VAXTSIZ BANLAYAN XORUZ

«Azadlıq» radiosunun saytına şərh

Hətta Rusiya vətəndaşlığı olmayan bu adamın Ruasiya azərbaycanlıları adından bəyənatlar verməyi görünməz və eşidilməz bir utanmazlıqdır. Kim Abbasovu vəkil edib? İki cüt bir adamadan ibarət Azərros? Telman İsmayılov?

Əslində Rusiyadakı iki milyondan çox azərbaycanlının yarıdan çoxu gərək Abbas Abbasovu məhkəməyə verəydi, çünki onlar bu cənabın baş nazir işlədiyi vaxtlar özlərinə iş, layiqli həyt şəraiti tapmayıb Azərbaycanı tərk etməyə məcbur olublar.

Bu bəyənatı nə qədər diqqətlə oxusan da, ittihamların kimə qarşı yönəldiyini başa düşmək çətindir. Bu cənab deyir ki, Azərbaycanda “siyasi və ictimai sakitlik var” və bəzi insanlar bu sakitliyi pozmağa çalışırlar və hətta bu adamların kim olduğu ona məlumdur. Ancaq Abbasov konkret ad çəkmir, qeyri-müəyyən siyasətçiləri, jurnalistləri, politoloqları ittihamlandırır. Yəni bunu normal dilə çevirsək, Abbasov hər işi qaydasında olan Azərbaycan hakim rejimini müdafiə edir. Kimlərdən? Türməyə atılmış gənclərdən? Döyülən, söyülən, yataqlarında videoya çəkilən, cərimələnən jurnalistlərdən?

Əslində dolaşıq bu mətnin məzmununu bir sözlə xarakterizə eləmək olar: təhrikçilik. Ya da fitnəkarlıq. Əslində bu cənabın Rusiyada bir il  əvvəl başlanmış bütün fəaliyyəti fitnəkarlıqdan ibarətdir. Əlbəttə, FSB və Volodin idarəsi ilə əməkdaşlığı şübhə doğurmayan cənab Abbasovun nitqləri, Rusiyada canfəşanlığı Azərbaycan iqtidarına Rusiya diasporurnun böyük qüvvə olduğu və bu qüvvənin istənilən vaxt hərəkətə gətirilə biləcəyi barədə siqnallar göndərməkdir. Yəni ki, diasporun iqtidara qarşı təzyiq alətinə çevrilə biləcəyinə Bakı rejimini inandırmaqdır. Gülməli burasıdır ki, Abbasov FSB tapşırığını yerinə yetirəndə Azərbaycanda öz maraqlarını nəzərə alır – biznesini, qohum qardaşını – ona görə də onun mətnləri məntiqsiz, baş-ayaq olur, İlham Əliyevi qorxutmaq əvəzinə, o, jurnaliistlərə, politoloqlara (!) hücum edir.

Rusiyanın azərbaycanlı diasporu nəinki siyasi, heç ictimai qüvvə də deyil.Nəzərə almaq lazımdır ki, Rusiyadakı fəal yaşlı azərbaycanlıların mühüm hissəsi bir baxt müharibədən qaçıb. Onları heç vaxt tüksək materiya düşündürməyib və indi də düşündürmür. İkinci faktor: qeydiyyata alınmış yüzlərlə azərbaycanlı təşkilatlarınin olduğuna baxmayaraq, Rusiyada həqiqətən qarşısına dəqiq ifadə olunmuş ictimai-siyasi məqsədləri olan təşkilatlar yox kimidir. Hər təşkilat milli təşkilat rəhbəri statusundan istifadə edib reqion rəhbərləri ilə şəxsi yaxınlıqlar yaradan bir-iki nəfərdən ibarətdir. İldə bir dəfə Novruz bayramı – bu da bütün fəaliyyət. Yəni ki, Azərbaycan diasporu Rusiyada hələlik boş tüfəngdir. Boş tüfəngdən də, atalar demişkən, iki adam qorxur….

O li qaldı cənab Abbasova, yəqin o, Volodinin tapşırığıyla həftədə bir dəfə şivən qoparmalıdır. Ancaq bu şivən vaxtsız səslənən xoruz banını xatırladır…

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s