Архив тегов | не обвинй меня всесильный

MİXAİL LERMONTOV.  DUA

LERMONTOV

Молитва

 

Demə günahlı bəndənəm, Tanrım,

Və asıb-kəsmə məni, yalvarıram,

Ki, torpağın məzar qaranlığını,
Sevirəm ehtiraslarıyla tamam.

 

 

Ki, girir ruhuma yalnız hərdən,
Adınla bağlı sözlərin nuru.
Ki, uzaqlardadır ağlım səndən,
Dolaşır zülməti, qəflətdə durur.

 

 

Ki, coşur, qaynayır sinəmdə mənim,

İlhamımdan yaranan vulkanlar.

Ki, qaraldır gözümün aynasını,

Candakı vəhşi, qızğın həycanlar.

 

Ki, bu dünya mənə dardır çoxdan,
Qorxuram mən sənə nüfuzdan da.

Günahlı mahnı səsləriylə hər an,
Sənə mən etmirəm, İlahi, dua.

 

 

Hər şeyi yandırıb-yaxan ocağı,

Tanrı, bu möcüzəni söndür sən,

Toxtayım, aləmə sakitcə baxım,
Qəlbimi, Tanrı, daşa döndər sən.

 

 

Qurtarım qoy, Yaradan, azad olum,
Bəlalı nəğmə təşnəsindən mən.

Çıxaram onda dar xilas yoluna,

Tutaram üz sənə, Tanrım, yenidən.

 

1829

Ruscadan tərcümə

22.04. 2019, Samara

 

Лермонтов М.

 Молитва

 

Не обвиняй меня, всесильный,
И не карай меня, молю,
За то, что мрак земли могильный
С ее страстями я люблю; Читать далее