ÖZ ADINDAN DANIŞ, CƏNAB, ÖZ ADINDAN

«Azadlıq» radiosunun saytına şərh

 

“Rusiya azərbaycanlıları ittifaqı”nı yaradanlardan biri Rüstəm İbrahimbəyovdur, R. İbrahimbəyov Azərbaycanın indiki prezidentinə qarşıdır, hakimiyyyətin yenilənməsini istəyir, “Milli Şura”ya sədr seçilib. Onun həmkarı V. Ələkbərov isə Azərbaycanın indiki prezidentini (“bütün aəzrbaycanlıların prezidenti” — ?) danışıqsız dəstəklədiyini bildirir. Burdan nə isə başa düşmək mümkündürmü? Başa düşülə bilən bircə şey odur ki, mərhum Asif Əfəndiyevin dediyi kimi “dünyanı keçəl Həmzələr bürüyüb”, yüksək intellekt, iş bacarığı və hədsiz var-dövləti olan adamların bir şeyi çatmır — əxlaq prinsipləri! V. Ələkbərov kimi adamlar bütün Rusiya azərbaycanlılarının adımdan buna heç bir səlahiyyəti olmadan danışmaqla həm də bizi hörmətdən salır, bizi sürü kimi qələmə verirlər.

Nə Konqresdə olanda, nə də indiki təşkilata üzvlüyü vaxtında V. Ələkbərovdan Rusiya azərbaycanlıları bir qara qəpiklik xeyir görməyiblər – hansı bölgədə olub? harda qastarbayterlərin həyatıyla maraqlanıb? hansı mədəni-maarif layihələrini həyata keçirib? O ki qaldı Abbasova, bu cənabın may ayında Samaraya çağırılmamış qonaqlığı yerli azərbaycanlılara bir ətək pula başa gəldi – başının dəstəsiylə bahalı mehmanxanada yaşadı və havayı yeyib-içdi.

Yaratdıqları təşkilatın Kreml layihəsi olmadığını deyən V. Ələkbərov, əlbəttə, yalan danışır. İndi Rusiyada ən hörmətli ictimai təşkilatlara da açıq-aşkar divan tutulur, hörmətli insanlar ölkəni tərk etməyə məcbur olurlar.  Abbasovun bu fonda baş verən bölgə qastrolları yalnız Kremlin tapşırığıyla ola bilər və bunu Abbasov Samarada gizlətmirdi də. Moskvada ictimai fəaliyyətə cəhd edən taciklər, türkmənlər, özbəklər bıçaqlanırlar, oğurlanıb yoxa çıxırlar ya da tutulub diktator rejimlərinə təhvil verilirlər. Abbasov üçün bu gözəl şəraiti yaratmaqda, əlbəttə, Kremlin öz niyyətləri var.

Və, əlbəttə, çox isətrdik ki, V. Ələkbərov kimi adamlar, nə qədər oğurluq sərvətləri olsa da, öz adlarından danışsınlar. Qoy cənab Ələkbərov öz əməyi və intellekyiylə dolanan minlərlə azərbaycanlını öz bədnam dəstəsinə qatmasın.

Реклама

SALYANDA FÖVQƏLADƏ HALLAR

İyunun 14-də Fövqəladə Hallar naziri  Kəmaləddin Heydərov Salyand vətəndaşlarnı qəbul edib. Qəbula fövqəladə halda olan yüzlərlə salyanlı gəlib. Onların arasında xeyli tiryəkli, xeyli anaşalı və əlli-altımış iynəli olub. Halı fövqəladədən o yana keçmiş beş-altı salyanlı Heydərovu bıçaqlamaq istəyib, ancaq dozalarını bilən Salyan polisləri onları zərərsizləşdirib.