«DEYİNGƏN QOCALIQLA YOLA GETMƏZ CAVANLIQ…»

(bu şeir ilk dəfə 1593-cü ildə çap edilib, müəllifinin Şekspir olduğu indiyəcən şübhə doğurur)

Deyingən qocalıqla yola getməz cavanlıq,

Cavanlıq məzə və həzz, qayğıdır qocalıqsa.

Cavanlıq işıqlı yay, qocalıq – qış, qaranlıq.

Cavanlıq yaz səhəri, qocalıq – qış havası.

 

 

Cavanlıq – hərəkətdə, qocalıq nəfəs dərər,

Cavanlıq çevik və cəld, qocalıqsa şikəstdir.

Cavanlıq qaynar, zirək, qocalıq soyuq, əfəl

Cavanlıq sərbəst, azad, qocalıq – qıpıq, həqir.

 

Qocalıq, nə rəzilsən! Cavanlıq, nə gözəlsən!

Ah, mənim məhəbbətim, mənim sevgim cavandır!

Bax, qocalıq, sevimli çobanı səslərəm mən:

Ləngidin, görürəm, sən, yanıma gəl, amandır.

 

ingiliscədən tərcümə

07. 11. 26, Samara

 +++++++++++++++++++++++++++++++++++

Crabbed age and youth cannot live together:

Youth is full of [pleasance]1, age is full of care;

Youth like summer morn, age like winter weather;

Youth like summer brave, age like winter bare.

 

 

Youth is full of sport, age’s breath is short;

Youth is nimble, age is lame;

Youth is hot and bold, age is weak and cold;

Youth is wild, and age is tame.

 

Age, I do abhor thee; youth, I do adore thee;

O, my love, my love is young!

Age, I do defy thee: O, sweet shepherd, hie thee,

For methinks thou stay’st too long.