Архив тегов | Əhmədinicad

İRAN AZƏRBAYCANA STRATEJİ SİLAH VERƏCƏK

Akademik Ramiz Mehdiyevin İrana səfərində əsas məqsəd qara kürü olub. Cənab mehdiyev İran prezidentindən beş-on min ton küeü istəyib: “Mahmud, sən öl demirəm, özüm ölüm, bu Qərbin təzyiqlərinə biz ancaq kürü ilə dura bilərik. Bunu, qəbirə qoysan, kürüdən kəsərli silah yoxdur. İndi hücumlar o qədər artıb ki, kürü çatdıra bilmrik”.

Əhmədinicad deyib ki, müsəlman dünyasının düşmənlərinə qarşı mübarizə üçün nə qədər kürü lazım olsa, verməyə hazırdır.

PEYKİ BİR AZ YAVAŞIDAQ…

İran prezidenti Əhmədinicadın dalınca İlham Əliyev də bildirib ki, kosmosa uçmaq fikrindədir. Peyk Beyləqanın Haramı düzündən buraxılacaq. İndi Azərbaycan alimləri raketin sürətini bir az yavaşıtmaq problemi üzərində işlətilər ki, uçuş vaxtı zat-alilərin başı gicəllənməsin.