MARİNA TSVETAYEVA: «ALOVLU BACILAR, CƏHƏNNƏMLİKİK…»

cvetaeva

Alovlu bacılar, cəhənnəmlikik,

Orda qaynar qətran içərik hökmən.

Tanrıya alqışlar çox da deyirik,
Hər alqış qopsa da ürəyimizdən.

+
Cəhrə arxasında, beşik başında,

Gecə otursaq da mürgü vurmadan.

Yapıncı altında qaçırılan da

Biz idik, kolazla aparılan da.

 +

Don geyərək zərif Çin ipəyindən,
Biz idik səhərdən gözəl bəzənən.

Cənnət nəğmələri biz idik deyən,

Çöldəcə, ocağın başında bəzən.

 + 

Səhlənkar dərzidən nə ummaq olar? –

Tikə ya tikməyə -dağılacaqdır! –

Bizdik rəqqasələr, tütək çalanlar,

Biz bütün dünyanın xanımlarıydıq!

 +

Cıındırla örtərdik aybımızı gah,
Saçımız bürclərə gah sarılırdı.

Bizdik türmələrdə, kefxanalrda,
Unudan göylərə içilən andı.

 + 

Əhdi bada verdik —  cənnətin alma
Bağını ulduzlar bəzəyən zaman.

Lütfkar bacılar! Əziz bacılar,
Bizə cəhənnəmdir, bilin, yazılan!

Noyabr 1915

26-27. 01. 2024, Samara

ruscadan tərcümə

+++++++++++++

 Марина ЦВЕТАЕВА

«Быть в аду нам, сестры пылкие…»

 

Быть в аду нам, сестры пылкие,
Пить нам адскую смолу, —
Нам, что каждою-то жилкою
Пели Господу хвалу!

Читать далее

MARİNA TSVETAYEVA. LÜKSEMBURQ BAĞINDA

cvetaeva

Fəvvarənin dilləri pıçıldaşır hovuzda,
Başlarını əyibdir çiçəklənən budaqlar.

Uşaqlarla doludur varsa kölgəlik harda,

Ah, niyə mənim deyil çəməndəki uşaqlar.

 +

Eşq ilə keşik çəkən ana baxışlarından,
Hər uşağın başına tac qoyulub elə bil,

Uşağı əzizləyən hər anaya mən bu an
İstəyirəm qışqıram: “Bütün dünya səindir!”

 +

Kəpənək tək al-əlvan qızların paltarları,

Gülüşən, sözləşən var, kimi yollanır evə.

Mehriban bacılar tək analar pıçıldaşır:

— “Oğlumdan sizə deyim…” – “Bəladır mənimki də!”

 +

Həm nizə, həm də qılınc oynatmağı bacaran,
Döyüşdə sarsılmayan qadından gözəl nə var!

Qadın səadətisə — səadətim – hər zaman,

Beşik əsirliyində bilirəm ki, tapılar!

1910

ruscadan tərcümə

25. 01. 2024, Samara

+++++++++++++++

Марина ЦВЕТАЕВА

В Люксембургском саду

 

Склоняются низко цветущие ветки,
Фонтана в бассейне лепечут струи,
В тенистых аллеях всe детки, всe детки…
О детки в траве, почему не мои?
Читать далее

TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ GÖRƏ MİKAYIL CABBAROVUN QUYRUĞU OLMALIDIR…

ilham əliyevin oğlu

Təkamül nəzəriyyəsinin izahı mən məktəbdə oxuyan vaxtlar belə idi: zürafənin boynu əvvəl uzun olmayıb, sonra ağacların yuxarı budaqlarındakı yarpaqları yemək üçün başlayıb dartınmağa, tədricən boynu uzanıb olub indi gördüyümüz uzunluqda…

Təkamül nəzəriyyəsinə inandığıma görə düşünürəm ki, indi iqdisadiyyat naziri Mikayıl Cabbarovun quyruğu olmalıdır. Bəlkə də bu quyruq hələlik çox uzun deyil, təzə-təzə əmələ gəlir, ancaq yəqin ki, tezliklə artıb zürafənin boynu uzunluqda olacaq.

Soruşa bilərsiniz ki, Mirzə Əlil bunu hardan bilir.

Məsələ burasındadır ki, padşahın, yəni İlham Əliyevin oğlu Heydər Əliyevi iqtisadiyyat nazirliyində nə işə qoyublarsa, oturur nazirin sağında. Bəlkə vəzifəsi nazirinkindən də böyükdür. Yəni hər gün olmasa da, Heydər Əliyev nazirliyə gələndən-gələnə Mikayıl Cabbarov onun qabağında quyruq bulamalıdır. Padşah oğlunun qabağında necə quyruq bulamayasan? Əvvəl-əvvəl nazir elə quyruqsuz dalını əsdirir. Bir gün, beş gün, on gün belə. Sonra hamamlananda görür ki, dalında quyruq əmələ gəlib…

Quyruq bir yana. Bu, təkamül məsələsidir.  Heydər Əliyev nazirliyə təzə gəlib-gedəndə guya nazir həyəcanından şalvarını da isladırmış. Ona görə işdə əlavə bir neçə kostyum saxlayırmış. Sonra müşavirləri başa salıblar ki, padşahın tabeliyində olanların çoxu pampers taxırlar…

Boynuma alım ki, son vaxtlar Mikayıl Cabbarov  şair demişkən, xəyalımdan getmir, gecələr də yuxuma girir… Məşhur psixoanalitik Ziqmund Freyd deyib ki, bir adamı tez-tez yuxunda görürsənsə, deməli, sən o adamın anasını zad eləmək istəyirsən… Mən Ziqmund Freydə bir qram da inanmıram. Mİrzə Əlil qoca kişidir, belə zadları çoxdan yadından çıxarıb, Qurban Məmmədli kimi iştahını saxlayıb cənnət hurilərinə… Mirzə Əlilin iqtisadiyyat nazirinə ürəyi yanır. Quyruq bulamaq, həyəcandan, qorxudan şalvar islatmaq… Vallah, bu çox böyük işgəncədir. Deyirlər ki, polis Bakıda dustağa nəsə soxdu. Vallah, iqtisadiyyat nazirinə də kaş ki, nəsə soxaydılar, ancaq sağında padşah oğlunu oturtmayaydılar… Belə stress naziri elə zəiflədər ki, cavan vaxtında o da Mirzə Əlil kimi heç zad istəməz…

Allah padşahımıza insaf versin…

Mirzə ƏLİL

25. 01. 2024, Samara

QURBAN MƏMMƏDLİNİN CƏNNƏT YUXUSU

Dumanlı, yağışlı London gecələrinin birində Qurban Məmmədli dörd saat çəkən efirdən sonra yorğun halda isti və quru yatağına girib təzəcə yuxuya getmişdi ki, Balzak deyən yaşda bir xanım Həvva paltarında onun yuxusuna girdi. Qurban cənnətə belə tez düşdüyünə təəccüblənib həyəcanından pıçıltıyla soruşdu:

 — Sən hurisən?

Xanım sinəsini silkələyib dedi:

— Yox, mən Cəmil Həsənlinin qızıyam.

— Bəs sən mənim yuxuma niyə girmisən? Mən mömin bir müsəlmanam, məni günaha batırma…

— Bilirəm necə müsəlmansan… Bəs hər gecə məni arzulamırdın? Gəlmişəm…

— Xanım… Mənim yuxuma indi ayrı adam girməlidir. Çox mühüm adamdır. Sən get, ayrı vaxt girərəsən…

— Mühüm adamın adı nədir?

— Adı Əlidir…

— Əli Kərimli? Bəs o sənin düşmənin deyil?

— Əli Kərimli yox, ayrı Əli…

— Baş nazir Əli Əsədov?

— Yox… Mənim yuxuma həzrət Əli girəcək…Mənə ciddi məsləhətlər verəcək ki, Azerfridom ailəsinə çatdırım…

— Qurban, həzrət Əli bu gecə gəlməz, çünki bu gecə atamın yuxusuna girəcək… Ədyalını qaldır, girim yanına…Bir az üşüdüm… Ah, bu London gecələri…

Qurban Məmmədli ədyalı qaldırmaq istəyəndə şiddətli telefon səsinə oyandı. Xanımla görüşünün yuxu olduğunu başa düşüb az qaldı ağlasın. Zəng Ərəstun Orucludan idi. Bu zalım oğlu gecənin bu vaxtı ondan nə istəyir?

Qurban Məmmədli telefonu açdı.

— Qurban bəy, mən səni okeanın bu tayından salamlayıram. Yuxunuza müdaxilə etdyimə görə sizdən və yuxunuzdakı xanımdan dönə-dönə üzr istəyirəm. Mənə adını hələ çəkmək istəmədiyim bir general Bakıdan mühüm məlumat göndərib..

Mirzə ƏLil

23.01. 2024, Samara

QABİL MƏMMƏDOV TURAL SADIQLIYA: “HANI BƏS BAFAN SƏNİN…”

tural sadıqlı məhəmməd mirzəli

Qabil Məmmədli: Alo! Alo!

Tural Sadıqlı: Qabil, əzizim, sənsən?

Qabil: Əə, mənə ikilikdə “əzizm” deyirsən, özün itlə sevişirsən. Hanı bəs bafan sənin ?

Tural: Qabil, mən heç səni itə dəyişərəm?

Qabil: Əə, məni lox sayırsan? Xalqa deməmisən ki, itlə sevişirsən?

Tural: Qabil, mən o sözümlə xalqı azdırırdım ki, duyuq düşməsin. Qoy desinlər ki, itlə  münasibətdədir. Yəni bunu bizim sevgimizi gizlətmək üçün demişəm.

Qabil: Tural, sən bilirsən ki, mən nejə qısqanjam. Bilsəm ki, itlə aranızda doğrudan da nəsə var, gəlib o iti də, səni də cırıx-cırıx edəsiyəm.

Tural: Əzizim, özünü ələ al. Mən dünən iti güclə Məhmməd Mirzəlinin əlindən almışam, o da qısqanclıqdan iti boğmaq istəyirdi..

Qabil: Ə, Mirzəliylə də aşnalığın var?

Tural: Yox, Mirzəlinin itlə aşnalığı var. Məni itə yox, iti mənə qısqanır…

 Mirzə ƏLİL

22. 01. 2024 Samara

YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ

İYUL 2023

Niyə dolu meydan boşaldı birdən,

Radikal natiqlər qeybə çəkildi?

Tankların, topların üstünə gedən,

Sadəlovhlər idi, sadələr idi.

 +

Dincəldi liderlər xumarlanaraq,
Gülləyə adinin sinəsi sipər.

Pompey əsgəri tək mətin duraraq,

Öldü sıravilər, təsadüfilər.

+

O vaxt həyatlarla oynanılırdı,

Güllə qabağına gedirdi sadə.

Alovlu sözlərə aldananların,

İndi xatirəsi istifadədə.

 +

Gedir şəhidlərin məzarı üstə,
Adamın hər cürü bir dəfə ildə.

Gedir, baş endirib, kütlə və dəstə,

Meydanda haçansa nitq deyən də.

 +

Bəzənib-düzənib müstəbid gedir,
Polisin, əsgərin əhatəsində.

Tökülən qanlardan o bəhrələndi,
Xalqın nəfəsini odur kəsən də.

 +

Gedir tanınanlar, gedir harınlar,

Gedir sıravilər, təsadüfilər.

Kütlətə əzən də, əzilən də var,

Hətta AZAl adlı gedir zəli də…

 

21. 01. 2024, Samara

TURAL SADIQLI HƏR AZƏRBAYCANLININ BAŞINA 130 MİN MANAT QOYUB…

tural sadıqlı 10

Sırtıq və ayıbçı uşaq olan Vova haqqında rus lətifələrinin biri belədir:

Sinifin qızları sözü bir yerə qoyurlar ki, Vova bir də dərsdə ayıb danşsa, durub bir yerdə sinifdən çıxsınlar.

Növbəti dərs şifahi inşadır. Hər şagird öz küçəsində görülən quruculuq, abadlıq işlərindən danışır. Növbə çatır Vovaya. Vova durub deiyr:

—  Bizim küçəmizdə isə fahişəxana tikilir…

Bunu eşidn kimi sinfin qızları üz qoyurlar qapıya sarı. Vova onları daldan haraylayır:

— Qızlar, hara tələsirsiniz. Oranın hələ indi özülünü qoyublar…

Tural Sadıqlı deyib ki, hər şəhidə 130 min verəcək. Niyə yüz əlli min yox, ancaq 130 otuz min, Sadıqlı izah etməyib. Hərçənd 130 min də çoxdur. İndiyəcən nəinki müharibəyə, hətta əsgər getməyən bakılılılar guya komissarlıqların qabağında növbəyə durublar. Söyüş qoyan da var: “Şəhid olmasam, maygülüyəm, bicbalayam!” Guya arvadlardan da getmək istəyən çoxdur. Ancaq şərt qoyublar ki, Tural Sadıqlı pulun yarısını qabaqcadan versin…

Zalım uşağı, verəcək də. Tural Sadıqlı  haçan yalan danışmışdı ki, indi onun sözünə şübhə edirsiniz…Qoy bu zalım balası sərhədi keçib gəlsin. Hara tələsirsiniz?…

Mirzə Əlil

20. 01. 2024, Samara

QURBAN MƏMMƏDLİ: DANABAŞLILARIN BAŞI…

QURBAN_MƏMMƏDLİ

Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Saparmurad Niyazov ölkəsi müstəqil, özü prezident olandan sonra adını qoydu Türkmənbaşı, özünə qızıl heykəllər ucaltdı, narazı qalanları dəhmərləyib basdı dama…

Yox, Türkmənbaşının çıxardığı hoqqaları saymaqla qurtarmaz. Ancaq maraqlılarından birini də demək lazımdır: Türkmənbaşı opera teatrını və sirki bağladı, yəni ləğv elədi.

Mən hələ Türkmənbaşının sağlığında Rusiya jurnalistlərinin  onun haqqında hazırladığı bir süjetə baxmışam. Türkmənbaşı deyirdi ki, türkmən havası çalınanda onun sümüyünə düşür, az qalır ki,  durub oynasın. Ancaq bu operadır, baletdir – sümüyünə düşmür, ona görə qərara gəlib ki, bu işlər türkmənlik deyil…

Bilmirəm Qurbanqulu sonradan operanı, baleti, sirki bərpa elədi ya yox… Sirki açmasa da olar, öz meymunluğu bəsdir…

Mədəniyyətin yalnız xalçadan və təksimli sazlardan ibarət olduğu Türkmənistan kimi  ölkələrdə mədəniyyətin yaradılmasına on illər və daha çox vaxt lazımdır. Ancaq ləğvinə bir neçə ay bəsdir. Mədəniyyət qatı o qədər nazikdir ki, iz-toz qoymadan süpürüb atmaq olar.

Biz türkmənlərdən xeyli irəliyik. Mədəniyyət qatı bizdə zərif olsa da, elə də nazik deyil. Bunun səbəblərindən biri 19-cu əsrin ortalarından Bakının sənaye şəhəri olması, burda avropalılaşmış böyük etnik qrupların – rusların, ermənilərin, yəhudilərin mövcudluğudur. Bizim ilk böyük musiqiçilərimizin müəllimlərinin kim olduğuyla maraqlansanız, hər şey aydın olar. Üzeyir Hacıbəyov Rusiya imperiyasının yetirməsidir. Rus-tatar məktəbi, Qori seminariyası, Moskva və Peterburq konservatoriyaları – Üzeyir bəyi yetirən bunlardır, Qarabağ torpağı yox. Torpaq öz-özlüyündə heç nə yetirə bilməz. Niyə Nizaminin vətəni Gəncədə heç nə bitmir, böyük yaradıcılar yetişmir? Ona görə ki, şəhəri öldürüblər, intellektual, mədəni mühit yoxdur. Şəhər böyrü üstədir. Üzeyiri publisist, dramaturq kimi azadfikirlilik yaratmışdı. İndi Azərbaycanda nə azadfikirlilik – adamın ağzını cırarlar…

Buna görə də siyasətçilərə, xüsusən hakimiyyət uğrunda, ən azı onu dəyişmək (devirmək yox, dəyişmək) üçün mübarizə aparanlara ciddi fikir vermək lazımdır. Bu insanların təhsil səviyyəsi, mədəni səviyyəsi əslində onların necə və nə dərəcədə demokrat olduqlarını da göstərir.

Siyasətçilər içində mənə Türkmənbaşını ən çox xatırladan Qurban Məmmədlidir. Onun verilişlərində səslənən “musiqi”, “şeirlər”, dəvət olunan «şairlər» bu insanın nə qədər primitiv zövqlü, hətta vəhşi olduğunu göstərir. Mopassanın adını hansısa Paşa Həsənlidən eşidən, by yazıçının ikinci dünya müharibəsi zamanı yaşadığını düşünən  adamın ali hümanitar təhsili var! Londonda yaşayır! Əlbəttə, bu adamın haçansa hakimiyyətə gələcəyi ehtimalı sıfra bərabərdir. Mən onun haçansa Azərbaycan katdası olub operanı, sirki bağlatdıracağını düşünmürəm. Məni narahat edən ona etiqad edən adamlardır,. Abunəçilərinin sayına inansaq, 100 mindən artıq adam ondan nə gözləyir?

Özünün dediyinə görə, Qurban Məmmədlinin abunəçilərinin və ona yardım edənlərin çoxu Rusiya azərbaycanlılarıdır. Mən qırx ilə yaxındır ki, Rusiyada yaşayıram. Samara milyonçu şəhərdir və ən böyük vilayətlərdən birinin mərkəziir. Mən indiyəcən burda demokratik fikirli, demokrat əqidəli bir azərbaycanlıya da rast gəlməmişəm. Yaxşı azərbayvcanlılar görmüşəm, şəxsən mənə yaxşılıq edənlər də olub. Ancaq demokratik adamlar olmayıb. Ən yaxşı aərbaycanlının da həyat prinsipi “başını aşağı salıb yaşa, çörəyini qazan, hökumətlə işin olmasın”dır. Mən on iki il ərzində diaspor qəzetinn redaktoru olmuşam. Bütün on iki il ərzində öz azərbaycanlılarımız qəzetlə mübarizə aparblar. Çünki qəzetdə Azərbaycan rəhbərliyinə yazılmış felyetonları vətənə xəyanat adlandırırdılar. Halbuki, bunlar janrın tələbləri çərçivəsində yazılmış məzəli mətnlər idi. 2016-cı ildə bezib qəzeti bağladım. Qəzet çox ucuz başa gəlirdi. Mətbəə xərci cəmi 3 min rubl idi, ancaq dönə-dönə mətbəəyə borclu qalırdırq. İndi təəccüblənirəm ki, bu “üç minlər” zibil kimi Rusiya şəhərlərindən axıb gedir Londona…

Mənə məzəli  felyetona görə “vətən xaini” deyən Rusiya azərbaycanlılarında Əliyev haqqında “it südü əmib” kimi ifadələr işlədən Qurban Məmmədova məhəbbət hardandır?

Ancaq ən maraqlı mənim üçün budur: bu adamlar Qurban Məmmədovun necə hökumət quracağını gözləyirlər? Demokratik? Bu halda onlar demokratiyanı necə təsəvvür edirlər?

Məsələ burasındadır ki, demolkratiyada ən vacib olan şey qanunun aliliyidir. Azərbaycanlı üçün problem burdadır. Rusiya azərbaycanlısı qanun qarşısında hamının bərabər olmağını istəmir. Rusiya azərbaycanlısı, Azərbaycandakı azərbaycanlııarın çoxu kimi, qanunu pozmaqda hamının vərabər olmağını arzulayır. Rusiya azərbaycanlısı (Qurbana ianə göndərən) deyir ki, Əliyev oğurlayırsa, bizim də oğurlamaq imkanımız olmalıdır. Məsələn, geydirmə araqla, qışda yolka, yayda qarpız satmaqla varlanmış azərbaycanlıya qanun qarşısında sıravi müəllimlər, tibb bacısı ilə, fəhlə ilə bərabər olmaq sərf eləmir. Onun pulu varsa, hər yrdə basıb keçməlidir – uşağını məktəbə, sonra işə düzəldəndə, cianatyət törədərsə, ört-basdır edəndə…

Dediyim aydındır?

Yəni Rusiya azərbaycanlıları Qurban Məmmədovu hakimiyyətə gətirsə, Azərbaycanda qərb demokratiyası və ünumiyyətlə demokratiya olmayacaq. Sadəcə əliyevlər-paşayevlər korrupsiyaya inhisarıdan məhrum olacaqlar.

Mən, əlbəttə, Rusiyadakı bütün azərbaycanlıları tanımıram. Ancaq təsəvvürüm var. Yeltsinin vaxtında, Putun hakimiyyətinin birinci onilliyində Rusiyada siyasət var idi, müxalifət var idi, hətta Navalnının təşkilatı leqal fəaliyyət göstərirdi. Rusiya azərbaycanlıalrının qabaqcılları isə həmişə hakim partiyada, yəni hökumət partiyasında ya onun ətrafında olublar. Yaşlılar da elə idi, indi yetişən gənclər də elədirlər. Kim Rusiya müxalifətində bir etnik azərbaycanlının adını çəkə bilər?

Qurban Məmmədova edilən telefon zənglərinə, verilişləinə yazılan rəylərə baxın – bunların müəllifləri elliklə savadsız adamlardır. Bunların quracağı hakimiyyəti təsəvvür edirsniz?

Qurban Məmmədov da, özünün savadı haqqında çox yüksək fikirdə olduğuna baxmayaqraq, fanatlarından az fərqlənir. Saatlarla özünü filosof adlandıran kəmsavad və başıpozuq arvad Yasəmən Qaraqoyunlunun  sayıqlamalarını tamaşaçılarına dinlətməklə gününü yubadan və eyni zamanda zehnlərə çaşqınlıq salan insanın idarəçiliyini necə görürsünüz? Yasəmən Qaraqoyunlu – fəlsəfə naziri? Sərdar Cəlaloğlu – bütünişlər naziri? Türk dilində danışan başıpozuq kişi – şeir naziri?

Tərtər qurbanlarına doğrudan da Qurbanın ürəyi yanır ya bu mövzunun istismarı ilə Londonda gününü yubadır? Əgər Qurban belə ürəyi yanandırsa, türməyə atılmış gənc azərbaycanlı qızların müdafiəsinə niyə bir kəlmə söz demir?

Qurban Məmmədli doğrudan da vətənpərvərdirsə, niyə 1993-cü ildə Salyan ərazisində  paya basdırıb «Talış dövləti»nin sərhədini çəkmiş və Azərbaycanı baş ayaq-qoyub minlərlə insanın məhvinə səbəb olmuş Əlikram Hümbətovu qəhrəman adlandırır?

Qorki yazırdı ki bəzi adamlarla danışandan sonra istəyirsən ki, gedib bir itin ya atın başını sığallayasan…

Yox, indi Azərbaycanda, Qurban kimi adamları eşidəndən sonra terapiyaya yarayan adamlar da var. Mən dünən Qurbandan sonra həbsdən təzə çıxmış gəncin- adı ARAZ ƏLİYEVDİR — müsahibəsini dinlədim və çox sakitləşdim, gözlərim də işıqlandı…

19.01. 2024 Samara

HACIBABA HÜSEYNOV. «GÜNÜ-GÜNDƏN HACININ YAXŞILAŞIR İLHAMI». BƏLKƏ LİBİDOSU?

hacıbaba Hüseynov

əvvəli burda:https://xeyrulla.com/2024/01/17/hacibaba-huseynov-gunu-gunden-hecinin-yaxslasir-ilhami/

Gözəl bəlkə də çılpaqdır, ancaq əlləri boş deyil:

Bir əlində meyi-gülrəng, bir əlində güli tər

Yəni bir əlində gülrəng mey var ki, xalq ona qırmızı çaxır deyir, o biri əlində isə

 təzə gül.

Mat-məbud eləyər, görsə, Ömər Xəyyamı.

Burda da qrammatik qüsur var, Həci demək istədiyini düzgün qrammatik formada ifadə edə bilməyib. Ancaq başa düşürük nə demək istəyib: Xəyyam bu güləndamlı, əlində qırmızı çaxır olan gözəli görsə, mat qalardı.

Sonrasında, əslində sonunda Həci aləmi qarışdırır, başa düşürsən ki, dördüncü sinifdə oxuyanda müəllimin başına masa çırpmağı düz olmayıb, gərək ən azı yeddinci-səkkizinci sinfəcən oxuyaydı.

Qamətin, xətti-xalın zikrlərin etdikcə…

Yəni Həci demək istəyir ki, əlində qırmızı çaxır olan gözəlin qamətini tez-tez xatırlayır. Ancaq bunu düz-əməlli yaza bilmir. “zikr” cəm halda işlədirmir, “zikr” – edilmir,  “fikir” – edilir…

Yaxşı, deyək ki, başa düşdük. Həci qırmızı çaxırlı qızı tez-tez xatırlayır və:

Günü-gündən Həcinin yaxşılaşır ilhamı…

Gül əndamlı, yəni gül bədənli, əlində qırmızı çaxır olan qız xatırlandıqca ilhamın yaxşılaşmağı şübhəlidir, çünki nəticədə belə yöndəmsiz qəzəl alınır…

Bəlkə Həcinin libidosu yaxşılaşırmış?

Bunlar əslində xırda və qeyri-ciddi şeylərdir. Böyük və ciddi olan şey bilirsiniz nədir? İlhamını güləndam, əlində mey, yəni qırmızı çaxır olan gözəldən alan qəzəlxan qızını oxumağa qoymur, təhsildən yayındırır, ixtisas, peşə qazanmaq perspektivindən məhrum edir.

Füzulidən sonra yazılan (bəlkə də “qoşulan” demək düzgün olar) qəzəllərdə tərənnüm olunan gözəllər məsum qızlar yox, daha çox kişilərimizin ailədənkənar keflərinə xidmət edən qadınlardır – yapon geyşaları, Mulen Ruj rəqqasələri kimi. Vahidin beytinə baxın:

Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin.

Bunu toylarda, konsertlərdə oxuyurlar.

Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…

Bunu da Vahid deyir və on illərlə alqışlanır.

“Bağ işrə gəzib yarımı əğyar ilə gördüm…”

Bu da Seyid Əzim.

Mən qəhrəman və müdrik xalqımıza əxlaq dərsi vermək fikrində deyiləm, Allah, eləməsin. Əlbəttə, adamlarımızın, xüsusən kişilərimizin  ikili əxlaqla yaşama problemi var. Ancaq bu, mənlik deyil. Məni maraqlandıran muğamdır. Yəni oxunan musiqiyə uyğun mətnin seçilməsidir. Tanıdığım müğənnilərin heç birində söz zövqü görmürəm. Bilirəm ki, Konservatoriya əsl konservatoriya deyil, manısvatoriyadır, ancaq hər nədirsə, tələbələrə klassik ədəbiyyat dərsləri keçilsəydi, pis olmazdı. Bu halda, məsələn, ən istedadlı müğənnilərimzdən biri Mirələm Mirələm muğamla cəfəg, bayağı, primitiv sözlər oxumazdı…

 

18. 01. 2024, Samara

HACIBABA HÜSEYNOV: «GÜNÜ-GÜNDƏN HƏCİNİN YAXŞLAŞIR İLHAMI…»

hacıbaba Hüseynov

mətnin əvvəli burda:https://xeyrulla.com/2024/01/16/hacibaba-huseynov-muellimin-basina-masa-vurub-belke-stul/

Azərbaycan qəzəlxanları üçün şablon qafiyələr var: “ar”la bitən sözlər (var, yar, əğyar, vəfadar və s.), “an” la bitən sözlər (can, qan, zindan, insan, dövran, mehman, aman, yaman, zaman, giryan, firavan və s.)

Muğam – həmişə hüznlüdür, muğam dinləyən hüznli  fiqikirlərə qərq olur, qəlbində hüznlü xatirələr oyanır, bəlkə əğyarın ondan ayırdığı yarı xatırlayır, bəlkə ölmüş ata-anasını, bəlkə itirdiyi şansları, və boğazı qəhərlənir, gözləri yaşarır, hətta hönkür-hömkür ağlayanlar olur. Qəribə görünsə də, muğam dinləyənlərin çoxu yalnız qafiyələri eşidir, həm qəzəlin qəlizliyindən, həm də müğənninin “hü-hü” eləyə-eləyə oxuduğundan mətndə söhbətin nədən getdiyini bilmir. Arxayındır ki, muğam qəmlidirsə, oxunan sözlər də hüznlü olmalıdır.

Mən də bir vaxt Qədir Rüstəmovun ifasında “Sona bülbülləri” eşidəndə belə düşünürdüm. Bu mahnı ilk dəfə ifa olunanda mənim on beş yaşım vardı, qəlb kövrək, özüm də musiqi ölüsü. Qədir Rüstəmov mahnının ortasında Seyid Əzimin qəzəlini segah üstündə oxuyanda az qalırdım başımı vuram qapının tininə. Qədir rəhmətlik elə yas qururdu ki, sözləri ayırd eəmək olmurdu. Elə “yanımda”, “canımda” eşidirdim. Sonralar Seyid Əzim qəzəlini tapıb oxuyanda bir az təəccübləndim. Diqqətlə baxılsa, bu qəzəl nəinki ağlamalı deyil, hətta gülməlidir də. Məsələn, bu misra horror filmlərinə çəkilən parodiyaları yada salır:

O qara xalı versələr, qanın içərəm…

Gözünün qabağına gətirirsən aşiqi, bu aşid məşuqənin xallı yerini dişləyib qanını içir –ağız-burun qan…

Mən, deyəsən, yayındım. Mövzu Hacbaba Hüseynovdur.

Mən bir baxt Azərbaycandan qayıdanda Bakıda Alim Qasımovun kompakt diskini almışdım. İri həcmli bu diskdə “Şur” da var idi. Məlumdur ki, Sarənc Şurun ən ağlamalı yeridir, əslində Sarənc ayrı oxunsa, onu Segahdan peşəkarlar ayıra bilərlər, yəni Şurun finalında xanəndə Segahla haşiyə çıxır. Mən Vətəndən təzə qayıtmış qərib, Alim Qasımov da Sarənc oxuya… On iki metrlik otağmda dünya müsibəti yarandı. Oxuduğu qəzəlin qafiyələrini eşidirdim: əyyamı, peyyamı, əndamı, camı, Xəyyamı…

Alim Qasımovun elə bil mənə rəhmi gəldi və ayaq verdi:

“Günü-gündən Həcinin yaxşılaşır ilhamı…”

Bunu eşidəndə ağlamağım birdən gülməyə çevrildi. Nə qədər çalışdımsa, özümü saxlaya bilmədim.

“Həcinin ilhamı günü-gündən yaxşılaşır…”

Necə yaxşılaşır? Çiy yumurta içir? Ya araq vurur?

Ay Alim Qasımov, ay dahi müğənni, belə gülməli sözəri “Mehriban olaq”la oxuyarlar, Sarənclə yox, xalq Saqənci ona görə istəyir ki, göz yaşı axıdıb içərisini yüngülləşdirsin. “Həcinin ilhamı yaxşılaşır…”

Kəndçimiz Yavər belə yerdə deyərdi:”Yox, hamam eləyir…”

Qəzəl, əlbəttə Alimin müəllimi Hacıbaba Hüseynovundur. Alim Qasımov sinədəftərdir, Füzulinin qəzəllərini də bilir, yəqin ki, Həcinin qəzəlinin cəfəngiyat olduğunu bilərdi, ancaq müəllimininn xatirinə oxuyub.

İnd də oxuyur. Həcinin başqa şagirdləri də oxuyurlar.

İndi qəzələ əvvəldən baxaq.

“Müjdə, ey dil, yenə də gəldi bahar əyyamı”.

Bunu başa düşdük. Yaz gəlir. Səba yeli bülbülə xoş xəbər gətit. “Qönçəvü gül” açılıb.

Sonra:

Bir tərəf pirü-cavandır, bu tərəfdə məni-zar,

Nə gözəl bəzmdu bu, sqi dolandır camı.

Bunu belə başa düşmək olar: bir tərəfdə qoca və cavanlar yığılıbalar (qrammatik qüsur var), digər tərəfdə isə “məni-zar”, yəni ah-zar edən şair.

Bəzm, yəni kef məclisi gözəldirsə, şair niyə zardır?

Sonra:

Xəbər aldım neçə kəsdən ki, nə həngamədi bu.

Dedilər bir nəzər et, gördüm o gül əndamı.

Burası sadədir. Şair soruşur ki, nə həngamədir. Deyirlər ki, o “gül əndam”lıya bax, bilərsən nədir.

Əndam bədən mənasındadır. Gül əndam, yəni gül bədən. Belə çıxırmı ki, həngaməyə səbəb olan gözəl çılpaq imiş?

(ardı var)

17. 01. 2024, Samara