq bunun bir müsbət tərəfi oludru, məsələn, Leninə, kommunist partiyasına, komsomola, Şaumyana Səməd Vurğunun ya Rəsul Rzanın həsr etdiyi şeirlər də gedirdi pambığın hesabına, yəni keçilmirdi…

Və bəlkə də Xəlil Rzanın bu şeirini əzbərləməkdənsə, pambıq və hətta tütün yığmaq faydalı olar…

Yazıq azırbaycanlı uşaqlar…

x.x.

25. 04. 2024, Samara

CORC BAYRON. CENEVRƏ GÖLÜNƏ SONET

LORD BYRON

Russo və  Volter,  bizim Qibbon,  madam De Stal  —

Layiq bu adlar sənin sahillərinə, Leman!

Sən də adlara layiq! Əgər bir gün yox olsan,
Onların şöhrətiylə adın tarixdə qalar:

 

Sularının hamı tək vurğunu idi onlar,

Daha sevimli etdi səni hər böyük insan,

İnsan ürəklərininin özəyində alışan,

Zəkanın işığından xaraba işıqlanar

 

Ki, çox qeyri-adiyə onu məskən sayırıq,
Fəqət Gözəllik Gölü! şütüdüyümz anda
Büllur tək dənizində, duyuruq daha artıq

 

Nəcib şövqün odunu; fəxr görürlər onda,
Kimi ölümsüzlüyün varisi biz sayırıq.

Gerçəkliyə çevrilir.şan-şərəf xülyası da.

iyul 1816

ingiliscədən tərcümə

22-23. 04. 2024, Samara

 +++++++

 GEORGE BYRON

SONNET TO LAKE LEMAN.
Rousseau — Voltaire — our Gibbon — De Staël —
Leman! these names are worthy of thy shore,
Thy shore of names like these! wert thou no more,
Their memory thy remembrance would recall:
Читать далее →

«AH, NƏDİR APRELDƏ BELƏ İSTİLƏR…»

20230721_135628

Ah, nədir apreldə belə istilər,
Gey necə nazik – yenə tər isladır.

 

Yanğı gəlir fasiləsiz içməsən,
Mal kimi içsən də, yenə təşnəsən.

 

Nemətin ən dadlısı dondurmadır,

Bir uşağı dörd-beşi doydurmadı…

 

Ot göyərir parkda cənublar kimi,
Ah, yenə saldım yada öz ölkəmi…

 

Güllər ağaclarda çıraq tək yanır,

Gec ayılanlar da tumurcuqlanır.

 

Ah, bu nədir ki, hələ var öndə may,
Gör  nə müsibət olacaq onda, vay…

 

Hardasa göydən yerə odlar yağır,
Yerdə də çarpışma dayanmır ağır.

 

İstiyə baxmır ki, rusun əsgəri,
Olsa yarmcan da çəkilmir geri.

 

Qan axıdır torpağa qıpqırmızı,
Qışdakı tək qanlıdır hərbin yazı.

 

Quş da, çiçək də unudulmuş daha,
İndi dönüb əsgər özü  torpağa.

 

Qan qıza əsgərdə necə istidən,

Qan töküb öldürməyi istər  bədən…

 

…Ah, bu uşaq doymadı dondurmadan,

Neməti bir-bir aşırır durmadan.

 

Ah, ye bala,  bəlkə də çoxdan sənin
Fərmanına imza atıb  rəhbərin.

 

Üç ilə ya beş ilə səngərdəsən,
Görməyəcəksən bu kefi orda sən…

 23. 04 . 2024, Samara

 

CON KİTS. SÜLH HAQQINDA SONET

john keats

Sülh! Sənin gəlişinin xeyirduası çatar,

Həndəvəri savaşlı adada hər mənzilə;

Bizm son təlaşları sakit çöhrən yatırdar,
Üçqat krallığın da, nəhayət, üzü gülər?

+

Səni salamlayırsam sevinc içində, salam
Olsun səni gətirən sevimli dostlara da.

Qanad ver sevincimə, çin olsun arzum tamam,

Gözəl dağ pərisinin yeri yuxarı başda.

+

Xoşbəxt İngiltərəylə Avropa azad olsun!

Tiranlar görməsinlər, Avropa, qoy bir daha,
Qayıdırsan əvvəlki vəziyyətinə bir gün,

Zəncirləri qir və de çıxmısan azadlığa;

+

Krallara qanun ver, cilovla zorlunu sən,
O zaman insanları bəxtəvər görəcəksən.

1814

ingiliscədən tərcümə

21. 04. 2024, Samara

QEYD:

Sonet Napoleon müharibələrinin bitməsi və Paris sülh müqaviləsinin bağlanması münasibətilə yazılıb.

++++++++++++++++++

JOHN KEATS
Sonnet  On Peace

O PEACE! and dost thou with thy presence bless
The dwellings of this war-surrounded Isle;
Soothing with placid brow our late distress,
Making the triple kingdom brightly smile? Читать далее →

CON KİTS. BERNSİN DOĞULDUĞU EVDƏ YAZILMIŞ SONET

john keats

Sonuna çoxu üç il qalan öləri bədən,

Berns, indi qonaqdır öz otağında sənin.

Bəxtəvər və xəbərsiz öndəki qara gündən,
Şöhrət arzulamısan burda tənha sən yəqin.
+
 

Nəbzim hərarətlənir köhnə Berli-brinlə

Başım hərlənir böyük ruhun yaxınlığından.

Çaşbaşdır baxışlarım, görə bilmirəm heç nə.
Sərxoş oldum ölümcül məqsədə çatan andan.

 +

Hərçənd ayaq basaram sənin döşəmənə mən
Hərçənd aça bilərəm sənin pəncərəni də.

Görünər dönə-dönə sənin gəzdiyin çəmən,

Və səni düşünərəm fikir itənə qədər, —

 +

İçərəm hərçənd sənin adınla birnəfəsə, —

Bu, şöhrətdir! – kölgələr arasında gülümsə!

11 iyun1818

ingiliscədən tərcümə

19-21.04. 2024, Samara

+++++++++++++++++
COHN KEATS

Written In The Cottage Where Burns Was Born

 

This mortal body of a thousand days
Now fills, O Burns, a space in thine own room,
Where thou didst dream alone on budded bays,
Happy and thoughtless of thy day of doom!
Читать далее →

КТО БОЛЬШЕ ПРЕСТУПЕН — ВАРДАНЯН ИЛИ ЭЙНУЛЛA ФАТУЛЛАЕВ? ФАТУЛЛАЕВ!

Эйнулла Фатуллаев

Если меня спросить: у кого больше преступлений в отношении к азербайджанскому народу, у Рубена Варданяна или Эйнуллы Фатллаева, я без колебаний ответил бы Эйнулла Фатуллаев. Что совершил Варданян? Ну, приехал он в Карабах, объявил себя государственным министром, а не господом Богом, как наши правители. Раздавал интервью, которые больше похожт были на маниловские мечтания. Он оружие в руки не брал, лично кровь не проливал. Думаю, он свое отсидел, можно было бы его отпустить.

Что касается Эйнуллаева, он преступен с ног до головы. Он в течение двух десятилетий всю свою неиссякаемую энергию направляет на восхваление и  укрепление диктатуры, на дезинформацию, на доносы, клевету,  шельмование. Он давно стал частью репрессивной гоудаственной машины, которая десятилетиями перемалывает всех и вся, что могло дать надежду на то, что Азербайданан когда-нибудь станет страной, более или менее пригодной для достойной жизни. Эйнулла Фатуллаев от обычного журналюги-лакея отличается. Добровольно или самозванно возложивший на себя миссию Гриши Распутина, он выступает идеологом семейной диктатуры, которая должна существовать не меньше тысячи лет, срок, на который планировали своей рейх известные горе-фантазеры. Будучи человеком далеко не глупым, Фатуллаев не может не понимать, что такие диктатуры обязательно рушатся, в истории исключений не было. Азербайджан, который как молодое государство с темной историей и разношерстным этническим и религиозным составом, может и не пережить подобное обрушение. Устойчивость государству могут гарантировать демократизация, создание и укрепление гражданских институтов, высокая степень самоорганизации граждан. Деятельность Фатуллаева направлена против этого, получается, что он сознательно служит созданию предпосылок будущей национальной катастрофы.

Думаю, самым счастливым станет тот день, если когда-гнибудь Эйнулла Фатулла Фатуллаев, этот отъевший свиную морду бесстыжий человек окажется на скамье подсудимых виесте со своими хозяевами.

Как известно, Эйнулла любит псевдонимы. Сегодня он под псевдонимом «Тамилла Алиева» опубликоал панегирик в адрес Мухтара Мустафаева, якобы адвоката, которому исполняется 60 лет.

Я слежу за многими судебными процессами в Азербайдане, но до сегодняшнего дня не знал о существовании Мустафаева. Обратите внимание на заголовок. Фатуллаев умеет ввести в заблуждение читателя, уже заголовком сбить его с толку: «Накануне 60-летия Мухтар Мустафаев о бесправной адвокатуре». Наивный читатель подумает, что Мухтар Мустафаев наверняка разнес в пух и прах адвокатуры, которая в Азербайджане превратилась в фикцию, в «игру природы» как говорил герой Достоевского. Читаешь интервью и не обнаруживаешь никакой критики. Сначала идет презентация Мустафаева. Оказывается, Мустафаев принадлежит к древнему роду «Гурдоглу». (Серьезно? Может, другой зверь, менее благородный?)

«Мустафаева, всегда выбирал ту сторону баррикад, где стояли обделенные в правах и свободах».

Это надо быть исключительно Эйнуллаевым чтобы сказать такую наглую ложь.

«Человек, идущий против ветра..»

Когда он шел против ветра?  Может он, как говорят русские, против ветра писает?

«Мухтар – патриот с большой буквы, беззаветно преданный идеалам тюркского мира…»

Тут уже нервы не выдерживает, хочется пройтись по матери Мухтара Мустафаева и самого Эйнуллаева… За восемь лет работы на заводе среди русских мой словарный запас обогатился матом, аналогии которого нет, хотя я его держу при себе, в памяти. Но в таких случаях очень трудно бывает этот энергичный поток удерживать…

«Он прожил свои 60 лет по своему, ветхому кодексу чести».

Узнаете слог и стиль Эйнуллаева? Он любит разбрасываться ветхозаветными фразочками. Даже к «кодексу чести» решил облагородить древнееврейским. Как известно, Эйнуллаев, если даже изначально не особенно был евреем, последнее время просто основательно обевреился…

Какая честь, Господи, какой кодекс? Где честь и где Фатуллаев и где им восхваляемый Мухтар? (не путать с милицейским псом Юрия Никулина…)

Цитаты из интервью. То есть прямая речь Чаг… нет, Гурдоглу. Мухтара Мустафаева.

«Сегодня адвокатура в нашей стране является независимым правовым институтом. Законодательство Азербайджана дает представителям моей профессии значительно больше полномочий, чем в некоторых странах. Я верю, что, благодаря реформам в сфере адвокатуры, мы добьемся еще большего развития.

«Государство уделяет большое внимание адвокатуре. Сейчас формируется тесное и эффективное сотрудничество между судебной властью, правоохранительными органами и Коллегией адвокатов.

 «Руководство Коллегии адвокатов советует нам оказывать бесплатную юридическую помощь семьям шехидов, малообеспеченным лицам, религиозным организациям, общественным объединениям… Что мы и делаем, уделяя особое внимание семьям шехидов. Это наш долг, ведь их близкие отдали жизни за освобождение азербайджанских территорий.

«…назначение новых руководителей Верховного суда и Министерства юстиции позволяет всем нам с надеждой смотреть в будущее.

Представляю, что испытывают настоящие адвокаты, ни одно ходатайство которых не удовлетворяется в азербайджанских судах. Ни одно! Когда речь идет о расправе над журналистами, политическими активистами, суд всегда издевательство, разновидность пытки. Арест, следствие, осуждение по политическим мотивам в Азербайджане всегда есть внесудебная расправа, в которой нет места адвокату.

Итак, этот господин древнего шакалиного рода достиг своего шестидесятилетия. Достиг, верно служа лжи, несправедливости, беззаконию. Как и Эйнулла Фатуллаев, который в женском облиичье  у него взял… интервью…

Как говорил персонаж Булгакова, поздравляем, господин соврамший…

 

Х.Х.

       20. 04. 2024, Самара

CON KİTS. “GECƏ NİYƏ GÜLÜRDÜM…”

Gecə niyə gülürdüm? Eşidilməz bircə səs,
Nə Tanrı, nə də İblis Cənnət ya Cəhənnəmdən

Məni ciddi cavaba layiq, yəqin ki, bilməz,

Öz insan ürəyimdən soruşdum onda mən də:

 +

Ürək! Burda səninlə təkik, kədərliyik həm;

Niyə gülürdüm axı? Ah, ölümcül bu ağrı!
Ah, qaranlıq! Qaranlıq! Gərək daim inləyəm,
Cavab verir nə Ürək, nə Cəhənnəm, nə Tanrı.
+

Niyə gülürdüm? Həyat, bilirəm, kirayədir,

Bütün nəşələrəinə sonacan bələdəm mən

Bu gecə hərçənd ona son da verə bilərdim

Dünya al-yaşılıyla itərdi gözlərimdən.

 +

Şeir, Şöhrət, Gözəllik güclüdür, Ölüm ancaq,

Daha güclü. O, Həyat ödülüdür ən uca.

8 mart 1819

ingiliscədən tərcümə

18-19. 04. 2024, Samara

 ++++++++++++

JOHN KEATS

Why did I laugh to-night?  No voice will tell
No God, no Demon of severe response,
Deigns to reply from Heaven or from Hell
Then to my human heart I turn at once:
Читать далее →

XEYİR VƏ ŞƏR. VƏ YA AT QOŞULAN MERSEDES

09. 10. 23

Bahalı Mersedes alıb at qoşan,

Zəngin  avamlardan lətifələr var.

Nə qədər yöndəmsiz və küt sayasan,
Gerçək müşahidə əksidir onlar.

 +

Sükan arxasında otursaq da biz,
Dilini bilsək də mühərriklərin.

Köhnə və həminki qalır içimiz,
Almanla, yaponla fərqimiz dərin.

 +

Fikirdən yaranan, fikir yaradan,

Vacib sözlər gəlib qıraqdan bizə

Elə dəyişir ki, keçincə zaman,
Sözlər öz əslinə daha bənzəmir.

 +

Əxlaqi-fəlsəfi doxotomiya —

Xeyir və şər gəlib ərəb dilindən,

Üstündə onların mədəni dünya,

Düşünür, əlləşir neçə min ildir.

 +

Əxlaqi məzmunu çıxarılaraq,

Atılıb Mersedes mühərriki tək,

Sözlər məişətdə işlənir ancaq,
Vüsət itirərək və kiçilərək.

 +

Bədbəxt hadisə —  şər, yas yeridir şər,

Biz toya-bayrama deyirik xeyir.

Adam öldürürlər – kim yaxın gedər?
Şər – yasıdır, millət yığılıb gedir…

18. 04. 2024, Samara