Semyuel BATLER. ÖLÜMDƏN SONRA HƏYAT

Samuel Butler

(1835-1902)

 Nə Stiks sahilində, nə də göz qamaşdıran

Elisium düzündə ölülər arasında,

Qarşılarıq bizə dərs deyənləri bir zaman,

Düşmən kölgələrinə gəlmərik orda rast da.

 +

Dəyməz ayaqlarımız Asfodel çəməninə,
Orda bir-birimizin üzünə baxmarıq da.

Nə sevərik bir kəsi, nifrət eləyərik nə,

Alqış da gözləmərik, ayıbdan qorxmarıq da.

 +

Mübahisə etmərik: “Belə olub” ya “Elə”,
Məğzi mübahisənin tamam unudulacaq.

Haqlı ilə haqsızın fərqi olmaz bir elə;

 +

Özümüz də bilmərik görüşürük biz ancaq,

Görüşəlr, ayrılıqlar hərçən ki, bizi gözlər,
Dirilərin dilində ölülər görüşürlər.

təxminən 1898

ingiliscədən tərcümə

08. 04. 2024, Samara


QEYDLƏR

STİKS – Yunan mifologiyasında ölülər səltənətində axan çay

ELİSİUM – Tanrıların ölümsüzlük bəxş etdiyi qəhrəmanlar üçün cənnət
+++++++++++++++++++++

Samuel BUTLER

LIFE AFTER DEATH

Not on sad Stygian shore, nor in clear sheen
Of far Elysian plain, shall we meet those
Among the dead whose pupils we have been,
Nor those great shades whom we have held as foes;
Читать далее →

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

OSKAR UAYLD. AZADLIĞA SONET

Oskar_Uayld

Deməzdim ki, sevirəm övladlarını, onlar
Öz iztirablarını görə bilirlər ancaq,

Anlamırlar heç nəyi, istəmirlər anlamaq,
Fəqət Demokratiyan haçan ki, haray ki. salar,

 +

Terror hökmranlığı, böyük Anarxiyalar

Çılğın  ehtirasımı əks edəcək dəniz tək,

Və hiddətim, Azadlıq, səni qardaş biləcək!

Buna görə nizamsız qopardığın haraylar,

 +

Soyuqqan olsam da — xoş; yoxsa bütün krallar,
Ya qanlı qamçılarla, məkrli toplarla ya

Xalqların toxunulmaz hüquqlarını talar,

 +

Hərçənd durub baxaram hərəkətsiz qalaraq,

Bu barrikkadalarda can verən İsalara,
Bəzi işdə, Tanrı da görür ki, rəğbətim var.

1881(ilk nəşri)

ingiliscədən tərcümə

05-06. 04. 2024, Samara

++++++++++++++
Oscar WILDE

Sonnet to Liberty

 

Not that I love thy children, whose dull eyes
See nothing save their own unlovely woe,
Whose minds know nothing, nothing care to know,—
But that the roar of thy Democracies,
Читать далее →

ATATÜRK VƏ ATAKÜRK: TÜRK SEÇKİLƏRİNİN AZƏRBAYCANA MÜSBƏT TƏSİRİ OLA BİLƏRMİ? YOX!

Türkiyədəki son seçkilərin nəticələri Azərbaycana təsir edə bilərmi?

Yox!

Yəni ölkənin demokratikləşdirliməsi nəzərdə tutulursa, Yox!

Türkiyədə demokratik qüvvələrin qələbəsinin Azərbaycana mənfi təsirini isə istisna etmk olmaz. Yəni Erdoğanın məğlubiyyətini görən İlham Əliyev qapı-bacanı daha da bərkidəcək, bütün dəlmə-deşiyi suvayacaq ki, içəri demokratik hava belə keçməsin.

İlham Əliyevin demokratiya yolunu tutması onun öz həyati proyektyindən əl çəkməsinə bərabər olardı. Bu proyekt hakimiyyəti nəyin bahasna-olursa olsun saxlamaq və oğluna verməkdir.

Türkiyədəki seçkilərdən sonra Əliyevin xalqa azadlıq verəcəyini düşünənlər Sabirin şeirindəki iranlını xatırladırlar:

Ah, bu məşrutəni şah neçin verməyir,
Gah verir filməsəl, gah neçin verməyir…

Azərbaycanda Türkiyəni sevənlər çoxdur. Ancaq, məsələn, Madridin Real komandasını sevənlər də az deyil. Deyək ki, sabah Real növbəti dəfə Çempionlar Liqasının qalibi oldu. Bunun Azərbaycan futboluna təsiri ola bilərmi? Yox, ola bilməz. Çünki Azərbaycanda futbol yoxdur. Yəni Azərbaycandakı futbol Avropadakı, Cənubi Amerikaakı, Afrikadakı futboldan deyil. Azərbaycandkı  futbol dövlətin ideoloji proyektidir, komandaların necə yarandığını, necə maliyyələşdirildiyini heç kim bilmir, oyunlar boş stadionlarda keçirilir, futbol müstəqil inkişaf edən  industriya deyil, futbol xalq oyunu da deyil, çünki Azərbaycan rayonlarının əksəriyyətində futbol oynamağa yer və şərairt yoxdur. Azərbaycanda dövlətdən asılı olmayan özəl biznes də yoxdur ki, müstəqil futbol proyektlərini həyata keçirsin. Yəni Azərbaycanda futbol da Əliyevin zoğal dəyənəyi ilə idarə olunur, ona görə əsl futbol deyil.

Təkcə dilimizin, özü də onun məişəti əhatə edən layının türk dili ilə yaxınlığına görə “biz də türkük” deyənlər avam ya cahildirlər. Baxın Türkiyənin tarixinə. Sonra baxın… Burda “baxın Azərbaycan tarixinə” demək yerinə düşmür, çünki Türkiyənin tarixi ilə müqayisədə bizim tariximiz yoxdur. Bizim dövlətimiz  1918-ci ildə, özü də təsadüfən, yəni Rusiyada çarın devrilməsi, burjua inqilabı nəticəsində yaranıb. 1918-ci ilə qədər azərbaycanlılarda milli şüur, dövlətçilik anlayışı olmayıb. Bizim ulu babalarımız şiə bayraqları altında osmanlılara qarşı vuruşublar. Əsrlərlə. Şimali Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra bizim babalarımız Rusiya ordusunun tərkibində yenə türklərlə vuruşublar: Krımda, Balkanlarda..

Mən köhnə adamam, atam isə 19-cu əsrdən gəlmişdi, o da, onun yaşıdları da heç vaxt özlərinə “türk” demirdilər, onlar özlərini “müsürman” kimi tanıyrdılar…

İndi qayıdaq yuxarıdakı təklifə. Yəni baxaq Türkiyənin tarixinə. Türklər əsrlər ərzində böyük dövlət quruculuğu proyekti həyata keçiriblər, on milyonlarla insan bu proyektə qatılıb, yəni böyük türk tarixinin subyekti olub.

Kamal Atattürk – xoşbəxt təsadüf deyil. Kamal Atatürkün reformaları Pakistan və ya Əfqanıstan kimi ölkədə baş tuta bilməzdi. Türkiyə Atatürk reformalarına hazır olub, çünki Türkiyə “Avropanın xəstə adamı” adlandırılsa da, Asiya olduğu qədər, bəlkə daha çox Avropa olub. Türklərin Avropada öz imperiyalarına qatdığı əraziləri və bu ərazilərdə yaşayan Avropa mentalitetli əhalinin sayını və intellektual, mədəni potensialınnı nəzərə alsaq, aydın olar ki, əsrlərlə işğal olunmuşun işğalçıya təsiri daha çox olub.

               BİR NEÇƏ SİTAT

1847-ci ildə Semyuel Morze Sultan Əbdülməciddən teleqrafa patent aldı. 9 avqust 1847-ci ildə türklər birinci İstambul-Ədirnə-Şumen teleqraf xəttinin tikintisinə başladılar..

1861-ci ildə Osman imperiyasında xristianlar üçün 571 ibtidai, 94 orta məktəb var idi ki, onlarda 14 min uşaq oxuyurdu… xristianların təhsilinin daha yüksək səviyyədə olması onlara iqtisadiyyatda böyük rol oynamağa imkan verirdi. 1911-ci ildə İstambuldakı 511 topdansatış şirkətindən 528-i ətnik yunanlara məxsus idi….

 1826-cı ildə sultan Mahmud II yanıçar korpusunu  ləğv edib müasir osmanlı ordusunu yaratdı. Osman imperiyasınn ordusu xarici instruktorlar cəlb edən öz zabitlərini Qərbi Avropaya oxumağa göndərən ilk ordu isi. Məhz bu zabitlər vətənə qayıdandan sonra Osmanlı imperiyasında gənctürklər hərəkatı təşəkkül tapdı….

 Fransız dili xüsusi yer tuturdu. 19-cu əsrin əvvəlində İmperiyanın 3 milyondan çox vətəndaşı fransız dilini bilirdi. 20-ci əsrin vəllərində fransız dilində onlarla qəzet çıxırdı, bütün bürokratlar bu dili bilirdilər…

1734-cü ildə Türkiyədə artilleriya məktəbi yaradılmışdır ki, burda Fransadan olan instruktorlar dərs deyirdilər…

Vikipediyadan götürülmüş bu sitatların sonuncusunda dərin simvolizm yoxdurmu? Azərbaycanın kişili-arvadlı lakeyliyi boynuna götürmüş “jurnalustləri”nin zoğal dəyənəyin himi ilə bu gün Fransanı, onun prezidentini lağa qoymaqlarını görəndə gülməyin gəlmir, ancaq xəcalət çəkirsən…

Kamal Atatürk sözün bütün mənalarında avropalıdır – həm doğulduğu məkana, həm təhsilinə, həm mentalitetinə görə. O, Türkiyəyə atadan çox oğul və əsgər idi. O, Türkiyəni ailə sərvəti saymırdı ki, öz övladlarına ötürsün. O, həyatını Türkiyəni və türk insanını qaldırmağa həsr edirdi.

İham Əliyev Azərbaycan insanının başından basır, onun şəxsi ləyaqət hüququnu tanımır. İlham Əliyev özünü məhəllə, məhəl Tanrısı hesab edərək təbəələrindən danışıqsız itaət istəyir.

Mustafa Kamal Atatürk...

İlham Atakürk… Nə seçki, na parlament… Vəzifə ata kürküdür…

Türk əsgəri əsrlərdir ki, Türkiyənin şərəfi uğrunda vuruşur.

Bizim əsgərin başına yeridiblər ki, o, Ali  Baş komandan və onun milyarder xanımı üçün canını verməlidir, şərəf ona aid şey deyil, onun borcu can və qan verməkdir…

Qanını axıtmış Azırbaycan əsgəri yaxasına beş-altı dəmir medalı taxıb Bakıda məmur qapılarını döyür, dərman pulu, uşaq pulu istəyir…

Çox təəssüf ki, Azərbaycanın Şimali Koreyaya çevrilmə perspektivi gündəın-günə daha da gerçək olur. Türkiytədəki seçkilərin, demokratların böyük uğurunun bizə heç dəxli yoxdur. Bizim sadəlövh insanlar türk seriallarını az-maz başa düşdüklərinə görə özlərini türk sayırlar. Yox, siz türk deyilsiniz. Siz hələ də qismən şiə, qismən rus-bolşevik bayrağı altındasınız. Taleyinizi öz əlinizə almağa, öz tarixinizi, demokratik tarixinizi yaratmağa isə əzminiz yoxdur.

Bir vaxt Türkiyəyə “Avropanın xəstə adamı” deyirdilər. Xəstəlik bu gün var, sabah yoxdur. Əsas məsələ Türkiyənin “Avropa adamı” kimi tanınmasıdır. Azərbaycan isə bu statusdan da işıq ili məsafəsindədir. Azərbaycan “Asiya adamıdır”. “Xəstə” sözünü buraxıram, çünki Asiyada, “yapon” istisna olmaqla, xəstə olmayan yoxdur…

X.X.

05. 04. 2024, Samara

OSKAR UAYLD. ŞELLİNİN QƏBRİ

Grave of Percy Bysshe Shelley - Rome

Azarlı yatağının yanında odu keçən

Məşəllərə bənzəyir qəbir üstdəki sərvlər.

Burda daşqaşlı başlı kərtənkələlər gəzər,

Burda taxtı düzələr xırda bayquşun gecə.

+

Orda ki, alov saçır camda lalələr incə,

Piramidanın sakit, qaranlıq hücrəsində

Qədim dünya sifinksi yəqin gizlənir indi,
Göz qoyur, bayramını ölülər keçirincə.

+

Əbədi yuxumuzun böyük anası Yerin,

Şirindir həqiqətən, bətnində yatsa insan,

Narahat məzar sənə fəqət daha da şirin

+

Harahat dərinliyin mavi mağarasında,

Ya da batdığı yerdə ucaboy gəmilərin,

Ləpə döyən sıldırım qayalar arasında.

1881 (ilk nəşri)

ingiliscədən tərcümə

04.04. 2024, Samara

QEYD: İngilis şairi Şelli 1 iyul 1822-ci ildə yaxtada İtaliya sahilləri yaxınında gəzinti zamanı  boğulmuşdur. 10 gündən sonra cəsədi sahilə çıxmış, kremasiya edilərək külü Romanın protestant qəbiristanında basdırılmışdır.

++++++++++++++

Oscar Wilde

The Grave of Shelley

Like burnt-out torches by a sick man’s bed
    Gaunt cypress-trees stand round the sun-bleached stone;
    Here doth the little night-owl make her throne,
And the slight lizard show his jewelled head. Читать далее →

OSKAR UAYLD. KİTSİN QƏBRİ

Oskar_Uayld

(1854 –1900)

 Tanrının göyü altda, nəhayət ki, dincəlir,

Dünya haqsızlığından, əzabıbndan qurtulan.

Həyat, sevgi təzəykən həyatdan götürülən,
Yatır burda ən gənci işgəncəgörənlərin.

 +

Ssebastyan kimi rkən öldürülən, həm gözəl.
Salmır qaraçöhrələr onun qəbrinə kölgə,
Tər bənövşələr ancaq ağlayaraq şeh tökər,
Sölmaz səncir toxuyub məqbərəsini bəzər.

 +

İztirabdan partlayan sən ey qürurlu ürək!

Mitilinidən bəri! yoxdu sən tək şirindil!

Şairi-sənətkarı ingilis diyarının!

 +

Sularda yazıldı adın, fəqət silinməyəcək.

Yaşıl qalar xatirən – yaş axıdan az deyil.

İzabel suvarırdı necə ki, reyhanını.

1877, Bern

igiliscədən tərcümə

03. 04. 2024, Samara

Qeydlər:

Mitiini – yunan Lespos adasını paytaxtı; burda Uayld adada yaşamış böyük şairləri nəzərdə tutur.

İzabel – Kitsin “İzabel və reyhanlı güvəc” poemasına işarədir, poema “Dekameron” hekayəsi əsasında yazılmışdır.

++++++++++++++++++++++++++

 Oscar Wilde

The Grave of Keats

Rid of the world’s injustice, and his pain,
He rests at last beneath God’s veil of blue:
Taken from life when life and love were new
The youngest of the martyrs here is lain,
Читать далее →

PERSİ BİŞİ ŞELLİ. BONOPARTIN SÜQUTU İLƏ BAĞLI RESPUBLİKAÇININ DUYĞULARI

 (1792-1822)

Devrilən Tiran, sənə nifrət edirdim, sən tək

Miskin qul Azadlığın məzarı üzərində,

Rəqs edib şənlənərkən salırdın məni dərdə,
Sızladırdın. Taxtını elə quraydın gərək,

+
Qalaydı indiyədək. Qanlı cəlalı ancaq,
Üstün tutdun: dağıltı. Dağıntıları  Zaman,

Yaddaşlardan da sildi. Tanrıya yalvararaq,

Dedim yuxularında tökülə həmişə Qan,

 +

Xidmət elədiklərin: Xəyanət və Köləlik,

Qarət, Qorxu və Şəhvət girib səni boğalar.

Gecdir: Fransa həm sən torpaqdasız indilik.

 +

Gücdən, Yalandan artıq Xeyirin düşməni var:

Leqal Cinayət, Adət- köhnə düqnyadan qalan,
Zamanın ən eybəcər törəməsi – kor İman.

 

Gücdən, Yalandan artıq Xeyirin düşməni var:

Leqal Cinayət, köhnənin Ənənəsi,

Xoşəməlliyin daha qorxulu düşməni var,

Qüvvədən və Yalandan: Köhnənin ənənəsi,

Zamanın ən eybəcər törəməsi: kor İman.

 + 

Ən qorxulu düşəni Qüvvədən və Yalandan

Xoşəməlliyin da qorxulu düşməni var
Yalandan və Qüvədən: Adət, Leqal cinayət

Zamanın ən eybəcər törəməsi: kor İman.

1815

ingiliscədən tərcümə

02. 04. 2024, Samara

=======


Percy Bysshe Shelley

 

Feelings of a Republican on the Fall of Bonaparte

  

I hated thee, fallen tyrant! I did groan
To think that a most unambitious slave,
Like thou, shouldst dance and revel on the grave
Of Liberty. Thou mightst have built thy throne
Читать далее →

«HANI ƏSL MÜZƏFFƏR, MİLLƏTİN QƏHRƏMANI?..»

09. 10. 23

Ölümcül hərbə girdi,

Fəhlə-kəndli balası.

Dedi: Vətən, sənindir,
Yenə Şuşa qalası!

Dalğalandı, qabardı,
Allı-yaşıllı bayraq,

Nə istəkli xəbərdi,
Alınmağın, Qarabağ!

 +

Hanı o şanlı əsgər,
Qala fatehi hanı?

Hanı əsl müzəffər,

Millətin qəhrəmanı?

Niyə millətin özü,
Məyus və qaraqabaq?

İgidliyin yox izi –

Basılmış kimi, qorxaq.

 +

Xalqın işıqlıları,

Qolları bağlı, dustaq.

Solur qız uşaqları,
Zindana basılaraq,

Başını qaldırmağa,

Cəsarət eləmir xalq,

Sancılıb uca dağa,

Dalğalansa da bayraq,

Burda dayaınıb Ağa,
Başının üstdə oyaq.

Gözdən qoymur uzağa,
Yumruq qolaylanaraq –

Adın batsın, Qarabağ!

01. 04. 2024, Samara

CON MİLTON. İYİRMİ ÜÇ YAŞININ TAMAMINA

John Milton

Nə tez ötdü gəncliyin mahir oğrusu – Zaman,

İyirmi üç ilimi apardı qanadında,

Tələsdi günlər üçdu, yubanmadı bir an da,
Keçib getdi son yazım bir çiçək də açmadan.
+
 

Bəlkə də görkəmimdir belə baxış aldadan,

Durmuşam yetkinliyin bəlkə astanasında;

Görünəndir içdəki yetkinlik az adamda —

Bəxtdir, zamanla həmdəm ruhlara nəsib olan.

 +

Hərçənd az olsun ya çox, sürətlə, yavaş ya da

Yenə elə həminki ən ciddi ölçüylə mən,

Yenə həmin məqsədə, miskin olsun ya ali,

 +

Zaman məni aparır, Tanrı iradəsi həm;

Belə də olar, əgər nəmət qismətim olsa

Böyük Ustad əlində fəqət hər şeyin həlli.

1632

ingiliscədən tərcümə

31. 03. 2024, Samara

Qeyd: Milton bu soneti təxmnən 1632-ci ildə, Kembrici bitirdikdən sonra yazmışdır. Milton etiraf edir ki, o, yaşıdları kimi yetkin görünmür, lakin talantının və Tanrıya inamınnın yardımı ilə məqsədə doğru getmək arzusunu bildirir.

 ++++++++++

 John MİLTON

On His Having Arrived at the Age of Twenty-Three

 

How soon hath Time,  the subtle thief of youth,
Stol’n on his wing my three-and-twentieth year!
My hasting days fly on with full career,
But my late spring no bud or blossom shew’th.
Читать далее →

CON KİTS. BAYRONA SONET

john keats

1795-1821

Bayron, şirin kədər var sənin melodiyanda!

İncəliyə kökləyən qəlbi var onda qüdrət,

Tarıma çəkilərək sanki zərif Mərhəmət

Hüznlü rübabına toxunmuş, sən yanında,

 +

Olub, o avazları tutdun və saxladın da.

Kədər hər sözündədir, məziyyətini fəqət
Bu azaltmır: verirsən qüssənə elə zinət,
Elə halə ilə ki, göz qamaşır yananda.

 +

Qızıl ayı buludlar  duvaq tək  örtən zaman,

Qıraqları qızarır möhtəşəm bir alovla,
Zülmət də işıqlanar kəhrəba şüasından.

+
Nurlu damarlar qara mərmər üstdə axır ya;

Ölən qu, oxu yenə! Nəğmə de daha bir an,

Nəğmə ki, kədərində həm də təsəlli ola.

1818

ingiliscədən tərcümə

29-30. 03. 2024, Samara

 +++++++++++++++

John KEATS

Sonnet to Byron

Byron! how sweetly sad thy melody!
Attuning still the soul to tenderness,
As if soft Pity, with unusual stress,
Had touch’d her plaintive lute, and thou, being by,
Читать далее →