Архив тегов | əsgər ölümləri

ZAKİR HƏSƏNOV AZƏRBAYCANA HÜCUM NAZİRİDİR?

Azərbaycan ordusunda itkilər artdıqca istər-istəməz fikirləşirsən: bu Zakir Həsənov Azərbaycanın müdafiə nazididir ya Azərbaycana hücum naziri?

TANIŞ OLUN: MÜASİR VƏ QABAQCIL AZƏRBAYCAN MÜƏSSİSƏSİ

 

Azərbaycanın cənnət güşələrinin birində müasir texnologiyalı qabaqcıl müəssisə var. Burda yüzlərlə insan qadınlı-kişili üçnövbəli iş rejimində yorulmaq bilmədən çalışırlar. Müəssisə ölkə üçün strateji va taktik cəhətdən ən vacib məhsul buraxır. Bu məhsulun adı “üçüncü dərəcəli medal”dır və bu medalla ermənilərin öldürdüyü əsgər və zabitlərimiz təltif olunurlar. Ölən əsgərlərimizin sayı gün-gündən artsa da, zavod əməkçilərinin fədakar əməyi sayəsində onların hamısına medal çatdırmaq olur, indiyəcən heç bir şəhid medalsız qalmayıb. Ölkə rəhbərliyi müəssisə işçilərinin əməyini yüksək qiymətləndirib, onların içində “Şöhrət”, “Qeyrət”, “Namus” ordenlərinə layiq görülmüş insanlar var. Ölkədə Gül bayramının yaxınlaşması ilə əlaqədar olaraq müəssisə yeni öhdəliklər götürüb bə plandan əlavə çoxlu medal hazırlamağa söz veriib.

Müdafiə naziri Zakir Həsənov tez-tez zavoda baş çəkir. Bu yaxınlarda müəssisəyə prezidentin gələcəyi gözlənilir.

Mirzə ƏLİL

28.03.2016 Samara

 

ZAKİR HƏSƏNOVDAN KASIBLARA YASPAYI: ÜÇÜNCÜ DƏRƏCƏLİ MEDAL…

“Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib”.

Bu xəbəri yaxşı oxuyun: Elşad Abbaszadə həlak olub! Yəni həyatını itirib! Valideynlərinin ürəyinə dağ çəkilib, bundan sonra onların günü qara olacaq!

İndi “dərin hüznlə” başsağlığı verən Müdafiə Nazirliyinin verdiyi mükafata baxın: üçüncü dərəcəli medal!

Oğru məmurlara, «ailə» üzvlərinə gen-bol medal paylanır, layiq olmadıqları adlar verilir, iki eşşəyin arpasını bölə bilməyənlər akademik olurlar, həyatını vətən yolunda itirmiş əsgərə medal verirlər. Özü də üçüncü dərəcəli!

“Hərbi xidmətdə fərqənməyə görə!” A vəhşilər, ölmək fərqlənmək deməkdir? Sizi hansı ana doğub, hansı müəllim sizə dərs verib?

Ay vəhşilər, belə medal gərək əsgərlikdə burnu qanayana, zökəm olana,ayaqlarında göbələk yaranana verilə. Bu uşaq həyatını itirib! Doyunca yaşamağa macal tapmamış, doyunca sevinc tapmamış, valideynlərini sevindirməmiş!

Və necə yəni «xidmətdə fərqlənməyə görə»? Təlim vaxtı on güllədən doqquzunu hədəfə vuran fərqlənər. Bu uşaq ölüb! İndi Azərbaycanda ölümün adı «fərqlənmə» olub?

Kimin yolunda ölüb bu əsgər? Onun həyatını üçüncü dərəcəli medala bərabər tutan Zakir Həsənovun? 1992-ci ildə baş nazir müavini olanda Xocalını vermiş Artur Rəsizadənin? Bakı küçələrində bahalı maşınlarda fironluq edən nazir balalarının? Həyatı gecə klublarında və teleşoularda keçən pozğunların?

Əgər vətən, xalq yolunda ölübsə, niyə üçüncü dərəcəli medal?

Bu, kasıbın yaspayısıdır?

Zakir Həsənov! Səni Allahın qəzəbi tutsun!

SÜTÜL UŞAQLAR QIRILIRLAR, NAZİR BODRUMDA BƏDƏNİNİ SÜRTDÜRÜR

Neçə aydır sərhəddə atışma gedir, əsgərlər ölürlər. Belə gərgin vaxtda Azərbaycan zabiti, generalı ölkədən çıxırsa, ya danışıq üçün, ya hərbi yardım üçün gedə bilər. Azərbaycanın hərbi naziri isə Bodruma incə bədənini massaj elətdirməyə gedib…Əgər onun özünün on doqquz yaşlı uşağı sərhəddə dayansaydı, onda da Bodruma kefə gedərdi? Və haçan bu sərhədlərin qorunmağına ölkə sərvətlərinə sahib olmuş beş-on ailənin də uşaqları cəlb olunacaqlar? Və cəmi on doqquz yaşı olan ana uşaqlarını güllə qabağına vermək cinayət deyilmi?

ÜÇÜNCÜ DƏRƏCƏLİ ƏSGƏR ÖLÜMLƏRİ

“Bugünlərdə cəbhədə həlak olan 12 hərbçi ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal ilə təltif ediliblər.”

Medalla!

3-cü dərəcəli!

Əgər bu uşaqlar şücaət göstərib ölüblərsə, niyə onlara yüksək mükafart verilmir? Yoxsa dövlətdə olan bütün ordünlər Əliyevlərə, Paşayevlərə, Ramiz Mehdiyev kimi qoca qurdlara verilib qurtarıb?

Necə yəni “hərbi xidmətdə fərqlənməyə görə?” Bu uşaqlar ölüblər! Onların minlərlə yaşıdları, o cümlədən əliyevlər, paşayevlər, heydərovlar kimi ailələrdən olan harın gənclər yaşayır, onlar isə yox! Onların ana-atalarının, bacı-qardaşlarının ürəyinə dağ çəkilib – bu “fərqlənmək” adlanır?

12 gənci mənasız öıümə göndərmiş dövlət onların xatirəsini də təhqir edir.

Xalqın başı əyilməlidir – həm bu gənclərin xatirəsi önündə, həm də xəcalətdən…

MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOVDAN BAYATILAR

 

Cənnətə dönə yurdum,

Gözdə, könüldə Bodrum.

Qoymadılar doyunca,

Xanımlarla oturum.

 

Bodruma gəldim qonaq,

Yaddan çıxdı Qarabağ.

Erməni hücumundan,

Kefim pozuldu ancaq.

 

Xəbər gəldi Bodruma,

Hücum olub orduma.

Çilpaq çıxıb hamamdan,

Tələsirəm yardıma.