RÜSTƏM İBRAHİMBƏYOVA AÇIQ MƏKTUB

Rüstəm İbrahimbəyov Amerikada deyib ki, “məni Azərbaycanda türməyə salsalar, vətənimə xeyir verə bilmərəm”. Bu sözlə heç cür razılaşmaq olmaz. A kişi, Azərbaycanın ən yaxşı oğulları türmədədir, onlardan xeyir gəlməsəydi cənab prezident onları qoduqluğa soxmazdı ki, zat-aliləri vətəninin düşməni deyil ki. Vallah, indi yəqin İlqar Məmmədov türmədə neft quyusu kimi fəvvarə vurur, Hilal Məmmədovun başı, bədəni yəqin ki çay yetirir, limon yetirir. O ki qaldı gənclərə, yəqin onların ayağına, mərhum Raykinin dediyi kimi, dinamo bağlayıblar, türmə həyərtində gəzdikcə onlar cərəyan hasil edirlər…

Ay Rüstəm bəy, ay kişi, gəl daşı tök ətəyindən, gəl gir doğma Azərbaycanın türməsinə, vallah, deyilənlərə görə, bu Azərbaycan türməsi elə yerdir ki, insandan yağ alınır, süd alınır, yumurta alınır…

Bunu yazdım, Novruzəli Məmmədov yadıma düşdü. Rüstəm bəy, o türmədə adamdan can da alınır. Sən də deyirsən nə xeyrim olacaq…

 

 

Реклама

ZÜLM ƏLİNDƏN QURTURMUŞLAR…

Bu gün Azərbaycanda milli qurtuluş günüdür. Azərbaycan tarixçilərinin fikrincə, ilk qastarbayter dəstəsi məhz iyunun 15-də Azərbaycandan Rusiyya qaçıb canını qurtarıb.