CON KİTS. BERNSİN MƏZARİNIN ZİYARƏTİNƏ SONET

john keats

 Şəhər, kilsə həyəti, günəş qüruba gedir,
Ağaclar və buludlar, girdələnən təpələr
Gözəlsə də, soyuqdur;  qəribədir bu — əvvəl,
Gördüyüm bir yuxunu mən görürəm elə bil.

 +

Az ömürlü və sönük yay əldə edilibdir

Qışla mübarizədə bəlkə bir saatlığa;

Sapfir göydə görünmür ulduz işığı heç vaxt:

Hər şey soyuq Gözəllik; ağrı da qəlbi didir.

 +

Müdrik Minos, kimdə var hikmət ki, duya bilə,

Ona xəstə təxəyyül,  xəstə təkəbbür ilə,

Calanan və yapılan ölü çalardan azad

Həqiqi Gözəlliyi? Berns! Hörmətim elə,

 +

Həmişə böyük sənə. İndi üzünü gizlət;
Göylərini pisləyib günah işlədim belə.

1 iyul 1818

ingiliscədən tərcümə

16-17. 04. 2024, Samara

QEYD:

Müdrik Minos – müdrikliyi Və ədaləti ilə şöhrət qazanmış Krit çarı,

ölümündəN sonra allahlar onu yeraltı səltənətdə ölülər üzərində hakim təyin ediblər

 +++++++++++++++++++

JOHN KEATS

SONNET ON VİSİTİNG THE TOMB OF BURNS

The town, the churchyard, and the setting sun,
The clouds, the trees, the rounded hills all seem,
Though beautiful, cold- strange- as in a dream
I dreamed long ago, now new begun.

The short-liv’d, paly summer is but won
From winter’s ague for one hour’s gleam;
Through sapphire warm their stars do never beam:
All is cold Beauty; pain is never done.


For who has mind to relish, Minos-wise,
The real of Beauty, free from that dead hue
Sickly imagination and sick pride
Cast wan upon it? Burns! with honour due


I oft have honour’d thee. Great shadow, hide
Thy face; I sin against thy native skies.

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «ŞƏHİDLƏR»

Sovet vaxtında da yumor var idi. Əlli ya da altmış il bundan qabaq “Azərbaycan gəncləri” qəzetində uğurlu sayıla biləcək bir zarafat oxumuşdum: “Anasına məktub yazmağa şairin vaxtı yox idi, çünki, o, ana haqqında poema yazırdı”.

Şəhidlərə həsr olunan kitabları, filmləri görəndə bu zarafat yadıma düşür və eyni zamanda acı ironiyaya çevrilir. Özləri, övladları, yaxınları müharibədən yayınanlar, fəhlə-kəndli balalırını, kimsəsizləri qabağa verənlər intensiv şəkildə şəhidlərin xatirəsini istismar edir, çörək pulu qazanırlar. Belə adamları “ölüsoyan” ( ingiliscə: “marauder”) adlandırmaq doğru olmazmı? Viktor Hüqonun “Səfillər” romanında maradörlərin yaxşı təsviri var. Qaranlıq düşəndə döyüş dayandırılır, rəqiblər səhər açılanacan öz mövqelərinə çəkilirlər. Döyüş meydanına maradörlər çıxır və başlayırlar götürülüməmiş əsgər zə zabit meyitlərini soymağa…

11-ci sinfin Ədəbiyyat dərsliyində Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini oxuyanda müəllifi, yəni xalq şairi, professor və akademik titulları daşımış Bəxtiyar Vahabzadəni maradör kimi rəsəvvür etdim…

“Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər”.

Bu blirsiniz nəyə oxşayır? Rusiyanın keçmiş müdafiə naziri Qraçov 1-ci Çeçen müharibəsində minlərlə rus əsgər və zabiti Qroznıda qıırılanda demişdi ki, “rus əsgəri dodaqlarında təbəssüm ölür”.

Vahabzadənin sağlığına deyirəm: A kişi, vicdanın olsun, sabah nədir, güllə qabağına gedən sabah hayındaydı?

Dalı lap ayıbdır:
“Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…”

Yəni akademik-deputat şair demək istəyir ki, şəhid qanıyla torpağa Azərbaycan bayrağının şəklini çəkib. Yalançının lap…Qanla üçrəngli bayrağı necə çəkmək olar? Qanla keçmiş sovet bayrağını, indiki Çin bayrağını çəkmək olar, üçrəngli bayrağı yox…

Bəxtiyar Vahabzadə şəhidləri lağa qoyub?

“Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…”

 Akademik şairin bu beytindən bir şey başa düşdünüz? Ölümü necə kama çəkmək olar? “Kam almaq”, “kama yetmək” – bunu bilirik. “Ölümü kamına çəkmək” nə deməkdir və ya hansı dildədir?

“O şənbə gecəsi, o qətl günü…”

Aha, deyəsən, şeir yanvar  qırğınının qurbanlarına yazılıb. Maraqlıdır, Meydan tribuynasında nitqlər deyib xalqı “rus imperializmi” ilə mübarizəyə çağıran cənab Vahabzadə niyə rus tanklarının qabağına özü çıxmadı? Niyə 20 yanvarda qırılınlanrın içində Meydan liderlərindən, natiqlərindən bir nəfər də olmadı?

Dalına baxın. Heyrət, ey…söz! 

“O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü…”

“O gecə döndərdik…” Vahabzadə birinci şəxsin cəmi ilə özünü qatır qırılanlara. Bu, heç. Sözə baxın: “namümkün”. Belə söz eşitmisiniz? Bir köpəkoğlu bu sözü Azərbaycanın harasındasa eşidib? Yox, eşitməyib, belə söz yoxdur. Nakişi var, namümkün yoxdur. “Qeyri-mümkün” var, “namümkünü” Vahabzadə qondarıb ki, “mülkünü” sözünə qafiyə olsun. Xalqı tanklar gülləbaran edib, bu lotu da gücənib qafiyə qondarır ki, bazara çıxarmalı şeir təşkil eləsin…

“Tarixi yaşadıb diləyimizdə…”

Diləkdə yaşayan tarix necə olur? Görən, bilən var?

Yuxarıda deyir ki, “qorxu mülkünü dağıdıb tökdü şəhidlər”. Ürəyi soyumur, sonrakı bənddə deyir “Cəsarət mülkünü tikdilər”…
Cəsarət mülkünü tikdilər… Bu eybəcər misra daş dövründə yox, iyriminci əsrin sonunda Bakıda yazılıb…

Cəsarət mülkünü görən var? Olubsa da, onu çoxdan polis dəyənəyi dağıdıb…

 “Şəhidlər” həmişə böyük hərflə yazılır, Vahabzadə fəhə-kəndli balaları üçün böyük hərfi əsirgəmir…

 “Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər”.

Haqqı dindirmək olmaz, haqqı susdurulan, tapdanan insanı dilə gətirmək olar, hərçənd Azərbaycanda bu, çətin işdir. Bu da heç. İkinci misraya baxın.

“Qaraca torpağı qiymətləndirər…”

Yəni şəhidlər torpağı qiymətləndirər… Yəqin 20 yanvardan sonra Bakıda torpağın sotunun qiyməti on dəfə qalxıb. Hə? Bunu acığımdan deyirəm. Çünki bu lotu Vahabzadə abır-həya bilmir, misranı doldurmaq üçün “qara” əvəzinə” “qaraca” yazır!

İndi deyin: bir köpəkoğlunun ağzından indiyəcən “qaraca torpaq” ifadəsi çıxıb? Torpaq qara olur, qaraca olmur. Qaraca — qız olar, inanmayan Süleyman Sani Axundovu oxusun…

“Donan vicdanları qeyrətləndirər…”

Vicdan donur?

Vicdan və qeyrət insana aid əxlaqi keyfiyyətlərdir, mənaca yaxın məfhumlardır.  Bu, elə “vicdan vicdanlanır” ya “qeyrət qeyrətlənir” kimi bir şeydir…

Bu savadda adama akademik adı verən ölkə dağılsın!

“Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…”

Bir şey başa düşdünüz?  Deyək ki, qoca qurd “rus imperiyası”dır, hərçənd rus dövlətini ayıya bənzədirlər. “Qurdun doğru, düz cildini çəkdi Şəhidlər”.

Cildi hara və necə çəkdilər? Bunun tərcüməsi var?

Şeirdə çoxlu fəlsəfə var, gəl apar, ay kasıb!

“Millət, millət olur xeyri, şəriylə…”

Yəni manıslı toylar, allahşükürlü yaslar bizi millət eləyir? Manıslı toyların, sünnətlərin, allahşükürlü yasların sayı-hesab yoxdur. Bəs niyə millət olmuruq? Niyə bəs biz İlham Əlievin çomağından it kimi qorxuruq?

“Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər…”

Başa düşdünüz? Yəni hər şəhid cəsədi azadlıq toxumudur, bunu akademik xalq şairi, millət vəkili, Bəxtiyar Vahabzadə deyir…

Bu, həmin Bəxtiyardır ki, rus tankları Bakıda fəhlə-kəndli balalarını gülləbaran eləməmidən beş-on il qabaq kommunist rus imperiyasının banisi, 1920-ci ildə Azərbaycan Cümhuriyyətini məhv etmiş  Leninə poema yazmış və Heydər Əliyevin dəstəyi ilə SSRİ Dövlət mükafatı alıb debil oğullarının kefinə xərc eləmişdi. Vahabzadənin oğullarının, ən azı birinin, deyəsən adı İsfəndiyardır, debilliyinə şübhəniz varsa, YouTube-da çıxışlarına qulaq asın…

Bəxtiyar Vahabzadə ömrü boyu lotu və manipulyator olub, onun bütün  yaşayış tərzi, yazısı, nitqi – poza idi. 20 yanvar qırğınında bu lotunun 65 yaşı olub, yəni o vaxt həm ata, həm baba idi. Ancaq arasında uşaqlar da olan şəhidlər üçün bir damla yaş axıtmır. Kütləvi ölümlərdə fayda görür, çünki şeiri bazar üçün yazır. Azərbaycan, məktəbi daxil olmaqla, böyük bir bazardır…

Bu şeiri 11-ci sinif uşaqlarına tədris edən müəllim haqqında nə deyəsən? Ədəbiyyat müəllimlərinin əksəriyəti savadsızdır. Notarius sənədinə, polis protokoluna şeir adı qoyub dərsliyə sal – rəhim və rəhman öndərin adıyla uşaqların başına yeridəcəklər. Bu, fəlakətdir. Ən azı üç nəfər, beş nəfər adam olmalıdır ki, Azərbaycan mənəviyyatını leninçi, şaumyançı Səməd Vurğunun, leninçi, əliyevçi Bəxtiyar Vahabzadənin əsarətindən qurtarsın.

Özümüzün yaxşı şairlərimiz yoxdur? Onda dərsliklərə yunanları, latınları, fransızları, ingilisləri, italyanları salın. İyirmi il, otuz il keçər, bizdə də əsl şeirin nə olduğu başa düşülər və əsl poeziya yaranar.

Mən Tsarskoye Selo litseyində Puşkinin yaşadığı kiçik otaqda olmuşam. Rəflərdəki iyirmi ya otuz kitabın hamısı Avropa dillərindədir. Yunanı, latını, fransızı iliyinə keçənəcən öyrənən Puşkin sonra rus poeziyasının qızıl nümunələrini yaratdı…

 X.X.

16. 04 2024, Samara

P.S. 1943-cü ildə, 2-ci dünya müharibəsinin qızğın vaxtı, Bəxtiyar Vahabzadənin 18 yaşı olub, yaşıdlarından fərqli olaraq cəbhəyə getməyib.

Səhv etmirəmsə, iki oğlu var, onların heç biri nə Meydanda olub, nə də Qarabağ döyüşlərində. Belə adamın ümumiyyətlə şəhid mövzusuna hətta yaxın getməyə haqqı vardımı?

X.X.

CON KİTS. BƏŞƏR FƏSİLLƏRİ

john keats

İldəki fəsillərin sayı dördə bərabər,

Eləcə dörd fəsil var insanın ruhunda da.

Onun çılğın Yazı var, könlü istəyən qədər

Bütün gözəllikləri içə bilir doymadan.

 +

 Yay gəlib yetişəndə çeynəməyə dadlıdır

Bal şirinliyi yığmış cavanlığın saqqızı.

Və onu xəyalları elə qanadlandırır,
Göylərə qalxır hətta; yetişəndə Payızı,
+

Yığır qanadlarını, sakit guşə axtarır,

İş və qayğı bilədən dumana göz zilləmək

Məzədir – gözəl şeyə indi görmədən baxır,
Çəpər dibindən axan çeşmə görünməyən tək.

 +

Qışında rənglər sönük, mənzərəsə eybəcər,

Öləri təbiəti budur – neyləyə bilər?

mart 1818

ingiiscədən tərcümə

14-15.04. 2024, Samara

+++++++++++++

JOHN KEATS

The Human Seasons

Four Seasons fill the measure of the year;

     There are four seasons in the mind of man:

He has his lusty Spring, when fancy clear

     Takes in all beauty with an easy span: Читать далее →

CON KİTS. XOŞBƏXTDİR İNGİLTƏRƏ!

john keats

Xoşbəxtdir İngiltərə! Can atmıram görüm mən.

Onun çəmənlərindən özgə bir yaşıllığı;

Uca meşələrindən həvəs, eşq qarışığı,

Əsən küləkləridir duyğumu səsləndirən.

 +

İtalyan səmasını görmək istəyi bəzən

Üzür qəlbimi hərçənd; arzudan doğur ağrı:

Çıxıb taxtda oturam, altımdakı – Alp dağı,
Həm dünyanın unudam, dünya işlərini həm.

 +

Xoşbəxtdir İngiltərə, sadə qızları gözəl,

Sadə məlahətləri mənə bəsdir onların,

Səssiz nəvazişləri bəsimdir ağ əllərin.

 +

Görməkdən ötrü hərçənd tez-tez ürəyim yanır

Sirli baxışlıları, oxuyalar —  dinlərəm.

Yay günü qoşularam, onlar üzərsə əgər.

1816

ingiliscədən tərcümə

12-13. 04. 2024, Samara

++++++++++++++

JOHN KEATS

Sonnet XVII. Happy Is England

Happy is England! I could be content
To see no other verdure than its own;
To feel no other breezes than are blown
Through its tall woods with high romances blent:


Yet do I sometimes feel a languishment
For skies Italian, and an inward groan
To sit upon an Alp as on a throne,
And half forget what world or worldling meant.


Happy is England, sweet her artless daughters;
Enough their simple loveliness for me,
Enough their whitest arms in silence clinging:


Yet do I often warmly burn to see
Beauties of deeper glance, and hear their singing,
And float with them about the summer waters.

1816

Читать далее →

«TOYUQDAN-CÜCƏDƏN HAÇAN NƏ BİŞSƏ…»

Toyuqda-cücədən haçan nə bişsə,
Yeyərdi boyunla ayağı anam.

Deyərdi: “Bunları sevirəm nəsə,

Ətlə uşaqlıqdan olmayıb aram”.

 

Biz də inanırdıq onun sözünə,
“Ayaq, baş sevəndir məmə”, deyirdik.

Buddan, döş ətindən bəxtə düşsə nə,
Bir göz qırpımında basıb yeyirdik.

 

Çorəyin boyadı, çayın qalmışı,
Qazanın kəfgirlə sıyrılan dibi,

Paltarın köhnəsi. güvə salmışı –

Yaxşını qıymadı ölənə kimi.

 

Oğul-uşaq yedi yaxşını, geydi,
Şirin, dadlı bizə düşəydi gərək.

Qazanın dibində qalanı yedi,

Qalmayanda yedi anam şor-çörək.

 

Tikənin yağlısı, ya təzə paltar,
Çaşdırır, indi də məni, pərt edir.

Mənə xatırladır anamı bunlar,
Nə yesəm, nə geysəm, haram kimidir…

  1. 04. 2024, Samara

CORC BAYRON. ŞİLYONA SONET

LORD BYRON

Zəncirlənməmiş Ağlın əbədi Ruhusan sən!

Zindanlarda, Azadlıq, daha parlaq işığın.

Çümki mənzil ürəkdir seçilib yaşadığn –

Sənin sevginə yalnız bağlanıbdır ürəksə.

 +

Qandallıanıb atılır oğulların qəfəsə,

Nəm qübbələr altında gündüzlərsiz toran var.

Əzablarıyla onlar ölkəsinə xilaskar,

Azadlıq qanadlanar hər hansı külək əssə.

 + 

Şilyon! Sənin zindanın müqəddəs bir məkandır
Bu yaslı döşəmənsə mehra
b, onda o qədər,

Gəzilib ki, qalıbdır addım izləri hətta,

 +

Soyuq döşənəcəyin yumşaq torpağa bənzər.

Silinməyəcək onlar, çünki Bonivarındır!

Tanrıya çağırışdır çünki tiraniyadan.

 1816

ingiliscədən tərcümə

09-10. 04. 2024, Samara

QEYD:

Bu soneti Bayron “Şilyon məhbusu” poemasına müqəddimə kimi yazılıb, hər iki əsər cenevrəli Fransua Bonivara həsr edilmişdir.Dini və siyasi fəaliyətinə görə Bonivar 1530-1536-cı illərdə Şilyon qalalasında dustaq olmuşdur.

 ++++++++++

George BYRON

Sonnet to CHILLON

“Eternal Spirit of the chainless Mind!
Brightest in dungeons, Liberty! thou art:
For there thy habitation is the heart—
The heart which love of thee alone can bind;

 

And when thy sons to fetters are consigned—
To fetters, and the damp vault’s dayless gloom,
Their country conquers with their martyrdom,
And Freedom’s fame finds wings on every wind.

 Chillon! thy prison is a holy place,
And thy sad floor an altar—for ’twas trod,
Until his very steps have left a trace


Worn, as if thy cold pavement were a sod,
By Bonnivard!—May none those marks efface!
For they appeal from tyranny to God.”

 

 

 

Tell Me of Your Anger in Whispers (Byron’s Sonnet)

Should you be moved to speak in anger, dear,
I ask that first you test your words alone.
If anger stems from blunder of my own
You’ll want to be assured your meaning’s clear.

If meaning’s very clear, then is it fair?
Is it essential now that blame be found;
will such proceed toward a common ground?
Are these first words intended to repair?

There’s nothing risked delaying words that grate.
Perhaps, the words should simply disappear
for now, until your anger can abate.
Unleashed, harsh words will travel like a spear.

But whisper to me when it’s getting late,
and your concerns will find solution, dear.

BALACA EVLƏR VƏ YEKƏ EVLƏR

Şəhərdə yekəpər, uca evlərin,
Balaca evləri gözü götürmür.

Onların yanaşı həyatı gərgin,
Həyat yox, daimi savaşdır ömür.

 +

Uca, yekəpər ev dinc duran deyil,
Gözümçıxdıdadır yazıq balaca.

Gah açıq sataşır, gah da ki, qəfil,
Yorulub oturmur yekəpər, uca.

 +

Yuxarı qatlardan ya kül əndərir,
Yanan siqareti tullayır hərdən.

Başına kranı açıb döndərir,
Özü də işəyir üstünə bəzən.

 +

Gah yanır balaca, gah suda üzür,
Sarsılıb, üzülüb barı da, dam da.

Canını dişinə yığaraq dözür,
Bu zülmə ev nədir, dözməz adam da.

 +

Balaca yekənin gözünə girir,
Korlayır peyzajı, perspektivi.

Görür yuxusunda zırpı hər gecə,
Silib yer üzündən balaca evi.

 +

Balaca zavallı neyləyə bilər? —

Uca, yekəpərin göy dəlir başı!

Şikayət elərsən – gəlib sökərlər!

Hara getsən – onun dostu, qardaşı.

 +

Sonu balacanın çatır deyəsən,

Zırpı təpiklərdən sarsılıb divar.

Var nə harayına onun tələsən,
Nə də yekəpərə “dayan” deyən var…

 

11. 04. 2024, Samara

GƏDƏBİYYAT: MƏMMƏD ARAZ. «ƏSGƏR MƏKTUBU»

Aqil abbas 2

9-cu sinfin ədəbiyyat dərsliyinə Məmməd Arazın “Əsgər məktubu” adlı şeiri salınıb.

Şeirin təhlilindən əvvəl gəlin təsəvvür edək ki, Azərbaycan ordusunun əsgəri doğrudan da Məmməd Arazı tanıyıb və hətta ona məktub da yazıb. İndi gəlin bu məktubu oxuyaq.

“Hörmətli Məmməd Araz yoldaş! Mənim sizə bir neçə sualım var. Niyə əsgərliyə, xüsusən cəbhə bölgəsinə, ancaq fəhlə-kəndli uşaqları gedirlər. Niyə nazirlərin, deputatların, icra başçılarının, prokurorların, xalq şairlərinin, xalq yazıçılarının uşaqlarıni biz cəbhə bölgəsində görmürük. Götürək elə sizin nəvələrinizi. Düzəltmisiniz polisə, rüşvətlə, fırıldaqla varlanırlar, üstəlik narazılığını bildirmək istəyən vətəndaşları salırlar dəyənəyin altına, şərləyib tutdururlar. Niyə sizin nəvəniz əsgər getməsin? Yazırdınız, ki, mamır olub vətənin qayasına yapışmaq arzulayırsınız. Ancaq sağlığınızda,  otuz ildir ki, kürəkəninizi  ..x parçası kimi yapıdırmısınız Azərbaycan parlamentinə, nə silinəndir, nə yuyulan. Vətəniniz Şahbuz deyil? Bəs niyə kəndinizdə yox, Fəxri xiyabanda basdırılmaq arzulayırsınız? Çünki Fəxri Xyabanda basdırılanın qəbri uşaqları, nəvələri, nəticələri üçün rentadır. Sizin qəbrinizdən nəticələriniz də, kötükcələriniz də faydalanacaqlar. Yoldaş Məmməd Araz! Əsgərlə işiniz olmasın. Əsgər sizi tanımır. Əsgər az-çox Əliağa Vahidi tanıyır və onun “Dumanlı dağların başında durdum” şeirini oxuyur. Şeir yazmağınız gələndə, yazın deputat kürəkəninizə, polis nəvələrinizə…”

İndi keçək şeirə.

Nədənsə inanmıram ki, Məmməd Araz  əsgər məktubu ala. Əsgərin, özü də həqiqi əsgərin, düşmənlə üzbəüz duran əsgərin vaxtı, həvəsi harda idi ki, Məmməd Araza məktub yaza? Yəni mərhum Məmməd Araz yalandan deyir ki,

“Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu…”

O uydurma məktubda “Məhəbbət, cəsarət, dəyanət” necə ifadə olunub? Bəlkə əsgər yazıb ki, son damla qanına qədər peysər Aqil Abbasın, onun polis oğlanlarının vəzifələrini, mal-dövlətini qoruyacaq?

“Nəğməsiz darıxır əsgər tüfəngi”.

Ay bu şeiri dərsliyə salan qurumsaq! Tüfəng necə darıxar? Əsgər tüfənglə postda durur, səngərdə oturur. Posrda, səngərdə nəğmə oxuyub yerini düşmənə bildirəcək?

“Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir”.

 Zümsümə daşı necə isidər? Qoy mənə təhsil naziri cavab versin. Əmrullayedir, deyəsən. Yəqin ki, əsgər olub, nəğmə oxuyub. Bilər ki, zümzümə daşı qızdırır ya yox? Necə, nə dərəcədə qızır? Qayğanaq bişirmək olar?

 “İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir”.

Yetmiş bir illik ömrünün əlli ildən çoxunu peşəkar şədəbiyyatla məşğul olan adamım misrasına diqqət edin: “Bunlarsız silahlar lal-kardır”.

Yəni ”inamsız, qeyrətsiz” silahlar “lal-kardır”.

Silah necə “lal-kar” ola bilər? Deyək ki, atılmayan silaha güc-bəla ilə lal demək olar. Ancaq sialahın karlığı necə ola bilər?

Qeyrətsiz adamın silahı açılmır?

“Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar”.

“Tətiyə söykənən cəsarət”? Bütün o tay-bu tay Azərbaycan xalqı bir yerə yığıla, hətta YAP-la Cəbhə birləşə, bunu izah edə bilən tapılmaz, çünki bunun izahı yoxdur, çünki, Məmməd Arazın bütün yazdıqları kimi bu da cəfəngiyyatdır.

«Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini».

 Baxı, böyüklər və uşaqlar! Bu adamda ritm duyğusu, dil mədəniyyəti də olmayıb. “Əsgər məktubunda quş səksəkəsi”. Bu cəfəng misranın ikinci hissəsində dil topuq vurur: «quş səksəsəkəsi”. “Quş səksəkəsi” demək istəyən şagirdin ağzından ayıb ifadədə də çıxa bilər və sonra qan tökülər… “Qaya təmkini” ? Qayada nə təmkin? Qaya sabitlik rəmzi ola bilməz, qaya uçub-dağılan şeydir.

“Hər sətri keşikçi nidası kimi…”.

Başa düşdünüz? Mən – yox. Əsgər ambar qarovulçusudur? Oğru, yəni düşmən gələndə qışqırır? Deyək ki, qışqırır. Məktubun sətri niyə qışqırmalıdır? Məktubun sətri onda qışqırardı ki, əsgər orduda ona edilən zülmdən yazardı. Ancaq əsgər Məmməd Araz yoldaşa yazır ki, son damla qanına qədər onun xalq şairi adını, kürəkəninin deputat statusunu, nəvələrinn polisdə vəzifələrini və rüşvətlərini son damla qanına qədər qoruyacaq…

Əsgərlər bunu yazmazlar. Əsgər ümumiyyətlə Məmməd Araza məktub yazmazdı. Ancaq yüzlərlə, minlərlə fəhlə-kəndli balası belə cızmaqaraçı xalq şairlərinin,  kürəkənlərin, nəvələrin zəngin həyatı uğrunda qanını axıdıb, canıını qoyub.

Öləndən sonra da Məmmədarazlar Azərbaycan uşaqlarının qanını içməyə davan edir. Belə “şeirləri” 15-16 yaşlı sütül oğlan və qızların başına yerirmək, onların ruhunu həmişəlik zədələməkdir. Belə “standartlarla”  “estetik tərbiyə” alan yeniyetmə həmişəlik əsl ədəbiyyatdan əsl poeziyadan uzaq düşür.  Bu cızmaqaraya şeir deyən ədəbiyyat müəllimi ya heyvərədir, ya da kölədir, “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi ilə yaşayır.

Belə məktublarla rəftar birvariantlıdır: üstündən xətt çəkib geri göndərmək. Yazanı ölübsə, o dünyaya göndərmək. Ya da deputat kürəkənin, polis nəvələrin üstünə…

X.X.

10. 04. 2024, Samara

OSKAR UAYLD. MİLTONA

Oskar_Uayld

Milton, düşünürəm ki, ruhun ağ qayalardan,
Həmişə hərbə hazır qalalardan çəkildi.

Cəllallı dünyamızın rəngi od-alov idi,
Sönük və bomboz külə bənzədər onu baxan.

+

Bayağı məzhəkəyə dönüb, dəyişib zaman,

Ordaca keçir ağır saatlarımız indi.

Cəlal, dəbdəbə, qüvvə varsa da qeyri-adi,

Palçıqla əlləşməyə tapırıq ancaq imkan,

+

Qarşımzdasa bizə yurd olan kiçik ada,

Dəniz şirinə bənzər möhtəşəm İngiltərə,

Şəxsi mülk olub indi demaqoq cahillərə,

+

Onu sevməyənlərə: Kromvel hay vuranda.

“Demokratiya deyib”, Tanrım, məgər bu ölkə,

Üçqat imperiyanı saxladı əbəs yerə?

ilk nəşri 1881-ci il

ingiliscədən tərcümə

06-07. 04. 2024, Samara

++++++++++++++++

OSCAR WILDE

To Milton

MILTON! I think thy spirit hath passed away
From these white cliffs, and high-embattled towers;
This gorgeous fiery-coloured world of ours
Seems fallen into ashes dull and grey, Читать далее →

QURBAN MƏMMƏDLI: «İSRAİLİN ÖLDÜRDÜYÜ KÖRPƏLƏRİN VƏ QADINLARIN HEÇ BİRİ GÜNAHSIZ DEYİL!»

Mən yenə Dostoyevskinin öz müasirlərindən biri haqqında rəyini xatırlatmaq istətirəm. Dostoyevski həmin müasirini, konkret olaraq Vissarion Belinskini, bəlkə də qismən şəxsi inciklik zəminində, “…rus həyatının ən rəzil təzahürü» adlandımışdı. Mən Qurban Məmmədlini xarakterizə eləmək üçün bundan dəqiq və yığcam ifadə tappa bilmərəm: “Azərbaycan həyatının ən rəzil təzahürlərindən biri”.

Onun 8 aprel 2024-cü il tarixdəki efirinin yazısana 2-ci saatın 27-ci dəqiqəsindən baxın. Qurban Məmmədli İsrailin qırdığı fələstinlilər haqqında deyir: “Orda ölən qadınların və uşaqların heç biri günahsız deyil”.

Qurban Məmmədli iddia edir ki, fələstinlilər 5 iyun 1914-cü ildə 14 min türk əsgərinin “başını kəsiblər”.

Qurban Məmmədli cahil adamdır, birinci dünya müharibəsində artıq aviasiya iştirak edirdi. Nə baş kəsmək? 1914-cü ildə fələstinlilərin ordusu hardaydı? Üsyan 1914-cü ildə yox, 1916-cı ildə qaldırılııb, Məkkə şərifi Hüseynin çağırışı ilə. Üsyan, yəni ərəblərlə türklərin qarşıdurması, 1919-cu ilədək davam edib. Türklərin itkiləri barədə konkret rəqəmləri tapmaq mümkün deyil. Və Məkkədə, Mədinədə qalxan üsyanın indiki fələstinlilərə nə dəxli? Əgər millətlər öz əcdadlarının əməllərinə görə cəzalandırılmalıdırsa, niyə Məkkə, Mədinə bombalanmır?

“Orda ölən qadınların və uşaqların heç biri günahsız deyil. Bu bizim dinin fəlsəfəsidir!”- bu Qurban Məmmədlidən sitatdır.

Körpənin bombalaara, artileriya mərmiləriylə öldütürülməsinə bəraət qazandıran adamın dini varrmı? Bu insanın əxlaqı varmı?

Hansı sağlam fikirli, Qurbanın öz leksikaı ilə desək, insan südü əmmiş insan deyər ki, “Allah İsrailin əli ilə fələstinliləri cəzalandırır”? Tövratda deyilir ki, Allah insanı öz surətinə uyğun yaradıb. Qurban Məmmədli isə Allahını özünə baxıb yaradır. Onun Allahı özü kimi manipulyator, cahil, kinli, intriqaçıdır.  Və bu Allahla da rəzil həyatını yaşayır.

Qurban Məmmədli sağlam fikirli insan deyil! Fələstinn körpələri və qadınları haqqında dediyi sözlərdən sonra onun insan südü içdiyinə də şübhə yaranır.

Baxın verilişə. 2-ci saatın 27-ci dəqiqəsindən. Birdən kəsib atar.

 

X.X.

08. 04. 2024, Samara

P.S. Qurban Məmmədlinin insanlığa zidd heyvərə iddialarına indi bədbəxt anadan yorulmaz natiqə və Qurbanın aparıcı ortağına çevrilmiş Validə Əhmədova heç bir etiraz eləmədi. Validə xanım, Qurbanın dediyindən belə çımırmı ki, sizin döyülə-döyülə öldürülən hərbçi oğlunuz da günahsız olmayıb? Yoxsa Qurbandan aldığınız məvacib və hyət evinin xatirinə oğlunuzun da xatirəsini tapdalamağa hazırsıız və Qurbana lənneyk deməklə əslində tapdalayırsınız? İndi dövlətdən maliyyələşib şərə xidmət edənlərdən sizin fərqiniz nədir?