Архив тегов | переводы стихотворений Амарсаны Улзытуева

AMARSANA ULZITUYEV. İ.V.

   Помню, как-то взбрело мне на пианино учиться…

 

Bir vaxt fortepiano çalmaq eşqinə düşdüm,

Köməkçi, dəstək oldun mənə bu ağır işdə.

Litinstitut, yataqxana – uşaq tək yüyürüşdük,

Xarms qarıları tək pəncərədən sürüşdük.

 

Hansı yaram vardısa, sən olurdun sağaldan,

Bir gözəldin, gəlirdin həyatıma nağıldan.

İrka, bakirə nəğməm, ruhumu ovsunladan,

Hardasan, xilaskarım, dərs yoldaşım, hardasan.

 

Gəl indi mən sağaldım sənin yaralarını,

Çarpayının önündə durum, çalım-çağırım.

Cəhənnəmə göndərim sənin ağrılarını,

Adlı şamanam axı, cadu, ovsun bacaran.

 

De, başına nə gəldi, sənə nə oldu, bacım,

Bütün bəd fikirləri qovsam da, acıqlıyam.

İmansızam, neyləyim, pasxa qabağı ancaq,

Səndən ötrü üz tutub mən Ona yalvaracam.

ruscadan tərcümə

16.05.2015 Samara

 

 

AMARSANA ULZITUYEV. «DAŞLAR»

                 DAŞLAR

 

                         Утесом, песчинкой, Каабы быть камнем…

 

Qum dənəsi, ya qaya, ya Kəbə daşı olmaq

Ördəyin mədəsində, okeanda, çəməndə.

Görəsən insanların dayanmaz axarını,

Necə çaylar axıdır əbədi gəncliyini.

 

Necə karvanlar gedir ləngərli, səmum dinir,

Necə kasıb yükünü sürüyür peyinqurdu

Çaydaşıyla örtülü yollarını keçərək
Babil tək ucaldılan küylü daş şəhərlərin.

 

Qarlı zirvə olasan kosmosla qonuşmağa,

Ya da cahiliyyədən gəlib çıxan bir sənəm.

Okeanlar dibindən püskürülüb ucalan,
Maqmaya, külə dönüb torpağa qayıdasan.

 

Tanrısız göydən gələn zərbəylə gumbuldamaq,

Açıb odlu ağzını girdaba, loqquldamaq.

Haçansa Yer olası bir kometaya dönmək,

Od vermək hominidə qədim mağarasında.

 

Sapanddan qanad almaq, dəyirmanda gurlamaq,

Cəvahirət tək gözü qamaşdırmaq işıqla.

Əsgərin kəsərində, qeoloq çantasında,

Ya da cavan tanrının-yaradanın əlində.

 

ruscadan tərcümə

11.05. 2015 Samara