Архив тегов | əbədiyyət

YERİN BOŞ GÖRÜNƏRSƏ…

U LENİ. KİNO

Müvəqqətidir insan,

Gedərsən, gedərəm mən.

Olmayıb, olmaz qalan,
Qurdla qiyamətəcən.

Çalışır hərə bir cür,
Qala, dura əbədi.

Uşaq ağacı cızır,
Əbədiləşsin adı.

Gedəndən nə qalacaq?
Pulu, dövləti, adı?

Ya vaxta bənddir ancaq —
Hamı unudulandı?

Sökülər, nə tikərik,
Yığdığımız dağılar.

Duman tək çəkilərik,

Yaddaşlardan, vaxtı var…

İtər sorağın, adın,
Yığsan da nə qədər sən.

Zəngin həyat yaşadın,
Yerin boş görünərsə…

26.02. 2021, Samara

  SAŞA ÇORNI. ÖLMƏZLİK

Saşa_Çornı

Саша Черный   

Бессмертие

Ölməzlik? İkayaq göstəbəklər, axı siz,

Dəyirsinizmi  ömrün bircə günüə, deyin?

Kərtənkələ, qurbağa, soxulcan da şübhəsiz,

İnciyərək dərindən istəyir həmin şeyi.

 

Necə qanadlanıblar! Şəkərçörək və cənnət!

Qarın doyur yarım əsr, mükafat — əbədiyyət.

Sövdə pis deyil heç də. “Mərhəmət və səxavət!”

Sonsuzluq patenti ver qullarına nəhayət.

 

Bu dünya zindanının ruhsuz zindanbanları,

Bir-birini gəmirib hər deşikdə, didənlər

Nəbilərdən zəburu oğurladılar onlar,

Məbəddə oxuyurlar həftəbaşı indi də.

 

 

Gözü işıqlılara, bizə — qədərsiz kədər,
Onların, korlarınsa benqal ümidləri var,

Qızıla tutulan tək şəfəq saçan üfüqlər,

Nikah paltarları da tikilib hazır durar.

 

 

Dilənməyin! Müdrikdir və sərtdir həm də Allah, —
Bu dünyanın günləri cəfəng, miskin və acı.

Tanrı heç astanaya sizi buraxmayacaq,

Leş kimi çürüyərsiz yolun qırağındaca.

 

1908 və 1912 arasında

 

Ruscadan tərcümə

19-20. 03. 2019, Samara

ŞƏKİL

Obyektiv önündə dayanan insan,

Özünü nə yaxşı yığışdırmısan!

Gözlərin çəkilib dünya malından

Danışsan, bal damar bəlkə dilindən.

Üzün gülümsəyir, işıqlanır da,

Acığın soyuyub yaxına, yada.

Hazırsan hamını bağışlamağa.

Hazırsan çəkilib belə qalmağa.

Albomda, divarda, baş daşında da,

Əzizin, yaxının yaddaşında da.

 

Obyektiv önündən çəkilən insan!

Yenə çəkilirsən bəlkə sən bu an!

Heç nə itib-batmır tanrı yanında
Çəkilir, saxlanır ən kiçik an da.

Ciddi ol indi də, gələn zaman da,

Dolandır beynində möhtəşəm fikir,

Elə bil ki,  kimsə şəklini çəkir.

Sonra çalış fikrin həyata keçsin,

Qoy çəkən səni iş görəndə çəksin.

Yaxşıdır əlbəttə, üzdə təbəssüm,

Pis olmaz ürəkdən kin də silinsə,

Təkcə üzü çəkmir çəkən, yəqin ki,

Çəkir ürəkdəki dərinlikləri.

İçini-çölünü səliqəyə sal,

Düşün, bəlkə hər an səni çəkən var!

 

22.11.2017

Samara

PƏLƏNG

 

                               Namiq Qadir oğluna

Əgər məkan daralar

Qəfəslik həddə qədər,

Hər an qiyamət olar,

Zamansa əbədiyyət.

 

Başının üstdə dəmir,

Dəmir ayağın altda.

Pələng qardaş, ha gəmir –

Nə sınar, nə diş batar.

 

Canın odundan yanar,

Qızıl dili bəlkə də —

Buzlu çubuqlarına,

Barmaqlığın söykədir.

 

Hiddətinə basılmır,

Metal müqaviməti.

Çubuqlarda damlalar

Axır ancaq – bu nədir?

 

Əriyən buzmu, qarmı,

Bunlar göz yaşıdır ya?

Eh, bunun fərqi varmı

Naqqal tamaşaçıya?…

 

               yanvar 2006, Samara