
Не жалею, не зову, не плачу…
Peşman da deyiləm, ağlamıram da,
Nə varsa, keçəcək yaz dumanı tək.
Ömrümün payızı məni saraldar,
Gəncliyim əbədi ötüb gedəcək.
Üşüdər, ürəyim, səni soyuqlar,
Pozular, zəiflər indiki halın.
Tozağaclarıyla bəzənən diyar,
Səsləməz gəzməyə ayağıyalın.
Sənsə hərdən ancaq, sərsəri ruhum,
İndi kükrədirsən dildə atəşi.
İtdi təzətərlik, daha yoruldum,
Nə gözlər alışır, nə duyğu daşır.
İndi istəyimdə çox xəsisəm mən
Sən mənim yuxumsan bəklkə həyatım?
Sanki yaz səhəri oyanıb erkən,
Çapmışam belində çəhrayı atın.
Hamı bu dünyada, hamı fənadır,
Tökür yarpağını ağcaqayınlar…
Xeyirdua olsun payın əbədi,
Çiçəklənən, sonra ölən hər nə var.
Ruscadan tərcümə
18-19. 06. 2019 Samara
Не жалею, не зову, не плачу,
Все пройдет, как с белых яблонь дым.
Увяданья золотом охваченный,
Я не буду больше молодым.