SERGEY YESENİN. «BİZ DƏ YAVAŞ-YAVAŞ GEDİRİK ARTIQ…»

Yesenin_Sergey

Biz də yavaş-yavaş gedirik artıq,

Əminlik və nemət olan ölkəyə.

Bəlkə mən də yığıb sovxalarımı,

Gərək hazırlaşam yola düşməyə.

 +

Ah, mənim sevimli tozağaclarım!

Düzənin qumları! Torpaq, həm də sən!

Qüssəmi gizlədə bilmirəm artıq,
Bu qədər gedəni öndə görərkən.

 +

Sevdim həddən artlq bu dünyada mən,

Ruhu canlandıran nələr varsa həm.

Suyun gül üzünə gözü dikilən,
Ağcaqovaqlara salam deyirəm.

 +

Sakit anlarımda çox düşünmüşəm,
Çoxlu nəğmə qoşdum mən öz içimdə.

Və bu qaşqabaqlı yer üzündə mən,
Xoşbəxtəm ki, vardım, yaşardım həm də.

 +

Xoşbəxtəm, öpmüşəm  qadınları mən,

Ot üstdə ağnayıb gülləri əzdim.

Deyildim mən heyvan döyən, incidən,

Kiçik qardaş kimi onlar əzizdi.

 +

Gül açmır ağaclar orda, bilirəm,
Qu boyunlu çovdar nə cingildəyər.

Görüb kütləsini gedənlərin mən,

Onunçun titrərəm, ürəyim əsər.

 + 

Olmaz o ölkədə, yəqin bilirəm,
Qızılı toranda yanan zəmi də.
Ona görə indi  dünyada mənlə,
Yaşayan insanlar mənə əzizdir.

1924

ruscadan tərcümə

29. 03. 2024, Samara

++++++++++++

 

Сергей ЕСЕНИН

 

Мы теперь уходим понемногу
В ту страну, где тишь и благодать.
Может быть, и скоро мне в дорогу
Бренные пожитки собирать.
Читать далее →

CON MİLTON. 22-Cİ SONET. SAYRİEK SKİNNERƏ

John Milton

Sayriek, bu gözlərin üçüncü ildir daha,

Ləkəsizlik, təmizlik  xaici görkəmidir.

İşığını itirib, unudub görmək nədir;

Əksi düşməyir artıq onların boşluğuna

+

İl boyu ulduzların, günəşin və ayın da,
Kişinin, qadının da. Fəqət yox mənim heç bir

Şikayətim Tanrıdan. Nə də zərrəcə itir,
Ürəyimin ümidi, səbrlə, dayanmadan,

+

Yoldayam. Mənə dəstək nədir? — sən soruşursan.

Bu  anlamdır dəstəyim: vermək əsl şərəfdir,
Dost, azadlıq yolunda  göz işığını qurban,

+

Bütün Avropda da bunun söhbəti gedir.

Bu fikirlə qaçaram mən şöhrət azarından,

Koram, razıyam ancaq, bələdçi gərək deyil.

1655 ya 1656

ingiliscədən tərcümə

28. 03. 2024, Samara

+++++++++++++

JOHN MİTON

Cyriack, this three years’ day these eyes, though clear

To outward view of blemish or of spot,

Bereft of light, their seeing have forgot;

Nor to their idle orbs doth sight appear Читать далее →

CON MİLTON. ÖZ KORLUĞU HAQQINDA

John Milton

          (1608-1674)

Elə ki, düşünürəm  işığımı itirdim

Yaş yarıya çatmamış, aləmə çökdü zülmət,

Ölümdür, belə gizli qalarsa əgər Talant,

İndi fayda yox ondan, arzu çoxsa da indi

 = 

Yaradanıma xidmət edim və təqdim edim,
Doğru hesabatımı, etsə məni məzəmmət;

“İşıqsız iş tələbi – hanı burda Ədalət?”

Soruşuram Tanrıdan. Hər dəfə səbrim dedi,

 +

Bu qınağı kəsərək: Tanrıya deyil gərək,
İnsan işi, Talantı. Yaxşı kim çəkə bilər,
Yükünü, bu, tanrıya xidmətidir ən gözəl.

 +

O, aləmlər şahıdır, Su və quru keçərək,
Mələklər dayanmadan ona xidmətə gedir.

Durub gözləyənlər həm.onun xidmətindədir».

1652

İingiliscədən tərcümə

27. 03. 2024, Samara

 ++++++++++++

John Milton – Sonnet 19

On His Blindness

  

When I consider how my light is spent,

   Ere half my days, in this dark world and wide,

   And that one Talent which is death to hide

   Lodged with me useless, though my Soul more bent Читать далее →

OSİP MANDELŞTAM. «YIXILMA – QORXUYA ƏBƏDİ YOLDAŞ…»

Без названия (2)

Yıxılma – qorxuya əbədi yoldaş,

Qorxunun özüsə boşluq hissidir.

O kimdir zirvədən bizə atır daş –

Toz əsarətini daşsa rədd edir?

 +

Rahib addımların daşları çaldı,
Döşənmiş həyəti ölçdün haçansa –

Kobud arzularda, çaydaşılarda,
Zərbə nöqtəsi və ölüm təşnəsi.

 +

Qotik sığınacaq, xaraba, andır,

Sənin tavanınla girincdir girən,

Və şən odunlar da ocaqda yanmır!

 +

Əbədiyyət üçün yaşayan azdır;

Əgər aniliklə qayğılısan sən,
Bəxtin bəd, dağılar bir gün evinsə.

1912

ruscadan tərcümə

26. 03. 2024, Samara

 ++++++++++++

Осип МАНДЕЛЬШТАМ

Паденье неизменный спутник страха,
И самый страх есть чувство пустоты.
Кто камни к нам бросает с высоты —
И камень отрицает иго праха?
Читать далее →

İLHAM ƏLİYEV YUMOR HİSSİNİ ARTIQ İTİRİB, QURBAN MƏMMƏDLİDƏ İSƏ BU HİSS HƏLƏ YOXDUR…

İlham Əliyev qumar

Qurban Məmmədli İlham Əliyevin çox köhnə bir müsahibəsindən bir fraqmenti göstərərək diktatorun bir vaxt qumarbaz olduğunu dolayısı ilə boynuna aldığını iddia edir. Jurnalist İlham Əliyevdən onun guya Türkiyədə kazino borcları olması barədə sual verir. Diktator cavab verir ki, heç vaxt qumar oynamayıb, onun kazino sərgüzəştlərini Rəsul Quliyev uydurub yayır ki, onu ləkələyib gözdən salsın. Sonra deyir: “Həmişə mənim uduzduğumdan danışırlar. Yəni mənimudan vaxtım olmayıb?”

Qurban Məmmədli bu son ritorik sualdan yapışır və deyir ki, bu, dəmir kimi və ya daşdan keçən süburtdur, İlham Əliyevin qumarbaz olduğuna heç bir şübhə ola bilməz.

Əslində İlham Əliyev hələ sovet dövründə qumar mövzusunda yayılmış çoxlu  rus-yəhudi lətifələrindən buirini sitat gətirir: qumar oynayıramsa, udan vaxtım da olmalı idi…

Doğrudan da peşəkar qumarbazların həmişə uduzanı olmur…

İlham Əliyevdə, görünür ki, cavanlıqda yumor hissi olub. Ancaq məhdudiyyətsiz hakimiyyət, ölkəyə feodal ağalığı  onun bu hissini də elə transformasiya edib ki, ind bu hiss özünü gülməli ifadələr, zarafatlar şəklində yox, sadist hərəkətlər, qərarlar şəklində büruzə verir. Məsələn Qubad İbadoğlunun tutulub pul kəsmək ittihamı ilə şərlənməsi. Gülməlidir? Bir gün Londonda mühazirə oxuyur, səhəri gün Bəkıda pul kəsir… Bəlkə kimsə qeyzindən dəlilik həddinə gəlib qəhqəhə də çəkə bilər. Gülməyi gəlməyən yaxasını  cırsın, başını qapının tininə vursun. Əlimizdən başqa nə gəlir?

Yeri gəlmişkən, özünəməxsus yumor Kaliqulada da olub. Filosof Seneka təsdiq edir ki, o, Kaliqulanın Yupiteri, yəni Tanrını hədələdiyinin şahidi olub. Qasırğa başladığıdan balet tamaşası dayandırıldığına görə Kaliqula qəzəblənib Yupiteri kötəkləyəcəyinə and içir…

Qurban Məmmədli vəkil  kimi özünü çox yüksək qiymətləndirir. Ancaq rus-yəhudi lətifəsinin parafrazını ciddi sübut sayan vəkilin səviyyəsi şübhə doğurur…

 

25. 03. 2024, Samara

Osip MANDELŞTAM. KƏPƏNƏK

Mandelshtam_-_gulag

Qəribə kəpənək, müsəlman xanım,

Kəsilb açılmış kəfəndəsən sən,-

Sən ani həyatsan, həm ölüm anı,

Sən necə böyüksən, sən – qəribəsən.

 +

Burnusda başbütün yox  olmusan sən,

İtdi kəsici tək iri bığların.

Bayraq tək yayılan sanki kəfənsən,

Məni qorxudursan – yığ qanadları!

noyaber 1933 – yanvar 1934

ruscadan tərcümə

25. 03. 2024, Samara

 +++++++++++

Осип МАНДЕЛШТАМ

БАБОЧКА

О бабочка, о мусульманка,
В разрезанном саване вся, —
Жизняночка и умиранка,
Такая большая — сия!
Читать далее →

OSİP MANDELŞTAM. “SAKİTLİKDİR ŞƏHƏR HƏNDƏVƏRİNDƏ…”

Без названия (2)

Sakitlikdir şəhər həndəvərində,

Dalandarlar bellə qar  kürüyürlər,

Gedirəm saqqallı mən kişilərlə,

Görən yoldankeçən məni zənn edər.

 +

Oynaq, lanqı itlər hürür arada,

Yaylıqlı qadınlar gözümə dəyir.

Və samovarların qızıl gülləri,
Yanır evlərdə və meyxanalarda.

1913

ruscadan tərcümə

24. 03. 2024, Samara

 ++++++++++++

Осип МАНДЕЛЬШТАМ

 В спокойных пригородах снег
Сгребают дворники лопатами;
Я с мужиками бородатыми
Иду, прохожий человек.
Читать далее →

OSİP MANDELŞTAM. QIZIL

Без названия (2)

Bütün gün nəmpayız havası aldım,

Canda nigaranlıq, ürəkdə qüssə.

Şama iştahlıyam, portmanatımda,
Qızıl ulduzlar var nə qədər desən.

 +

İliyə hopanda sarı bu duman,
Endim əsə-əsə zirzəmiyə mən.

Heç yerdə, heç zaman belə restoran,
Belə cındırlar da görməmişəm mən!

 +

Xırda məmurları və yaponları,

Gördüm, yad xəzinə vardı dahisi.

Piştaxta dalında əskinasları,
Birisi əlləyir – sərxoş hamısı.

 +

— Bunu xırdalayın siz mənə, lütfən, —

Ondan xahiş etdim inadlı, ciddi, —

Ancaq üçlükləri xoşlamıram mən,

Kağız pul vrməyin, yaxşı olar ki!

 + 

Bu sərxoş sürüylə neyləmək olar?

İlahi, mən bura düşmüşəm necə?

Buna ixtiyarım çatırsa əgər –

Xırdalayın mənə qızılı tezcə!

1912

ruscadan tərcümə

23.03. 2024, Samara

+++++++++

Осип Мандельштам

ЗОЛОТОЙ

 

Что мне делать с пьяною оравой?

Как попал сюда я, Боже мой?

Если я на то имею право,–

Разменяйте мне мой золотой! Читать далее →

QURAN QƏRİBƏLİKLƏRİ. ZƏQQUM YEYƏ-YEYƏ ƏBƏDİ YANMAQ — BUNUN NƏ MƏNASI? BU, KİMƏ TƏSƏLLİDİR?

Без названия (1)

Dostoyevskinin “Karamazov qardaşları” romanında şəhvətpərəst və lotu Fyodor Karamazov skitdə rahiblərin qonağı olarkən inamını necə itirdiyini danışır. Guya kimdənsə eşidib ki, dini bir kitabdabir müqəddəsdən danışılır Ona inamına görə işgəncələr veriblər, sonra boynunu vurublar, o da qalxır, başını yerdən götürüb, “lütflə onu öpə-öpə” gedib. Beləcə guya “lütflə başını öpə-öpə gedirmiş”. Fyodor Karamazov iddia edir ki, bunu eşidən kimi inamını itirib…

Lotunun məqsədi onunla birgə skitə gəlmiş qudası və düşməni Miusovu rahiblərin yanında ələ salmaqdır, çünki bu əhvalatı ondan eşidib…

Ancaq doğrudan da guya dinin təbliği, təşviqi üçün yazılmış çoxlu kitab, yayılmış çoxlu rəvayətlər var ki, onlar adamı hər cür ateis ədəbiyyatdan və ya söhbətdən daha çox dindən yayındırar. Belə kitabların və rəvayətlərin sayı-hesabı yoxdur.

Quran sıravi kitab deyil, o, müsəlmanların nəzərində Alllah tərəfindən göndərilib. Əslində bunun heç bir sübutu yoxdur. Əksinə, Quran mətninin ayrı-ayrı hissələri, fraqmentlərti  onun məhz insan ya insanlar tərəfindən deyildiyini, qələmə alındığını sübut edir.

Quranda cəhənnəmin təsviri ən güclü inamları belə sarsıda bilər.

 “Həqiqətən, Bizim ayələrimizə inanmayanları biz oddda yandırarıq. Hər dəfə dəriləri tükənəndə, biz başqa dəriylə əvəz edərik ki, cəzanı dadsınlar. Həqiqətən, Allah böyükdür, müdrikdir!” (4-56)

Belə başa düşmək lazımdır ki, Qiyamət günü torpaqda çürüyən də, suda balıqlara yem olan da, hətta yanğında külə dönən də əvvəlki halına gətiriləcək və yandırılacaq. Dəri yanıb qurtarır, o, təzə dəri ilə əvəz olunur ki, işgəncə uzansın.

Nə qədər? On il? Min il? Milyard il?

İnsanı yandırmaqda məqsəd ona əzab verməkdirsə, deməli, o, ağrını hiss edir, biz dirilər hiss etdiyimiz kimi, ancaq cəhənnəm oduya yandırılan adam elə şokdan ölməlidir. Bu, necə olur?

Hüquqda cəzanın üç məqsədi göstərilir: sosial ədalətin bərpası, məhkumun islahı, yeni cinayətlərin törənməsinin qarşısının alınması.

Günahkarın əbədi yandırılmasında nə məqsəd ola bilər?

Bu cəhənnəm hardadır ki, orda milyonlarla, milyardlarla adam fasiləsiz və əbədi yanır?

Cəhənnəmdə keşikçilər var! Böyükləri Malikdir!

Cəhənnəmdən hara qaçmaq olar? Özü də söhbət dirildilmiş ölüdən gedir…

“İnanmayanlara paltar oddan biçilib, başlarına  qaynar (maye) tökükür. Onlar üçün dəmir qarmaqlar var. Hər dəfə onlar əzablardan çıxmaq istəyəndə onları ora qaytaracaqlar… odun işgəncələrini dadın! (22: 19-22)

Cəhənnəm odunda yanmaq məsələsi həm də ona görə yöndəmsizdir ki, yer üzündə on minlərlə, yüz minlərlə insan müxtəlif səbəblərdən baş verən yanğınlarda külə dönür. Onlar cəhənnəmlərini çəkəndə Allah onların köməyinə gəlməyib, öləndən sonra fasiləsiz od qoyacaq?

Cəhənnəmin təsvirini oxuyan adamın başı yerindədirsə və içi boş deyilsə, fikirləşməlidir: yanğınlarda ağır xəsarət alanların,  sağ qalsalar da, eybəcər hala düşənlərin, o cümlədən körpələrin, gənc qızların, dərilərini Allah niyə dəyişdirmir? Rəhman və rəhim Allah belə edərdi. Rəhman və rəhim Allaha trilyonlarla il diriltdiyi ölünü yandırmaq yaraşmaz. Bu, insanları qorxutmaq üçün insanların özü tərəfindən uydurulub. Ancaq İslamın tarixi göstərir ki, öləndən sonra yandırılmaq perspektivi heç kimi, ilk növbədə müsəlmanların özünü qorxutmur. Çünki bir müdrikin dediyi kimi, əksəriyyət Allaha inama inanır, Allahın özünə yox…

«Od əhli cənnət əhlinə səslənər: “Üstümüzə su ya da Allahın sizə verdiyindən üstümüzə axıdın!” Onlar deyərlər: “Allah kafirlərə onu da, o birini də kafirlərə qadağan edib!”

Deyək ki, biri ömrü boyu araq içib, Allahı da danıb. Onun trilyon il yanmağında hansı ilahi ya rasional məqsəd ola bilər? Əyyaş, dərisi bir qəpiyə dəyməzdi, indi dəqiqədə dərisi dəyişdirilir ki, yaxşı yansın. Belcə trilyon il və ondan o yana…

İnsanı, ceyranı, tovuz quşunu, uşaq təbəsümünü, çiçəkləri yaratmış Allahı bu cür sadist təsəvvür etmək üçün gərək özün pozğun təxəyyül sahibi olasan.

“Həqiqətən zəqqum ağacı günahkarın qidası olacaq. Yağ tortası kimi o, qarınlarda su qaynayan kimi qaynayacaq”. (44:43-46)

Milyard, trilyon illər günahkar yanacaq və zəqqum yeyəcək. Bundan kimə xeyir və ya təsəlli?

Millətin dərisini soymuş, ölkəni inkişafdan yayındırmış, vətəndaşları şəxsi azadlıqdan mərhum etmiş, ləyaqətlərini tapdalamış uzurpatorların milyardlarla il yana-yana zəqqum yeməyi kimə təsəlli ola bilər?

Yöndəmsiz, ağlabatmaz cəhənnəm, cənnət utopiyası əslində müsəlman xalqları üçün Marks deyən tiryək deyilmi? Yəni uzurpatora, rüşvətxor məmurlara, qaniçən bankirlərə, zorçu polislərə dözün, həqir, başıaşağı olun, Allah onları sonra trillion il yandırıb zəqqum yedirdəcək…

Və beləliklə, bizim iradəmiz sarsılır. Və sağ ikən atıldığımız cəhənnəmdən çıxa bilmirik… Həm də ona görə ki, real, yaşadığımız cəhənnəmdəki maliklərin topu, tüfəngi var…

İradəmizi bərpa etmək, malikləri yolumuzdan kənar edib cəəhnnəmdən çıxmaq üçün Allah adından uydurulan cənnət və cəhənnəm xülyasından azad olmaq lazımdır…

X.X.

22.03. 2024, Samara

QURAN QƏRİBƏLİKLƏRİ. BƏLKƏ BURAQ İLK MÜSƏLMAN PEYKİ OLUB?

mechet-aksa_0

Birinci onlayn İslam akademiyasının saytında Merac haqqında oxuyuruq:

 «Əl İsra val Merac hadisələri belə baş verirdi: Nəbi Kəbənin şimal divarl ilə yarımdairə  əl Xatim divarı arasında Əl Hicr adlanan yerdə dincəlrdi. Onun yanına mələk endi, sinəsini ağrısız və qansız yarıb ürəyini çıxararaq inamla dolu qızıl ləyəndə yudu, sonra yenidən (inamla) doldurdu, sonra əvvəlki yerinə qoydu”.

Bundan sonra onun yanına “Buraq” adlı, ölçüdə atdan kiçik, eşşəkdən böyük  ağ uzun heyvan gətirdilər. Mələk Cəbrayıl əmr etdi ki, Buraq yəhərlənsin və onlar 1200 km məsafədə olan Əl Aksa məəscidinə yollandılar.

 Buraq raket kimi sürətli olsa da, söhbət uzundur. Qısa onu demək olur ki, Məhəmməd əl Aksa məscidnidə bütün peyğəmbərlərlə — yəqin ki, 124 minini hamısı ilə — namaz qılır (yəhudu peyğəmbərlərinin müsəlman namazı qıldığını təsəvvür etmək asan deyl…), sonra ona Cəbrayıl süd və çaxır təklif edir, Məhəmməd, əlbəttə, südü seçir…Yəqin quş südü olub…

Sonra Məhəmməd mələklə göyə çəkilir, orda səma qapıları açılır, ikinci qata girirlər. İkinci qatda Məryəmin oğlu İsa Məhəmmdəi salamlayır. Yeddinci qatda  Məhəmməd Musa ilə qarşılaşır.

Sonra Məhəmməd Allahla görüşür, Allah ona buyurur ki, sutkada əlli namaz qılsın, Məhəmməd gedib bunu Musaya danışır, Musa Məhəmmədə deyir ki, get Allahdan xahiş elə, namazların sayını azaltsın, Məhəmməd beləcə bir neçə dəfə Allahın yanına girib-çıxır, xahiş edir, Allah sayı azalda-azalda beşdə dayanır, deyir bundan az eləyə bilmərəm…

Məhəmməd merac vaxtı cənnəti, cəhənnəmi, ərşi görür… Cəhənnəmdə, məsələn, görür ki, adamlar çürüyüb qoxumuş ət yeyirlər… (Niyə onlara zəhərli göbələk vermirlər? Ucuz, həm də effektli…)

Cəbrayıl ekstra səviyyəli gid kimi ona bələdçilik edir və lazımi izahatları verir…

Yəqin ki, müxtəllif mənbələrdə və müxtəlif məzhəblərə məxsus ədəbiyyatda meracın təsvirləri fərqlənir. Ancaq fərqlər mühüm ola bilməz, mühüm olan Məhəmmədin Cəbrayılın bələdçiliyi ilə göylərə qalxıb Allahla görüşməyidir.

Musa Allahla danışıb ondan tapşırıqlar, əmrlər, tövsiyələr alsa da, Allahı görmürdü. Yaqub bir gecə səhərəcən Tanrı ilə küştü tutur, mübarizə o qədər ağır gedir ki, səhər görürlər Yaqub axsayır…

Bu, çox maraqlı əhvalatdır. Bir problem var: bunun heç bir sübutu yoxdur. Merac əhvalatı, bunu folklorçular təsdiq edərlər, nağıl, əfsanə janrlarının kanonlarına tamamilə uyğundur. Buraq kimi fövqəlsürətli heyvanlara müxtəlif xalqların nağllarında azmı rast gəlmişik? Bu heyvana qeyri-adilik verməyin müxtəlif üsulları var. Bir Azərbaycan nağılında fövqəlsürətli at üçayaqlı idi… Merac rəvayətini yaradanların fantaziyası çatmayıb ki, ona özəlliklər versin. Atdan kiçik, eşşəkdən böyük – yerdən düz Allahın hüzuruna çapan heyvan bundan zəngin təsvirə layiq idi…

Əgər İran mollaları ya elə Azərbaycandakı qədəş həcilər desələr ki, Burak at deyilmiş, ilk müsəlman peykiymiş ki, peyğəmbəri düz Allahın hüzuruna qaldırırmış, təəccüblənməyin…

Bu əhvalata necə inanmaq olar?

İnanmaq olarmı ki, cəhənnəmdə günühkarlara çürümüş ət verəcəklər? Milyardlarla insana? Nə əti? Milyon, milyard il? Siz inanırsınızmı ki, indi Azərbaycan xalqını birbaşa ya dolayısı ilə qarət edib dənizin hasarlanmış sahilində qəsrlər tikərək kef çəkənlər cəhənnəmə düşüb üfunətli ət yeyəcəklər?

“İman – sübutsuz inamdır” – deməklə əslində sadəlövh insanları hər cür cəfəngiyata inandırmağa cəhd etmək, hətta uğurla cəhd etmək olar.

 «Filip ona dedi: “İlahi! Bizə Atanı göstər, bu bizə bəsdir.

İsa dedi: Neçə vaxtdır ki, mən sizinləyəm, Filipp, sənsə məni tanımırsan? Məni görən Atanı gprüb; sən necə deyirsən ki, bizə Atanı göstər?

Məgər sən inanmırsan ki, Mən Atadayam  və Ata məndədir? Sizə dediyim sözləri özümdən demirəm. Məndə yer alan Ata işləri görəndir” (Yəhya İncili, 14-cü fəsil).

Və hər bir xristian İsanın Tanrı, həm də Tanrının oğlu olduğuna sübutsuz inanmalıdır və inanır..

Quranda İsanın Allahın oğlu olması qətiyyətlə və hətta hiddətlə rədd olunur. Quran deyir ki, İsa Allahın qulu idi, Allaha oğul ya qız törətmək yaraşmaz.

Niyə yaraşmaz? Atdan kiçik, eşşəkdən böyük heyvanın belində Allahın hüzuruna qalxmaq, orda namazların sayını mənölüm-sənnöllə azaltmaq olarsa, İsa niyə Allahın oğlu ola bilməz? Əgər Məryəmin İsanı ərsiz, yəni ruhdan doğduğunu İslam qəbul edirsə, Allah İsanın atası sayılmalıdır…

X.X.

21. 03. 2024, Samara