Dünən Əliyevdən ünummilli matəm tələb edən xalq bu gün “Avrovizion” təəsürlərini bölüşür.
Üzümü xalqa tuturam: Allaha şükür elə ki, Əliyev səni vecinə almır. Vecinə alsaydı, gərək ümummilli matəm elan edəydi, “Avrovizion” birinci olmaqla bütün əyləncə verilişlərinin transliyası ləğv olunaydı. Onda nə qayıracaqdınız?
Bilirəm ki, matəm tələb edənlərin çoxunun peyk antennaları var, İnternetləri var, yer tapıb “Avroviziona” baxacaqdılar. Deməli, onlar matəmi kasıb-kusub üçün tələb edirmişlər. Belə çıxmırmı? Cəfər Cabbarlının bir qəhrəmanı deyirdi ki, “şəriət avam adamlar üçündür”. “Sənə-mənə nə şəriət?”
Ancaq bu xalqa baxanda matəm öz-özündən gəlir, fikirləşdikcə yasa batırsan…