Архив тегов | 7 fevral seçkiləri

ALİ BAŞ KOMANDANIN NÖVBƏDƏNKƏNAR ÇASTUŞKALARI

İlham Əliyev 4

Qalib çıxdım mən yenə də,
Yenə prezidentəm.

Prezident sarayında,

Daimi rezidentəm.

 +

Asanlıqla qalib gəldim,
Mən bütün rəqiblərə.

Kaş ki, gətirəydi əlim,
Kazinoda da delə.

Eyy! Uxx!

 +

Qəqiblərim cındırdılar,
Təəssüf ki, belədir,
Bu ölkədə ciddi adam,
Mənəm, bir də ki, Heydər.

Eyy! Uxx!

 +

Yekdilliklə səs verildi,

Qalibə, müzəffərə.

Minnətdar xalq hazır idi,

Can istəsəm –can verə.

 +

Mənə elə  böyükdü ki,

Məhəbbəti millətin,
Atırdılar iki-iki,
Ya da üç-dörd bülleten.

Eyy! Uxx!

 +

Seçki günü ölülər də,
Tərk edib qəbirləri,

Səslərini verirdilər,
Və dönürdülər geri.

 +

Səs veribdir Kürdəxanı,
Mənə yüz əlli faiz.

Açıqlayıb özü bunu,

Ordakı jurnalist qız.

Eyy! Uxx!

 +

Gələn il də keçirərəm,
Seçki növbədənkənar.

Xalqımın, görürəm ki, mən,
Bu işə sevgisi var.

 +

Dünya bizə qibtə edir,
Paxıllıqdan cırılır.

Çünki bizdən başqa hər yer,
Aclıq çəkir, qırılır.

Eyy! Uxx!

 +

And içirəm mən Qurana

And içirəm Qanuna.

 “Bir gəncin manifesti”nə,

Arvadım Mehribana!

 +

Üstünüzdən olmaz əskik,

Dəmir yumruq heç zaman,

Gəlmişik, gedən deyilik,
Bunu bilsin hər insan!

 +

Eyy! Uxx!

Mirzə TƏBİL

14. 02. 2024, Samara

ÇƏNLİBEL SEÇKİ DAİRƏSİNDƏ: «AĞZINDA DƏLİ DEYİRSƏN…»

AZƏRBAYCAN ORDUSU

Çənlibbel seçki dairəsində prezident seçkiləlinin yekunları məlum olub. Seçki komissiyasının sədri Keçəl Həmzə məlumat verib ki, 7777 dəlinin hamısı, onların arvadları, uşaqları yekdilliklə əlahəzrət İlham Əliyevə səs veriblər. Jurnalistlər prezident təqaüdçüsü, xalq şairi, əməkdar aşıq və əməkdar idman ustası Koroğlu ilə də görüşüblər. Jurnalistlərdən biri soruşub ki, bu 7777 dəlidən heç Əlieyə səs verməyəni olmaybmı. Koroğlu əlini şeşə bığlarına çəkərək deyib: “Olmayıb, bala, olmayıb. Hardan olar? Ağzında dəli deyirsən…”

Mirzə Əlil

11.02. 2024, Samara

SEVİNC TELMANQIZININ AĞZI ELƏ BİL BAŞQA ORQANIYLA DƏYİŞİK DÜŞÜB…

sevinc telmanqızı

Deyək ki, bir türmənin rəisi türməsində boks yaraışı keçirir və özü özünə rinq rəqibi seçir – məsələn “əlvurulmaz” sayılan, başıaşağı, üzüqara dustaqlardan biri ilə. Və, əlbəttə, nokautla qalib gəlir. Rəqibi bir zərbə də endirmir, çünki murdar sayılır, rəisin alicənab vücuduna əl vura bilməz…

Sonra türmə televiziyası bir ay rəisin qələbəsini bayram edir.

İndi Azərbaycanın bütün iri və xırda kanalları kimi.

Müsavat TV-yə baxıb dəhşətə gəldim. Aparıcı arvadın, yəni Sevinc Telmanqızının ağzı elə bil ki onun başqa yerində olmalı orqanıyla dəyişik düşüb, ağız yerində olan orqandan isə sözlər yox, ayrı şey çıxmalı imiş…

Belə bir arvada, bazar müdirinə, Ryazanovun “Qaraj” filmində Valentin Qaftın oynadığı personaj deyir: “Mənim sizin ərinizə elə yazığım gəlir ki…”

Mən bu Müsavat TV-dəki arvadı görəndə Azərbaycana və onun xalqına yazığım gəlir…

İncildə deyilir ki, insanı ağızına girənlər yox, ağzından çıxanlar murdarlayır.

Bu arvadın və onun kimi yüzlərlə arvad və kişinin əsl seçki ilə heç bir əlaqəsi olmayan şounu özlərini yırta-yırta tərifləmələri millətin şərəfini murdarlayır.

Niyə məni bu ağzı başqa orqana oxşayan arvad başqalarından çox qeyzləndirir?

Deyək ki, Azərbaycanda fahişəxanaları leqallaşdırırlar. Mən bunun əleyhinə deyiləm. Lehinə də deyiləm. Bitərəf, daha çox isə biganəyəm. Çünki yaşımın çoxluğundan heç bilmirəm ki, fahişəxanada nə qayırırlar. Ancaq bilirəm ki, elə abırlı yer də deyil. Mən fahişəxananın Müsavat və ya 20 yanvar adlandırılmasının əleyhinəyəm. Aydındır? Fahişəxanıa açırsan, Məzahir Pənahovun adını ver, Sərdar Cəlaloğlunun, Mirşahinin adını ver. Düz deyil?

O ki qaldı bu arvada…”Qaraj” filmində deyilən kimi, mənim bu arvadın ailə üzvlərinə yazığım gəlir. Birincisi, bu arvad üz qaralığıdır. İkincisi, evdə yəqin onun həm həm ağzı, həm də ağız yerində olan orqanı dayanmadan işləyir…

Mİrzə Əlil

  1. 02. 2024, Samara

ZAHİD ORUCUN İLHAM ƏLİYEVLƏ TELEFON SÖHBƏTİ

Zahid Oruc

Prezidentliyə namizəd olmuş Zahid Oruc prezident İlham Əliyevə zəng vurub.

— Allo! Salam, cənab əlahəzrət prezident

— Tı  kto?

— Cənab prezident, bu tik-tok deyil, vatsapdır, Mehman Hüseynov tik-toku xarab eləyib, mən ora girmirəm.

— Yaxşı, nə istəyitrsən?

— Mən sizi istəyirəm, cənab prezident. Yəni demək istəyirəm ki, mən sizi sevirəm.

— Sən azlıqdansan?

— Azlıqdanam, cənab prezident. Siz 93 faizsiniz, biz isə hamımız bir yerdə yeddi faizik.

— Bu elə dünya standartlarına uyğun gəlir. Qabaqcıl ölkələrdə də azlıqlar yeddi faiz təşkil edir. Ermənistanda altı faizdir. Biz tolerant ölkəyik…

— Çox sağ olun, cənab prezident, ancaq Mehman Hüseynov bizə çox sataşır…

— Mən sərəncam verərəm…

— Cənab prezident, ayıb olmasın, mənim azlıq yoldaşlarım da yanımdadırlar. Fazil, Qüdrət, Elşad, razi…

— Qruppovoy eliyirsiz?

— Cənab prezident, qruppovoy dalınızda durmuşuq. Üzr istəyirəm, demək istəyirəm ki, həmişə dalımızı qabağa verməyə hazırıq. Harda, hansı pozda desəniz,orda durmağa hazırıq…

Mirzə ƏLİL

08. 02. 2024, Samara

AXTARSAN, TURAL SADIQLI OSTAP BENDERLƏ QOHUM ÇIXAR…

tural sadıqlı ostap bender

İlf və Petrovun “12 stul” romanını oxuyanlar və ya Qaydayın filminə baxanlar yəqin ki, Ostap Benderin araba atının altına düşdüyünü xatırlayırlar. “Stanok” adlı qəzetdə bu barədə yazı da dərc olunmudu.

“Dünən Sverdlov meydanında vətəndaş O. Bender 8974 nömrəli aravanın atının altına düşmüşdür”.

Tural Sadıqlı sevinclə xəbər verir ki, seçkilərdə hansı idiotsa onun adını seçki bülleteninə yazıb. Bu münasibətlə Tural Sadıqlı xalqını və millətini təbrik etdi.

İndi fikirləşirəm: o bülletenin nömrəsi 8974 deyilmiş ki?

Xatırladıram ki, Ostap Bender bizə yad adam deyil. Axı o, «Türkiyə təbəəsi»  və İbrahimoviç idi. Yaxşı axtarsan, Tural onunla qohum çıxar…

Mirzə Əlil

08.02. 2024, Samara

RUSİYADA 4 MİLYON AZƏRBAYCANLINI QURBAN MƏMMƏDLİ ARVADIYLA DOĞUB-TÖRƏDİB?

Qurban Məmmədli abır-həyasını tamam itirib, utanıb-qızarmadan yalan, dezinformasiya yayır. Deyir ki, Rusiyada 4 milyon azərbaycanlı yaşayır. Bu rəqəmi o, hardan görtürüb? Heç yerdə bu rəqəm yoxdur. Başqa rəqəmlər var. 2021-ci ilin siyahıyaalınmasına görə Rusiyada 474 min azərbaycanlı var. Bunlar yəqin ki, vətəndaşlığı olanlardır. Bu qədər də (əslində az olar, köçüb gedənlər də çoxdur) mövsümi yaşayanları nəzərə alsaq, olar 800-900 min. Bu dörd milyonu Qurban Məmmədli niyə uydurur? Ona görə ki, bu qədər adamın səs verə bilmədiyunə görə İlham Əliyevi ittiham eləsin. Rusiyada 40 ildən çox yaşayan bir adam kimi deməliyəm ki, əgər Rusiyada doğudan da 4 milyon adam yaşasaydı, onların 3 milyon 999 mini Əliyevə səs verərdi. Çünki Rusiyada yaşayan azərbaycanlılar ya apolitikdir ya da Əliyev tərəfdarıdır. Qurban yaşda ya ondan bir az cavan olan kişilər bura !-ci Qarabağ  müharibəsindən qaçıb gəliblər. Yəni fərari olublar. Bunlardan nə hünər gözləyəsən? Onların uşaqları isə ya ruslaşıblar ya da ataları kimi əliyev tərəfdarıdırlar. Qurban Məmmədli manipulyalarla sadəlövh adamların başını bişirir, bunu da əsasən ianə yığmaq, özünün Londondakı xeyirlilikdən çox ziyanlı olan fəaliyyətinə haqq qazandırmaq xatirinə edir. Elə bir əxlaq norması, etik qadağa yoxdur ki, bu adam tapdalaya bilməsin. Yalanı danışır və qızarmır. Bu adama cadugər, falçı, manipulyator demək olar, ancaq siyasətçi yox. Çox təəssüf ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsini belə lotular əsl siyasi maarifçilikdən, siyasi-ictimai təşkilatlanma işindən kənar salırlar.  Adamlar bunun hoqqalarına baxıb gözləyirlər ki, ağızlarına alma düşəcək… Təsəlliverici budur ki, bu lotuya  cəmi 2ç-dörd min adam baxır…

Qurban Məmmədli mübarizəsinin əsas səbəblərindən biri kimi xalqının aldadılmağının qabağını almağı göstərir. Çox gözəl, sən istəmrirsən sənin xalqını aldadalar? Mən də istəmirəm ki, sən də mənim xalqımı aldadasan. Yalanla uzağa gedə bilməzsən, ancaq beş-on mini adamı azdırsa, çaşqın sala bilərsən. «Azərbaycan xalqı acından ölür!» — deməklə heç əlli adamı küçəyə çıxara bilməzsən. Çünki Azərbaycan xalqı acından ölmür. Sənin qohum-əqrəban ölmür ki? Başqaları da səninkilərdən aciz deyillər. İşləyənin çörəyi var. Pensiyaçı qardaşın Sərdar Cəlaloğlu acından ölür? Pensiyaçı vecsiz övladları üçün kredit götürməyibsə, dolanar. Azərbaycanda siyasi etirazı demokratiya tələbi yarada bilər. Azərbaycanlılarda isə bu tələb yoxdur. O cümlədən ona görə ki, demokratiyanı Qurban Məmmədli ya Toğrul Sadıqlı kimi ostapbenderlər təmsil edirlər…

 

Mİrzə Əli

05.02. 2024, Samara

ƏLİ KƏRiMLİYƏ: QALIRSAN? YENƏ ZURNA ÇALIRSAN? XALQI ƏLƏ SALIRSAN?

İndi bilmirəm, sovet vaxtı Azərbaycan musiqili komediya teatrının repertuarında bir tamaşa vardı. Əsərin qəhrəmanı orkerstrdə ya trambon ya valtorna çalan Novruzqulu idi. Novruzqulu xoruz buraxırdı, yəni xaric çalırdı, orkestr isə onu qova bilmridi. Novruzqulu hərdən getməyə razılaşır, sonra deyirdi ki, yox. Heç hara gedən deyil. Bir shnə yadıdmdadır. Orkestr üzvləri xorla oxuyurduylar.

Qalırsan?

Orkestrdə çalırsan?

Əli Kərimli istefa

Yadımda deyil bu iş necə qurtardı. Bu gün Əli Kərimlinin Qənimət Zahidin diliylə səsləndirdiyi müraciətini eşidəndə bu tamaşa yadıma düşdü. Əli Kərimli cəbhəçilərə, bütün müxalifətçilərə deyir ki, bu gündən azaddırlar, istəsələr nümayişə çıxarlar, istəsələr mitinq keçirərlər, istəsələr İlham Əliyevin iqamətgahına yürüş edərlər. Yəni rusca desək, «я умываю руки».

Fikir verin: Əli Kərimli demir ki, vəzifədən gedir, demir ki, istefa verir. Deyir ki, mən vəzifədə qalıram, möhürüm, kürsüm, katibim, müavimlərim, Qənimət kimi saray şairim yerində. Siz isə gedin başınızı vurun polisin dəyənəyinə.

Ən azı son ildə bu adamın kostyumunu ütüsü pozulmayıb, yeganə gördüyü iş isə pafoslu nitqlər demək olub. Bunun paаoslu nitqlərinə aldanıb yüzlərlə gənc fəal mübarizəyə qalxıb, şərlənərək tutulub, dağılıb. Bu adamın, yəni Qənimət Zahidin “bəy” adlandırdığı bu cənabın faydalı iş əmsalı sıfır da deyil, mənfidir.

Və bu adam reallıq hissinio qədər itirib ki, harınlayıb, sırtıqlaşıb ki, demir istefa verir, demir bacarmadım, ayrı rəhbər seçin, ayrı yol seçin.

İndi burda nə olmalıdır? Qoqol təsvir edən lal səhnə yaNovruzqulu komediyasıbdakı xor?

Qalırsan?

Yenə zurna çalırsan?

Xalqı ələ salırsan?

Mirzə Əlil

04. 02. 2024, Samara

TURAL SADIQLININ YEDDİ FEVRAL FANTAZİYALARI

Tural_Sadıqlı

Belə bir rus lətifəsi var: bir sərxoş yoluna çıxan dərin gölməçəni adlamaq üçün hasardan tuta-tuta gedi. Birdən gözü sataşır gölməçədəki donuza və deyir: “Donuz ki donuz! Palçıqda ağnayırsan!” Donuz qayıdıb deyir: “Get, get, görüm hasar qurtarandan sonra necə gedəcəksən…”
Bloqer Tural Sadıqlı bu lətifəni yadıma saldı. Bir həftərdir özünü yırtır ki, 7 fevralda İlham Əliyevi yola salıb xalq hakimiyyəti quracağıq, guya bunu onun özünün xaricdə qurduğu “müxalifət hökuməti” həyata keçirəcək…
Fevralın 7-nə çox qalmayıb, 7 fevral gələcək, gedəcək… Onda Tural Sadıqlı onun bloquna “ümidimiz sənədir” yazan debillərə nə cavab verəcək?
Tural Sadıqlı bilirmi ki, “mühacirət hökuməti” nədir? İki–üçü psixopat bloqerlə,, fırıldaqçılığı, dələduzluğu üzündən-gözündən yağan keçmiş diplomarla birləşib “mühacirət hökuməti” qurmaq olur? Bu, harda görünüb? Bit nəfər də var, İlqar Hacıyev, İlham Əliyevin sirrlərini açıb-tökəcəyini aylarla vəd edən, studiyada pivə içən, içdikcə ağzının köpüyünün əlinin dalıyla silən biznesmen…
Bu nə şoudur? Rusiya azərbaycanlılarına az-çox bələdəm, qərbdəkilər bunlardan da betərmiş. Rusiya azərbaycanllarının çoxu ən azı işləməyə ya iş qurmağa gəliblər, özü də leqal yolla gəliblər. Qərbdəki mühacirlərin çoxu fırıldaqla, qurama kağız-kuğuz düzəltməklə oturum alıblar. Oturub-durmaqlarından, danışıqlarından adam xəcalət çəkir…
Bir xanım var: Sevinc Osmanqızı. Aylarla studiyada adekvatlığı şübhə doğuran Beydulla Manafovla mırt vurur. Baxırsan, əlin-qolun yanına düşür…
Ən acınacaqlı odur ki, bu xanın dilini dəyişib. İnturist kimi danışır. Bulqakovun romanındakı “inturist” kimi…
Qurban Məmmədlidən nə deyəsən? Onun üçün palata sifariş vermək azımdır. Özü də gərək Ərəstun Oruclu ilə bir yerdə yata. Yəni bir çarpayıda yox, bir otaqda…
Və birdən özünü daim heykəl pozasında saxlayan Əli Kərimli peyda olur..
Biz bu gündəyik… Biz diktaturaya, əzilməyə, tapdanmağa layiqik…
Mirzə Əlil
11.12.2023 Samara

P.S. Azərbaycanda 20-30 qeyrətli kişi tapılmır ki, şərlənib zindana salınan gənc azərbaycanlı qızların müdafiəsinə qalxıb heç olmasa məhkəmənin qabağına getsin…