Архив тегов | Abbas Abbasov

MİLLƏTİ TOYUQ-CÜCƏ YERİNƏ QOYAN KİMDİR?

Bir neçə ay əvvəl Mirzə Əlilin “Azərbaycan toyuqların vətənidir” felyetonu bəzi soydaşıarımızda elə hiddət doğurmuşdu ki, az qalırdılar yazıq Mirzə Əlili öldürsünlər. Əslində Mirzə Əlil nə Azərbaycanı, nə azərbyacanlıları təhqir etmək fikrində olmayıb. Felyeton İlham Əliyevin doğum gününə Sumqayıtda bişirilən torta həsr olunmuşdu. Zarafatla deyilirdi ki, Azərbaycan elə tortun vətənidir. Torta yumurta işləndiyindən, belə çıxır ki, Azərbaycan yumurtannın da vətənidir. Yumurtanı da, bir  filmdə deyildiyi kimi, toyuq doğur. Yəni Azərbaycan toyuqların da vətəni olur, yəni toyuq əvvəlcə Azərbaycanda yaranıb, dünyaya gəlib. Burda nə təhqir var?

1992-ci ildə əvvəllər ancaq toyuq fermalarına müdirlik eləmiş Abbas Abbasov Azəərbaycanın baş nazirinin müavini təyin edilir. Bəs onda bizim millət niyə narazı olmadı?  Azərbaycan xalqının o vaxtkı ağır vaxtında ferma müdirindən sanballı adam tapılmadı?

Bu yaxınlarda Abbas Abbasov Samaraya təşrif buyurmuşdu və məclisi ələ alıb elə qışqır-bağır salmışdı ki, elə bil qabağındakılar bir sürü toyuqdurlar. Burda bir məmur xanım yazır ki, Rusiya azərbaycanlıları gərək Abbasovla fəxr eləyələr. Ay xanım, sən də bizi toyuq sayırsan?

İndi Azərbaycanın hökumət qəzeyi yazır ki, Laçını ermənilərə verən elə Abbaov olub. Bunun belə olub-olmadığını deyə bilmərəm. Həm də çox təəccüblüdür ki, hökumətin gözü iyirmi ildən sonra açılıb.  Ancaq mən Zəngilanın son həftələrini göstərən videoxronikaya baxmışam. Küçədə iyirmi-otuz kişini komandir olduğu güman edilən bir nəfər sıraya təpilkə, şilləylə sıraya düzür, onları qeyrətli olmağa çağırır, əsgərə oxşamayan bu kişilər isə harasa naməlum istiqamətə baxırlar – bilinir ki, bunlardan döyüşçü olmaz… Araz qırağına yığılmş arvad-uşaq, hələ müharibə yaşamamış, ancaq didərgin olmuş bu adamlar illərlə həbs düşərgəsində olmuş məhbusları xaırladırlar, qışqırıb-bağıran, höküməti iştirakını tələb edənlər var… Sonra onlar çaya girib İrana keçəcəklər… Bu səhnələrə baxan heç kim deməz ki, bu insanların arxasında dövlət var, hökumət var. Və cənab Abbasov elə o vaxt baş nazirin birinci müaviniydi. Və əlbəttə, cənab Abbasov  Bakıda rahat kabinetdə yox, zəngilanlıların, cəbrayıllıların, qubadlıların yanında olmalıydı. Rayonu rayon dalınca düşmənə verən məmur əgər indi də liderlik şövqündədirsə, o, insanlara toyuq-cücə kimi baxmırmı?

Və Mirzə Əlilin məsum zarafatından inciyən adamlar bu boyda təhqirdən niyə incimirlər?

 

Mirzə ƏLİL

 

ÖZ ADINDAN DANIŞ, CƏNAB, ÖZ ADINDAN

«Azadlıq» radiosunun saytına şərh

 

“Rusiya azərbaycanlıları ittifaqı”nı yaradanlardan biri Rüstəm İbrahimbəyovdur, R. İbrahimbəyov Azərbaycanın indiki prezidentinə qarşıdır, hakimiyyyətin yenilənməsini istəyir, “Milli Şura”ya sədr seçilib. Onun həmkarı V. Ələkbərov isə Azərbaycanın indiki prezidentini (“bütün aəzrbaycanlıların prezidenti” — ?) danışıqsız dəstəklədiyini bildirir. Burdan nə isə başa düşmək mümkündürmü? Başa düşülə bilən bircə şey odur ki, mərhum Asif Əfəndiyevin dediyi kimi “dünyanı keçəl Həmzələr bürüyüb”, yüksək intellekt, iş bacarığı və hədsiz var-dövləti olan adamların bir şeyi çatmır — əxlaq prinsipləri! V. Ələkbərov kimi adamlar bütün Rusiya azərbaycanlılarının adımdan buna heç bir səlahiyyəti olmadan danışmaqla həm də bizi hörmətdən salır, bizi sürü kimi qələmə verirlər.

Nə Konqresdə olanda, nə də indiki təşkilata üzvlüyü vaxtında V. Ələkbərovdan Rusiya azərbaycanlıları bir qara qəpiklik xeyir görməyiblər – hansı bölgədə olub? harda qastarbayterlərin həyatıyla maraqlanıb? hansı mədəni-maarif layihələrini həyata keçirib? O ki qaldı Abbasova, bu cənabın may ayında Samaraya çağırılmamış qonaqlığı yerli azərbaycanlılara bir ətək pula başa gəldi – başının dəstəsiylə bahalı mehmanxanada yaşadı və havayı yeyib-içdi.

Yaratdıqları təşkilatın Kreml layihəsi olmadığını deyən V. Ələkbərov, əlbəttə, yalan danışır. İndi Rusiyada ən hörmətli ictimai təşkilatlara da açıq-aşkar divan tutulur, hörmətli insanlar ölkəni tərk etməyə məcbur olurlar.  Abbasovun bu fonda baş verən bölgə qastrolları yalnız Kremlin tapşırığıyla ola bilər və bunu Abbasov Samarada gizlətmirdi də. Moskvada ictimai fəaliyyətə cəhd edən taciklər, türkmənlər, özbəklər bıçaqlanırlar, oğurlanıb yoxa çıxırlar ya da tutulub diktator rejimlərinə təhvil verilirlər. Abbasov üçün bu gözəl şəraiti yaratmaqda, əlbəttə, Kremlin öz niyyətləri var.

Və, əlbəttə, çox isətrdik ki, V. Ələkbərov kimi adamlar, nə qədər oğurluq sərvətləri olsa da, öz adlarından danışsınlar. Qoy cənab Ələkbərov öz əməyi və intellekyiylə dolanan minlərlə azərbaycanlını öz bədnam dəstəsinə qatmasın.

VAXTSIZ BANLAYAN XORUZ

«Azadlıq» radiosunun saytına şərh

Hətta Rusiya vətəndaşlığı olmayan bu adamın Ruasiya azərbaycanlıları adından bəyənatlar verməyi görünməz və eşidilməz bir utanmazlıqdır. Kim Abbasovu vəkil edib? İki cüt bir adamadan ibarət Azərros? Telman İsmayılov?

Əslində Rusiyadakı iki milyondan çox azərbaycanlının yarıdan çoxu gərək Abbas Abbasovu məhkəməyə verəydi, çünki onlar bu cənabın baş nazir işlədiyi vaxtlar özlərinə iş, layiqli həyt şəraiti tapmayıb Azərbaycanı tərk etməyə məcbur olublar.

Bu bəyənatı nə qədər diqqətlə oxusan da, ittihamların kimə qarşı yönəldiyini başa düşmək çətindir. Bu cənab deyir ki, Azərbaycanda “siyasi və ictimai sakitlik var” və bəzi insanlar bu sakitliyi pozmağa çalışırlar və hətta bu adamların kim olduğu ona məlumdur. Ancaq Abbasov konkret ad çəkmir, qeyri-müəyyən siyasətçiləri, jurnalistləri, politoloqları ittihamlandırır. Yəni bunu normal dilə çevirsək, Abbasov hər işi qaydasında olan Azərbaycan hakim rejimini müdafiə edir. Kimlərdən? Türməyə atılmış gənclərdən? Döyülən, söyülən, yataqlarında videoya çəkilən, cərimələnən jurnalistlərdən?

Əslində dolaşıq bu mətnin məzmununu bir sözlə xarakterizə eləmək olar: təhrikçilik. Ya da fitnəkarlıq. Əslində bu cənabın Rusiyada bir il  əvvəl başlanmış bütün fəaliyyəti fitnəkarlıqdan ibarətdir. Əlbəttə, FSB və Volodin idarəsi ilə əməkdaşlığı şübhə doğurmayan cənab Abbasovun nitqləri, Rusiyada canfəşanlığı Azərbaycan iqtidarına Rusiya diasporurnun böyük qüvvə olduğu və bu qüvvənin istənilən vaxt hərəkətə gətirilə biləcəyi barədə siqnallar göndərməkdir. Yəni ki, diasporun iqtidara qarşı təzyiq alətinə çevrilə biləcəyinə Bakı rejimini inandırmaqdır. Gülməli burasıdır ki, Abbasov FSB tapşırığını yerinə yetirəndə Azərbaycanda öz maraqlarını nəzərə alır – biznesini, qohum qardaşını – ona görə də onun mətnləri məntiqsiz, baş-ayaq olur, İlham Əliyevi qorxutmaq əvəzinə, o, jurnaliistlərə, politoloqlara (!) hücum edir.

Rusiyanın azərbaycanlı diasporu nəinki siyasi, heç ictimai qüvvə də deyil.Nəzərə almaq lazımdır ki, Rusiyadakı fəal yaşlı azərbaycanlıların mühüm hissəsi bir baxt müharibədən qaçıb. Onları heç vaxt tüksək materiya düşündürməyib və indi də düşündürmür. İkinci faktor: qeydiyyata alınmış yüzlərlə azərbaycanlı təşkilatlarınin olduğuna baxmayaraq, Rusiyada həqiqətən qarşısına dəqiq ifadə olunmuş ictimai-siyasi məqsədləri olan təşkilatlar yox kimidir. Hər təşkilat milli təşkilat rəhbəri statusundan istifadə edib reqion rəhbərləri ilə şəxsi yaxınlıqlar yaradan bir-iki nəfərdən ibarətdir. İldə bir dəfə Novruz bayramı – bu da bütün fəaliyyət. Yəni ki, Azərbaycan diasporu Rusiyada hələlik boş tüfəngdir. Boş tüfəngdən də, atalar demişkən, iki adam qorxur….

O li qaldı cənab Abbasova, yəqin o, Volodinin tapşırığıyla həftədə bir dəfə şivən qoparmalıdır. Ancaq bu şivən vaxtsız səslənən xoruz banını xatırladır…

 

BİRLƏŞİB HARA GEDİRİK? ŞUŞANI ALMAĞA?

Deməliyəm ki, Samarada Azərbaycan mədəniyyəti günlərini “Samara vilayəti  azərbaycanlılarının Liqa”sı təşkil edib, bu təşkilatın və eləcə də tədbirin nə şəxsən Abbas Abbasova, nə də onun rəhbərlik etdiyi təşkilatlara dəxli var. Abbas Abbasov Samaraya şəxsi dəvətlə gəlib və gözlənilmədən özünü məclis sahibi kimi aparmağa başlayıb.

Cənab Abbasov Samarada özünün on beş ildən çox baş nazir müavini işləməyindən fəxrlə danışırdı. Ona xatırlatmaq lazımdır ki, həmin bu on beş ildə bəlkə bir milyon azərbaycanlı qastarbayterə çevrilib. Cənab Abbasov bunun məsuliyyətini daşımalıdır, ancaq o hələ getmələrinə özü də səbəb olduğu azərbaycanlıları imdi Rusiyada idarə etmək istəyir. Bəlkə bizi burda rahat qoysun? Öz-özümüzü Abbasovsuz da idarə edərik.

«Azadlıq» radiosunu saytında Abbas Abbasovun müsahibəsinə şərh

 

Cənab Abbasov azərbaycanlıları birləşdirmək həvəsiylə belə yanırdıa, Azərbaycanda yaşayanda vətəndaşları niyə birləşdirmirdi? Niyə İsa Qəmbər ya Bəxtiyar Hacıyev deputat deyil, onun oğlu deputatdır? Dövlər məmuru ola-ola necə biznes sahibi olub? Cənab Abbasov kimilərin xalqa qarşı xeyriyyəçilik iddiaları bir lətifədəki kimi Əzrailin uşaq paylamaq xəbərinə bənzəyir.

İndi Rusiyada ictimai təşkilatlara hökumət orqanlarınnın münasibətindən bəlkə çoxunun xəbəri var, ən hörmətli insan haqları təşkilatlarını belə inzibati orqanlar yoxlamalarla təngə gətirirlər, onlara qarşı cinayət işi də qaldırırlar. Əgər Moskvada   mətbuatda geniş işıqlandırma şəraitində azərbaycanlı təşkilatı yaranırsa və onun fəaliyyətinə hər cür dəstək verilirsə, bunun Rusiyanın xüsusi xidmət orqanlarının layihəsi olduğu şübhəsizdir.

Samara tədbirləri Azərbaycan Demokratik Respublikasının 95 illiyinən və yerli təşkilatın on illiyinə həsr olunmuşdu. Təssüf ki Abbasovun və onun yanına salıb gətirdiyi bir dəstə siyasi bomjun gəlişi bu “mədəniyyət günləri”nin məzmununu və atmosferini  çox dəyişdi.On il ərzində ilk dəfəydi ki, bizim tədbirdə rəhbərlərin şəninə, bir-birlərinin şəninə bəzəkli təriflər səslənirdi…

Abbasovun Rusiya azərbaycanlılarını “yumruq kimi birləşdirib” vətənin xilasına aparmaq arzusuna bilmirsən güləsən ya ağlayasan… Hara gedəcəyik? Bizi hara aparacaq? Şuşanı almağa? İlham Əliyevi yıxmağa?

Puşkin demişkən, жив курилка! Xlestakovlar sağdır! Elə bu günlərdə Samarada olub başının dəstəsiylə. Bahalı mehmanxanada qalıb, bahalı yeməklər yeyib…