Архив тегов | Abid Qafarov

İSLAM. 1. NİYƏ MÜHƏMMƏD ÇAQAYEV MÜSƏLMAN ÖLKƏLƏRİNƏ YOX, XRİSTİAN İSVEÇƏ SIĞINIR?

Bü  günlərdə İnternetdə Mühəmməd Çaqayev (Магомед Чагаев) haqqında məlumata rast gəldim. Rusiya türmələrində 21 (iyirmi bir il) oturmuş bu çeçen hazırda İsveçdə yaşayır və sosial şəbəkələrdə, xüsusən İnstaqramda fəal bloqer kimi tanınır. YouTube-da onun öz tayfadaşı olan başqa bloqerə verdiyi ətraflı bir müsahibəyə baxdım. Arqun sakini Mühəmməd, öz dediyinə görə, on səkkiz yaşında bir qohumunun fitnəsilə 2003-cü ildə tutulub. Aylar ərzində ona verilən işgəncələrə dözməyib ona şamil edilən ağır cinayətləri boynuna götürüb. 22 il iş alıb. Rusiya ərazisinin ən müxtəlif guşələrində yerləşən türmələrdə oturub və illərlə şiddətli, qeyri-insani işgəncələrə məruz qalıb. Onun sadaladığı işgəncə növlərinin əksəriyyəti azərbaycanlılara Tərtər işindən yaxşı tanışdır. Tərtər sadistləri hətta çeçen və rus sadistlərinə bəzi işgəncə növlərini də öyrədə bilərdilər. Bizim sadistlərə çatmayan yeganə şey Rusiya şaxtasıdır. Güman edirəm ki, bu çatışmazlığı da aradan qaldıra bilərlər. Buz arenası tikib qış idmançıları hazırlayan ölkədə dustaqların kameralarında qar yağdırmaq gərək çətin olmaya…

Mühəmməd, mənim başa düşdüyümə görə, 22 ildən 21-ni yatıb. Ona səkkiz illik nəzarət təyin ediblər. Ancaq nə vasitə iləsə, yəqin İsveç hökumətinin dəstəyi ilə, Rusiyadan çıxa bilib.

On səkkiz yaşlı kənd uşağının 21 illik zindan işgəncələrinə necə tab gətirməyi, əlbəttə, ondakı fövqəladə iradənin və həyat eşqinin sübutudur. Mühəmməd özü deyir  və dönə-dönə təkrarlayır ki, onu Quran və Allah saxlayıb və müsahibə ərzində bəlkə otuz-qırx dəfə Allaha şükr edir. Hərçənd bunu da gizlətmir ki, o, yatdığı illər ərzində Avropanın insan hüquqları təşkilatlarının, Rusiya insan haqları fəlallrının diqqət mərkəzində olub ki, bunsuz onu türmədə öldürə də bilərdilər. Ancaq Mühəmməd bir dəfə də nə Avropa təşkilatlarına, nə Rusiya fəallarına təşəkkür edir. Bir dəfə də. Mühəmməd onu qəbul etmiş İsveçə də müsahibə ərzində minnətdarlığını bildirmir. Mühəmməd, mənim fikrimcə, gərək İsveç kralına, onun kraliça arvadına, ölkənin baş nazirinə, onu, səkkiz illiyə nəzarət altında olduğuna baxmayaraq, Rusiyadan çıxarmış insanlara təşəkkür etmir. Onun minnətdarlığının yeganə ünvanı Quran və Allahdır.

Məim baxdığım müsahibə bir il əvvəl yazılıb. Təzə videolar var, hələ baxmamışam, ancaq indiki şəkli ilə bir il əvvəlki şəklini müqayisə edəndə görürəm ki, saqqalı o vaxtdan iki dəfə uzanıb, indi göbəyinə çatıb. Fikirləşirəm: bu uzunluqda saqqal saxlayan, türmə həyatının təcrübəsindən başqa biliyi olmayan çeçen İsveçin nəyiə lazımdır. Şübhə yoxdur ki, İsveçin tox, azad həyatından 21 illik işgəncələrdən sonra ləzzət alsa da, çeçen Mühəmməd Çeçnənin gələcəyini İslam dövləti kimi təsəvvür edir və Çeçenstanın bütün bəlalarının səbəbini İslamdan yayınmaqda görür.

Əslində isə tamamilə əksinədir. Çeçenstanın problemi tayfa ənənələrindən çıxa bilməməkdir. Və bundan da çox İslamdır. Bəli, İslam bütün dünya üçün, xüsusən sayı az qala iki milyarda yaxınlaşan müsəlmanların özü üçün problemdir.

Mən Mühəmməd Çaqayevdən soruşardım: Sənin dilindən Allah düşmür, Allahı xilasakar sayırsan. Bəs niyə Səudiyyə Ərəbistanına getməmisən? Dünyanın 28 ölkəsində İslam rəsmi dindir, 53 ölkədə isə müsəlmanlar çoxluq təşkil edirlər. Niyə bu qədər ölkədən birinə gedib orda din qardaş və bacılarının arasında yaşamırsan? Niyə sənin müsəlman gözlərin hər gün İsveçin yarıçlpaq arvadlarını görməlidir?

Mühəmməd 21 illik türmə həyatı yaşayıb, mənim sualımın cavabında türmə jarqonu müsəlman ritorikası ilə qarışdırıb elə nitq söyləyər ki, elə jestikulyasiya eləyər ki, mən ikiqat əyilib deyərəm: “Vsyo, brat, ya tebya ponyal, ya ne prav”…

Əslində mən haqlıyam. Mühəmməd Səudiyya Ərəbistanına gedə bilməz. Qətərə də. Əmirliklərə də. Çünki şeyx diktatorların hamısı Ramzan Katırovla qardaş kimidirlər. Mühəmməd Mərakeşə, Əlcəzairə də gedə bilməz. Mühəmməd müsəlman ölkələrinin heç birinə gedə bilməz, çünki müsəlman ölkələrinin hamısında diktaturadır. İslamın rəsmi din olmadığı, yəni rəsmən dinin dövlətdən ayrıldığı ölkələrdə də Mühəmmədi qəbul etməzlər, gizli hər hansı ölkəyə getsə də, gec-tez tutar və qandallayıb Moskvaya göndərərlər, Moskva da təhvil  verər Ramzan Kadırova.

Bir azərbaycanlı siyasi fəal var: Abid Qafarov. Savadlı insandır, bilikli mühəndisdir, həm də ilahiyyatçıdır. Şərlənib tutulanda evində edilən çəkilişlərdə kitabxanasında yüzlərlə, yəqin ki İran ilahiyyatçılarının qondardığı kitab və hətta, səhv etmirəmsə, Xomeyninin şəkli görünürdü. Qanunsuz həbs müddəti bitdikdən sonra Abid Qafarovun Fransaya və ya Almaniyaya getdiyi məlum oldu. Mən Abid Qafarovdan soruşardım: niyə İrana gedib o gözəl İslam ölkəsində yaşamırsan? Niyə kitablarına bir ətək pul xərclədiyin ayatollalrla diz-dizə oturub onların cənnət-chənnəm fantaziyalarını dinləmirsən? Niyə İran şəhərlərinin küçələrində hicablı arvadlara baxıb həzz almırsan və döşüaçıq fransız arvadlarını görüb günaha batırsan?

Mərakeşdə, Tunisdə, Əlcəzairdə də öz diktatorları tərəfindən incidilən ərəblər qaçırlar Avropa ölkələrinə, ruhanilərin də rejimlə incikliyi olanı Avropaya qaçır, Məkkəyə, Mədinəyə üz tutan yoxdur. Hərçənd, Salman Rüşdi istisna olmaqla, heç biri demir ki, problemimiz İslamdır. Rəsmi dini İslam olan 28 ölkənin və əhalisinin əksəriyyəti müsəlman olan 53 ölkənin heç birində insan şəxsiyyətinə Avropa ölkələrində olan hörmət yoxdur. Və çoxəsrlik tarixləri ərzində müsəlman ölkələrinin heç birində indiyəcən demokratik idarə üsulu yaradılmayıb. Və bu, bütün müsəlman dövlətlərində eyni cür olduğuna görə demək olar ki, İslamla demokratiya, İslamla insan haqlarının priotitetliyi bir araya sığan şeylər deyil…

Mən dinşünas deyiləm, nəzəri biliklərim yoxdur, mənim biliyim – gözümlə gördüyümdür. Gözü olan hər kəs mənim gördüyümü görə bilər. Yəni görər ki, müsəlmanlar indiyədək kişili-qadınlı bütün əhalinin ləyaqətli yaşaya biləcəyi, insanın fərdi azadlığına, azadfikililiyinə qəsd edilmədiyi bircə dövlət belə qura bilməyiblər və ya qurmaq niyyətində olmayıblar.

Əgər xəstəyə yazılan dərman  onu sağaltmırsa, əksinə, vəziyyətini daha da ağırlaşdırırsa, onun qəbulunu davam etdirmək dəlilik deyilmi?…

(ardı var)

02. 09.2026

QURBAN MƏMMƏDLİ VƏ TURAL SADIQLI DEDİLƏR: «KUN!»

KUN

Bilən bilir ki, bizim Allahımız üçün mümkün olmayan heç nə yoxdur, hər hansı bir şeyin olmağını istəyirsə, “kun” deməyi kifayətdir. Dünən Qurban Məmmədlinin verilişinə baxanda mənə elə gəldi ki, Tanrı öz səlahiyyətini iki saatlığa verib ona və Tural Sadıqlıya. Və Qurban Məmmədli ilə Tural ikisi bir ağızdan “kun!” deyərək elə efirdəcə “xalq parlamenti” yaratdılar, yaradan kimi də siyahı tutub üzvlər qəbul eləməyə başladılar. Qurban bəyə aramsız zənglər gəlir, hərə öz namizədini irəli sürürdü.

-Yaz, bir oğlum Xəlil, biri Cəlil, hər ikisi parlamentə layiqdir…

— Yaz oğlum Heydəri…

— Yox, Mir Bağır ağanı yazma… O çoxdan ölüb, durub vəkillik edə bilməz…

Pardon! Qarışdırdım. Bu siyahı “Ölülər”dəndir. Ancaq Qurban Məmmədlinin Tural Sadıqlı ilə parlament siyahısı tərtib etməyi “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladırdı. Yadınızdadırsa, Şeyx Nəsrullahla Şeyx Əhməd dirildəcəkləri ölülərin siyahısını tərtib edirdilər. (Nə eybəcər çıxdı: “tərtib edirdilər”…)

— Tural bəy, yaz Elvin İsayevi.

-Qurban bəy, bu hansı Elvindir? Bütün talış xalqının adından Donbas separatçılaırına yardım göndərən?

— Odur, Tural bəy. Yeri gəlmişkən, burdan bütün talış separatçılarını salamlayıram. Əlikramın da ruhuna bir salavat! Bir dəqiqə, zəng gəlir. Allo, efirdəsiniz.

-Əllo, Qurban bəy, o nə siyahıdır tutursunuz? Mən burda arvadla boğuşurdum, verilişin əvvəlini görmədim. Arvad üzümə qayıtmışdı, it qızı. Qurban bəy, yardım siyahısı tutursunuzsa, bizim ailəni də yazın…

— Oldu, yazarıq. Tural bəy, davam edək.

-Mirzəlini də yazaq. Deyən dilimizdir.

-Hökmən…Yazdm.

-Məhəmməd yavaş-yavaş fransızcanı öyrənir. Yaxşı söyüşlər bilir.

-Gözəl. Mirzəli bizim intellektual resursumuzdur. Yenə zəng gəlir. Allo, efirdəsiniz, danışın.

-Allo! Qurban bəy, sizin parlament yaratmaq qərarınız məni şoka salıb. Bu, tarixi qərardır. Siz tarixi adamsınız, Tural Sadıqlı tarixi adamdır. Bizim millət tarixi millətdir.

-Sizin namizədiniz varmı?

— Var. Mənim oğlumu yazın. Polisə işə qoymaq istəyirdim, pulum çatmadı. Qoy girsin sizin parlamentə. Siz nə qədər maaş verəcəksiniz?…

— Buzovnalı Cəfəri yaz…

-Maştağalı Qəfəri də yaz…

-Yaz Əvəzi.

-Yaz Məlahəti də. Anasını da yaz.

-Ərəstun Oruclunu yaz. Ərəstunu bəyi iki dəfə yaz. 

-Yazdım. Ərəstun iki mandat. Qurban bəy, bəlkə sizin arvadınızı da yazaq?

— Yox, bizim arvad pərdeyi-ismətdədir. Validə ananı yaz…

Seçkilər ərəfəsindəki iki həfdədən çox vaxt ərzində Qurban Məmmədli həqiqətən çox ciddi siyasi maarifçilik işi görmüşdü, seçkilərə həsr olunmuş verilişlərindən bundan sonra da seçki qanunvericiliyinin təbliği, öyrənilməsi və tətbiqi sahəsində yaxşı əyani vəsait kimi istifadə etmək olar. Çox təəssüf ki, Qurban Məmmədli həftələrlə gördüyü yaxşı işi bir saatın içində po… məzhəkəyə döndərdi.

Nə xalq parlamenti? Hanı xalq? Seçki ərəfəsində başlanan siyasi maarifçiliyi yorulmadan, lazım gələrsə, illərlə davam etdirmək əvəzinə, bu adamlar balaqan yaradıb özlərini təlxəyə çevirirlər. Studiyada oturub siyahı tutmaqla parlament yaranır? Tofiq Yaqublu parlament yarada bilsəydi, yaradardı, türmədə çürüməzdi. Xalq Azərbaycandadır və bu xalqın parlament tələbatı yoxdur. Parlament adıyla balaqan yox, illərlə işləyib xalqda bu tələbatı yaratmaq lazımdır, hərçənd bu işin uğurlu olacağına heç kim zəmanət verə bilməz. Ancaq “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladan siyahıtutma mərasimi gördüyünüz yaxşı işləri də bayağı komediyaya çevirdi…

 

Mirzə ƏLİL

05.09. 2024, Samara

         QURBAN MƏMMƏDLİ VƏ DÜNYA ƏDƏBİYYATI

           I

“Azerfreedom”, 28. 04. 2024, Samara

Qurban Məmədli:

Əziz həmvətənlər, xahiş edirəm bütünn izləyicilər ayağa dursunlar, Ərəstuun Oruclu zəng edir.

Ərəstun Oruclu:

— Qurban bəy, mən hamınızı salamlayıram, sizdən də, Validə anadan da, Məhərrəmdən, Böyükkişidən də üzr istəyirəm. Mən bilirəm ki, bizm verilişi İlham Əliyev də izləyir, mən ondan da üzr istəyirəm, hərçənd mən onunla barışmaz opponentdəm. Qurban bəy, bir yazıçı var, Aleksandr Düma. Onun bir romanı var “Qraf de Monsoro”, mən istəyirəm bu “Qraf de Monsoro” haqqında biz izləyən milyonların da məlumatı olsun…

Məəttəl qaldım, indiyəcən bilmirdim ki, Düma “Qraf de Monsoro” adlı roman yazıb. “Qrafinya de Monsoro” romanından xəbərim var, ancaq “Qraf de Monsoro” romanının olduğunu Oruclu cənablarından eşidirəm. Yəqin təzə tapılıb. Bəlkə elə Ərəstun Oruclu özü tapıb. Tapar, köhnə KQB əməkdaşıdır…

“Qraf de Monsoro”….

Pardon?

               II

Qurban Məmmədlinin daimi qonağı, Nadiri Taxtda görmüş, Nikolayı Culfa dəmir yolunacan qovmuş, Vladivostoku yaponlardan təmizləyib ruslara qaytarmış Rüstəm adlı biri deyir ki, İlham Əliyev haqqında “İsgəndərnamə”…tfu, «İsgəndərnamə «yox, “İlhamnamə” yazmaq istəyir, bircə Tərtər işinə görə yaza bilmir…

Rüstəm aprelin 29-da İosif Brodskidən də danışdı. Deyəsən, dost-aşna olublar. Dedi ki, İosif Brodskini sovet hökuməti incidib, həbs edib. Bir şair olub, qadın şair, Bella Axmadulina, deyib ki, sovet hökuməti bu kürənə bioqrafioya yaradır…

Elə arxayın danışır ki, elə bil Bella Axmadulina bunu deyəndə Rüstəm onun çənəsinin altında olub. Bəlkə də çənə altında olub. Ancaq Bella Axmadulina belə söz deməyib! Çünki bunu Anna Axmatova deiyb…

Vallah, Azərbaycan dilində söz tapmırsan ki, bu Rüstəməin cavabını verəsən. Ruslar belə hallarda deyirlər: “Starıy mudak…”

Hamınızdan üzr istəyirəm. İlham Əliyevdən də üzr istəyərdim, ancaq o, Mirzə Əlili  izləmir…

Mİrzə ƏLİL

01. 05. 2024, Samara

 

QURBAN VƏ QURBANİLƏR. YUZERLƏR VƏ LUZERLƏR

Qurban Məmmədli TÜRK

Məlumdur ki, dünyanın ən möhtəşəm əiləsi Qurban Məmmədlinin atalıq elədiyi Azerfreedom ailəsidir. Üzvlərinin sayına görə bu ailə Hindistandan və Çindən sonra dünyada üçüncü yerdədir. Ancaq kəmiyyətdən çox keyfiyyət vacibdir. Azerfreedom ailəsini bu mənada Azərbaycanın «silikon vadisi» adlandırmaq olar. Bu ailəyə hər biri milli düha sayıla biləcək intellektuallar yığılıblar. Mirtzə Əlillə Mirzə Təbil Aerfreedom ailəsinin üzvlərinin intellektual incilərindən bir kolleksya yaradıb sizə təqdim edir.

 İNCİLƏR


@user-wc9jb7eh6l

6 hours ago

Ай гага биз динимиза хор бахырыг амал етмирий фарза биз балалара душирук сабаб озимиздади

@user-tk5wq1qw8w

9 hours ago

Гарбан маллим хаг йерин тапар иншааллах

@user-ly7is7pw5s

11 hours ago

@Hormetli Gurban bey,bu insanlari rosiyadada azerbaycandada ,en seviyesiz ve en gorxsg insanlari seciller,bu hagda siz oxsar rossiya turmelerinde istifade olunur,bu hagda Navalniya nece isgence veribler,yutubda var,bu adamlari coxdan azerbaycana,cetiribler.


@user-ml5tv9iy4s

16 hours ago

Ay şərh yazanlar, sizdən xahiş edirəm ki, yazanda, yazdığınız cümlələri düzgün bizdə oxuyanda başa düşək ki, nə ifa etmək itəyirsiniz bizdə başa düşək.

@aydntfkkur8195

20 hours ago

Qurban bəy,Mən incili,Quranı və qismən Tövratı oxumuşam.İsaya,Məhəmmədə poemalar yazmışam.Anlamadığı dildə ibadət etməyə,anlamadığı elmi əzbərləməə vərdiş etdirilən xalq anlamadığı əmri də icra edə bilər.Belə şeylər insanları müti edib. Bir də rüşvət asılılıq və mütilik,şəxsiyyətsizlik yaradıb…

@Forma567

20 hours ago

Нийе бу деречеде горхач ялтаг сатгын бинамус бигейретди Азербайджан миллети?? Икинчи беле горхач миллет йохдур. Аллах бу алчаглыга салдыки бутун дуня билсин не гедер горхач сатгын ялтагды бизим миллет. Демели космос гырдырачаг бу миллети йеринде ирак курдлери келиб яшайачаг. 26 илден сонра ченуби гафгаз курдистаны олачаг. Кул олсун башыныза.


@tamillazairova9248

21 hours ago

Mende jmix emishem ushagligda Bakida yashayirdim

@mirelcake7567

6 days ago

Halaloldun budur Azərbayçan gadını o partiyalarki var onlatdada bu gaxın gədər veyrət olardı .


@mirelcake7567

6 days ago

Gurbanbəy Azərbayçanda nəgədər ziyalıları var ançag biz buğün onları xalgın icərisində ğömürük ğiriblər kravatın altına niyə ?

@qasimibraqimov2476

6 days ago

Адам ГУЛаг асанда нифрат едир. Бу миллатин душмани ермани йох езудур. Она Гера дунйа бизи севмир. Ёлка учурома гедир.


@user-tt7qh2ro1p

6 days ago (edited)

Hamını Salamlayıram,Gurban kişi Turan birliyi Lənkəranı Turan ğənclər şəhəri elan ediblər bəs ( Şuşa,Xankənd )sizin fikriniz ?

@zikrehli

1 day ago

Qurban bəy Peyğəmbər (s.a.s) yer üzünü namazgah edib məgər Peyğəmbərimiz bilmirdi ki yer üzündə hər şey olur onda orani niyə namazgah deyib şadliq sarayında kim nə iş görür özünə aiddir əgər namaz girib vaxtı keçməsin deyə harda qilirsa onun nəyi pisdi qəribədir


@user-th9sg6kq7v

1 day ago

Кунах ишлетмейе вахтымыз галмасын


@user-rn8bo7bl7b

1 day ago

Камили ГАЛИБ ПРЕЗИДЕНТИМ ИЛХАМ ХЕЙДАР ОГЛУ АЛИЕВ бурахдырды


@user-de6lv1eh7l

1 day ago

Assalamu Aleykum Qurban müəllim.Sən gözəl insan və gözəl dindarsan. Bizlər heykələ boyun əymirik...

@abuhuseyn7578

2 days ago

Erestun ele sen indi de amerkanin sukasisan,sen ne bilirsen din nedir ALLAH kimdALLAHIN RASULU KIMDIR صلى الله عليه وسلم KET ISHINLE MESHGUL OL ve America da eşşeyini otar


@user-gh4nh5fs2q

2 days ago

Салам,ай Арастун бай,тенгид еладажайам,инджимайин,сизин поколенийаны Совет хокумети йолдан чыхарыб,шехсан сизин галбинизи гормурам,орда на вар, Аллах билир,горунен будут ки,сизда 10% мусалманчылыг вар, бунун сабаби иса исламы билмирсиз,чох таасуф,сиз дуня иле машгулсуз.

@herbici5221

1 day ago

Vaar olasuz Qurban bəy hemişe doqru düzgün qeyretli insanları tapib isiqlandirirsiz buna göre minnetdaram ALLAH razı olsun

İnciləri toplayanlar:

Mirzə Əlil və Mrzə Təbil

  1. 02. 2024, Samara

MƏHKƏMƏ

2021 лето

 Nə İçəri şəhər, nə Qız qalası?

Təzəpir, Şirvanşah sarayı nədir? –

Bizim məhkəməyə əcnəbi gəlsin,

Görərsən gözləri kəlləsindədir.

 —

Pokuror deyəndən əgər baş açsa,

Deyər ki, Göbbelsdir – dirilib gəlib.

Hələ bilməsə də bürüyüb basıb

Ölkəni Göbbelsin törəmələri.

 — 

Roma hüququnu burda yox hörmət
Anqlosakson ədl sisteminə də.

Hökmü pul çıxarır və hakimiyyət,
Təsdiqi polisin dəyənəyində.

 —

Məhkəmə zindanda gedir elə bil,

Vəkil qapaz altda, jurnalist elə.

Türmə divanıdır, məhkəmə deyil,

Milləti zonaya salıblar belə.

 —

Kim hökm çıxarıb, günahı nədir,

Sonu cəzasının çatacaq haçan?

Hardan bu göbbelslər doğub-törədi,
Fürerlər yarandı necə və hardan?

 —

Millətimə çatan zəhər camıdır.

Qədim yunanların məhkəməsindən.
Millət nəsil-nəsil o camdan dadır,

Yarımcan boylanır daş qəfəsindən.

 

14. 07. 2022, Samara